Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə64/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   60   61   62   63   64   65   66   67   68

4
Çürüntülü-karbonatlı
dağ-meşə torpaqları
46,8
0,54
“--------”
5
Qəhvəyi dağ-meşə
torpaqları
815,4
9,44
“--------”
6
Çəmən-qəhvəyi
torpaqlar
65,8
0,76
Bağçılıq,
üzümçülük,dənli
bitkilər (qismən
narçılıq)
7
Dağ boz-qəhvəyi
torpaqlar
81,8
0,93
“--------”
8
Açıq qəhvəyi arid
seyrək meşəli
torpaqlar
62,8
0,73
Qoruq ərazi
torpaqları
9
Sarı torpaqlar
85,1
0,93
Çay, subtropik
meyvəçilik, tərəvəz
10 
Podzollu sarı
torpaqlar
16,9
0,20
“--------”
11
Podzollu-qleyli sarı
torpaqlar
15,0
0,17
“--------”
12
Şabalıdı torpaqlar
1598,6
18,50
Dənli
bitkilər,üzümçülük,
qismən pambıqçılıq
13
Çəmən-şabalıdı
torpaqlar
222,4
2,57
“--------”
14 
Boz torpaqlar
703,2
8,16
Pambıqçılıq,
taxılçılıq, bağça-
tərəvəz,qış otlaqları
15
Çəmən-boz torpaqlar
334,7
3,87
“--------”
16
Boz-çəmən torpaqlar
1200,1
13,89
“--------”
17
Çəmən-meşə (tuqay)
torpaqlar
1040,4
12,02
Meşə fondu
torpaqları, qismən
tərəvəz-bostan
bitkiləri
18
Çəmən, çəmən-
bataqlı və bataqlı
torpaqlar
279,6
3,24
Çəltik, qismən
otlaqlar
19
Şoran, şorakət və
119,3
1,39
Meliorativ torpaq
262


solod torpaqlar
fondu sahələri
20
Qumluqlar və çay
daşı yığınları
83,4
0,98
“--------”
21
Başqa yararsız
sahələr,
yarğanlar,qobular,
üzə çıxmış sal
süxurlar, sıldırım
qayalıqlar və s.
934,1
10,79
“--------”
8641,5
100
Şəkil   23.6.   Azərbaycanın   torpaq   ehtiyatlarının   balansı   (8641,5
min ha)
XXIV FƏSİL
 TORPAQLARIN BONİTİROVKASI
                                    
263


XXIV.1. Torpaq bonitirovkasının tarixinə dair
Torpaq münbitliyinin qiymətləndirilməsinə bir neçə
min   il   əvvəl   Misir,   Çin,       Hindistan   kimi   qədim
sivilizasiyalarda   suvarma   əkinçiliyinin   formalaşdığı
dövrlərdə başlanmışdır. Gəlir üçün vergilərin toplanması
məqsədini   qarşıya   qoymuş   bu   qiymətləndirmələrdə
rüşeym halında da olsa bonitirovka elementləri, müəyyən
aqroekoloji şərait amillərini sezməmək mümkün deyil.
Torpağın   qiymətləndirilməsi   barədə   ilk   təsnifatı
qədim   yunan   filosofları   Aristotel   və   Teofras
vermişdir.Onlar   qədim   dövr   əkinçilərinin   fikirlərini
ümumiləşdirərək   torpaqların   bonitet   siniflərini   vermiş   və
torpaqları yaxşı, münbit, az münbit (gücdən düşmüş, yeni
münbitliyini   itirmiş),   kasıb   və   məhsulsuz   kimi   siniflərə
bölmüşlər.
Orta əsrlər Avropasında feodalizm dövründə bütöv
ölkələrin   becərilən   sahələrini   əhatə   edən   torpaq
kadastrları yaranmışdır. Lakin torpağın maddi tərkibinə və
xassələrinə,   o   cümlədən   onun   ekoloji   və   bioekoloji
cəhətlərinə   əsaslanan   qiymətləndirmə   sistemləri   çox
sonralar,   Qərbi   Avropada   XVII-XIX   əsrlərdə
formalaşmışdır.   Məsələn,   Almaniyada   çəmən   və   otlaq
torpaqların   qiymətləndirilməsi   zamanı   torpağın   təbii
göstəriciləri   ilə   yanaşı,   başqa   ekoloji   amillər   –   orta   illik
temperatur   və   rütubətlənmə   dərəcəsi   də   nəzərə
alınmışdır.
Polşada   əkinaltı   torpaqlarla   yanaşı,   biçənək   və
otlaqların,   meşə   massivlərinin   və   başqa   sahələrin   də
bonitirovkası həyata keçirilir. Bu zaman torpağın mühüm
264


diaqnostik   əlamətləri   (humusun   miqdarı,   qranulometrik
tərkibi, əkin qatının qalınlığı, strukturu, sıxlığı, turşuluğu,
qleyləşməsi,   torpağın   su   xassələri,   təsərrüfat   sahəsinin
yeri və meliorasiyasının vəziyyəti, qiymətləndirilən sahədə
bitki   örtüyünün   xüsusiyyətləri)   ilə   yanaşı   məhsuldarlıq,
hətta   alınan   samanın   miqdarı   və   b.   ekoloji   amillər   də
nəzərə alınmışdır.
Macarıstanda   torpaqların   qiymətləndirmə   sistemi
əsasında   onların   genetik   təsnifatı   durur.   Bu   təsnifatın
əsasında   torpağın   taksonomik   vahidləri   üçün   onların
münbitliyini   xarakterizə   edən   qiymət   balları   (100   ballı
sistem) müəyyən edilmişdir (Stefanoviç, Foriks, 1974).
Rumıniyada
 
torpaqların
 
qiymətləndirməsi
ekometriya metoduna əsaslanır. Bura sahələrin səthinin
öyrənilməsi, aqroekologiyası, bitki örtüyünün və sahələrin
məhsuldarlığının öyrənilməsi daxildir. Metodun müəllifləri
Ueas, Mintiarn və başqaları (1974) belə hesab edirlər ki,
ekometriyanın fuksional bazası məhsuldarlığın biometrik
ölçülməsi   və   statistikasıdır   ki,   bunun   köməyi   ilə
məhsuldarlıqla  qiymət  amillərinin təbii və  süni  kəmiyyət
nisbətini  tapmaq mümkündür.
İngiltərədə   bonitirovka   zamanı   adətən   torpağın
qranulometrik tərkibi, torpaq profilinin dərinliyi   və başqa
keyfiyyət göstəriciləri nəzərə alınır.
Hindistan   ölkəsinin   bəzi   ştatlarında   qırmızı
torpaqların   qiymətləndirilməsi   Storinin   metodundan
istifadə etməklə həyata keçirilir.
Avstraliyada torpaqların qiymətləndirilməsi 1946-cı
ildən   həyata   keçirilir.Bu   tədbir   torpaq   ehtiyatlarının
öyrənilməsi   xidmətinin   səlahiyyətlərinə   daxildir.
265


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə