İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə25/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   21   22   23   24   25   26   27   28   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

təsəvvüründə 



metamorfoza 

yarandı: 

Azərbaycanın 

əməkdar  artisti  V.Mustafazadə  birdən-birə  dünya 

əhəmiyyətli  musiqiçi  kimi  yüksəldi.  Həmvətənləri  öz 

müasirlərinin  əsl  qiymətini  belə  dəyəndirləndirməyə 

başladılar. 

    Görkəmli 

Amerika  musiqiçi  və  tənqidçisi 

V.Konover 

onun 

barəsində 



belə 

demişdir: 

―V.Mustafazadə ekstraklass pianoçudur‖. İsveç pianoçusu 

B.Yuxonson 

V.Mustafazadənin 

əsərləri 

haqqında 

söyləyib:  ―Onun  musiqisi  son  dərəcədə  müasirdir,  eyni 

zamanda  onun  musiqisində  bir  neçə  nəslin  şairlərinin 

oxuduğu  əsrarəngiz  qədim  Qafqazın  melodiyaları 

yelpiklənir.  Bu,  Şəhrizadın  nəql  etdiyi  1002-ci  gecə 

nağılıdır‖. 

    Vaqif  16  dekabr  1980-ci  ildə  Daşkənddə,  elə 

səhnədəcə,  pianino  arxasında  dünyasını  dəyişdi.  ―Əzizəni 

gözləyərkən‖  –  bu,  onun  qızına  həsr  etdiyi  son  vida 

kompozisiyası idi. 

    Artıq 29 ildir ki, o, aramızdan gedib. 29 ildir ki, bu 

özünəməxsus  sənətkarın  və  şəxsiyyətin  ürəyi  əbədi 

dayanıb.  Yaradıcılığının  aşıb-coşduğu  bir  zamanda 

həyatdan getdi – cəmi 40 yaşında  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

    Onun yaradıcılıq bioqrafiyasında 1300 musiqi əsəri 



yer  alıb.  Ən  böyük  arzusu  isə  özünə  qırmızı  rəngli  royal 

almaq  idi.  Məsələ  bunda  idi  ki,  1979-cu  ildə  İspaniyada 

mükafat  fondu  25  min  olan  pianoçuların  beynəlxalq 

müsabiqəsində  Azərbaycan  cazmeni  birinci  yerə  layiq 

görülür.  Lakin  Vaqif  bu  mükafatdan  imtina  edir,  çoxdan 

arzusunda  olduğu  qırmızı  royal  üzərində  dayanır.  Amma 

arzusu  ürəyində  qalır:  böyük  cazmen  vəfat  edir.  1980-ci 

ilin  yanvarında  isə  münsiflər  heyəti  onun  qırmızı  rəngli 

royalını Bakıya göndərməyi qərara alır... 

 

02.01.2011 

Ġldırımlı yollrda keçmiĢ ömür 

 

Elə  adamlar  var  ki,  xalqının,  Vətəninin  azadlığı, 



müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qoşulur, bu 

müqəddəs  yolda  müxtəlif  əzab-əziyyətlərə,  hətta 

işgəncələrə  məruz  qalsa  da,  əqidəsindən,  amalından 

dönmür, ömrünün sonunadək həmin  əqidəyə xidmət edir.  

Elələri  var  ki,  mayası  halallıqla  yoğrulur,  yalnız 

halallıqla  qazandığına  qane  olur,  həmişə  el-oba  yanında 

alnıaçıq, üzüağ gəzirlər. Bu gün elə adamlarla üzləşirik ki, 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ürəkdən  bağlandıqları  peşəsinin  mahir  ustası  kimi 



fəaliyyət ğöstərir, adı hörmət-izzətlə çəkilir.  

Elələri  var  ki,  dağı-dağ  üstə  qoysalar  da,  həmişə 

təvazökarlıq  edir,  özü  haqqında  danışmağı  sevmir, 

tərifdən uzaq yaşayır. Haqqında söhbət açmaq istədiyimiz 

soydaşımız-mənalı  və  şərəfli  ömür  yolu  hamımıza 

nümunə  olan  xalq  yazıçısı,  tanınmış  və  yorulmaz 

tədqiqatçı alim, təcrübəli müəllim Gülhüseyn Hüseynoğlu 

yuxarıda sadaladığım ən gözəl insani keyfiyyətləri özündə 

ehtiva  edir.  Onu  çoxdan  tanısam  da  (1963-68-ci  illlərdə 

BDU-da  təhsil  aldığım  illərdə  hörmətli  müəllimim  kimi 

yadımda qalıb), keşməkeçli ömür tarixçəsinə kifayət qədər 

bələd  olsam  da,  həmişə  onunla  həmsöhbət  olanda  bütün 

bunlardan  bəhs  etsək  də,  söylənilənlər  barədə  oxuculara 

məlumat vermək istəyimə qarşı çıxmışdı. Axır ki sonuncu 

dəfə necə deyərlər, ―saqqızını oğurlaya bildim‖, barəsində 

yazmağıma  necə  icazə  verdisə,  özüm  də  təəccüb  etdim, 

yamanca sevindim də. 

“ĠçəriĢəhərli oğlan” 

O,  Masallı  rayonunun  Mollaoba  kəndində  doğulub. 

Amma  hələ  4  yaşında  ikən  ailəliklə  Bakıya  köçür  və 

İçərişəhərdə  məskunlaşırlar.  Uşaqlıq  və  gənclik  illəri 

Bakının bu unikal, bənzərsiz hissəsində keçir. O illər indi 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

də  yadına  düşəndə,  uşaq  kimi  kövrəlir,  bu  cənnətməkan 



guşənin hər dolanbac küçəsi, tini gözləri önündə canlanır.  

Balaca Gülhüseyn Bakıda məşhur olan 132 saylı orta 

məktəbdə  təhsil  alır  və  1942-ci  ildə  bu  təhsil  ocağını  əla 

qiymətlərlə  başa  vuran  gənc  ―içərişəhərli‖  elə  həmin  il  o 

vaxtkı 

məşhur 


Azərbaycan 

Dövlət 


Darülfununa 

imtahansız  qəbul  olunur.  Mətbuata,  jurnalistikaya  sonsuz 

həvəs  göstərən  Gülhüseyn  təhsilini  əyani  şöbədə  davam 

etdirməklə  yanaşı,  həm  də  o  vaxtkı  ―Kommunist‖ 

qəzetinin  sənaye  şöbəsində  ədəbi  işçi  kimi  fəaliyyət 

göstərir. Amma əyani şöbədə oxuduğu üçün redaksiyadan 

uzaqlaşdırılacağı  məsələsi  ortaya çıxanda,  yaxşı  əməkdaş 

olduğu  üçün  onu  əldən  buraxmaq  istəmirlər.  Bu  işdə 

―Kommunist‖in  məsul  katibi  xeyirxah  insan  Nəsir 

İmamquliyevin təkidi də öz işini görür.  

G.Hüseynoğlu ali məktəbi 1947-ci ildə bitirir. O, hələ 

dövlət  imtahanı  verərkən,  dekan  Həbibulla  Səmədzadə 

sevimli gənc tələbəsinə ərklə belə söyləyir: - ―Bala, bir az 

da üzərində çalış, biz səni aspiranturada saxlamağı qərara 

almışıq‖. 

Belə  də  olur.  Gülhüseyn  həyatını  ali  məktəblə 

bağlayır.  Bu  ali  təhsil  ocağında  uzun  illər  ərzində  elm 

aləminə  baş  vurduqca,  pillə-pillə  yüksəlir.  Tələbəlikdən 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə