İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə121/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   117   118   119   120   121   122   123   124   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Əlbəttə  ki,  ilk  vaxtlarda  həyəcan  və  qorxu  məni  sıxırdı. 



Xoşbəxtlikdən  azman  sənət  adamlarının  hamısı  mənə  kömək 

edirdi.  Böyük  sənət  korifeyi  Barat  xanımın  kömək  və  analıq 

qayğısını  həmişə  minnətdarlıqla  xatırlayır  və  müqəddəs  ruhu 

qarşısında baş əyirəm. Rejissor Hüseyn Seyidzadənin aktyorla 

apardığı  yaradıcılıq işini də heç zaman unuda bilmərəm. Onu 

da  qeyd  edim  ki,  «O  olmasın,  bu  olsun»  Azərbaycan  kino 

tarixində  ilk  tammetrajlı  rəngli  film  idi.  Bakıda  lazımi  şərait 

olmadığından, lentlər indiki Sankt-Peterburqda aşkarlandı. 



-  Deyəsən,  Gülnazın  ayağı  düĢərli  olmadı.  Daha  sizi 

kinoya dəvət etmədilər? 

-  Mən  belə  deməzdim.  Məni  sonralar  da  dəfələrlə  kino 

çəkilişlərinə  dəvət  etdilər.  Belə  ki  görkəmli  kinorejissor, 

müəllim  və  aktyor  Rza  Təhmasib  məni  Dağıstanın  xalq  şairi 

Sülyeman  Stalskinin  100  illiyi  münasibətilə  ekranlaşdırdığı 

filmə  dəvət  etmişdi.  Eləcə  də,  «Koroğlu»  filmində  Nigar 

roluna  dəvət  almışdım.  Lakin  hamısından  imtina  etdim.  Hələ 

onu  da  əlavə  edim  ki,  orta  məktəbi  bitirdikdən  sonra  məni 

«Azərbaycanfilm» kinostudiyasında təhsilimi davam  etdirmək 

üçün  Ümumittifaq  Dövlət  Kinematoqrafiya  İnstitutuna 

göndərirdilər. Buna da razılıq vermədim. 

- Səbəbini bilmək olarmı? 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Nədənsə  kinoya  bağlana,  ürək  qızdıra  bilmirdim. 



Görünür ki, bu da utancaq təbiətimdən irəli gəlirdi. Məni daha 

çox oxumaq, mütaliə etmək cəlb edirdi. 



-  Bildiyimə  görə,  sizin  adınız  həm  də  ilk  televiziya 

diktoru kimi mədəniyyət tariximizdə qalıb. Bəs niyə bu iĢi 

davam etdirmədiniz? 

-  Filmin  çəkilişi  başa  çatanda  mən  hələ  IX  sinifdə 

oxuyurdum. Bir dəfə ədəbiyyat müəllimimiz, Xalq artisti olan 

Gültəkin  Cabbarlı  məni  yanına  çağrdı  və  bildirdi  ki,  məni 

telestudiyaya  dəvət  edirlər.  Ertəsi  gün  ora  getdim.  Müsabiqə 

otağının  qarşısında  çoxlu  sayda  yaraşıqlı  qızlar  növbə 

gözləyirdi.  Hamı  bərbəzəkli,  yaraşıqlı  libasda,  mən  isə 

məktəbli formasında idim. Bu qızları başdan-ayağa süzdüm və 

geri dönmək istəyəndə,  bir kişi qolumdan  yapışıb, söylədi  ki, 

hara  gedirsən,  atrıq  sənin  namizədliyin  təsdiq  olunub.  Bu, 

görkəmli  televiziya  rejissoru  Rauf  Kazımovski  idi.  Beləliklə, 

ilk dəfə 1956-cı il may ayının 1-də Azərbaycan televiziyasının 

açılışı  oldu.  İlk  dəfə  tamaşaçıları  azərbaycan  dilində  mən 

salamladım.  Bütövlükdə,  fasilələrlə  3  il  televiziya  diktoru 

işlədim,  institutda  əyani  təhsil  aldığım  üçün  işdən  çıxmalı 

oldum.  İşdə  aldığım  əmək  haqqı,  üstəlik  də  qonorar,  tələbə 

təqaüdündən  xeyli  çox  olsa  da,  təhsilimi  davam  etdirməyə 

üstünlük verdim. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

-  Siz  həm  də  ilk  dəfə  1958-ci  ildə  DaĢkənddə  keçirilən 

Asiya,  Afrika  ölkələrinin  kino  festivalının  iĢtirakçısı 

olmusunuz. Bəlkə bir qədər o illərə səyahət edəsiniz? 

-  Festivalda  Azərbaycandan  2  film  iştirak  edirdi::  «Uzaq 

sahillərdə»  və  «O  olmasın,  bu  olsun».  «Uzaq  sahillərdə»dən 

filmin baş qəhrəmanları Nodar Şaşıqoğlu və Anjelika rolunun 

ifaçısı  Yelikoyeva;  «O  olmasın,  bu  olsun»dan  isə  rejissor 

Hüseyn  Seyidzadə  və  operator  Əlisəttar  Atakişiyev  daxil 

idilər.  Nümayəndə  heyətini  qəbl  edən  o    vaxtkı  SSRİ 

mədəniyyət  naziri  Mixaylov  deyib  ki,  Yelikoyevalar  burada 

çoxdur,  sizin  ki  bu  qədər  xanımlarınız  var,  niyə  onları 

gətirməmisiniz?  Bu  təpkidən  sonra  Bakıya  təcili  teleqram 

vurulur,  məni  və  Barat  xanımı  Daşkəndə  dəvət  edirlər.  Yay 

mövsümü  olduğundan  təyyarəyə  bilet  almaq  müşkül  idi.  Nə 

qədər  qəribə  olsa  da,  nazirin  əmrinə  görə,  iki  general  üçün 

ayrılan  yerləri  bizə  verərək,  bizi  ayrı-ayrı  reyslərlə  Daşkəndə 

«uçurdular». 

-  Tamara  xanım,  maraqlı  həyat  tarixçəniz  var. 

Bütövlükdə, taleyinizdən razısınızmı? 

-  Bəli,  razıyam.  Ömür-gün  yoldaşım  Alp  Ağamirov  kino 

və  teatr  tənqidçisi  olub.  Mən  televiziyada  diktor  işləyəndə,  o 

baş redaktor vəzifəsində çalışırdı. 1962-ci ildə ailə qurduq. Alp 

müəllim  uzun  illər  «Kommunist»  qəzetində  məsul  katib 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

işləyib.  Təqaüdə  də  oradan  çıxıb.  «Azərbaycanın  Əməkdar 



Mədəniyyət işçisi» adına layiq görülüb. 2000-ci ildə dünyasını 

dəyişib. Yeganə oğlum da jurnalistdir. Gəlinim isə həkimdir. 2 

nəvəm  var.  Böyük  nəvəm  Məcidin  bu  il  ali  məktb  tələbəsi 

olması  mənim  üçün  həyatda  ən  sevincli  hadisələrdən  biridir. 

Deməli, yaşamağa dəyər. 

- Dəyər, Tamara xanım. Nəvələrinizin toyunu görəsiniz!  



2010-cu il 

 

Köçkün məktəblərimiz 

 

Təhsil ocağı Bakıda fəaliyyətini davam etdirir 

 

Qarabağın  aynası,  şah  əsəri,  «Qafqazın  konservatoriyası» 

adlanan Şuşa şəhəri 8 may 1992-ci ildə respublikanın o vaxtkı 

rəhbərlərinin,  o  cümlədən  müdafiə  naziri  Rəhim  Qazıyevin 

səriştəsizliyi  ucbatından  işğal  olundu,  bütün  qarabağlılar  kimi, 

Şuşa  sakinləri  də  respublikamızın  müxtəlif  rayonlarına 

səpələndi.  O  cümlədən  Şuşa  rayonu  üzrə  24  ümumtəhsil 

məktəbi  və  2  məktəbdənkənar  təhsil  müəssisəsi  Bakı  şəhəri  və 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə