Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə63/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   60   61   62   63   64   65   66   67   68

tədqiqatçılar   da   (V.R.   Volobuyev,  M.R.  Abduyev)   təsdiq
edirlər.
Yumşaq şoranlar  üçün xarakter morfoloji əlamət
onların üst 3-10sm-lik qatının yumşaq halda olmasıdır. Bu
qatın strukturası toza bənzəyir və aşağı qatda isə “yalançı
dənəvari”dir.   Belə   vəziyyət   həmin   qatda   duzların   çox
toplanması ilə xarakterizə olunur. Bu torpaqların üzərilə
gəzərkən   orada   ləpir   yaxşı   qalır   və   torpaq   qatı   asan
tozlanır.   Yumşaq   şoran   torpaqların   rəngi   üst   qatlarda
duzların   miqdarından   asılıdır.   Adətən   rəngi   boz   yaxud
ağımsov   olur.   Suda   asan   həllolunan   duzlar   içərisində
natrium-sulfat   duzu   üstünlük   təşkil   edir.   Torpağın
hissəsinin   yumşaq   olmasına   səbəb   bu   duzların   çox
olmasıdır.   Tədqiqatçılar   göstərmişdir   ki,   yumşaq   şoran
torpaqlarda,   xüsusilə   Şirvan   düzündə,   duzların   miqdarı
2,5-3,5%-ə çatır.
Qaysaqlı   şoran   torpaqlar  ən   çox   Şirvan
zonasında (Göyçay, Ucar, Ağsu, Kürdəmir, Zərdab və s.)
yayılmaqla   ayrı-ayrı   ləkələr   şəklində   rast   gəlir.   Bu
torpaqların səthində müxtəlif həndəsi formalarda qaysaq
yaranır   ki,   bunun   qalınlığı   3-5sm   və   daha   çox   olur.
Qaysaqlı şoran torpaqların mexaniki tərkibi yüngül və ağır
gillicəli, hətta gillidir. Həm də mexaniki tərkib ağır olduqca
qaysaq   qalın   və   çox   möhkəm   olur.   Belə   torpaqlarda
qaysağın   əmələ   gəlməsi   leysan   yağışları   ilə   müşaiyət
olunur. Qaysaqlı şoran torpaqlarda quru qalığın miqdarı
1,0-2,5% və daha çox olur. Suda asan həllolunan duzlar
arasında sulfat (1,6%-ə qədər) və natrium (0,4%-i) duzları
üstünlük təşkil edir.
258


Ümumiyyətlə, şoran torpaqlar Kür-Araz ovalığının
şərq hissəsində və Qarabağ düzündə üstünlük təşkil edir.
Qarabağ düzündə yayılmış şoran torpaqlar bəzən sodalı
xarakter daşıyır və başqa şoranlara nisbətən humusdan
zəngindir.   Bu   torpaqlarda   humus   üst   qatda   1,5-4,5%
arasında dəyişir. Humusun belə yüksək olması Qarabağ
şoranlarının     çəmən   mənşəli   olmasını   sübut   edən
amillərdən biridir.
Şoran   torpaqların   yuxarıda   göstərdiyimiz
növlərindən   başqa,   ala-tala   sahələrdə   şoran-şorakət,
şorakətləşmiş   növləri   də   müəyyən   edilmişdir.
Azərbaycanda   yayılmış   şoran   torpaqları   qabarıq   və
takırabənzər, təpəcikli və sopkalı şoran torpaqlar deyə bir
neçə növə bölürlər.
Şoran   torpaqlardan   bilavasitə   kənd   təsərrüfat
bitkiləri   əkinində   istifadə   edilmir.   Lakin   burada   zərərli
duzları   meliorasiya   yolu   ilə   torpaqdan   yuyub
təmizlədikdən   sonra   onlardan   əkinçilik   təsərrüfatında
istifadə etmək mümkündür.
Şorakət torpaqlar.  Torpağın uducu kompleksində
çoxlu   miqdarda   (15-20%-dən   çox)   udulmuş  Na  kationu
(bəzən illüvial qatda Mg) olan torpaqlara şorakət torpaqlar
deyilir.   Azərbaycan   Respublikası   ərazisində   şorakətvari
torpaqlar   avtomorf   (quru   bozqır)   poluhidromorf   (çəmən-
bozqır,   yarımsəhra)   və   qismən   hidromorf     (çəmən   və
çəmən-bataqlı) rejim şəraitində inkişaf edir. Belə torpaqlar
coğrafi   cəhətdən   Kür-Araz   ovalığında,   Mil-Muğan,
Qarabağ   və   qismən   Şirvan   düzlərində   və   Siyəzən-
Sumqayıt   massivlərində   yayılmışdır.  Şorakət   torpaqların
tipik   nümunələrinə     həm   də   Naxçıvan   Muxtar
259


Respublikasının     ərazisində   Arazboyu   düzənlikdə,
xüsusilə   Şərur   düzündə   İbadulla   və   Diədin   kəndləri
ərazisində   təsadüf   edilir.   Özünün   inkişafı   prosesində
şorakət   torpaqların   profili   morfoloji   cəhətdən   humuslu
elüvial A
1
  qatı, illüvial şorakət B
1
  qatı, şorakətaltı B
2
  qatı
və torpaqəmələgətirən C qatına malikdir. 
Bu   torpaqlarda   şorakət   qatı   özünün   xeyli   tünd-
rəngi ilə fərqlənir. Əksər hallarda bu qat tünd qonur yaxud
qəhvəyi   çalarlıqla   qonur,   rəngi,   sütunvari,   bəzən   isə
prizma   şəkilli,   kəltənli   strukturası   ilə   nəzəri   cəlb   edir.
Şorakət illüvial B qatı morfoloji cəhətdən quru halda çox
bərk   (kipləşmiş),   yaş   halda   isə   sivaşqan   (yapışqanlı)
olması ilə fərqlənir.
Şorakət   torpaqların   genezisi   haqqında
K.K.Hedroys,   K.A.Qlinka,   V.R.Vilyams,   V.A.Kovda,
İ.P.Antipov-Karatayev,   M.R.Abduyev   və   başqa   alimlər
fikirlər   söyləmişlər.   Lakin   əksər   tədqiqatçılar   şorakət
torpaqların   şoran   torpaqların   deqradasiyası   nəticəsində
əmələ   gəldiyini   təsdiq   edirlər.   Azərbaycanda   bu
torpaqların   şorakətliliyə   görə   qradasiyası   İ.P.Antipov-
Karatayev   (1940)   və   R.H.Məmmədov   (1970)   tərəfindən
verilmişdir.
Özünün   morfoloji-genetik   xüsusiyyətləri   və   fiziki-
kimyəvi   xassələri   ilə   fərqlənən   şorakət   torpaqlar   uducu
kompleksində   udulmuş   Na-un   xeyli   yüksək   (udma
tutumundan   15-20%)   olması   üzündən   şiddətli   qələvi
reaksiyaya   (pH-9,0-9,5)   malikdirlər.   Udulmuş   Na
kationunun   yüksək   olması   bu   torpağın   mineral   və   üzvi
hissəsində   dispersliyi   artırır,   kolloidlərin   suya   qarşı
260


davamlılığını  aşağı salır  və mühit  reaksiyasını  daha  da
qələviləşdirir.
Şorakət   torpaqların   kənd   təsərrüfatında   istifadə
edilməsinin   perspektiv   imkanları   vardır.   Lakin   bu
torpaqlardan   istifadə   etmək   üçün   orada   köklü   tədbirlər
həyata   keçirmək və həmin torpaqların təbii münbitliyini
yüksəltmək   lazımdır.   Bu   torpaqların   yaxşılaşdırılması
üçün   ən effektiv tədbir kimyəvi meliorasiya işləri tətbiq
etmək   və   gipsləmədən   istifadə   edilməsidir.   Şorakət
torpaqlara   verilən gips meliorantı bu torpaqların su-fiziki
və   kimyəvi   xassələrinin   yaxşılaşmasına,   normal   hala
düşməsinə xeyli şərait yaradır. 
Şoran   torpaqları   yararlı   hala   salmaq   üçün   geniş
meliorasiya   işləri   görülür.   Bu   məqsədlə   şoranlaşmış
torpaqlarda dərin kanallar çəkilir, torpaqdakı artıq duzlar
yuyularaq həmin kanallar vasitəsilə axıdılır.
Torpaq   ehtiyatları   və   onların   sahələrinin   əsas
təsərrüfat istiqamətlərinə görə ümumi balansı   aşağıdakı
cədvəl 23.1-də  və şəkil 23.6-da verilmişdir. 
Cədvəl 23.1. Azərbaycanın torpaq sərvətlərinin 
ümumi balansı  və istifadə istiqaməti
S

Torpaqların adı
Sahə
Əsas istifadəsi
Min h-
la
%
1
2
3
4
5
1
Dağ-çəmən (torflu,
çimli, qaramtıl
torpaqlar)
876,7
10,5
Yay otlaq fondu
torpaqları
2
Dağ qara torpaqları
221,2
2,56
Kartof, dənli bitkilər
3
Qonur dağ-meşə
torpaqları
634,3
7,34
Meşə fondu
torpaqları
261


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə