Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə65/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   60   61   62   63   64   65   66   67   68

Tədqiqatlar
 
kompleks
 
şəkildə
 
geoloqların,
geomorfoloqların,   torpaqşunasların,   geobotaniklərin,
iqlimşunasların,   iqtisadiyyatçıların   iştirakı   ilə   həyata
keçirilir.
ABŞ torpaqların bonitirovkası zamanı kriteriya kimi
torpaq   profilinin   qalınlığı,   torpağın   nəmliyinin   xarakteri,
qrunt sularının yerləşmə dərinliyi, yamacların xarakteri və
meyillik   dərəcələri,   eroziya   təzahürlərinin   intensivliyi,
daşlığı,   şorlanma,   şorakətləşmə   prosesləri,   daşqınlığa
meyillik,   torpağın   ümumi   münbitliyi   götürülür.   Bütün
göstəricilər   keyfiyyətinə   görə   torpağın   səkkiz   sinifini
ayırmağa imkan vermişdir.
Torpaqların   bonitirovkası   ilə   bağlı   işlər   Rusiyada
V.V.Dokuçayev   (1951)   və   N.M.Sibirtsevə   məxsus
olmuşdur.
Qiymətləndirmə   üzrə   bütün   işlər   iki   mərhələyə
bölünmüşdür.   Təbii-tarixi   mərhələ   adlanan   birinci
mərhələdə   hər   şeydən   əvvəl   torpaqların   təbii   keyfiyyət
qiyməti-morfoloji   –   genetik,   kimyəvi   fiziki   və   fitozooloji
xüsusiyyətləri, eləcə də iqlim şəraiti müəyyən olunur. İşin
bu   hissəsi   torpaqşünas   mütəxəssislər   tərəfindən   yerinə
yetirilirdi.   Birinci   mərhələnin   ardınca   qiymətləndirmənin
ikinci   mərhələsində   statistika   ilə   məşğul   olan
mütəxəssislər   tərəfindən   ayrı-ayrı   rayonlar   üzrə   kənd
təsərrüfat   iqtisadiyyatına   dair   işlər   tədqiq   edilib,   yerinə
yetirilirdi.
Deməli, torpağın qiymətləndirilməsini Dokuçayevə
kimi   əsas   üç   mərhələyə   bölmək   olar:   1)   Təbii   –   tarixi
qiymətləndirmə mərhələsi; 2) Torpaqların statistik üsulla
266


qiymətləndirmə   mərhələsi;   3)   Torpaqların   morfoloji
qiymətləndirmə mərhələsi.
Torpaqların   qiymətləndirilməsində   Dokuçayevdən
başqa   bir   çox   görkəmli   alimlər   –   V.P.Amalitski,
P.F.Barakov,   V.İ.Vernadski,   F.J.Levinson-Lessinq,
N.M.Sibirtsev və başqaları da iştirak etmişlər.
Lakin   təəssüf   hissi   ilə   qeyd   etmək   lazımdır   ki,
Böyük   Oktyabr   Sosialist   inqilabından   sonra,   tək-tək
tədqiqatçılar nəzərə alınmazsa keçmiş SSRİ məkanında
torpaqların bonirovkası işlərinin aparılmasında 1953-cü ilə
kimi   fasilə   olmuşdur.   Bu   onunla   izah   edilir   ki,
aqrobiologiya elmində xüsusi nüfuza malik olan bir sıra
alimlər   (V.R.Vilyams,   B.F.Petrov   və   bir   çox   başqaları)
SSRİ-də   torpaq   üzərində   xüsusi   mülkiyyətin   ləğv
edilməsini, torpağın daha alınıb-satılmamasının və buna
görə   də   torpağı   qiymətləndirməyin,   yəni   bonitirovkanın
lüzumsuz   olduğunu   və   bu   işin   kapitalist   istehsal
münasibətlərinə xas olduğunu əsas götürürdülər.   Lakin
Sov.İKP MK-nin 1953-cü il sentyabr plenumu və bir sıra
sonrakı   plenumların   qərarlarında   bu   böyük   və   mühüm
dövlət   əhəmiyyətli   məsələnin   aparılması   zəruri   sayılmış
və günün ən aktual problemlərindən biri hesab edilmişdir.
Bütün bu qərarlardan sonra qısa müddət ərzində
keçmiş   SSRİ   məkanında,   xüsusilə   ayrı-ayrı
respublikaların   görkəmli   alimləri   (S.S.Sobolev,
M.N.Malışkin,   F.J.Qavrilyuk,   N.L.Blaqovidov,   N.F.
Tyumentsev,   N.N.Rozov,   İ.A.Krupenikov,   V.N.Kuzmiçev,
İ.İ.Karmanov, R.İ.Luneva, A.M.Mamıtov, A.Q.Medvedyev,
A.P.Klopotovski,   N.İ.Smeyan   və   bir   çox   başqaları)   istər
əkinaltı,   istər   bağaltı   və   istər   də   təbii   işləri   aparmış,
267


torpaqların  təbii  münbitliyini  və  bitkilərin  məhsuldarlığını
əsas   götürərək   təlimatlar   hazırlanmış   təsis   əmsalları
müəyyənləşdirilmiş,   torpaqların   əsas   və   geniş   bonitet
şkalalarını   və   keyfiyyət   qruplarını   işləyib   hazırlamış,
regionlar üzrə torpaq boniteti xəritələri tərtib etmişlər.
Torpaqların   müqayisəli   uçotu,   onların   keyfiyyətcə
qiymətləndirilməsi   (bonititrovkası)   dünya   miqyasında
olduğu kimi Azərbaycanda da böyük maraq doğurmuşdur.
Respublikamızda torpağın bonitirovkası üzrə işlər ilk dəfə
Azərbaycan   Respublikası   Elmlər   Akademiyası
Torpaqşunaslıq və aqrokimya institunda aparılmışdır. Bu
işlərin   aparılmasına   təkan   verən   əsas   səbəblərdən   biri
1968-ci ildə institutun nəzdində coğrafiya elmləri doktoru,
professor Ş.G.Həsənovun təşəbbüsü ilə ilk dəfə torpağın
aqroekologiyası   və   bonitirovkası   laboratoriyasının   təşkili
olmuşdur.
Laboratoriyanın
 
təşkilindən
 
sonra
 
ilk
müvəffəqiyyətlərindən   biri   respublikamızda   torpaqların
bonitirovkası   üzrə   tədqiqatların   vahid   bir   metodika
əsasında səmərəli aparılmasının təşkili üçün 1973-cü ildə
birinci dəfə V.R.Volobuyev, M.E.Salayev, Ş.G.Həsənov və
Y.İ.Kostyuçenkonun   müəllifliyi   ilə   “Azərbaycanda
torpaqların   bonitirovkasının   keçirilməsinə   dair   metodiki
göstərişin” hazırlanıb çap edilməsi olmuşdur.
Diqqəti cəlb edən ikinci böyük nailiyyət və dəyərli
vəsait   geniş   ümumiləşdirmələr   əsasında   1973-cü   ildə
Ş.G.Həsənov və R.Ə.Əliyeva tərəfindən ilk dəfə 1:500min
miqyasda Azərbaycan Respublikası torpaqlarının bonitet
kartoqramının tərtibi olmuşdur (Şəkil 24.1.).
268


Şəkil 24.1. Azərbaycan Respublikası torpaqlarının bonitet
kartoqramı (Ş.G.Həsənov, P.Ə.Əliyeva).
   Azərbaycanın torpaq boniteti kartoqramının legendası
Bonitet
sinifləri
Bonitet
balları
Torpaqların
keyfiyyət
qrupları
Daxil olan torpaqlar
269


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə