Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   2   3   4   5   6   7   8   9   ...   68

torpaqlarının   əmələ   gəlməsi   üçün   ən   əlverişli   sahələr
okean   adalarının   düzənlik   hissələri   və   hündür   dəniz
terraslarıdır.
Mikrorelyef formaları üçün kobud daş qırıntıları ilə
haşiyələnmiş,   narın   torpaq   materiallarından   ibarət   zəif
qabarıq  sahələr  xarakterikdir.  Bu formalar  daş  həlqələr,
daş çoxbucaqlılar və s. adlarla məşhur olub kriogenez
2
hadisələrlə   əlaqədardır.   Görünür   ki,   donma-açılma
prosesində   daha   yüksək   rütubət   tutumlu   narın   torpaq
materialları iri süxur parçalarını kənarlara doğru sıxışdırır.
Eyni cinsli qumsal-gillicəli çöküntülər üzərində dörd, beş
ve altıbucaqlı birləşmələr əmələ gətirən poliqonlar əmələ
gətirir. Bu formalar torpaq-qrunt kütləsinin şaxtanın təsiri
nəticəsində çatlamasından yaranır.
Arktika   torpaqlarının  morfoloji   və   genetik
xüsusiyyətləri  olduqca   özünəməxsusdur  (şəkil   11.2).
Torpaq   profilinin   qalınlığı       torpaq-qrunt   təbəqəsinin
mövsümi donuşluğunun açılma dərinliyi ilə müəyyən edilir
ki,   bu   da   İ.S.Mixaylova   görə   orta   hesabla   40   sm-ə
bərabərdir.   Torpaq   profilinin   differensiasiyası   (qatlara
ayrılma dərəcəsi) zəif ifadə edilmişdir. Genetik qatlar tam
şəkildə   ancaq   ayrı-ayrı   sahələrdə,   adətən   mikro
çökəkliklərdə poliqonalların çatları yanında olur. 
Arktika torpaqları profilinin üst hissəsində humusun
miqdarı   3-5%-dən   artıq   olmur   və   əsas   etibarilə   arktika
bitkilərinin   yeraltı   hissələri   əmələ   gəlir   ki,   bu   da   bütün
2 
Kroys (yunan sözü) – soyuq deməkdir. Kriogenez – alçaq remperaturda
dağ süxurlarının kompleks proseslərlə dəyişməsi.
 
5


bioloji kütlənin 80-90%-ni təşkil edir. Humusun tərkibində
fulvo turşuların miqdarı huminlərə nisbətən çoxdur. Həm
də sərbəst aqressiv fulvo turşular demək olar ki, yoxdur.
Bu   həm   iqlim   şəraitləri,   həm   də   torpaq
mikroorqanizmlərinin   tərkibində   yosun   və   bakteriyaların
çoxluğu   ilə   izah   edilir. Arktika   torpaqlarında   mikrobioloji
fəaliyyət   xeyli   intensiv   gedir,   bunu   mikroorqanizmlərin
sayının   çoxluğu   təsdiq   edir.   E.N.Mişustin   və
B.A.Mirzəyevanın (1964) məlumatlarına görə 1 qr arktika
torpağında yüz minlərlə bakteriyalar vardır.
Şəkil 11.2. Arktika torpaqları
6


Arktika   torpaqlarının 
su   rejimi
 bir   sıra
xüsusiyyətlərə   malikdir.   Yayın   əvvəlində   buzlaqların   və
qarların əriməsi nəticəsində torpaq örtüyü həddindən artıq
rütubətlidir.   Lakin   tezliklə   sutka   ərzində   əmələ   gələn
insolyasiya  və  güclü küləklər nəticəsində torpaq sürətlə
qurumağa   başlayır,   bu   halda   o   çatlayaraq   poliqonal
sistemli yarıqlar əmələ gətirir.
Biokimyəvi proseslər və su rejiminin xüsusiyyətləri
nəticəsində  arktika torpaqları zəif turş və demək olar  ki,
neytral   reaksiyaya     malikdir     ki,   bu     da   torpaq   əmələ
gətirən süxurlarda neytral, hətta zəif qələvi reaksiya   ilə
əvəz   olunur.   Uducu kompleks demək olar ki, əsaslarla
tam doymuşdur. Udulmuş ionlar arasında adətən kalsium
üstünlük təşkil edir, lakin dəniz sahili  rayonlarda udulmuş
maqneziumun   miqdarı   kəskin   surətdə   artır.   Torpağın
qısamüddətli   quruması   və   kriogen   yolla   duzların   səthə
qalxması   ayrı-ayrı   sahələrdə   müxtəlif   duz   bozartılarının
əmələ gəlməsinə  səbəb olur. 
Arktika   torpaqlarının   üst   qatları   üçün   biogen
mənşəli   dəmir   oksidinin   toplanması   səciyyəvidir,  bu   da
çox  güman   ki,   az   mütəhərrik   dəmir-üzvi   birləşmələrdən
ibarətdir.
Yüksək   rütubətlənən   sahələrdə,   çökəkliklərdə   və
subasarların   terrasyanı   sahələrində   su   yığılıb   qalır   və
qleyləşmə   prosesi   başlayır.   Burada   nəticədə  qleyli
arktika torpaqları  əmələ gəlir.  Dəniz suları ilə vaxtaşırı
tutulan   sahil   düzənliklərində   natrium   və   maqnezium
xloridləri ilə şorlaşmış şoran torpaqlar əmələ gəlir.
11.2. Tundra landşaftlarının torpaqları
7


Karel   sözü   olan   "tundra"   (fin   dilində   ″tunturi″)
meşəsiz yer deməkdir. Tundra landşaftları Kola və Kanin
yarımadalarında,   Peçora   və   Vorkutanın   cənub
hövzəsində,   Yamal,   Qıdan,   Taymır   yarımadalarında   və
sonra Orta Sibir yaylasından şimala, Şimal Buzlu okean
dənizlərinin   Şərqi   Sibir   sahələrində,   Çukot
yarımadasında,   Kamçatkada   və   Oxot   dənizi   şərq
sahillərinin   şimali   hissələrində   geniş   yayılmışdır.   Bu
torpaqlara   həmçinin   Amerika   materiki   və   Alyaska
yarımadasının şimal hissələrində Baforta dənizi, Viktoriya
adası,   Baffin   körfəzi   sahillərində   xeyli   geniş   ərazilərdə
rast   gəlinir.   Cənub   yarımkürəsində   tundra   torpaqları
yoxur.
Tundranın iqlim şəraiti mənfi orta illik temperaturu
ilə   səciyyələnir.   Materikin   Avropa   hissəsində   -   2
0
C-dən
Asiya və Amerika hissələrində - 12
0
C–dək dəyişir. İyulun
orta   temperaturu   bir   qayda   olaraq   +10
0
C-dən   yuxarı
qalxmır,   yanvarın   orta   temperaturu   isə   çox   aşağıdır.
İndiqirka-Kolım   tundrasında   hətta   -   30-40
0
C-dək   düşür.
Şaxtasız   dövr   çox   çəkmir,   adətən   3   aya   yaxındır.
Yağıntıların   miqdarı   şərqdə   il   ərzində   150-250mm,
Rusiyanın   Avropa   hissəsində   daha   yüksəkdir.   Kola
yarımadası tundrasında 450mm, Vorkuta rayonunda 360
mm-dir.   Yay   dövrü   üçün   havanın   yüksək   nisbi   rütubəti
(80-90%)   və   fasiləsiz   günəş   işığı   (ağ   gecələr)
səciyyəvidir.
Tundra bitki örtüyünün tərkibində kollar, kolcuqlar,
ot   bitkiləri,   mamırlar,   şibyələr   üstünlük   təşkil   edir.
Tundrada   ağac   bitkiləri   yoxdur.   Bu,   bir   sıra   səbəblərlə
8


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə