Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə68/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   60   61   62   63   64   65   66   67   68

tutulmasına,   fermer   təsərrüfatlarının   maddi   marağının
yüksəldilməsinə,   dövlətə   satış   qiymətlərinin   və  torpaq
vergisinin   düzgün   təyin   edilməsinə   və   s.   mühüm
məsələlərin həllinə kömək və xidmət edir.
XXIV.3. Əkin və otlaq torpaqlarını qiymətləndirmək
üçün göstəricilərin seçilməsi və bonitet şkalasının
tərtibi
Torpağı düzgün qiymətləndirmək üçün, hər şeydən
əvvəl, yem və kənd təsərrüfat bitkilərinin məhsuldarlığına
təsir edən ekoloji şəraiti düzgün öyrənmək və təhlil etmək
zərurəti şərtdir. Bunlardan torpağın münbitlik göstəriciləri
(humus,   azot,   fosfor,   udulmuş   əsaların   cəmi),
əkinəyararlılıq   dərəcələri   və   zonal   torpaqlar   üçün   iqlim
amilini (bioiqlim potensialını – BKP) göstərmək olar.
Uzun   illər   aparılmış   müşahidələrlə   müəyyən
edilmişdir ki, uzun müddət torpağın aşınma prosesində,
strukturun   əmələ   gəlməsində   və   həm   də   bitkilərin
qidalanmasında həlledici rol oynayır.
Humus   maddəsi  bitki   üçün   təkcə   qida
maddələrinin   mənbəyi   deyil,   həmçinin,   o   bitkinin
inkişafında münasib şərait yaradaraq, onun fiziki, fiziki –
kimyəvi   və   biokimyəvi   xüsusiyyətlərinə   də   mühüm   təsir
göstərir.
Azot  bitkinin yaranması üçün lazım olan ən vacib
elementlərdən biridir. O, bitki orqanizminin əsasını təşkil
edən zülal maddələrin sintezi üçün lazımdır. Yalnız bunu
da   qeyd   etmək   kifayətdir   ki,     azot   bitki   zülalının   çəki
hesabı   ilə   1/6   hissəsini   (16-18%)   təşkil   edir.   Torpaqda
277


azotun ümumi miqdarı onda olan humusun miqdarından
asılıdır. 
Fosfor  bitki üçün zəruri olan maddələrdən biridir.
Əgər bitki azotu torpaqdan, əlavə olaraq atmosferdən də
(nitrifikasiya   bakteriyaları   vasitəsilə)   mənimsəyə   bilirsə,
fosforu yalnız torpaqdan və ona verilən gübrələrdən ala
bilir.
Fosfor bitkinin vegetasiya dövrünün sürətini artırır
və məhsulun tez yetişməsinə səbəb olur. O çatışmadıqda
cavan   bitkinin   inkişaf   fazaları   gecikir,   vaxtından   gec
çiçəkləyir və toxum əmələ gətirmir.
Torpağın udma tutumu  onun aqronomik dəyərini
və   ya   məhsuldarlıq   dərəcəsini   göstərən   səciyyəvi
elementlərdən   biridir.   Torpağın   udma   tutumu,   onun
mexaniki   tərkibini   dolayı   yolla   təmin   edir   və   mədəni
səviyyəsini özündə əks etdirir.
Məlum olduğu kimi iqlim amili (işıq, istilik, rütubət)
torpaqəmələgəlmə   prosesində   və   bitkinin   inkişafında
həlledici   rol   oynayır.   İqlim   amili   yalnız   bitkilərin
məhsuldarlığında   deyil,   həm   də   onların   keyfiyyətinə
böyük təsir göstərir.
Bütün   yuxarıda   göstərilənlərdən   aydın   olur   ki,
torpaq   boniteti   işlərinin   aparılmasında   bitkilərin
qidalanmasında   mühüm   rol   oynayan   aqrokimyəvi
göstəriciləri və iqlim amili bir kriteriya kimi götürülməlidir.
Otlaq   torpaqlarını   qiymətləndirmək   yuxarıda   göstərilən
təbii   münbitlik   amilləri   ilə   yanaşı   yem   bitkilərinin
məhsuldarlığı   (dərəcə  ilə)  və   keyfiyyəti   (yem   vahidi  ilə)
mühüm göstərici kimi alınmalıdır.
278


Hər hansı bir ərazinin – istər dövlət mülkiyyətində
saxlanılan, istər bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyətə
verilən   torpaqlar   qiymətləndirilərkən   vacib   məsələlərdən
biri torpağın keyfiyyət və iqlim göstəricilərinə görə qiymət
şkalasının tərtib edilməsidir. 
Əsas   qiymət   şkalasının   tərtibi,   qiymətləndirmə
işində   ən   məsul   dövr   olub   torpaq   bonitetinin   əsasını   –
özülünü təşkil edir. Torpaq – iqlim şəraitindən asılı olaraq
əsas qiymət şkalasının tərtibi üçün torpaqların aşağıdakı
sabit   diaqnostik   əlamətləri   meyar   kimi   götürülə   bilər:
ümumi humus, azot və fosfor ehtiyyatı (t/ha); yuyulmuş
əsasların cəmi (mq-ekv); humuslu qatın qalınlığı (sm ilə);
qranulometrik   tərkib;   skletlilik   və   daşlılıq   dərəcəsi;   ana
süxur;   eroziyaya   uğrama   dərəcəsi;   karbonatlılıq;   torpaq
mühitinin reaksiyası (pH); ərazinin iqlim göstəriciləri və s.
Əsas qiymət şkalasını tərtib etmək üçün yuxarıda
göstərilən əlamətlərin hamısını götürmək məcburi deyildir.
Əsas  şkala tərtib edilərkən  həmin ərazidə çox yayılmış
bitkinin   tələbatına   uyğun   gələn   əlamətlər   (meyarlar)
seçilməlidir.
Qiymət   şkalasını   müəyyən   etmək   üçün   humus,
azot,   fosfor   ehtiyatları   (%-lə)   udulmuş   əsaların   cəmi
(Mq.ekv)  torpağın həcm dərəcəsi əsas götürülərək lazımi
dərinliyə (0-20, 0-50, 0-100 sm) hesablanır. Bütün torpaq
göstəriciləri     istənilən   dərinliyə       gətirildikdən     sonra
məlum   düsturla  
100
v
p
Z




   burada 

– verilmiş qatda
torpağın həcm çəkisi, m
3
/ha,  p  – humus, azot və başqa
279


elementlərin  faizlə  miqdarı,  v  –  həmin  qatdakı  torpağın
həcmi, m
3
/qa, 100 – sabit  rəqəmdir) onların hər hektara
düşən ehtiyatı hesablanır. 
Əsas qiymət şkalasını müəyyən etmək üçün 100
ballı   müqayisə   sistemi   əsas   götürülür.  Torpaq   tipləri   və
yarımtipləri bir-biri ilə məhsuldarlığa bilavasitə təsir edən
göstəricilərin – ümumi humusun, azotun, fosforun hektara
ehtiyatı və udulmuş əsaların cəminə görə müqayisə edilir.
Bunun   üçün   təsərrüfatdakı   ən   münbit   torpaqda   (məs.
qara   torpaq)   göstəricilərin   miqdarı   100   qəbul   edilərək
başqa   torpaqlar   onunla   müqayisə   olunur.   İqlimə   görə
zonal   torpaqlar   üçün   alınmış   təshih   əmsalları   torpağın
keyfiyyətinə görə aldığı ballara vurulur. Əsas şkalada olan
tip və yarımtiplər üçün torpaq – iqlim şəraitinə görə yekun
balları alınır.
Torpağın   elə   növ   və   növmüxtəliflikləri   var   ki,
diaqnostik   əlamətlərindən   asılı   olaraq   onların   torpaq
qiyməti (balı) ya aşağı, ya da yuxarı olur. Torpağın qiymət
ballarının   aşağı   düşməsinə   onların   yuxa   olması,   səthi
yuyulmaya   məruz   qalması   (eroziya   prosesi),   şoranlıq,
şorakətlik,   bərkimə   xassələri,   əlverişsiz   qranulometrik
tərkib,   qleyləşmə   (bataqlaşma)   və   s.,   artmasına   isə
becərmə  amilləri,   suvarma  tətbiq  edilməsi,  hidromorfluq
və   sair   əlamətlər   təsir   edir.   Ona   görə   də   torpaqların
keyfiyyətinə   təsir   edən   bütün   diaqnostik   əlamətləri
nəzərə almaq və onları qiymətləndirmək üçün müəyyən
edilmiş   təshih   əmsallarından   istifadə   olunur   (Cədvəl
24.1.).
Torpaq   növünün   xüsusiyyətlərindən   və
müxtəlifliyindən asılı olaraq qiymətləndirmə zamanı bəzən
280


bir   neçə   təshih   əmsalından   istifadə   etmək   lazım   gəlir.
Belə   halda   torpaq   tipinin   əsas   şkaladakı   bonitet   balı
müvafiq   təshih   əmsallarının     hamısına   ayrı-ayrılıqda
vurulur. Məsələn, ağır gillicəli zəif şorakətləşmiş şabalıdı
torpaqların bonitet balını tapmaq lazımdır.
Bunun   üçün   şabalıdı   torpağın   əsas   şkaladakı
bonitet balı (100) ağır gillicəli mexaniki tərkibin (0,91) və
zəif   şorakətliliyin   (0,90)   “təshih   əmsalları”na     vurulur

2
=100x0,90x0,91=82).   Buradan   ağır   gillicəli   zəif
şorakətləşmiş   şabalıdı   torpaqların   bonitet   balının   82
olması müəyyən edilir. 
Torpaqların   tam   bonitet   şkalası   tərtib   edildikdən
sonra hər hansı regionun (rayon, fermer təsərrüfatı və s.)
bonitet kartoqramının tərtibinə başlamaq olar.
Cədvəl 24.1.Torpağın mənfi və müsbət əlamətlərinə görə
təshih əmsalları (ixtisarla verilir)
Torpaqlar
Təshih əmsalları
1
2
Şabalıdı
Yuyulma dərəcəsinə görə
Yuyulmamı
ş
Zəif
yuyulmuş
Orta yuyulmuş
1,00
0,73
0,50
Boz
Şorlaşma dərəcəsinə görə
Şorlaşmam
ış
Zəif
şorlaşmış
Orta
şorlaşmış
Şiddətl
i
şorlaş
mış
1,0
0,73
0,64
0,42
Şabalıdı
1,00
0,91
0,64
0,56
Şorakətləşmə dərəcəsinə görə
281


Bütün
torpaqlar
üçün
Şorakətləş
məmiş
Zəif
şorakətləş
məmiş
Orta
şorakətləşmış
1,00
0,90
0,75
Bütün
torpaqlar
üçün
Mədəniləşmə dərəcəsinə görə
Xam
Zəif
Orta
Yüksə
k
1,00
1,06
1,40
1,76
Boz
Qranulometrik tərkibə görə
Yüngül
gillicəli
Orta
gillicəli
Ağır
gillicəli
gilli
quml
u
0,89
1,00
0,91
0,78
0,60
Dağ
şabalıdı
0,89
1,00
0,90
0,80
0,60
Çəmən –
şabalıdı
0,89
1,00
0,91
0,36
0,60
Dağ boz
– qəhvəyi
0,89
1,00
0,90
0,80
0,60
Podzollu
sarı
0,76
1,00
0,96
0,33
-
Bütün
torpaqlar
üçün
Daşlığa görə
Daşsız
Zəif
daşlı
Orta
daşlı
Çox
daşlı
1,00
0,80
0,60
0,50
24.4. Torpağın bonitet kartoqramının tərtibi
Əkin və otlaq torpaqlarının potensial münbitliyinin
qiymətləndirilməsi və bu sahədə çalışan kənd təsərrüfatı
mütəxəssislərinin, eləcə də fermerlərin həmin sahələrdən
səmərəli   istifadə   etməsi   üçün   torpaqların   bonitet
282


kartoqramı   tərtib   olunur.   Əkinaltı   torpaqların   bonitet
kartoqramı   otlaq   sahəsi   torpaqlarının   bonitet
kartoqramından indeksləmə cəhətdən xeyli fərqlənir. Belə
ki,   əkinaltı   torpaqların   bonitet   kartoqramında   ancaq
torpağın indeksi, bonitet balı və balların aid olduğu bonitet
sinfi verilirsə (
80
2
VIII
Ş
), otlaq torpaqlarının kartoqramında
hər bir torpaq konturu üzərində kəsir xəttinin məxrəcində
torpaqların indeksi (k
2
), daxil olduğu bonitet sinfi (x) və
balı   (100)   və   həm   də   torpağın   əkinə   yararlılıq   (nə)
dərəcəsi göstərilir. Bundan başqa kəsirin sürətində bitki
fitosenozlarının indeksi (f
1
), məhsuldarlıq dərəcəsi (v) və
kateqoriyası (1) keyfiyyəti yem vahidi ilə, həm də onun
balı   ekoloji-bonitet   qruplaşması   şəklində   göstərilir.
Məsələn   :  
ne
x
Ş
l
v
f






100
100
2
1
  burada  f
1
  –   bir   nömrəli
fitosenozun   adı   (yovşanlı-efemerli);  v  –   bitkinin
məhsuldarlığına   görə   bonitet   dərəcəsi   (18,1   s/ha);  l  –
fitosenozun   kateqoriyası   (0,45   yem   vahidindən   böyük);
100   –   məhsuldarlığa   və   onun   keyfiyyətinə   görə   bonitet
balı;  Ş
2
  – adi şabalıdı torpaq;  x  – torpağın bonitet sinfi
(90-100   bal   arasında);   100   –   iqlim   nəzərə   alınmaqla
torpağın keyfiyyətinə görə aldığı bonitet balı;  - normal
əkinə yararlı sahəni göstərir (Şəkil 24.2.). 
Aparılmış   torpaq   boniteti   işləri   və   onların   tərtib
edilmiş   kartoqramları   torpağın   iqtisadi   cəhətdən
283


qiymətləndirilməsi   zamanı   və   həm   də   torpaqları   aldığı
ballara görə aqroistehsalat qruplarına ayırmaq da mühüm
əhəmiyyət kəsb edir.
Torpaqların   aqroistehsalat   qruplaşdırılması   yüz
ballı sistem üzrə bir – birinə yaxın olan torpaq vahidlərinin
öz   aqronomik   xassələrinə   görə,   ekoloji   cəhətdən   oxşar
kənd   təsərrüfatı   bitkilərinin   tələbatına   uyğun
qruplaşdırılmasına deyilir. Hər keyfiyyət qrupu özünə iki
sinfi   və   20   balı   birləşdirir.   Bu   keyfiyyət   qrupları
aşağıdakılardır:
1) Yüksək keyfiyyətli torpaqlar – 81-100 bal almış
torpaqları özündə birləşdirir.
2) Yaxşı   keyfiyyətli   torpaqlar   –   61-80   bal   almış
torpaqları birləşdirir.
3) Orta   keyfiyyətli   torpaqlar   –   41-60   bal   almış
torpaqları birləşdirir.
4) Aşağı  keyfiyyətli  torpaqlar  –  21-40 balı  almış
torpaqları birləşdirir.
5) Yararsız,   yaxud   şərti   yararsız   torpaqlar   0-21
bal almış torpaqları özündə birləşdirir.
Qeyd   etmək   lazımdır   ki,   torpaqların   aqroistehsal
qruplaşması sözün əsl mənasında 100 ballı sistem üzrə
bonitirovka apardıqdan sonra qruplaşdırılır ki, bu da öz
mahiyyətinə görə ümumiləşdirici səciyyə daşıyır.  
284


Şəkil   24.2.   Otlaq   (a)   və   əkin   sahəsi   (b)   torpaqlarının   bonitet
kartoqramlarından fraqmentlər.
285

Document Outline

  • II HİSSƏ
  • TORPAQ TİPLƏRİNİN COĞRAFİ İCMALI
  • 11.1. Arktika landşaftlarının torpaqları
  • 11.2. Tundra landşaftlarının torpaqları
  • 11.3. Torpaqların xarakteristikası
  • 11.4. Arktika və tundra landşaftı torpaqlarının kənd təsərrüfat istifadəsi
  • IV FƏSİL ENLİYARPAQLI MEŞƏLƏRİN TORPAQLARI
  • 14.2. Boz-meşə torpaqlarının morfoloji xüsusiyyətləri
  • A0 -ağac və bitkiləri töküntülərindən ibarət meşə döşənəyi, adətən çox da qalın olmur - 1-2 sm.
  • A1-boz və ya tünd-boz rəngdə humus qatı, çoxlu miqdarda ot köklərinə malikdir, möhkəm olmayan xırda və ya ortatopavari struktura malikdir. Qalın aşağı hissəsində çox vaxt silisium oksidinin səpildiyi təbəqə olur. Humus qatının qalınlığı 20-30 sm-ə yaxındır.
  • A2 və ya A1/A2 yuyulan qatdır. O, boz rəngdə və bəzi hallarda üst hissədə çox da aydın ifadə edilməyən topavari, alt hissədə xırda qozvari struktura keçən, vərəqvari – lövhəşəkilli struktura malikdir. Bu qatın qalınlığı 20sm-ə yaxındır. Tünd boz torpaqlarda bu qat yoxdur. Xırda dəmir-manqanlı törəmələrə rast gəlinir.
  • B – yuyulmuş birləşmələrin toplandığı qatdır. Onun üçün qəhvəyi-qonur rəng və çox yaxşı ifadə edilən qozvari struktur səciyyəvidir ki, o yuxarı hissədə xırda, aşağı getdikcə tədricən iriləşir və aydın olmayan prizma şəklinə keçir. Struktur hissələri və məsamələri səthi parıldayan tünd-qəhvəyi pərdə ilə örtülüdür. Xırda dəmir-manqan çöküntülərinə rast gəlirik. Yuyulmuş birləşmələrin toplanma qatı qalındır - 80-100 sm-ə yaxındır.
  • C - lösşəkilli gillicə örtüyü, sarımtıl-qonur rəngdə, yaxşı ifadə edilmiş struktura malikdir. Bu gillicələrdə çox vaxt karbonat törəmələri vardır ki, onlar qədim dövrün qalıq məhsullarıdır.
  • Boz meşə torpaqları tipi üç yarım tipə bölünür - açıq-boz, boz və tünd boz. Bu yarımtiplərin adları humus qatı rənginin intensivliyindən asılıdır. Rəngin intensivliyi zəiflədikcə humus qatının qalınlığı, ən başlıcası isə, bu qatın yuyulma intensivliyi azalır. B qatının yuxarı hissəsində qozvari aqreqatların səthində silisium oksidinin səpgilərinin və eləcə də A1 qatının aşağı hissəsində ağımtıl ləkələrin olmasına baxmayaraq D.Q.Vilenskiyə görə A2 qatı yalnız açıq-boz torpaqlarda ifadə olunmuşdur, tünd-boz torpaqlarda isə yoxdur.
  • Hazırda bəzi tədqiqatçılar açıq-boz və çimli-podzol torpaqları bir tipə daxil etməyə meyl göstərirlər.
  • 14.3. Boz meşə torpaqlarının genetik xüsusiyyətləri
  • Boş meşə torpaqlar profilinin aydın surətdə differensiasiya olunması lessivaj proseslərinin intensivliyindən irəli gəlir.
  • Tədqiqatlar göstərir ki, boz meşə torpaqlarının yuxarı hissəsində narın dispersli mineralların (hidroslud-montmorillonit) miqdarı B qatında və torpaqəmələgətirən süxurlarda olduğuna nisbətən xeyli azdır, strukturu pozulmamış torpaq kəsimləri qatlarının öyrənilməsi göstərir ki, narındispersli hissəciklər B qatına doğru sürətdə yuyularaq, məsamələrdə səciyyəvi toplantılar əmələ gətirirlər. Struktur aqreqatları üzərində tünd-qəhvəyi pərdəni, profilin yuxarı hissəsindən çıxarılıb gətirilmiş narındispersli hissəciklər yaradırlar. B qatının yuxarı hissəsində (və A2 qatının aşağı hissəsində ) narındispersli hissəciklər yağıntıların tərkibində çox vaxt tünd humus birləşmələrinin qarışığı olur. Profilinin yuxarı hissəsində, o qədər də kəskin ifadə olunmamasına baxmayaraq, çimli-podzol torpaqlarda olduğu kimi kvarsın miqdarı artır. Boz meşə torpaqlarının genetik qatlarının kimyəvi tərkibi münasib olaraq üst qatlarda (A1vəA2) qanunauyğun dəyilir, silisium oksidinin miqdarı yüksəlir, alt qatlarda isə onun miqdarı azalır və bütün başqa komponentlərin miqdarı artır.
  • Boz meşə torpaqlarında adətən 3%-dən 8%-ə qədər humus vardır. Onun mənbəyi meşə və ot bitkilərinin töküntüləridir. Yuxarıda enliyarpaqlı meşələrin töküntülərinin səciyyəvi xüsusiyyətləri qeyd edilmişdir - kül elementlərinin, xüsusilə kalsiumun miqdarı çoxdur. Əlverişli iqlim şəraiti torpaq faunasının və mikrob kütlələrinin, xüsusilə kalsiumun miqdarı çoxdur. Əlverişli iqlim şəraiti torpaq faunasının və mikrob kütləsinin inkişafına səbəb olur. Onların fəaliyyəti nəticəsində bitki qalıqlarının dəyişilməsi, çimli-podzol torpaqlara nisbətən, xeyli intensiv gedir. Lakin çöküntülərin bir hissəsi parçalanmayaraq, meşə döşənəcəyi şəklində toplanır. Döşənəcəyinin miqdarı 150-300 c/h təşkil edir, çöküntülərin meşə döşənəcəyinə olan nisbəti 4:7 bərabərdir.
  • Meşə döşənəcəyində kalsiumun miqdarı o qədər çoxdur ki, onun hamısı yuyulmağa macal tapmır və burada vavellit mineralının yeni törəməsi (oksalat turşusunun kalsium duzu) əmələ gəlir.
  • Bitki qalıqlarının dəyişilməsi nəticəsində boz-meşə torpaqlarında kobud humusla mull humus arasında müxtəlif keçid formalar əmələ gəlir. Mull formalı humus yuyularaq, B qatının yuxarı hissəsində narın-dispersli minerallarla birlikdə, pərdə və axıntı əmələ gətirir. Humus törəmələrinin bir hissəsi kalsium humatları şəklində A qatında qalır, fulvoturşular tipli daha mütəhərrik birləşmələr torpaq suları ilə aşağı qatlara miqrasiya edirlər. Buna görə boz meşə torpaqlarının humus qatında A2 və B qatlarına nisbətən pH-ın qiyməti çox vaxt bir qədər artıqdır ki, burada fulvoturşular yuyulduğu üçün, torpaq məhlulu daha turşdur. Alta getdikcə, torpaqda, yenitörəmiş süxurların təsiri altında fulvoturşuların neytrallaşması nəticəsində pH-ın qiyməti yenidən yüksəlir.
  • Humus birləşmələri və narındispersli mineralların miqdarı münasib olaraq dəyişdiyi üçün udulmuş kationların tərkibi qanunauyğun dəyişilir. Bitki qalıqlarından kalsiumun çıxarılması nəticəsində humus qatında onun miqdarı çoxalır. Burada, uducu kompleksin əsaslarla zənginlik dərəcəsi 99%-ə yaxındır. Yuyulma qatında kalsiumun miqdarı azalır, toplanma qatında isə narındispersli mineralların çoxalması nəticəsində miqdar yenidən artır. Belə halda fulvo məhlullarının təsiri altında əsaslarla zənginləşmə dərəcəsi humus qatına nisbətən aşağıdır.
  • Boz torpaqlarda profil boyu dəmir və başqa metalların paylanması, çimli-podzol torpaqlara nisbətən xeyli zəif ifadə olunmuşdur. Lessivaj olunma, narındispersli hissəciklərin hərəkəti bu torpaqların profilinin formalaşmasında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Boz meşə torpaqlarının profili boyu seyrək yayılmış kimyəvi elementlərin paylanması podzol torpaqlara nisbətən zəif ifadə olunmuşdur, lakin yuxarı qatlardan elementlərin çıxarılması və onların B qatında toplanması yaxşı nəzərə çarpır.
  • 18.3. Boz-qonur torpaqların genetik xüsusiyyətləri

Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə