İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə20/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   16   17   18   19   20   21   22   23   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

oldum. Gənc qələm sahibi kimi o, qəzetdə maraqli məqalə 



və  kiçik  həcmli  bədii  yazıları  ilə  çıxış  edirdi.  Təcrübə 

müddətində  mənim  «Leninçi»də  jurnalistikanın  müxtəlif 

janrlarında  xeyli  yazım  dərc  olunmuşdu.  Hüseynbala 

müəllim  də  maraqlı  yazılarıma  görə  məni  tərifləyir, 

jurnalistliyə həvəsimi artırırdı. 

Hüseynbala  müəllimlə  mən  bir  də  bir  neçə  il  sonra 

onun Bakıda «Azərbaycan pioneri» qəzetində işlədiyi vaxt 

görüşdüm.  Onun  həmin  qəzetin  əməkdaşı  olduğuna  görə 

(Hüseynbala  müəllim  «Azərbaycan  pioneri»ndə  əvvəlcə 

ədəbi  işçi,  sonra  isə  baş  ədəbi  işçi  vəzifələrində 

işləmişdir),  tez-tez  redaksiyada  görüşər,  onun  qəzetdə 

çıxan  yazılarına  görə  pionerin  hər  sayını  əldə  edib 

oxuyardım. 

H.  Mirələmov  ömrünün  ahıl  çağını  yaşayır.  Onun 

arxada qalan mənalı illər ərzində ömür kitabının səhifələri 

gözlərim  önündə  vərəqlənir.  Doğrudan  da,  Hüseynbala 

müəllimin  ömrünə  calanan  illər  bir-birindən  uğurlu, 

mənalı  keçmiş  illəri  yaddaqalandır.  Hərtərəfli  geniş 

fəaliyyəti  bəzilərinə  hətta  inanılmaz  görünər.  Amma 

çoxcəhətli  və  məhsuldar  yaradıcılığı,  coşğun  fəaliyyəti 

qədirbilən insanlar, mütəxəssislər tərəfindən həmişə təqdir 

olunmuş, müxtəlif mətbu orqanlarında öz əksini tapmışdır. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qeyd  edək  ki,  H.Mirələmov  bədii  yaradıcılığa  lap 



erkən  yaşlarından-məktəb  skamyası  arxasında  oturarkən 

başlamışdır.  Belə  ki  14  yaşlı  yeniyetmənin  ilk  qələm 

təcrübəsinin  məhsulu  olan  «Bir  tikə  çörək»  adlı  hekayəsi 

işıq  üzü  görmüşdü.  Bu,  yeniyetmə  Hüseynbalanın  özünə 

olan inamını artırır və o özünü sonradan bədii yaradıcılığa 

həsr  etməyi  qərara  alır.  Belə  ki  mütəmadi  olaraq  dövrü 

mətbuatda  çıxış  edir,  bədii  yazıları  ictimaiyyətin  nəzərini 

cəlb  edir.  1986-cı  ildə  gənc  nasir  ilk  kitabını  oxucuların 

müzakirəsinə  verir.  «Tənha  durna»  adlı  ilk  əsəri  maraqla 

qarşılanır.  Bundan  ilhamlanan  gənc  nasir  sonralar  bir-

birinin  ardınca  bir  neçə  kitabı  ilə  özünü  istedadlı  yazıçı 

kimi  təsdiqləyir.  «Qayada  çiçək»,  «Xəcalət»,  «Simuzər», 

«Daha  bir  ümid  sabahı»,  «Gəlinlik  paltarı»,  «Vicdan 

qəzası»,  «Həyat  eşqi»,  «Bir gecənin sehri»,  «Yanan qar», 

«Cəza» kimi nəsr kitabları H.Mirələmovun məhsuldar bir 

yazıçı  olduğunu  təsdiqləyir.  Mövzu  rəngarəngliyi  ilə  bir-

birindən  seçilən  həmin  əsərlər  bir  sıra  xarici  dillərə  də 

tərcümə olunub. 

Hüseynbala  müəllimin  bədii  publisistika  sahəsində 

uğurları da diqqəti cəlb edir

;

 Bu sahədə məhsuldar çalışan 



istedadlı  publisist  ulu  öndərimiz  Heydər  Əliyevin  zəngin 

və  mənalı  həyat  və  fəaliyyətinə  həsr  etdiyi  «Amalın 

işığında»,  «Həqiqət»,  «Millətin  atası»,  «Bir  günəş  var», 

«İşığın  izi  ilə»  kitabları  ictimaiyyət  tərəfindən  marağa, 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

geniş  rezonans  yaratmışdır.  Onun  başqa  bir  publisist 



əsərini də qeyd etməmək olmaz. Bu, «Görkəmli adamların 

həyatı»  seriyasından  olan  «Heydər  Əliyev»  kitabıdır  ki, 

(Viktor  Andriyanovla  birlikdə)  Rusiya  Federasiyasının 

paytaxtında  iki  dəfə  rus,  ingilis  və  fars  dillərində  çapdan 

çıxmış  və  müəlliflərinə  uğur  qazandırmışdır.  Əgər 

H.Mirələmov  siyasi  cəhətdən  yetkin  bir  publisist 

olmasaydı,  şübhəsiz  ki,  Azərbaycanın  memarı,  bütün 

şüurlu  həyatını  canından  artıq  sevdiyi  Azərbaycana,  bu 

ölkənin  müdrik  xalqına  həsr  etmiş  Heydər  Əliyev  kimi 

dünyaşöhrətli  bir  siyasi  xadimin  mübarizələrlə  dolu 

həyatından  bəhs  edən  belə  monumental  əsərlər  yarada 

bilməzdi. 

Onu  da  açıqlamağa  dəyər  ki,  Hüseynbala  Mirələmov 

indiki  Azərbaycan  Dövlət  Texniki  Universitetinin 

məzunudur.  1970-ci  ildə  həmin  ali  məktəbi  mühəndis 

ixtisası  ilə  bitirmişdir.  Gənc  mühəndis  kimi  əmək 

meydanına  atılan  M.Mirələmov  müxtəlif  ünvanlarda 

müxtəlif  mötəbər  vəzifələrdə  fəaliyyət  göstərmiş,  harada 

işləməsindən  asılı  olmayaraq  üzərinə  düşən  vəzifədə 

məsuliyyətlə  çalışmış,  işlədiyi  müəssisəni  qabaqcıllar 

sırasına  çıxarmışdır.  Buraya  Lənkəran  şəhər  Qaz  Tikinti-

Quraşdırma  İdarəsi,  Azərbaycan  Dövlət  Yanacaq 

Komitəsi,  «Azəriqaz»  Təmir-Tikinti  Tresti,  «Maye  Qaz» 

İstehsalat Birliyi, «Bakqaz» İstehsalat İdarəsi, Azərbaycan 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Qaz  Emalı  zavodu  daxildir.  Hüseynbala  Mirələmov 



adıçəkilən  sənaye  müəssisələrində  şərəfiə  çalışmış, 

işlədiyi  kollektivlərin  dərin  hörmət  və  məhəbbətini 

qazanmışdır.  Sonuncu  nəhəng  sənaye  müəssisəsi  olan 

Azərbaycan  Qaz  Emalı  zavoduna  uzun  illər  rəhbərlik 

etməsi 

Hüseynbala  müəllimin  böyük  təşkilatçılıq 



bacarığından, texnikaya dərindən bələdçiliyindən, adamlar 

arasında dərin hörmət sahibi olmasından xəbər verir. Axı 

onun yüksək elmi fəaliyyəti də diqqət mərkəzindədir. Belə 

ki  Hüseynbala  müəllim  6  elmi  kitabını  və  dərs  vəsaitini 

araya-ərsəyə  gətirmişdir,  başlıcası  isə  texnika  elmləri 

doktorudur. 

Bax, H.Mirələmov belə çoxcəhətli, bir-birindən fərqli 

peşələrin  sahibidir.  Onun  əmək  fəaliyyəti,  elmi  və  əbədi 

xidmətləri  ölkəmiziin  və  xarici  dövlətlərin  mükafatlarına 

layiq görülmüş, müəllifinə başucalığı gətirmişdir. O, eyni 

zamanda bu gün ictimai xadim kimi də səmərəli fəaliyyət 

göstərir, milli məclisin üzvüdür. Bu isə deputat kimi onun 

Xətai  rayon  ictimaiyyəti  -doğma  seçiciləri  ilə  mütəmadi 

görüşlərinə,  onların  qayğı  və  problemləri  ilə  yaxından 

tanış olmağa imkan verir. 

Hüseynbala Mirələmovun çoxsahəli fəaliyyəti, zəngin 

yaradıcılığı  barədə  qələm  sahibləri  çox  söz  deyilib. 

Onlardan  biri  də  istedadlı  şair  və  publisist,  məhsuldar 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə