Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə62/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   58   59   60   61   62   63   64   65   ...   68

boyu   0,2   %-dən   22%-ə   kimi   dəyişir.   Xüsusilə   bu
torpaqların lilli-bataqlı yarımtipləri yüksək karbonatlıdır.
Bataqlı torpaqlar yüksək udma tutumuna (hər 100
qr, torpaqda 28-30 mq-ekv.) malikdir. Uducu kompleksdə
kalsium   (20-25   mq-ekv.)   və   maqnezium   (4-5   mq-ekv.)
kationları üstünlük təşkil edir. Bəzən natrium kationunun
da (1,0-1,5 mq-ekv.) olması müşahidə edilmişdir.
Bataqlı torpaqlar şorlaşmamışdır. Bütün profil boyu
quru   qalığın   miqdarı   0,05-0,1%   arasında   dəyişir.   Lakin
relyef   şəraiti   və   qrunt   sularının   minerallaşma
dərəcəsindən asılı olaraq şorlaşmış  bataqlı torpaqlar da
rast gəlinir. 
Bataqlı torpaqlar yüksək münbitliyə malik olmaqla
kənd təsərrüfat bitkilərinin istifadəsi üçün xeyli perspektiv
əhəmiyyət kəsb edir. Əsas etibarilə çəltik altında istifadə
olunur.  Qurudulma   işi   aparıldıqdan   sonra   buğda,   arpa,
tütün   və   tərəvəz-bostan   bitkiləri   əkilə   bilər.   Lakin   bu
torpaqların xeyli hissəsi  bataqlaşma ilə əlaqədar olaraq
yalnız örüş və biçənək kimi istifadə edilir. 
Tuqay meşə torpaqları. Bu torpaqlar ən çox Kür
çayının   axını   boyu,   onun   subasar   terraslarında,   Böyük
Qafqazın   şimal-şərq   düzən   hissəsində   (Xudat
düzənliyində),   Alazan   və   İori   çaylarının   vadisi   boyunca
yayılmışdır.   Tuqay   torpaqları   adətən   tuqay   meşələri
altında   subasar   rejim   və   qrunt   suyunun   təsiri   altında
inkişaf edir. Ərazinin rütubətlənməsində düzənlikdən axıb
gələn layarası sular, xüsusilə suvarma sularının qarasular
şəklində   üzə   çıxması   böyük   rol   oynayır.   Burada   meşə
ağacları əsas etibarilə rütubət sevən ağac bitkiləri (qovaq,
söyüd, yulğun və s.) və cəngəlliklərdən ibarətdir. Burada
254


tuqay meşə bitkilərindən başqa seyrək meşə ağacları və
ala-tala   açıq   sahələrdə   sıx   çim   qatı   əmələ   gətirən   ot
bitkilərinə də rast gəlinir. Lakin qeyd etmək lazımdır ki,
hal-hazırda tuqay meşələri əksər sahələrdə qırıldığından
burada   torpağın   profilində   hidrotermik   rejimin
dəyişməsinə səbəb olmuşdur. Yeri gəlmişkən qeyd edək
ki, burada tuqay meşələrinin insanlar tərəfindən qırılması
ilə yanaşı, təbii halda quruması da müşahidə olunur. Bu
onunla   izah   edilir   ki,   çayların   eroziya   bazisi   aşağı
düşdükcə,   həm   çayın   özünün,   həm   də   qrunt   sularının
səviyyəsi   aşağı   düşür,   bayaqdan   rütubətlənmə   şəraiti
yüksək olan sahələr daha tuqay meşə ağaclarını təmin
edə biləcək izafi nəmliyə malik olmur. Məhz buna görə də
meşə   bitkilərinin   yerində   bozqır   və   yarımsəhra   bozqır
bitkiləri inkişaf edir. 
Tuqay   torpaqları   morfoloji   cəhətdən   bir   sıra
xüsusiyyətləri   ilə   fərqlənir.   Bu   xüsusiyyətlər   həmin
torpaqların topavari, qozvari ot örtüyü olan sahələrdə isə
dənəvari strukturaya malik olmasıdır. Bu torpaqların üst
qatlarının  rəngi  (20-25  sm-ə  kimi)  boz,  mexaniki  tərkibi
yüngül gillicəli, kipliyi isə bərkdir.
Tuqay   torpaqlarında   humusun   miqdarı   nisbətən
yüksək   olur.   Üst   qatlarda   onun   miqdarı   4,5-10,0%
arasında dəyişir və profil boyu tədrici düşür. Bəzən hətta
100-120 sm-də   humusun miqdarı 1,0-1,2 % təşkil edir.
Ümumi   azotun   miqdarı   0,35-0,50%   arasında   dəyişir.
Tuqay   torpaqları   çox   vaxt   səthdən   karbonatlıdırlar.
Karbonatlar   üst   qatda   0,8-2,5%   təşkil   edirsə,   aşağı
qatlarda miqdarı xeyli artıq 10-15%-ə çatır. 
255


Tuqay-meşə   torpaqlarının   mexaniki   tərkibi   çox
müxtəlifdir.   Qumsaldan   tutmuş   gilə   kimi   dəyişir.   Bu
torpaqlar   udulmuş   əsaslardan   yüksək   doymuş
torpaqlardır.  Uducu   kompleksdə   əsas   etibarilə   udulmuş
kalsium   kationu   üstünlük   təşkil   edir.   Ən   dərin   qatlar
nəzərə   alınmazsa,   bu   torpaqlarda   şorlaşma   müşahidə
edilməmişdir, burada quru qalığın miqdarı profil boyu 0,1-
0,3%-dən artmır. Torpaq mühiti şiddətli qələvidir. 
Həmin   torpaqlar   əsas   etibarilə   meşə   örtüyü
altındadır.   Lakin   bozqırlaşma   getmiş   çay   terrasları
bostan-tərəvəz   bitkiləri,   pambıq   və   çəkilliklər   altında
istifadə edilir. 
14. Şoran torpaqlar
Azərbaycanda   şoran   torpaqlar   çox  geniş   sahədə
yayılmışdır. Ərazicə ən  çox isti və quru iqlim şəraiti olan
Kür-Araz ovalığında-boz torpaqlar zonasında rast gəlinir.
Sahəsi   2,2   milyon   hektar   olan   Kür-Araz   ovalığı
torpaqlarının   təxminən   60%-i   orta   və   şiddətli   dərəcədə
şorlaşmış   torpaqlardan   ibarətdir.   Ümumiyyətlə,
respublikamızın   ərazisində   orta   və   şiddətli   dərəcədə
şorlaşmış torpaqların ümumi sahəsi 1,3 milyon hektardan
çoxdur. Ərazi cəhətcə bu torpaqlar relyefin nisbətən alçaq
axımsız   elementlərində   -   dənizsahili   qurşaqda,   Mil
düzündə   (Şorgöldə),   Muğan   düzündə   (Hacı   Elçi   yeri),
Qarabağ düzündə, Cənubi-Şərqi Şirvanda, Azərbaycanın
şimal-şərq hissəsində, Abşeron yarımadasında, Naxçıvan
respublikasının   düzənlik   hissəsində   (xüsusilə
Böyükdüzdə)   və   qismən   Gəncə-Qazax   massivində
256


müəyyən   edilmişdir.   Bir   qanunauyğunluq   kimi   bu
torpaqların   yayıldığı   sahələrdə   buxarlanmanın   miqdarı
düşən   yağıntılardan   xeyli   üstün   olur.   Burada   qrunt
suyunun   səviyyəsi   yüksək   olmaqla   (1,5-2,0m)   yüksək
minerallaşmışdır. 
Şoran   torpaqlar   əksər   hallarda   qədim   Xəzərin
şorlaşmış   gilli   çöküntüləri,   yaxud   palçıq   vulkanı
materialları üzərində əmələ gəlmişdir. Şoran torpaqlarda
asan   həllolan   duzların   miqdarı   3%-dən   artıq   olur.   Ona
görə də belə sahələrdə yalnız şoran bitkiləri inkişaf edə
bilir.
Morfoloji cəhətdən bu torpaqların üç növü: (çəmən
şoran,   yumşaq   şoran   və   qaysaqlı   şoran)   fərqləndirilir.
Cənub-Şərqi   Şirvanda   əsas   etibarilə   təpəcikli   şoranlar
kompleksi   yayılmışdır.   Təpəcikli   şoranların   özünün   də
sopkalı,   delüvial   və   dəniz   sahilində   yayılmış   tipləri
müəyyən edilmişdir.
Çəmən-şoran  torpaqları   Şirvan   düzü   ərazisində
qrunt   suları   yerin   səthinə   yaxın   olan,   çayların   gətirmə
konuslarının   orta   hissəsində   və   düzənlik   daxilində   Kür
çayı   sahilləri   yaxınlığında   yayılmışdır.   Çəmən-şoran
torpaqlar   yayılmış   ərazilərdə   ayrı-ayrı   kiçik   ləkələr
şəklində rast gəlir. 
Çəmən-şoran   torpaqlarında   humusun   yüksək
miqdarda (2,0-3,5%) olması bu torpaqlar üçün səciyyəvi
əlamətdir.   Humuslu   qatın   ümumi   qalınlığı   isə   80sm-ə
çatır. Bu deyilənlərə əsasən qeyd etmək olar ki, çəmən-
şoran   torpaqları   keçmiş   çəmən-boz   torpaqların
şorlaşmasından   əmələ   gəlmişdir.   Bunu   bir   sıra
257


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə