Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə67/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   60   61   62   63   64   65   66   67   68

Məlum   olduğu   kimi,   hal-hazırda   müstəqil
Respublikamızda   torpaq   islahatı   və   torpaqların
özəlləşdirilməsi   aparılır.   Bütün   bunlar   torpaq   örtüyünün
komleks   öyrənilməsini   dövlət,   bələdiyyə   və   xüsusi
mülkiyyətdə   olan   kənd   təsərrüfatı   təyinatlı   torpaqların
münbitliyi,   eləcə   də   kadastr   qiymət   rayonlarında   olan
fermer   təsərrüfatlarında   torpaqların   bonitirovkasını   və
iqtisadi qiymətləndirilməsini düzgün aparmağı tələb edir.
Son   zamanlarda   Q.Ş.Məmmədovun   çapdan   çıxmış
“Azərbaycan  torpaqlarının   aqroekoloji  xüsusiyyətləri  və
bonitirovkası” (1990) və “Azərbaycan torpaqlarının  ekoloji
qiymətləndirilməsi” (1998) adlı iki böyük monoqrafik əsəri
bu cəhətdən əhəmiyyətlidir.
Torpaqların   keyfiyyətcə   qiymətləndirilməsi   və
özəlləşdirilmədə kömək barədə görülən qiymətli işlərdən
biri və ən başlıcası Azərbaycan Dövlət Yerquruluşu layihə
institutu ilə Azərbaycan Respublikası Elmlər Akademiyası
Torpaqşünaslıq   və   aqrokimya   institutu   əməkdaşlarının
birgə   işləyib   1:600   min   miqyasda   tərtib   etdikləri
“Azərbaycanın Torpaq – Kadastr rayonlaşma xəritəsi”dir.
Qeyd   etmək   lazımdır   ki,   hal-hazırda
respublikamızın   kənd   təsərrüfatında   baş   verən
dəyişikliklər   bazis   göstəricilərinin   dinamikası   və   yeni
ixtisaslaşma sahələrinin (çuğundurçuluq, çəltikçilik və s.)
yaranması,   torpaq   islahatı   və   özəlləşdirmə   ilə   əlaqədar
digər   dəyişikliklər   təbii-kənd   təsərrüfatı   əsasda   torpaq
kadastr   rayonlaşdırma   xəritəsinin   gələcəkdə
təkmilləşdirilməsinə   bir   daha   ehtiyac   yaradacaqdır.   Bu
cəhətdən əvvəlki illərin tədqiqat materiallarının müqayisəli
təhlili və yeni torpaq bonitirovka işlərinin mövcud olması
273


torpaq-kadastr   rayonlaşdırmasında   əsaslı   dəyişikliklər
aparmağa köməklik etmişdir. 
Hal-hazırda Respublika ərazisində beş təbii torpaq
vilayəti   daxilində   28   kadastr   böyük   vahidi     (25   torpaq
rayonu   və   3   torpaq   kadastr   yarımrayonu)   müəyyən
edilmişdir. Bu kadastr vahidlərindən 22-si əkinçilik rayonu
və   yarımrayonu,   6-sı   yay   və   qış   otlaq   rayonlarından
ibarətdir.
Torpaq   -   kadastr   rayonlarının   sərhədləri
keçirilərkən   ərazinin   relyef   şəraiti,   iqlimi,   geomorfoloji,
torpaq   landşaft   xüsusiyyətləri   ilə   yanaşı,   onun   kənd
təsərrüfat ixtisaslaşması, iqtisadi göstəriciləri və b. amillər
də   nəzərə   alınmalıdır.   Beləliklə,   aparılmış
dəqiqləşdirmələr   nəticəsində   respublika   ərazisində
aşağıdakı   rayon   və   yarımrayonlar   ayrılmış   və
xəritələşdirilmişdir:
1. Abşeron  –  Qobustan;  2.  Dəvəçi –  Xaçmaz;  3.
Qanıx – Türyançay; 4. Acınohur; 5. Şəki – Zaqatala; 6.
Qusar – Qonaqkənd (Xınalıq – Xaltan y.r.); 7. Dağlıq –
Şirvan   (daxilində   Mərəzə-Hilmilli   y.r.);   8.   Babadağ   –
Qutan;   9.   Gəncə   -   Qazax;   10.   Mil   –   Qarabağ;   11.
Arazboyu; 12. Ceyrançöl; 13. Daşkəsən – Gədəbəy; 14.
Laçın – Qubadlı; 15. Dağlıq   - Qarabağ; 16. Dəlidağ –
Şahdağ;   17.   Muğan     -   Salyan;   18.  Aran   –   Şirvan;   19.
Lənkəran   –   Astara;   20.   Cəlilabad   (Üçtəpə   -   Təzəkənd
y.r.);   21.   Lerik   –   Yardımlı;   22.   Peştəsər   –   Burovar;   23.
Şərur – Ordubad; 24. Şahbuz – Parağaçay; 25. Biçənək –
Qapıcıq.
XXIV.2. Torpaq bonitirovkasının əhəmiyyəti və qiymət
274


meyarlarının seçilməsi
Bonitirovka   latın   sözü   “bonitas”   sözündən
götürülmüşdür.   Lüğəti   mənası   keyfiyyətlilik   deməkdir.
Deməli,   torpağın   bonitirovkası,   torpağın   münbitliyini,
başqa sözlə keyfiyyətini müqayisəli tərzdə ballarla ifadə
edən nisbi keyfiyyət göstəricisidir.
Torpağın   bonitirovkası   torpaqşünaslıq   elminin
praktiki hissəsi olub, torpaq kadastrı tərtib etmək üçün işin
əsas   mərhələ   və   tərkib   hissələrindən   biridir.   Məlum
olduğu   kimi,   torpaq   təbii   –   tarixi   bir   kütlədir.   Torpağın
tərkibində   baş   verən   prosesləri   və   keyfiyyət
dəyişilmələrini   aydınlaşdırmaq   məsələsi   yalnız   onun
xassələrini dəqiq öyrənməklə müəyyən edilə bilər. Məhz
buna görə də, torpağın bonitirovkası zamanı əsas meyar
olaraq onun daxili keyfiyyəti, yəni təbii münbitliyi yaradan
amilləri   (humus,   azot,   fosfor,  kalium,   karbonatlar,  udma
tutumu, turşuluğu və s.) əsas götürülür. Bu iki göstərici –
torpağın daxilindəki keyfiyyəti və məhsuldarlığı arasında
riyazi   yolla   hesablanıb   tapılan   korrelyasiya   əmsalı   bizə
torpağın   koriteriya   göstəricilərini   dügün   seçməyə,   onun
bonitet şkalasını dəqiq və doğru tərtib etməyə xeyli imkan
yaradır. Məşhur rus alimi P.A.Kostıçev haqlı olaraq yazırdı
ki,   torpaqları   qiymətləndirən   zaman   orada   becəriləcək
bitkilərin də  “fikrini” bilmək və tələbatlarını nəzərə almaq
lazımdır.   Bu   baxımdan,  torpağın   bonitirovkası   zamanı
onun   daxili   keyfiyyətləri   ilə   yanaşı,   kənd   təsərrüfat
bitkilərinin bioloji xüsusiyyətləri də nəzərə alınır və onların
kökləri yayıla biləcək dərinliklərdə (0 – 20; 0 – 50; 0 – 100
sm) qeyri mütəhərrik qida maddələri ehtiyatı da müəyyən
275


olunur. Bütün bunlar özlüyündə yüksək göstəriciləri olan
tipik   (etalon)   torpağı   müəyyən   etməyə   imkan   yaradır.
Sonrakı   mərhələlərdə   isə   etalon   torpaq   100   bal   qəbul
edilir və qalan torpaqlar da buna münasib qiymətləndirilir.
Qeyd   etmək   lazımdır   ki,   torpağın   bonitirovkası
zamanı əsas bonitet şkalasını tərtib etmək işin ən məsul
mərhələsi hesab olunur. 
Torpaq islahatı, xüsusilə özəlləşdirmə tədbirlərinin
həyata   keçirilməsində   torpaq   bonitirovkasını   aparmağın
çox böyük əhəmiyyəti vardır.
Ümumiyyətlə, torpağın bonitirovkası:
a)
torpaq-iqlim   sərvətlərindən   asılı   olaraq
kənd   təsərrüfatı   bitkilərinin   yerləşdirilməsi   üçün   optimal
şəraitli ərazilərin müəyyən edilib, ixtisaslaşdırılmasına;
b)
bir fermer təsərrüfatı torpaqlarının başqa
təsərrüfat   torpaqlarından   nə   dərəcədə   pis   və   ya   yaxşı
olmasını müqayisəli tərzdə müəyyənləşdirməyə;
          c)   təsərrüfatın   planlaşdırılmasında   subyektivliyi
aradan   qaldırmaq   və   məhsul   istehsalı   üçün   ehtiyat
mənbələrini üzə çıxarmağa;
               d) torpağın münbitlik və məhsuldarlıq qabiliyyətini
obyektiv təyin etməyə;
                e)  kənd  təsərrüfatı   bitkilərinin  tələbatına  uyğun
olaraq müvafiq torpaq sahələrinin seçilməsinə;
           f) düzgün becərmə və meliorativ tədbirlərin tətbiqi
yolu ilə torpaqların bonitet ballarının artırılmasına; 
        v) uzun müddətlər üçün kənd təsərrüfatı məhsulları
istehsalını əvvəlcədən proqnozlaşdırmağa;
3)  təsərrüfatlarda   məhsuldarlığın   yüksəldilməsinə
xidmət   edən   tədbirlər   istehsalat   planlarının   düzgün
276


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə