İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə21/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   17   18   19   20   21   22   23   24   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

qələm  əhli,  «Kredo»  qəzetinin  baş  redaktoru  Əli  Rza 



Xələflidir.  Onun  «Dünyanın  söz  üzü»  adlı  kitabında 

tanınmış 

yazıçı-dramaturq, 

ictimai-siyasi 

xadim 

Hüseynbala  Mirələmovun  həyatı  və  yaradıcılığı  ilə  bağlı 



ayrı-ayrı  vaxtlarda  qələmə  aldığı  ədəbi-publisist  qeydləri 

toplanmışdır.  «Dünyanın  söz  üzü»  kitabındakı  yazılar 

ədəbi-bədii-fəlsəfi fikir tutumu, ilhamlı və poetik ruhu ilə 

diqqəti  cəlb  edir.  Kitabdan  aşağıdakı  parçaya  diqqət 

kəsilək: 

«Hüseynbala  Mirələmov  oxunan  yazıçıdır,  sözü 

ədəbi  aləmdə  müzakirədə  olan  yazıçıdır.  Professional 

ədəbi tənqid onun haqqında dəfələrlə tutarlı söz deyib, 

yaradıcılığına  obyektiv  münasibət  bildirilib.  Əlbəttə, 

subyektiv münasibətlər də var və bunu da təbii qəbul 

etmək lazımdır. Bu kitabda Hüseynbala  Mirələmovun 

həyatının  və  yaradıcılığının  görünən  və  görünməyən 

tərəflərinə  bir  daha  iĢıq  tutulur,  əsərləri,  obrazları 

təhlilə 

çəkilir,  ədəbi  publisistikanın  imkanları 

daxilində  yazıçının  qaldırdığı  problemlər  Ģərh  olunur, 

müasirlərimizi  düĢündürən  məsələlərə  münasibət 

bildirilir». 

Hüseynbala  Mirələmov  bu  gün  yaradıcılığının  ən 

məhsuldar  dövrünü  yaşayır,  yazıb-yaradır,  ictimai 

fəaliyyətini  davam  etdirir.  O  hazırda  YAP  Xətai  rayon 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

təĢkilatının  sədridir.  Hüseynbala  Mirələmov  bu  məsul 

vəzifənin  də  öhdəsindən  layiqincə  gəlir,  əsası  ümummilli 

lider  Heydər  Əliyev  tərəfindən  qoyulan,  bu  gün  isə  onun 

siyasi  məktəbinin  davamçısı  İlham  Əliyev  tərəfindən 

irəliyə  doğru  aparılan  Yeni  Azəbaycan  Partiyası  Xətai 

rayon  təşkilatının  sədri  kimi  hakim  partiyanın  nüfuzunun 

daha  da  artmasına,  sıralarının  yeni  savadlı  və  işgüzar 

üzvlər hesabına genişlənməsinə səy göstərir. 



P.S.  Mən  bir  qəzet  səhifəsinə  sığan  bu  yazıda 

Hüseynbala  Mirələmov  barədə  olsa-olsa,  onun  haqqında 

bildiklərimin,  gördüklərimin  və  eşitdiklərimin  bəzi 

məqamlarına  toxundum.  Bu  isə,  dəryada  damlaya 

bərabərdir. Axı Hüseynbala müəllim bir məktəbdir. Onun 

zəngin  bədii  yaradıcılığı,  həyat  və  ictimai  fəaliyyəti 

barədə  tənqidçilər,  analitiklər  hələ  çox  danışacaq,  çox 

yazacaqlar. Çünki  Hüseynbala Mirələmov  hər kəsə nəcib 

olmayan  istedadlı  və  məhsuldar  yazıçı,  publisist, 

dramaturq,  texniki  elmlər  doktoru,  professor,  ictimai 

xadim,  millət  vəkilidir.  Doğrudan  da  o,  zəmanəmizin 

unikal adamıdır! 



 

Ġdris Hacızadə  

 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

 

SÜLH, DOSTLUQ VƏ HUMANĠZM BAYRAMI 

 

Müsahibimiz 



tanınmıĢ 

fölklorĢünas 

alim, 

folklorumuzun  inkiĢafında  və  dünyaya  tanınmasında 

misilsiz  xidmətlari  olan,  bu  sahədə  çoxlu  kitabların 

müəllifi, 

professor, 

Azərbaycan 

Milli 

Elmlər 

Akademiyasının  (AMEA) 

müxbir  üzvü  Azad 

Nəbiyevdir. 

- Hörmətli  professor, ġərq xalqları sırasında geniĢ 

yayılmıĢ  böyük  bayramlardan  biri  də  Novruz 

bayramıdır.  Bu  gün  böyük  Türk    dünyasında 

milyonlarla insan bu bayramı  qeyd edir. Dünyəvi  yaz 

bayramı  kimi  keçirilən  Novruzun  yaranması, 

xalqımızın  məiĢətinə  daxil  olması  barədə  çoxlu  mif, 

əfsanə, tarixi fakt, mənbə bəllidir. Ömrünü bu sahəyə 

həsr etmiĢ bir alim kimi müqəddəs Novruz bayramının 

tarixi,    əhəmiyyəti,    mənəvi-əxlaqi  dəyərləri,  rəmzləri   

barədə məlumat verərdiniz. 

Şərq  xalqları 



içərisində 

yayılmış 

böyük 

bayramlardan  biri  də  Novruz  bayramıdır.  Azərbaycan 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

xalqı  bu  bayramı  hər  il  mart  ayının  20-21-22-də  keçirir. 



Novruzun  bayram  edilməsi  yaddaşa  əski  təsəvvürlərin 

mirası kimi həkk edilmişdir:  

Azərbaycan  xalqının  erkən  əkinçilik,  maldarlıq 

görüşlərini  geniş  çevrədə  özündə  əks  etdirən  Novruz 

bayramı zaman-zaman yüksək mədəni dəyərləri, qabaqcıl 

bəşəri  idealları,  dostluq,  qardaşlıq,  həmrəylik  kimi 

humanist  duyğuları  əhatə  edərək  sərhəd  bilmədən  yaxın 

və  uzaq  ellərə  yayılmış,  özünün  əzəmətli  əxlaqi dəyərləri 

ilə şöhrətlənmişdir. 

Bu  gün  böyük  türk  dünyasında,  eləcə  də  Şərq 

ellərində  üç  yüz  milyondan  artıq  insan  içərisində  doğma 

bayram  kimi  qeyd  edilən,  yeni-yeni  insan  toplumlarının 

dünyəvi yaz bayramı kimi keçirdiyi Novruzun yaranması, 

xalqımızın məişətinə nüfuz etməsi barədə çoxsaylı miflər, 

əfsanələr,  tarixi  faktlar,  mənbələr  mövcuddur.  Novruz 

Şərqin  qədim  yaz  bayramlarından  biri  kimi  xalqımızın 

təbiət hadisələri barədə əski görüşlərini, onun erkən əmək 

və  məişət  həyatını  geniş  bədii-fəlsəfi  lövhələrdə  əks 

etdirməkdədir.  O  da  inkaredilməzdir  ki,  xalqımızın  ən 

qədim  mədəni  dəyərləri  Novruzun  erkən  kulturoloji 

düşüncəsinin başlıca məzmununu və ana qaynağını təşkil 

edir.  Bunları  təsdiq  eləyən  əsaslı  və  mühüm  faktlar  isə 

təbii  ki,  Azərbaycan  xalqı  içərisində  bayrama  məxsus 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə