tədqiqatçılar da (V.R. Volobuyev, M.R. Abduyev) təsdiq
edirlər.
Yumşaq şoranlar üçün xarakter morfoloji əlamət
onların üst 3-10sm-lik qatının yumşaq halda olmasıdır. Bu
qatın strukturası toza bənzəyir və aşağı qatda isə “yalançı
dənəvari”dir. Belə vəziyyət həmin qatda duzların çox
toplanması ilə xarakterizə olunur. Bu torpaqların üzərilə
gəzərkən orada ləpir yaxşı qalır və torpaq qatı asan
tozlanır. Yumşaq şoran torpaqların rəngi üst qatlarda
duzların miqdarından asılıdır. Adətən rəngi boz yaxud
ağımsov olur. Suda asan həllolunan duzlar içərisində
natrium-sulfat duzu üstünlük təşkil edir. Torpağın
hissəsinin yumşaq olmasına səbəb bu duzların çox
olmasıdır. Tədqiqatçılar göstərmişdir ki, yumşaq şoran
torpaqlarda, xüsusilə Şirvan düzündə, duzların miqdarı
2,5-3,5%-ə çatır.
Qaysaqlı şoran torpaqlar ən çox Şirvan
zonasında (Göyçay, Ucar, Ağsu, Kürdəmir, Zərdab və s.)
yayılmaqla ayrı-ayrı ləkələr şəklində rast gəlir. Bu
torpaqların səthində müxtəlif həndəsi formalarda qaysaq
yaranır ki, bunun qalınlığı 3-5sm və daha çox olur.
Qaysaqlı şoran torpaqların mexaniki tərkibi yüngül və ağır
gillicəli, hətta gillidir. Həm də mexaniki tərkib ağır olduqca
qaysaq qalın və çox möhkəm olur. Belə torpaqlarda
qaysağın əmələ gəlməsi leysan yağışları ilə müşaiyət
olunur. Qaysaqlı şoran torpaqlarda quru qalığın miqdarı
1,0-2,5% və daha çox olur. Suda asan həllolunan duzlar
arasında sulfat (1,6%-ə qədər) və natrium (0,4%-i) duzları
üstünlük təşkil edir.
258
Ümumiyyətlə, şoran torpaqlar Kür-Araz ovalığının
şərq hissəsində və Qarabağ düzündə üstünlük təşkil edir.
Qarabağ düzündə yayılmış şoran torpaqlar bəzən sodalı
xarakter daşıyır və başqa şoranlara nisbətən humusdan
zəngindir. Bu torpaqlarda humus üst qatda 1,5-4,5%
arasında dəyişir. Humusun belə yüksək olması Qarabağ
şoranlarının çəmən mənşəli olmasını sübut edən
amillərdən biridir.
Şoran torpaqların yuxarıda göstərdiyimiz
növlərindən başqa, ala-tala sahələrdə şoran-şorakət,
şorakətləşmiş növləri də müəyyən edilmişdir.
Azərbaycanda yayılmış şoran torpaqları qabarıq və
takırabənzər, təpəcikli və sopkalı şoran torpaqlar deyə bir
neçə növə bölürlər.
Şoran torpaqlardan bilavasitə kənd təsərrüfat
bitkiləri əkinində istifadə edilmir. Lakin burada zərərli
duzları meliorasiya yolu ilə torpaqdan yuyub
təmizlədikdən sonra onlardan əkinçilik təsərrüfatında
istifadə etmək mümkündür.
Şorakət torpaqlar. Torpağın uducu kompleksində
çoxlu miqdarda (15-20%-dən çox) udulmuş Na kationu
(bəzən illüvial qatda Mg) olan torpaqlara şorakət torpaqlar
deyilir. Azərbaycan Respublikası ərazisində şorakətvari
torpaqlar avtomorf (quru bozqır) poluhidromorf (çəmən-
bozqır, yarımsəhra) və qismən hidromorf (çəmən və
çəmən-bataqlı) rejim şəraitində inkişaf edir. Belə torpaqlar
coğrafi cəhətdən Kür-Araz ovalığında, Mil-Muğan,
Qarabağ və qismən Şirvan düzlərində və Siyəzən-
Sumqayıt massivlərində yayılmışdır. Şorakət torpaqların
tipik nümunələrinə həm də Naxçıvan Muxtar
259
Respublikasının ərazisində Arazboyu düzənlikdə,
xüsusilə Şərur düzündə İbadulla və Diədin kəndləri
ərazisində təsadüf edilir. Özünün inkişafı prosesində
şorakət torpaqların profili morfoloji cəhətdən humuslu
elüvial A
1
qatı, illüvial şorakət B
1
qatı, şorakətaltı B
2
qatı
və torpaqəmələgətirən C qatına malikdir.
Bu torpaqlarda şorakət qatı özünün xeyli tünd-
rəngi ilə fərqlənir. Əksər hallarda bu qat tünd qonur yaxud
qəhvəyi çalarlıqla qonur, rəngi, sütunvari, bəzən isə
prizma şəkilli, kəltənli strukturası ilə nəzəri cəlb edir.
Şorakət illüvial B qatı morfoloji cəhətdən quru halda çox
bərk (kipləşmiş), yaş halda isə sivaşqan (yapışqanlı)
olması ilə fərqlənir.
Şorakət torpaqların genezisi haqqında
K.K.Hedroys, K.A.Qlinka, V.R.Vilyams, V.A.Kovda,
İ.P.Antipov-Karatayev, M.R.Abduyev və başqa alimlər
fikirlər söyləmişlər. Lakin əksər tədqiqatçılar şorakət
torpaqların şoran torpaqların deqradasiyası nəticəsində
əmələ gəldiyini təsdiq edirlər. Azərbaycanda bu
torpaqların şorakətliliyə görə qradasiyası İ.P.Antipov-
Karatayev (1940) və R.H.Məmmədov (1970) tərəfindən
verilmişdir.
Özünün morfoloji-genetik xüsusiyyətləri və fiziki-
kimyəvi xassələri ilə fərqlənən şorakət torpaqlar uducu
kompleksində udulmuş Na-un xeyli yüksək (udma
tutumundan 15-20%) olması üzündən şiddətli qələvi
reaksiyaya (pH-9,0-9,5) malikdirlər. Udulmuş Na
kationunun yüksək olması bu torpağın mineral və üzvi
hissəsində dispersliyi artırır, kolloidlərin suya qarşı
260
davamlılığını aşağı salır və mühit reaksiyasını daha da
qələviləşdirir.
Şorakət torpaqların kənd təsərrüfatında istifadə
edilməsinin perspektiv imkanları vardır. Lakin bu
torpaqlardan istifadə etmək üçün orada köklü tədbirlər
həyata keçirmək və həmin torpaqların təbii münbitliyini
yüksəltmək lazımdır. Bu torpaqların yaxşılaşdırılması
üçün ən effektiv tədbir kimyəvi meliorasiya işləri tətbiq
etmək və gipsləmədən istifadə edilməsidir. Şorakət
torpaqlara verilən gips meliorantı bu torpaqların su-fiziki
və kimyəvi xassələrinin yaxşılaşmasına, normal hala
düşməsinə xeyli şərait yaradır.
Şoran torpaqları yararlı hala salmaq üçün geniş
meliorasiya işləri görülür. Bu məqsədlə şoranlaşmış
torpaqlarda dərin kanallar çəkilir, torpaqdakı artıq duzlar
yuyularaq həmin kanallar vasitəsilə axıdılır.
Torpaq ehtiyatları və onların sahələrinin əsas
təsərrüfat istiqamətlərinə görə ümumi balansı aşağıdakı
cədvəl 23.1-də və şəkil 23.6-da verilmişdir.
Cədvəl 23.1. Azərbaycanın torpaq sərvətlərinin
ümumi balansı və istifadə istiqaməti
S
№
Torpaqların adı
Sahə
Əsas istifadəsi
Min h-
la
%
1
2
3
4
5
1
Dağ-çəmən (torflu,
çimli, qaramtıl
torpaqlar)
876,7
10,5
Yay otlaq fondu
torpaqları
2
Dağ qara torpaqları
221,2
2,56
Kartof, dənli bitkilər
3
Qonur dağ-meşə
torpaqları
634,3
7,34
Meşə fondu
torpaqları
261
Dostları ilə paylaş: |