Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə5/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   2   3   4   5   6   7   8   9   ...   68

ətraflarında   tərəvəz   bitkiləri   əkilir.  Tundranın   əsas   kənd
təsərrüfatı   bitkiləri-kartof,   kələm,   soğandır;   istixanalarda
bir çox başqa bitkilər də becərilir. Arpanın yetişdirilməsi
barədə elmi iş aparılır.
Tundra torpaqlarının mədəniləşdirilməsi üçün əsas
məsələ istilik rejimi və aerasiyanı yaxşılaşdırmaqdır, hər
şeydən əvvəl bu məqsədlə təbii drenajı olan və daha çox
isinən   sahələr   seçilməlidir.  Bunun   üçün   orta   və   yüngül
gillicəli,   çınqıllı   yüksəkliklər,   cənub,   yaxud   cənub   qərb
ekspozisiyalı   və   şimal   küləklərindən   yaxşı   qorunan
sahələr  daha  uyğundur. Tundra  torpaqlarının  həm  üzvi,
həm də mineral gübrələrə böyük ehtiyacı vardır. Bakterial
gübrələr də mühüm əhəmiyyət kəsb edir.
17


XII FƏSİL
TAYQA-MEŞƏ LANDŞAFTLARININ TORPAQLARI
Meşə   landşaftlarının   (dağ   rayonları   hesaba
alınmadan)   torpaqları   bütün   keçmiş   Sovet   İttifaqı
ərazisinin 1/3-dən çoxunu tutur. Qərbi Avropada və Şimali
Amerikada   olduğu   kimi   bu   landşaftlar   şimal
yarımkürəsinin   boreal   və   subboreal   iqlim   şəraitində   də
geniş   meşə   qurşağı   əmələ   gətirirlər.   Bu   nəhəng   ərazi
yekcins   deyil:   müxtəlif   rayonların   meşə   landşaftları   öz
torpaqəmələgəlmə şəraitlərinə görə xeyli  fərqlənirlər.  İlk
növbədə   meşə   qurşağının   daxilində   iynəyarpaqlı   tayqa
meşələrinin   boreal   zonası   və   tayqa   yaxınlığında
enliyarpaqlı   –   iynəyarpaqlı   qarışıq   meşələrin   subboreal
zonası   ayrılır.   Bu   zonadan   cənuba   ara-sıra   yarpaqlı
meşələr   yayılmışdır.   Avropa   və   Şimali   Amerikanın
subboreal meşələrinin xeyli hissəsi məhv edilmişdir. Buna
görə   də   vaxtilə   meşə   bitkilərinin   təsiri   altında   əmələ
gəlmiş torpaqlar uzun müddətdir ki, meşəsiz landşaftlar
şəraitində inkişaf edir. 
  
12.1. Torpaqəmələgəlmə şəraiti.
Tayqa zonasının iqlim şəraiti radiasiya balansının
artması ilə əlaqədar olaraq nəinki şimaldan cənuba, həm
də   qərbdən   şərqə   doğru   qanunauyğun   dəyişir.   Bu
istiqamətdə   iqlimin   kontinentallıq   dərəcəsi   də   artır.
Karelya   tayqasında   yanvarın     orta   temperaturu   –10
0
C,
iyulda   isə   +15
0
C   olur:   Atmosfer   çöküntülərinin   miqdarı
18


500   mm-yə   yaxındır.   Həmin   en   dairəsində   Yeniseydən
şərqə tərəf iqlim kəskin kontinentaldır: yanvarın orta aylıq
temperaturu   -   30
0
C   və   daha   aşağıdır,   orta   aylıq
temperatur   amplitudu   50–60
0
C   təşkil   edir,  illik   atmosfer
çöküntülərinin   miqdarı   150   –   200   mm-yə   qədər   azalır.
Sibirin   tayqa   rayonlarında   çoxillik   donuşluq   inkişaf
etmişdir, lakin torpaq – qrunt kütləsi yayda 50 – 100 sm,
qumlu sahələrdə isə 250 sm-yə qədər donuşluqdan açılır.
Buna   görə   də     donuşluq   ağacların   çox   da   dərinə
getməyən kök sistemlərinin inkişafına maneəçilik törətmir.
Tayqa   zonasının   bütün   ərazisi   üçün   ümumi  iqlim
xüsusiyyətləri nisbətən sərin yayı (orta aylıq temperatur
14 – 16
0
C-ə yaxın) və müsbət rütubət balansı (atmosfer
çöküntülərinin   buxarlanmanın   miqdarından   üstünlüyü)
olmasıdır.
Torpaqəmələgətirən süxurlar  Avropa hissəsində
əsas   etibarilə   buzlaq   çöküntülərindən   ibarətdir.   Baltik
kristallik   qalxanı   sahəsində   bu,   kobud   buzlaq   daşlı
qumlardan və qumsallardan ibarət olur, bunların fonunda
bəzən   daha   ağır   göl   –   buzlaq   çöküntülərinə,   məsələn,
lentşəkilli   gillərə   rast   gəlirik.   Ural   istiqamətində,
torpaqəmələgətirən   süxurlar   zəif   daşlı   və   çox   gillicəli
xarakterə   malik   olur.   Uraldan   şərqə,   Qərbi   Sibir
düzənliyinin şimal yarısında torpaqlar buzlaq – dəniz və
göl – buzlaqlarının qumlu – qumsal çöküntüləri üzərində
inkişaf   edir.  Yeniseydən   şərqə   tərəf   torpaqəmələgətirən
süxurlar yuxa çınqıllı çöküntülərdən, ovalıqların qumsal –
gillicəli allüvial – göl çöküntülərindən təşkil olunmuşdur.
Zonanın   üstünlük   təşkil   edən  bitki   örtüyü
iynəyarpaqlı meşələrdir. Baltik qalxanı ərazisində seyrək
19


şam, şərqə tərəf küknar, ağ şam ağacları üstünlük təşkil
edir. Uraldan şərqə ağ şamın miqdarı artır, qara şam və
sidr ağacları meydana gəlir.
Mərkəzi və Şərqi Sibirdə seyrək qara şam meşələri
üstünlük   təşkil   edir.   İynəyarpaqlı   meşələr   zonası   iki
yarımzonaya   bölünür.   Şimal   yarımzonasını   mamırlı
bataqlıqlarla   növbələşən,   bataqlaşmış   iynəyarpaqlı
meşələr əmələ gətirir. Burada mamırlarla yanaşı otlar da
bitir.  Tayqa   zonasının   bütün   ərazisinin     20%-ə   yaxınını
bataqlıq   bitkiləri   tutur.   Çəmənliklər   altında   sahə   böyük
deyil.
Bitki   örtüyünün   mühüm   xüsusiyyətlərinə   görə
Yakutsk   –  Vilyuy  ovalığı   xeyli   fərqlənir.  Sibir  tayqasının
mərkəzində   yerləşən   bu   böyük   vilayətdə   tozağacı
meşələri   və   otlu   –   mamırlı   bataqlıqlarla   növbələşən
bozqırlaşmış   çəmən   və   çəmən   –   çöl   bitkiləri   geniş
yayılmışdır.
  İynəyarpaq   meşə   bitkilərinin   biokütləsi   xeyli   yüksəkdir
(1000   –   3000   sen/h),   lakin   töküntülərin   miqdarı
biokütlənin   yalnız   bir   neçə   faizini   təşkil   edir:   Şimal
yarımzonasında 3 – 40 sen/h-dan, cənub yarımzonasında
0   –   70   sen/h-a   qədərdir.   Ümumi   töküntüdə   kül
elementlərinin   miqdarı   böyük   deyil,   50   –  80   kq/h   təşkil
edir.  İynəyarpaqlı   meşələrın   biokütləsinin   mühüm   tərkib
hissəsi   –   torpağın   üst   qatında   çürüməmiş   töküntü
məhsullarından ibarətdir.
Rusiyanın   Avropa   hissəsi,   Amerika   materiki   və
Qərbi   Sibirin   tayqa   meşələrində   torpaqəmələgəlmə
prosesində   nisbətən   ümumi   cəhətlər   çoxdur,   lakin
20


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə