Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə7/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   2   3   4   5   6   7   8   9   10   ...   68

Başqa   qrup   alimlər   A
2
  qatının   rəngsizləşmə
səbəbini   mineralların   parçalanması   və   onların
aparılmasında   deyil,   torpağın   üst   qatının   vaxtaşırı
(mövsüm) qleyləşmə şəraitində görürlər.
Torpağın   üst   hissəsinin   su   ilə   doyması   zamanı
dəmir elementi, mütəhərrik dəmir iki oksid formasına keçir
və   qat   rəngsizləşir,   bu   qata   havanın   oksigeni   daxil
olduqda   isə,   dəmir   narın   dəmir   üç   oksid   konkresiyaları
şəklində məhluldan çökür. Lakin səthi qleyləşmə prosesi
ilə podzollarda qalın illüvial qatının əmələ gəlməsini izah
etmək   olmaz.   Hazırda   müəyyən   edilmişdir   ki,   səthi
mösümi   qleyləşmə   prosesi   nəticəsində   tayqa   zonasının
yalnız   torpaqları,   səthi   -     qleyli   –   podzollu   adlanan
torpaqları əmələ gətirir.
Bəzi   tədqiqatçılar   belə   güman   edirlər   ki,   podzol
qatında   mineralların   parçalanması   nəticəsində   azad
olmuş   kimyəvi   elementlər   illüvial   qata   aparılmır,   ordan
bitkilər   tərəfindən   akkumulyasiya   olunur.   Buna   uyğun
olaraq   V.V.Ponomaryeva   tərəfindən   işlənib   hazırlanmış
baxışlara görə iynəyarpaq meşələrdə bütün ehtiyat qida
elementləri   onların   biokütləsində   toplanmışdır.   Meşə
döşənəcəyinin   çürüməsi   zamanı   tədricən   azad   olan
kimyəvi   elementlər   yenidən   bitki   kökləri   vasitəsilə
mənimsənilir.
Son   zamanlara   qədər   tədqiqat   üsullarının
mürəkkəbliyi   və   çox   zəhmətli   olması   üzündən   tayqa
landşaftlarında kimyəvi elementlərin bioloji miqrasiyasını
miqdarca   qiymətləndirməyi   həyata   keçirmək   çətin
olmuşdur.
25


R.P.Morozovanın Cənubi Karelyanın küknarlığında
bioloji   dövrana   dair   aldığı   yeni   maraqlı   məlumatları
nəzərə   alaraq,   podzolların   əmələ   gəldiyi   biosenozlarda
əsas   kimyəvi   elementlərin   balansını   hesablamaq   olar.
12.1-ci cədvəldə verilmiş rəqəmlər göstərir ki, döşənəkdə
olan kül elementlərinin əksər  hissəsi bitkilərin  tələbatını
tamamilə   ödəyə   bilər.   Döşənəcəkdə     olan   silisium
aliminium   və   xüsusilə   dəmir   kimi   elementlərin   miqdarı,
bitkilərin   canlı   kütləsindəki   həmin   elementlərin
miqdarından   xeyli   yüksəkdir.   Buna   görə   də,   tayqa
meşələrinin   bitkiləri   lazım   olan   kül   elementlərini   A
0
qatında  olan üzvi qalıqların tədricən dəyişilməsi hesabına
ala bilir. Bu mənbə hesabına da dəmirin bir hissəsi illüvial
qata akkumulyasiya oluna bilir.
Cədvəl 12.1.Cənubi Karelyanın küknar meşələrində kül
elementlərinin balansı, kq/h-la (R.P.Morozova görə)
Kimyəvi
elementlə
r
Fitokütlə
-də
miqdarı
Bitki
tərəfindən
Illik
mənimsəm
ə
Töküntülərl
ə
Illik
geriqayıtma
Döşənəkd
ə
miqdarı
Ca
150-260
20-45
15-40
90-60
K
50-170
7-24
6-20
10-35
Si
40-65
10-19
9-18
100-200
Mg
25-40
4-7
3-6
15-55
P
15-45
2-6
1-5
20-30
Mn
15-25
2,2-4,5
1,9-3,9
20-50
S
6-10
1,2-2,1
1,2-1,9
10-20
Al
7-10
1-2
0,7-1,8
20-85
Fe
3,5-8
0,5-1,2
0,4-1,1
15-95
Na
0,5-2,5
0,1-0,5
0,1-0,3
0,5-2
Cəmi 
miqdarı
300-600
47-107
40-90
350-650
26


Podzolların   profili   boyu   mikroelementlərin
paylanmasının   öyrənilməsi   onların   üzvi   maddələrlə   sıx
əlaqədar olduğunu göstərir, A
0
  qatında   seyrək yayılmış
bir çox metalların miqdarı mineral qatlarda olduğundan bir
neçə   dəfə   çoxdur.   Meşə     döşənəciyində   mütəhərrik
formalar altda yerləşən qatlardan on dəfələrlə çoxdur. Bir
çox  metallar  A
0
 qatına  nisbətən az da olsa illüvial qatda
da toplanır.
12.4. Mərkəzi   və   Şərqi   Sibirin   tayqa – meşə
landşaftlarında torpaqəmələgəlmə  prosesi
Yeniseydən   şərqə   tərəf   torpaqəmələgəlmə   şəraiti
Şimali   Amerika,   Qərbi   Sibir   və   Şərqi   Avropa
düzənliklərinin   şəraitlərindən   xeyli   fərqlənir.   Mərkəzi   və
Şərqi Sibir kəskin ifadə olunmuş ekstrokontinental iqlim,
bütöv   çoxillik   donuşluğun   yayılması,   bitki   örtüyünün
xüsusiyyətləri ilə xarakterizə olunur.
Torpaqəmələgətirən   süxurlar,   uzaqdan   gətirilən
qalın   buzlaq   yığıntıları   deyil,   bir   qayda   olaraq,   əsasən
yerli   süxurların   qırıntılarından   ibarət,   çox   da   qalın
olmayan   yumşaq   çöküntülərdir.     Torpaqəmələgəlmə
şəraitinin   müxtəlifliyi   Sibirin   torpaq   örtüyünün   tərkibində
özünü göstərməyə bilməzdi.
Turş   qonur   tayqa   torpaqları.  Bu   yüzilliyin
ortalarında   rus   torpaqşünasları   müəyyən   etmişdir   ki,
Mərkəzi   və   Şərqi   Sibirin   tayqa   zonasında   tipik   podzol
torpaqlar   öz   hakim   mövqeyini   itirir   və   onların   yerini
Yeniseydən qərbə tərəf olmayan və ya  məhdud yayılmış,
tamamilə   xüsusi   torpaqlar   tutur.   Şərqi   Sibir   torpaqları
27


sırasında qonur tayqa, dəmirləşmiş donuşlu tayqa və s.
torpaqlar   təsvir   edilmişdir.   Çoxillik   tədqiqatlar   əsasında
N.A.Nogina və K.A.Ufimtseva (1964) müəyyən etmişlər ki,
bütün   bu   torpaqların   hamısı   üçün   ümumi   əlamətlər
mövcuddur.     Nəzərdən   keçirilən   torpaqlar   üçün   kobud
humusdan   ibarət   üst   qat   və   açıq   rəngli   podzol   qatı
olmayan profil səciyyəvidir. 
Profilin   qalınlığı   böyük   deyil,   adətən   60-100   sm-
dən artıq olmur: o zəif differensiasiya olunmuşdur. Şərqi
Avropa   və   Qərbi   Sibir   düzənliklərində   geniş   yayılan
podzol torpaqlar, illüvial–humuslu podzol və səthi qleyli-
podzollu   torpaqlar   üçün   xarakterik   olan   açıq   rəngli
yuyulma qatının olmaması diqqəti cəlb edir.
Podzol torpaqlarda olduğu kimi, Şərqi Sibirin tayqa
torpaqları   da   demək   olar   ki,   tamamilə   səthə   daxil   olan
kiçik illik töküntü kütləsinin zəif bioloji dövranı şəraitində
əmələ gəlir. Bitki qalıqlarının zəif dəyişilməsi nəticəsində,
yuyulma   rejimində   səthdə   torflaşmış     tünd   –   qəhvəyi
döşənəcək   əmələ   gəlir.   Kobud   üzvi   qalıqlardan   ibarət
döşənəcəkdən asan həll olunan humus maddələri yuyulur
ki, bunların tərkibində fulvoturşular üstünlük təşkil edir. Bu
üzvi birləşmələrin yüksək mütəhərrikliyi üzündən, humus
təkcə profilin üst qatlarında  (döşənəcək altında 8 – 10%)
deyil, onun bütün qalınlığı boyunca müşahidə edilir. 50sm
dərinlikdə humusun miqdarı 5%-ə yaxın, 1m dərinlikdə isə
2-3%   olur.   Fulvoturşularla   birlikdə   dəmirin   kompleks
birləşmələri və qismən allüminium yuyulur. 
Yuyulma   prosesində   humus   maddələri   tədricən
çökür və humus – dəmir üç oksidin birləşmələri şəklində
mineral   dənələri   və   aqreqatların   səthində   nazik   pərdə,
28


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə