İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə29/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   25   26   27   28   29   30   31   32   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

MHKH-də bir neçə hərbçi xəstə ilə söhbət edirik. 



Vüsal Hacıyev: 

-    Mədə  xorası  ilə  hospitala  gəldim.  Vəziyyətim  ağır 

idi.  Sağ  olsun  həkim  Şahları.  İlk  dəqiqələrdən  başımın 

üstünü  kəsdirdi.  Müayinə apardı. Ciddi müalicə başlandı. 

Bir  həftədə,  necə  deyərlər,  özümə  gəldim.  İndi  özümü 

yaxşı  hiss  edirəm.  Bir  neçə  gündən  sonra  hospitalı  xoş 

ovqatla tərk edəcəyəm. 

Cavid Əliyev: 

-    Mədəaltı  vəz,  12  barmaq  bağırsaq  mənə  əziyyət 

verirdi.  Doğrusu,  bədbinlik  üstümü  almışdı.  Yaman 

küskün olmuşdum. Amma 10 gün ərzində əvvəlki ovqatım 

özümə  qayıtdı.  Bunun  üçün  həkim  Şahlara  ömrüm  boyu 

minnətdaram. 

Yenə həkimlə söhbətimizi davam etdiririk. 

-  Ayda    30-35      xəstəni  müayinə  edib  müalicə 

aparıram.  Hospitalda hər cür şərait yaradılmışdır. Müasir 

tibb  avadanlıqları,  diaqnostik  aparatlar  həkimlərin  işini 

xeyli  yüngülləşdirib.  Xəstələr  də  onlara      göstərilən 

müalicədən, tibb xidmətindən razılıq edirlər. Bu isə bizim 

üçün ən böyük mükafatdır. Başlıca məqsədimiz insanlara 

sağlamlıq bəxş etməkdir. 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Ali məqsədiniz var, tibb xidməti polkovnik-leytenant! 



Bu xeyirxah və nəcib əməlinizdə sizə daha böyük uğurlar 

diləyirik! 



“Naxçıvan” qəzeti, 

12 aprel, 2002-ci il 

 

XĠLASKAR QARABƏKĠR PAġA KĠMDĠR? 

 

Güllü  Məmmədovanın  imzası  ədəbi  aləmə  kifayət 

qədər  məlumdur.  Ġstedadlı  yazıçı  və  jurnalist  olan 

Güllü xanım uzun illərdir mətbuatda çalıĢır, Naxçıvan 

televiziyasında  fəaliyyət  göstərir.  Öz  bədii  yazıları  ilə 

oxuculara yaxĢı tanıĢ olan Güllü Məmmədova bu dəfə 

qələmini  ədəbiyyatın  daha  ağır  və  çətin  bir  janrında 

sınamıĢdır.  Belə  ki  o,  bu  dəfə  "Qarabəkir  əfsanəsi" 

adlı  sənədli  tarixi  romanı  ilə  oxucuların  görüĢünə 

gəlmiĢdir.  Bəri  baĢdan  qeyd  edək  ki,  yazıçı  öz  çiynini 

ağır bir yükün altına vermiĢ və istəyinə nail olmuĢdur. 

Axı  tarixi  sənədli  roman  üzərində  iĢləmək  yazıçıdan 

zəngin  müĢahidə  qabiliyyəti,  təsvir  olunan  dövrdəki 

hadisələrə  yaxından  bələd  olmaq,  fakt  və  rəqəmləri 

ardıcıllıqla və dəqiq iĢıqlandırmagı tələb edir. Nə yaxĢı 


www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

ki,  yazıçı  bu  məsuliyyəti  dərk  etmiĢ  və  öz 

qəhrəmanının dolğun obrazını yaratmıĢdır. 

Kimdir  Qarabakir  paşa  və  yazıçı  nə  üçün  onun 

haqqında roman yazmağı qərara aldı? Əvvələn, yada salaq 

ki, "Qarabəkir əfsanəsi" tarixi romanı tarixdən bizə məlum 

olan  1918-1920-ci  illərdə  Türkiyənin  Doğu  vilayətində, 

eləcə  də  Naxçıvanda  baş  verən  dəhşətli  hadisələrdən 

ətraflı bəhs edir. Yazıçı romanda həmin torpaqları erməni 

daşnaklarından,  erməni  işğalından  azad  edən  böyük  türk 

sərkərdəsi,  Türkiyə  və  Azərbaycanın  xilaskarı,  əfsanəvi 

qəhrəman  Kazım  Qarabəkir  paşanın  qəhrəmanlığından, 

onun mənalı həyatı və bütün türk dünyasına nümunə olan 

döyüş yolundan söhbət açır. 

Doğrudan da 1918-1920-ci illər Azərbaycan, eləcə də 

Naxçıvan  üçün  ən  dəhşətli,  ən  müdhiş  illər  olub.  Bu 

qədim  diyarın  öz  kökündən  -  Azərbaycandan  qoparılıb 

ayrılmaq təhlükəsi vardı. Bu zaman məhz bölgə əhalisinin 

müqavimət göstərməsi, ən başlıcaçı isə qardaş Türkiyənin 

hərbi və siyasi yardımı, mənəvi dayağı nəticəsində məkrli 

ermənilərin  alçaq  niyyətləri  həyata  keçmədi.  Belə  ki 

Türkiyənin igid oğlu Kazım Qarabəkir paşanın rəhbərliyi 

altında  türk  əsgərlərinin  Naxçıvana  daxil  olmaları 

bölgənin  acı  taleyini  həll  etmiş  oldu.  Eyni  zamanda  həm 

azərbaycanlıların məhv edilməsinin qarşısı alındı, həm də 



www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Naxçıvan  diyarına  Azərbaycanın  tərkibində  muxtariyyət 



statusu  verildi.  Bu  mühüm  amilin  hər  ikisi  Kazım 

Qarabəkir paşanın adı ilə bilavasitə bağlıdır. Çünki bu igid 

türk  oğlu  həm  silahla,  həm  də  qələmlə  (Naxçıvana 

muxtariyyət statusu verən Qars müqaviləsini məhz Kazım 

Qarabəkir  paşa  imzalamışdır)  bu  bölgəni  qorumuş,  onun 

yağı əlinə keçməsinə yol verməmişdir. 

Həmin dəhşətli illərdən bizi uzun zaman kəsiyi ayırsa 

da,  bu  gün  hər  bir  naxçıvanlı  bölgənin  xilaskarı  kimi 

Kazım  Qarabəkir  paşanı  dərin  hörmət  və  ehtiramla  yad 

edir  və  ruhuna  rəhmət  oxuyur.  Bu  cəhətdən  yazıçı  Güllü 

Məmmədovanın  "Qarabəkir  əfsanəsi"  adlı  tarixi  roman 

yazması tamamilə qanunauyğundur. 

Yazıçı  bu  əsəri  qələmə  almazdan  əvvəl  xeyli  gərgin 

axtarışlar aparmış, arxivlərə baş çəkmiş, qəhrəmanın həyat 

və  fəaliyyətini  araşdırmış,  Türkiyə  Cümhuriyyətində 

olmuş,  Qarabəkir  paşanın  sağ  qalmış  övladları  və 

yaxınları  ilə  görüşmüş,  zəngin  material  toplamış,  onların 

hamısını  yaradıcılıq  süzgəcindən  keçirmiş,  bir  sözlə, 

qələmə  aldığı  qəhrəmanını  hərtərəfli  öyrənə  bilmişdir. 

Məhz elə buna görədir ki,  əsər maraqla oxunur, hadisələr 

oxucunu ardıcıllıqla öz axarınca aparır. 



Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə