İdris Hacızadı



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
səhifə73/125
tarix01.11.2017
ölçüsü3,03 Mb.
#7993
1   ...   69   70   71   72   73   74   75   76   ...   125

www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Şövkət  xanım  1922-ci  ildə  Bakıda  doğulmuş,  uşaq 



yaşlarından  musiqiyə  həvəs  göstərmiş,  məktəblərində 

keçirilən  tədbirlərdə  öz  səsi  ilə  çoxlarının  diqqətini  cəlb 

etmişdi.  Sənət  aləminə  gəlməsinin  isə    maraqlı  tarixçəsi 

var. Belə ki günlərin birində tale bu balaca, qıvrımsaç qızı 

böyük  bəstəkar,  xeyirxah  insan  Üzeyir  Hacıbəyli  ilə 

rastlaşdırır.  «Zər  qədrini  zərgər  bilər»  məsəli  burada 

tamamilə yerinə düşür. Üzeyir bəy 15 yaşlı yeniyetmə qızı 

Azərbaycan  Dövlət  Xorunun  kollektivinə  dəvət  edir.  Bu 

xoru dahi bəstəkar özü yaratmışdı. Beləliklə, gənc Şövkəti 

böyük  səhnəyə  gətirən  bəstəkar  ona  ata  kimi  xeyir-dua 

verir. Sonralar Şövkət Ələkbərova sənətdə ilk addımlarını 

belə xatırlayır: «Dördsəsli xorda oxumağım mənə çox şey 

verdi.  Bu  gün  müxtəlif  üslublu,  müxtəlif  dəst-xətli 

ansamblların, orkestrin muşayiəti ilə oxuya bildiyim üçün, 

ilk  növbədə,  Üzeyir  bəyə,  onun  yaratdığı  xora 

borcluyam». 

Peşəkar vokal dərslərini Şövkət xanım tanınmış opera 

muğənnisi  Hüseynqulu  Sarabskidən  almışdı.  Müğənni 

«Qatar»,  «Şahnaz»,  «Segah»  kimi  muğamlarımızı 

özünəməxsus  ustalıqla  ifa  edirdi.  «Qarabağ  şikəstəsi», 

«Kəsmə  şikəstə»  və  digər  zərb  muğamlar  bu  istedadlı 

muğənninin  ifasında  yeni  həyat  yaşayan  bənzərsiz  sənət 

inciləridir.  Çox  mürəkkəb  olan  «a  kapella»  müşayiətsiz 

ifaçılıq  üsulu  müğənnidən  xüsusi  bacarıq  və  səriştə  tələb 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

edir.  Şövkət  xanım  genişimkanlı  mürəkkəb  parçaların 



ifasını sənət möcüzəsinə çevirirdi. 

Ş.Ələkbərova  zəngin  xalq  musiqimizə,  ənənələrə 

sadiq  qalan,  eyni  zamanda  bu  nəsillər  arasında  körpü 

yaradan  istedadlı  bir  müğənni,  böyük  sənətkar  idi.  O, 

bütün  janrlarda  misilsiz  uğurlar  qazanmaqla  yanaşı,  həm 

də səhnəmizə, efirimizə özünəməxsus ifa tərzi  və  yüksək 

səhnə davranışı və səhnə efir mədəniyyəti gətirmişdi. Kaş 

bugünkü  müğənnilər  səhnəyə  və  efirə  çıxarkən  Şövkət 

xanımı xatırlayardılar. 

Böyük bəstəkarımız Cahangir Cahangirov söyləyərdi: 

«İndi  şöhrət  sahibi  olan  çox  bəstəkarlar  Şövkət  xanıma 

borcludurlar. O, böyük müğənnidir, belələri tarixdə az-az 

yetişir.  Bəstəkarların  əksəriyyəti  çalışırdı  ki,  yeni 

mahnılarını  Şövkət  xanım  oxusun.  Çünki  bu  ilk  ifa 

mahnının  şöhrət  və  ömür  qazanmasına  səbəb  olurdu. 

Musiqi  sənətimizin  inciləri  sayılan  elə  mahnılar  və 

kantatalar  vardır  ki,  Şövkət  xanımdan  sonra  o  əsərlərin 

ifası demək olar ki, baş tutmamışdır. Belə əsərlərdən biri 

də möhtəşəm sənət nümunəsi olan «Füzuli» kantata»sıdır. 

Bu  sıraya  mən  şair  Cabir  Novruzun  sözlərinə  bəstəkar 

Oqtay  Kazıminin  bəstələdiyi  «Məhəbbət»  mahnısını  da 

aid edə bilərəm. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

 

O bu boyda bir cahanı yaradıb, 



Yeri, göyü, asimanı yaradıb, 

Ġnsan onu, o insanı yaradıb, 

Bu dünyanın əlifbası məhəbbət

Həm ilk nəğmə, həm ilk yazı məhəbbət. 

 

Bu  misralarla  başlayan  «Məhəbbət»  mahnısını 

(mahnının özü böyük bir əsərdir) Şövkət xanımın ifasında 

dinləyərkən  dünyanı  çiynində  gəzdirən,  yeri,  göyü, 

asimanı  yaradan  məhəbbətin  varlığına  inanırsan, 

nikbinliyinə,  xoş  ovqata  köklənir,  sevmək,  yaşamaq, 

yaratmaq istəyirsən. Budur Şövkət səsinin qüdrəti, Şövkət 

səsinin möcüzəsi! 

Təbiidir  ki,  belə  mahnılar  heç  vaxt  köhnəlmir, 

unudulmur, həmişə təzə-tər, təravətli qalır. 

Uzun  illər  keçməsinə  baxmayaraq  heç  bir  müğənni 

belə  şedevr  mahınları  Şövkət  xanım  kimi  tamaşaçıya 

çatdıra  bilmir.  Onu  mahnının  ikinci  bəstəkarı  da  hesab 

edənlər haqlı idilər. 




www.kitabxana.net

 – Milli Virtual-Elektron Kitabxana 



2017 

 

İdris Hacızadə



              

  

―Dünyamızın bəzəyidir insanlar‖

 

Doğrudan  da  o,  mahnılara  ikinci  həyat  verir  və 



mahnını uzunömürlü edirdi. 

Müharibə və cəbhə konsertləri, qara kağızlar, alqışlar, 

göz yaşları, təltiflər, ayrılıqlar… Şövkət xanım rəngarəng 

sənətkar ömrü, çəkilməz bir qadın taleyi yaşadı. Lakin nə 

şan-şöhrət,  nə  var-dövlət,  nə  də  müsibətlər  onun  xanım-

xatınlığına,  insanlığına,  ustadlığına  xələl  gətirə  bilmədi. 

Yel  qayadan  heç  nə  qopara  bilmədiyi  kimi.  Həmişə 

sayılıb-seçilirdi,  möhtəşəm  tədbirlərə  dəvət  aldı.  Həmişə 

də gözəlliyin və sadəliyin özü olaraq qaldı Şövkət xanım. 

Azadlıq  və  müstəqillik  uğrunda  ayağa  qalxan 

Azərbaycan xalqını 1990-cı ilin 20 Yanvarında işğalçı rus 

ordusu  qanına  qəltan  elədi.  Həmin  vaxtlar  Almaniyada 

müalicə  olunan  Şövkət  xanım  ağır  xəstəlik  yatağından 

qalxıb  xalqına  yardım  etmək  üçün  2  dəfə  xeyriyyə 

konserti  vermiş,  nə  həkimlər,  nə  də  dostlar  onu,  bu 

vətənpərvər el qızını istəyindən döndərə bilməmişlər. 

Şövkət  xanım  incə  ruhlu,  ipək  qəlbli  bir  xanım  idi. 

Büllur kimi saf və bənzərsiz səsi onu xalqımızın sevimlisi 

etmiş, ona ümumxalq məhəbbəti qazandırmışdı. Özündən 

sonra  neçə  gənc  müğənniyə  arxa-dayaq  durdu,  onları 

böyük  səhnəyə  hazırladı.  Xalq  artisti  Aygün  Bayramova, 

əməkdar  artistlər  Aybəniz  Haşımova,  Firuzə  İbadova  və 




Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə