İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə5/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   2   3   4   5   6   7   8   9   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qalası Xəzərə keşik çəkir, Qız Qalası əfşanəsini ona nəql 



edir.  Sinəsində  minbir  möcüzə  yatan  Qız  Qalası  bəlkə  də 

öz  əsl  sirrini  söyləcəyi  bələdçisini  gözləyir.  Sirli, 

müəmmalı,  neçə  şahlar  görmüş  ulu  Şirvanşahlar  sarayı, 

özünəməxsus  unikal  iqlimə,  gözəlliyə  malik,  tin  və 

döngələri ilə nəzəri cəlb edən qədim İçərişəhər! 

Bakı  sadaladığım  ətrafdakı  möcüzələri  ilə  bu  yerlərə 

güzarı  düşən  məşhur  səyyahları,  müsafirləri  məftun 

etmişdir.  Bu  gözəlliklər  mücəssəməsi  olan  şəhəri 

İtaliyanın  Neapoluna  bənzətmişlər.  Amma  Bakı  özünə 

bənzəyir.  O,  Şərqin  qapısında  qərar  tutmuş  bir  mayakdır. 

Avropa  və  Asiyanın  qovşağında  yerləşən  Bakı  Şərq 

üslubunda  inşa  edilmiş,  Avropa  və  İtaliya  memarlıq 

elementlərini  də  özündə  ehtiva  edən  qeyri-adi bir  yaşayış 

məskənidir.  Neft  şəhəri  kimi  də  dünyada  tanınan  Bakını 

(Badi-Kubə) «Küləklər şəhəri» də adlandırırlar. Bu ad ona 

təsadüfən  verilməyib.  Vaxtilə  Bakıya  səyahət  etmiş 

hansısa  coğrafiyaşünas  məhz  bu  məskəni  «küləklər 

şəhəri» adlandırmışdır. Çünki o, bu şəhərə gəldiyi gündən 

gedənə qədər güclü küləklə rastlaşmışdır. 

Bəli,  biz  Bakını  küləyi  ilə,  giləvarı,  güclü  xəzrisi  ilə 

sevirik. Çünki o, beləcə özünəməxsus bir şəhərdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qoynuna  sığındığı  Xəzər  də  Bakının  özünə  bənzəyir. 



Dalğaları  gah  kükrəyib,  şahə  qalxır,  gah  da  sakitləşib, 

məsum körpəyə bənzəyir. Onlar bir-birini tamamlayır, biri 

digərinə yaraşıq verir. Bakı və Xəzər! 

Bakı,  respublikamızın  baş  şəhəri!  Ümummilli 

liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 35 ildən 

artıq  bir  müddətdə  öz  dairəsi  ətrafında  böyümüş, 

genişlənmİş,  gözəlləşmiş,  qüdrətli  nəhəng  bir  sənaye 

şəhərinə     çevrilmişdir.  Məhz Ulu öndərimizin təşəbbüsü 

ilə  respublika  paytaxtında  bir  sıra  sənaye  obyektləri, 

nəhəng  mədəni-maarif  və  sağlamlıq  ocaqları  yaradıldı. 

Bakı  Məişət  Kondisionerləri  Zavodu;  «Azərelektroterm» 

Elmi-Istehsalat Birliyi, bir neçə neft emalı zavodları, Ana 

və  Uşaq  Sağlamlıq  Mərkəzi,  şəhərin  mərkəzində  Ulu 

öndərin  adını  daşıyan  Saray  və  başqa  nəhəng  tikililər 

məhz  Heydər  Əliyevin  bizə  yadigarıdır.  Hazırkı  Musiqili 

Komediya  Teatrı,  Bakı  İdman  Sarayı  və  Konsert 

Kompleksi, 

«Bakı», 


«Abşeron», 

«Azərbaycan», 

«Moskva»  mehmanxanaları,  Dəniz  vağzalı  da  bu  sıraya 

daxildir. 

Tez-tez  Bakının  seyrinə  çıxan  ümummilil  lider  küçə 

və  meydanlarda,  park  və  xiyabanlarda  şəhər  əhalisi  ilə 

mehribancasına və xoş təbəssümlə görüşür, onların əhvali-

ruhiyyəsi  ilə 

;

maraqlanır,  hamının  qəlbində  xoş  duyğular 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

oyada  bilirdi.  Hər  kəsi  öz  ovqatında,  öz  ruhunda,  öz 



dilində  danışdırmaq  qabiliyyətinə  malik  olan  Heydər 

Əliyev  alimlə  alim,  mühəndislə  mühəndis,  memarla 

memar,  aktyorla  aktyor,  rejissorla  rejissor  səviyyəsində 

söhbətlər aparır, özünün universal bir insan, sadə bir ölkə 

başçısı olduğunu nümayiş etdirirdi. 

Ümummilli  liderin  ölkəyə  rəhbərlik  etdiyi  illərdə 

paytaxtın  bir  sıra  prospektləri  genişləndirilmiş,  yeraltı 

keçidlər yaradılmşdır. 

Azərbaycan 

müstəqillik 

qazanandan 

sonra 


respublikamızın  hər  yerində  olduğu  kimi,  paytaxt  Baki 

şəhərində 

də 

abadlıq, 



tikinti-quraşdırma 

işləri, 


yenidənqurma  geniş  vüsət  almağa  başladı.  Ölkənin 

iqtisadiyyatı  artdıqca  şəhər  və  kəndlərimizin  siması  da 

gözəllik donuna büründü. Ö cümlədən də, Bakı şəhəri. Bu 

gün  əbədiyaşar  liderimizin,  şüurlu  və  şərəfli  ömrünü 

canından  artıq  sevdiyi  Azərbaycana,  onun  müdrik  və 

qədirbilən  xalqına  həsr  etmiş  bu  fenomen  dahi  insanın 

əməllərini layiqincə davam etdirən Azərbaycan prezidenti 

cənab  İlham  Əliyev  məmləkətimizin,  o  cümlədən  onun 

paytaxtı  Bakı  şəhərinin  infrastruktunun 

yenidən 


qurulmasında bütün bilik və bacarığını sərf edir. Xüsusilə 

ölkəyə  rəhbərlik  etdiyi  illər  ərzində  şəhərimiz  necə  də 

tanınmaz  dərəcədə  dəyişilmiş,  yeniləşmiş,  əzəmətli  bir 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

paytaxta  çevrilmişdir.  Bu  gün  Bakı  nəhəng  tikinti 



meydanını  xatırladır.  Şərq  və  Qərb  memarlıq  üslubunun 

sintezi  şəraitində  cərgə  ilə  inşa  edilmiş  yaraşıqlı 

çoxmərtəbəli  yaşayış  və  inzibati  binalar,  yeni  təhsil 

korpusları şəhərin hüsnünə başqa bir gözəllik verir. 

Azərbaycanın  hər  yerində  olduğu  kimi,  Bakıda  və 

onun  ətraf  kənd  və  qəsəbələrində  ölkə  prezidenti  cənab 

İlham Əliyev və YUNESKO və İSESKO-nun xoşməramlı 

səfiri,  Heydər  Əliyev  Fondunun  prezidenti,  millət  vəkili 

Mehriban  xanım  Əliyevanın  böyük  qayğısı  və  təşəbbüsü 

sayəsində  yeni, dünya standartlarına cavab verən mədəni-

maarif  və  səhiyyə  ocaqlarının  inşa  edilməsi  hər  bir 

azərbaycanlının  ürəyindən  xəbər  verir.  Şəhər,  qəsəbə  və 

kəndlərimizi  qarış-qarış  gəzən  bu  vətənpərvər  xanım,  el 

qızı  tikintisi  başa  çatmış  yeni  məktəb  binaları  və  uşaq 

bağçalarının  təntənəli  açılışında  fərəhlə  iştirak  edir,  öz 

xeyir-duasını  verir  və  söyləyir  ki,  ehtiyacı  olan  bütün 

yaşayış  sahələrində  belə  məktəb  binaları  və  sağlamlıq 

ocaqları  inşa  edilib  uşaqların  ixtiyarına  veriləcək,  lazım 

gələn  təhsil  ocaqlarında  əsaslı  təmir  və  yenidənqurma 

işləri  həyata  keçiriləcək  ki,  gələcəyimiz  olan  uşaqlarımız 

təhsillə  hərtərəfli  əhatə  olunsunlar,  fidan  balalarımız  isə 

təmiz  və  yaraşıqlı,  müasir  tələblərə  cavab  verən  uşaq 

bağçalarında tərbiyə alıb, şən və firavan böyüsünlər. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə