İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə4/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   2   3   4   5   6   7   8   9   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

İttifaqı  necə  deyərlər,  yerlə-yeksan  oldu.  Elə  nə  yaxşı  da 



oldu! 

SSRİ-ni  birləşdirmiş  15  respublikanın  hər  biri  əsarət 

zəncirindən  xilas  oldu,  öz  müstəqil  dövlətini  qurdu.  O 

cümlədən  də  sənin  özün,  əzabkeş  Azərbaycanım  mənim! 

İndi  başının  üstündə  üçrəngli  bayrağın  dalğalanır. 

Müstəqillik  yollarında  irəliləyirsən.  Düzdür,  müstəqilliyə 

çatana  kimi  başına  olmazın  fəlakətlər  gəldi,  qısa  zaman 

kəsiyində  neçə  əsr  yol  keçdin,  müdrikləşdin,  Vətənim 

mənim.  Nə  qədər  qurbanlar  verdin!  Qələbə  qurbansız 

olmaz, -deyiblər. 

Müstəqil  bir  dövlət  kimi  dünya  ölkələri  cərgəsində 

addımladıqca, bu illər ərzində qazandığım uğurlara nəzər 

yetirdikdə, inana bilmirsən ki, tarixin bu qısa kəsiyində bu 

qədər  nailiyyətə  imza  atmaq  mümkün  olarmış!  Bütün  bu 

uğurlar,  bu  az  vaxtda  əldə  olunan  müvəffəqiyyətlər  70  il 

sovet  imperiyasında  qazanılanlardan  qat-qat  çoxdur, 

sanballıdır, möhtəşəmdir. 

Doğma  diyarım  Azərbaycanım!  Özündən  xəbərin 

varmı  ki,  kosmik  sürətlə  irəliləyirsən?!  İqtisadi  sahədə 

qazandığın  uğurlara  dünyanın  ən  çox  inkişaf  etmiş 

ölkələri  belə  həsəd  aparır.  Onları  qınamaq  olmaz.  Sənin 

götürdüyün  istiqamət  əsl  kosmik  eranın  -XXI  əsrin 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

sürətilə  düz  mütənasibdir.  Çünki  sənin  sükanın  etibarlı 



əllərdədir.  Bu  etibarlı  əllər  ölkə  başçısı  cənab  İlham 

Əliyevə  məxsusdur.  Bu  müstəqil  dövlətin  beşiyi  başında 

məhz  İiham  Əliyev  durur.  O  da  bu  estafeti  atası  -  XX 

əsrdə  ikinci  dəfə  müstəqilliyə  nail  olmuş  Azərbaycan 

Respublikasının banisi, ümumilikdə, 1969-cu ildə ölkənin 

sükanı arxasında dayanmış ümummilli və əbədi liderimiz, 

dünya  şöhrətli  siyasətçi,  Türk  dünyasında  Atatürklə 

müqayisə  olunan  dahi  bir  şəxsiyyət  Heydər  Əlirza  oğlu 

Əliyevdən  qəbul  etmişdir.  O  Heydər  Əliyev  ki  hələ 

Moskvada  Siyasi  Büronun  üzvü  olarkən,  Bakıda 

törədilmiş  20  yanvar    faciəsindən  sonra  Kommunist 

Partiyasına "əlvida" demiş, Rusiyadakı fəaliyyətinə xitam 

vermiş,  Azərbaycanda  törədilmiş  "20  Yanvar"  faciəsi 

barədə 


dünya 

ictimaiyyətinə 

məlumat 

vermiş, 


Azərbaycana  -  doğulduğu  Naxçıvan  Respublikasına 

gəlmiş,  ölkədə  baş  verən  siyasi  hadisələrin  axınına 

qoşulmuşdur.  O  Heydər  Əliyev  ki  Azərbaycanda 

məcrasından  çıxan  vəziyyətin  qardaş  qırğınına,  vətəndaş 

qarşıdurmasına  tuş  gəldiyi  bir  məqamda  91  azərbaycanlı 

ziyalının xahiş və tələbilə Bakıya gəlir. Zəngin təcrübəsi, 

dünyagörüşü  və  təmkini  sayəsində  tədricən  gərgin 

vəziyyət  səngiyir,  alovlanan  alov  söndürülür.  Beləliklə, 

Azərbaycan və onun paytaxtı, eləcə də bölgələrimiz rahat 

nəfəs alır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Budur,  o  vaxtdan  keçən  illər  ərzində,  eləcə  də  cənab 



İlham  Əliyevin  ölkəyə  rəhbərlik  etdiyi  illər  ərzində 

Azərbaycanım,  necə  də  dəyişmisən,  tanınmaz  olmusan. 

Bu  gözəllik  elə  bil  boyuna  biçilib.  Regionların  sosial 

inkişafı barədə Dövlət Proqramına əsasən respublikamızın 

hər  yerində  möhtəşəm  tərəqqi  və  inkişaf  uzaqdan  nəzəri 

cəlb  edir. Paytaxtımız nəinki  gündən-günə, hətta  saatdan-

saata  böyüyür,  gözəlləşir,  genişlənir.  Şəhərdə  tikilib 

istifadəyə  verilən  körpülər,  keçidlər  Bakıya  xüsusi 

gözəllik  verir,  göz  oxşayır.  Bakıda  körpülərin  və 

keçidlərin  inşası  davam  etdirilir,  bir  ildən  sonra 

respublikanın  baş  şəhəri  dünyanın  ən  gözəl  yaşayış 

məskənləri ilə yarışa girəcək. 

Hə,  gözəlim  mənim  Azərbaycanım.  Bu  gün  hər  bir 

soydaşın-qoynunda  böyüyüb-boy  atan  hər  bir  vətəndaşın 

uğurlarına  sevinir,  qürur  hissi  keçirir,  sevinci  sinəsinə 

sığmır. Gözəlliyinə heyran qalır. İnanır ki, gələcəyin daha 

uğurludur.  Hansı  əcnəbi  ölkəyə  yolu  düşsə,  həmin  yad 

diyarlarda  sənin  vətəndaşından  soruşsalar  ki,  haradan 

gəlmisən,  hansı  məmləkətin  vətəndaşısan,  o  da  tərəddüd 

etmədən 


fəxrlə 

dərhal 


belə 

cavab 


verər: 

Mən 


Azərbaycanlıyam! 

 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

Gəncliyini yaĢayan qədim Ģəhər 

 

Ölkə baĢçısının Bakı Ģəhərinə diqqət və qayğısı göz 

önündədir 

 

Bir dön bizim Bakıya bax,  



Sahilləri çıraq-çıraq.  

Buruqları hayqıraraq  

Nərə çəkir boz çöllərə,  

YaĢıllaĢır hər dağ-dərə... 

Səməd Vurğun 

 

Azərbaycanın  paytaxtı  əzəmətli  Bakı  dünyanın  ən 



gözəl  və  yaraşıqlı  şəhərlərindən  biridir.  Bəzən  həzin, 

bəzən  dalğaları  şahə  qalxan  mavi  gözlü  Xəzərin  qoynuna 

sığınmış şəhərə gecələr dəniz ana kimi layla çalır - həzin 

pıçıltılı  dalğaları  vasitəsilə.  Əsrlərin  yadigarı  olan  Qız 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə