İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə26/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   22   23   24   25   26   27   28   29   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

sonra  aspirant,  müəllim,  baş  müəllim,  dosent,  nəhayət, 



professor  kimi  tanınır.  Beləliklə,  Gülhüseyn  müəllim 

bütövlükdə,  60  ilə  yaxın  eyni  elm  məbədgahında 

filologiya  fakültəsində  müqəddəs  müəllim  adını  şərəflə 

daşıyır,  tələbələrinə  müasir  Azərbaycan  ədəbiyyatının 

incəlikləri  barədə  məlumat  verir,  ədəbiyyat  tariximizi 

onların gözləri qarşısında canlandırır. 



“Ġldırımlı yollar”da bərkiyən gənclər” 

Burada mühüm bir məqamı xatırlatmaq yerinə düşər. 

Gülhüseyn  müəllim  yazıçı,  ədəbiyyatşünas  olmaqla 

yanaşı,  hələ  erkən  yaşlarından  siyasətlə  maraqlanıb, 

müstəqillik,  vətənpərvərlik  hissləri  uşaqlıq  çağlarından 

canına  hopub.  Bu  əqidəsinə  görə  başı  böyük  müsibətlər 

çəkib,  işgəncələrə  məruz  qalıb,  ölümlə  üz-üzə  dayanıb. 

Amma sınmayıb, əyilməyib, vətənpərvərlik hissi heç vaxt 

onu tərk etməyib, Azərbaycanımızın müstəqilliyi, azadlığı 

onu  daim  narahat  edib.  Heç  də  təsadüfi  deyildi  ki,  bu 

məqsədlə  Gülhüseyn  Hüseynoğlu  hələ  1942-ci  ildə 

―İldırım‖ adlı antisovet təşkilatı yaratmağa müvəffəq olub. 

―İldırım‖ın  hər  birinin  ağzından  od-alov  püskürən, 

azadlıq, demokratiya, müstəqillik arzuları ilə aşıb-daşan 8 

gənc  üzvü  var  idi:  Gülnüseyn  Hüseynoğlu  (Abdullayev), 

İsmixan  Rənimov,  Hacı  Zeynalov,  Azər  Rzayev,  Aydın  

Vahidov,  Kamal  Əliyev,  Kamal  Rzayev  və  Musa 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Abdullayev.  Təşkilatın  əsas  tələbi  Azərbaycanı  SSRİ-nin 



imperiya  buxovlarından  azad  etmək,  yəni  müstəqil,  azad 

respublika  yaratmaq,  1937-1938-ci  illərdə  repressiyaya 

uğramış  Azərbaycanın  görkəmli  elm  və  mədəniyyət 

xadimlərinin  azadlığa  buraxılmasına  nail  olmaq,  doğma 

Azərbaycan  dilini  dövlət  dili  səviyyəsinə  qaldırmaq  idi. 

Öz  demokratik  ideyaları  ilə  tanınan  həmin  gənclər 

Azərbaycanda  imperiya  nökərlərinə  çevrilmiş  dövlət 

başçılarının  qəzəbinə  tuş  gəlirlər.  Odur  ki,  1948-ci  ilin 

sentyabr-oktyabr  aylarında  barələrində  həbs  qətimkan 

tədbiri görülür. Gənclər  Azərbaycan SSR Ali  Məhkəməsi 

tərəfindən  mühakimə  olunaraq  müxtəlif  müddətlərə  həbs 

cəzasına 

məhkum  edilirlər.  Belə  ki  Gülhüseyn 

Abdullayev, İsimxan Rəhimov, Hacı  Zeynalov barədə 25 

il  həbs  və  5  il  səsdənməhrum  cəza  tədbiri  icra  olunur, 

Azər  Rzayev,  Aydın  Vahidov,  Kamal  Əliyev,  Musa 

Abdullayev barədə 10 il həbs və 5 il səsdənməhrum cəzası 

oxunur.  Kamil  Rzayevə  isə  7  il  həbs  cəzası  kəsilir.  Ona 

görə ki  o, Böyük Vətən  müharibəsində iştirak etmişdi  və 

bir-iki təltifi var idi. 

Məhkəmə prosesində vətənpərvər oğullar özlərini çox 

məğrur  aparırdı.  Hətta  məhkəmənin  ikinci  günü  az  cəza 

alan  gənclər,  yəni  10  il  cəzaya  məhkum  olunanlar  əqidə 

dostlarından  ayrılmamaq  üçün  etiraz  səslərini  ucaldaraq 

―bizə də 25 il kəsin‖,-deyə təkid edirdilər. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Beləliklə, azadlıq aşiqləri olan gənclərin uzaq Sibirdə 



məhkumluq illəri başlayır. Cılız, zəif tələbələr Sibirin sərt 

təbiəti  ilə  üzləşir,  müxtəlif  ağır  işlərdə  çalışır,  hər  cür 

əzab-əziyyətə  sinə  gərir,  ölümün  acığına  dözür, 

dözürdülər. 

Yalnız Stalinin ölümündən sonra, 1953-cü ildə siyasi 

dustaqların  işinə  yenidən  baxılır  və  ilk  dəfə  SSRİ-də 

amnistiya  aktı  siyasi  dustaqlara  da  şamil  edilir.  Odur  ki, 

SSRİ  Ali  Məhkəməsi  həmin  siyasi  dustaqların  işinə 

yenidən  baxır  və  hamısının  əvvəlki  cəza  nüddətini  5  ilə 

endirir.  Bununla  da  onlar  7  il  məhbəsdə  müxtəlif  əzab-

əziyyətlərə  dözərək,  yanlız  1955-ci  ilin  martında  dəhşətli 

Stalin düşərgəsindən azadlığa buraxılırlar.  



Müəllim, ustad, nasir 

G.Hüseynoğlu həbs olunarkən BDU-da aspiranturanın 

II  kursunda  oxuyurdu,  ona  görə  də  geri  qayıdıb  təhsilini 

başa  vurur,  sonra  da  ali  təhsil  ocağının  Azərbaycan 

ədəbiyyatı kafedrasında müəllim kimi fəaliyyətə başlayır. 

Çox  keçmədən  kafedra  2  yerə-Azərbaycan  ədəbiyyatı 

kafedrası  və  müasir  ədəbiyyat  kafedrasına  ayrılır. 

Gülhüseyn  müəllim  ikinci  kafedranı  seçir.  Uzun  illər 

ərzində  həmin  kafedrada  müxtəlif  vəzifələrdə  fəaliyyət 

göstərir.  




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Bu  gün  Azərbaycan  ədəbiyyatında  zəngin  ədəbi 



yaradıcılığı  ilə  tanınan  Gülhüseyn  müəllim  ədəbi  aləmə 

―Ana‖ hekayəsi ilə daxil olmuş və həmin nəsr əsəri onun 

yazıçı kimi tanınmaısını təsdiqləmişdir. Hələ 1944-cü ildə 

Azərbaycan  LKGİ  MK  və  Yazıçılar  İttifaqı  gənc 

qələmlərin  yaradıcılığına  həsr  olunmuş  birgə  tədbir 

keçirirdi.  Həmin  gecədə  Gülhüseyn  müəllim  özünün 

―Ana‖  hekayəsini  oxuyur.  Ilk  çıxış  edən  Səməd  Vurğun 

hekayə  barədə  fikrini  belə  söyləyir:  ―Şair  kimi  mənim 

burada oxunan şeirlərin heç biri xoşuma gəlmədi. Amma 

Gülhüseynin  hekayəsini  əsl  poeziya  hesab  edirəm‖. 

Beləliklə, Gülhüseyn elə həmin gündən özünü yazıçı kimi 

təsdiqlədi. 

G.Hüseynoğlu  Azərbaycan  ədəbiyyatında  mənsur 

şeirin banisi kimi məşhurdur. Ilk mənsir şeiri isə 1946-cı 

ildə  ―Ədəbiyyat  qəzeti‖ndə  çap  olunmuş  ―Bənövşə 

əfsanəsi‖dir.  O  vaxtdan  Gülhüseyn  Hüseynoğlu  həm 

mənsur şeirləri, həm də hekayələri ilə oxucularla görüşür. 

Bu  iki  janr  yazıçının  qoşa  qanadı  kimi  ona  şöhrət 

qazandırıb.  Amma  yazıçıya  ümumxalq  məhəbbəti 

qazandıran  onun  mənsur  şeirləridir.  O  doğrudan  da, 

Azərbaycan  ədəbiyyatında  bu  ədəbi  janrın  banisi,  ilk 

qaranquşudur.  Gülhüseyn  müəllim  uzun  illər  ərzində 

mənsur  şeiri  inkişaf  etdirib,  boya-başa  çatdırıb,  ərsəyə 

yetirib,  cilalayıb.  ―Mücrü‖  adlı  mənsur  şeiri  isə  xalqın 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə