Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə66/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   60   61   62   63   64   65   66   67   68

X
91-100
Yüksək 
keyfiyyətli
Yuyulmuş dağ qaratorpaqlar,qaramtıl 
 dağ- çəmən torpaqlar, torflu dağ-çəmən,
 torpaqlar, zəif podzollu sarı torpaqlar,yüksək
 humuslu allüvial-çəmən torpaqlar.
IX
81-90
Yaxşı
keyfiyyətli
Karbonatlıdağ-  torpaqlar,dağ–çəmən bozqır 
torpaqlar, şabalıdı–çəmən torpaqlar.
VIII
71-80
Qədimdən suvarılan çəmən–meşə, 
bozqırlaşmışdağ– çəmən, çəmən–qəhvəyi, 
qədimdən suvarılan şabalıdı, qədimdən 
suvarılan çəmən-boz
VII
61-70
Orta
keyfiyyətli
torpaqlar
Çimli dağ–çəmən, qədimdən suvarılan boz, 
orta humuslu çəmən–boz, yüksək humuslu 
boz – çəmən
VI
51-60
Yuyulmuş çimli dağ–çəmən, orta humuslu
 allüvial–çəmən, dağ – boz qəhvəyi, şiddətli 
podzollu sarı, şabalıdı, suvarılan boz.
V
41-50
Alçaq
keyfiyyətli
torpaqlar
Yuyulmuş dağ torpaq, dağ şabalıdı, boz açıq 
şabalıdı, az humuslu alluvial çəmən, çürüntülü 
– sulfatlı şabalıdı, şiddətli podzollu qleyli sarı.
IV
31-40
Yuyulmuş dağ  şabalıdı, az  humuslu boz–
çəmən şorakətvari allüvial–çəmən, orta 
şorlanmış
 boz–çəmən, orta şorlanmış çəmən şabalıdı, 
şorakətvari çəmən–boz, şorlaşmış boz qonur.
III
21-30
Yararsız və
Şərti yararsız
torpaqlar
Şoranvari boz–qonur, tam inkişaf etməmiş 
dağ şabalıdı, ibtidai boz orta yuyulmuş dağ 
şabalıdı, orta şorlaşmış şorakətvari çəmən-
boz, zəif ibtidai boz.
II
11-20
Orta şorlaşmış takırobənzər ibtidai boz 
karbonları,bəzən şoranvari  şorakətvari 
çəmən-bataqlı, 
şiddətli şorlaşmış,şorakətvari şabalıdı çəmən,
 şorakətli şoranvari boz–çəmən
I
1-10
Kənd 
təsərrüfatında 
istifadə 
olunmayan 
meşəfondu
Çılpaq qayalıqlar, səthə çıxmış şorlaşmış 
süxurlar,tipik, qaysaqlı, qabarıq şoranlar,
şorlu təpəcikli şoranlar, çınqıllı çay yataqları
0
0
Ümumiyyətlə,   torpağın   aqrogeologiyası   və
bonitirovkası sahəsində Azərbaycanda aparılan işləri şərti
olaraq üç mərhələyə bölmək olar:
Birinci mərhələdə görülən işlər 1965-ci ilə qədərki
dövrü   əhatə   edir.   Bu   dövrdə   görülən   işlər   mahiyyətinə
270


görə torpağın aqroistehsalat qruplaşması (V.R.Volobuyev,
Ş.G.Həsənov, R.H.Məmmədov) və bəzi metodiki xarakter
daşıyan   mövzulardan   ibarət   olmuşdur.   Lakin   torpağın
aqroekologiyası   və     bonitirovkasına   dair   geniş   həcmli
tədqiqat   işləri   demək   olar   ki,   bu   mərhələdə
aparılmamışdır.
İkinci   mərhələdə  torpağın   aqroekologiyası   və
bonitirovkası sahəsində aparılan işlərin miqyası və həcmi
xeyli   genişlənmişdir.   Respublikanın   ayrı-ayrı   torpaq
vilayətlərində,   xüsusilə   Cənub-Qərbi  Azərbaycanın  Araz
boyu   rayonlarında,   Kür-Araz   ovalığının   suvarılan
torpaqlarında, Lənkəran-Astara zonasında, Gəncə-Qazax
massivində   və   Böyük   Qafqazın   bir   sıra   rayonlarında
torpağın   bonitirovkası   sahəsində   aparılan   tədqiqat   işləri
xeyli əhatəli olub böyük əhəmiyyət kəsb edir.
Təqdirəlayiq  haldır  ki,  torpağın  bonitirovkası   üzrə
işlər   təkcə   Respublika   miqyasında   deyil,   ayrı-ayrı
regionlar,   inzibati   rayonlar,   hətta   təsərrüfatlar
səviyyəsində müxtəlif kənd təsərrüfat bitkiləri altında olan
torpaqlarda,   həmin   bitkilərin   tələbatı   nəzərə   alınaraq
aparılmışdır.
Belə tədqiqatlara Y.İ.Kostyuçenkonun (1966) dənli
bitkilər   altı   torpaqlarda,     R.Ə.Əliyevanın   (1971)   Salyan
rayonunda   pambıqaltı   torpaqlarda,   Q.Ş.Yaqubovun
(1975), Q.Ş.Məmmədovun (1977) və F.D.Ayvazovun qış
otlaqları   torpaqlarında,   Ş.A.Bədəlovun   (1981)   üzümaltı
torpaqlarda   bonitirovka   sahəsində   aparılan   elmi-
tədqiqatları misal göstərmək olar.
Torpağın   aqroekologiyası   və     bonitirovkası   üzrə
aparılan  
  fundomental   tədqiqatlardan   biri   də
271


Ş.G.Həsənovun   (1972,   1966,   1978)   uzun   illər
Azərbaycanın   Çənub-Qərb   bölgəsində   apardığı   işlərdir.
O, bu ərazidə təkcə torpağın əmləgəlmə şəraiti, təsnifatı,
morfoloji-genetik   xüsusiyyətləri   deyil,   eyni   zamanda
aqroistehsal xüsusiyyətlərini, bonitirovkasını da aparmış,
torpağın  münbitlik  amilləri  ilə  kənd  təsərrüfat  bitkilərinin
(taxıl   və   pambığın)   nisbi   məhsuldarlığı   arasındakı
qanunauyğun əlaqəni də müəyyən etmişdir.
Bu qanunların yekun nəticəsi olaraq Cənub-Qərbi
Azərbaycanın  səkkiz  inzibati  rayonunun  torpaqları   üçün
seriya   xəritələr,   o   cümlədən   torpaq   boniteti   kartoqramı
tərtib edilmişdir ki, bu kartoqramda rayonların sərhədləri
göstərilməklə   bütün   torpaq   konturları   ballar   və   bonitet
sinifləri   şəklində   istehsal   üçün   çox   vacib   olan   yeni   bal
qiymətləri almışdır.
Üçüncü   mərhələ  torpağın   bonitirovkası,   həm   də
iqtisadi qiymətləndirilməsi cəhətdən müasir mərhələ olub,
Azərbaycanın   ayrı-ayrı   bölgələrində   aparılmış   yeni
tədqiqat   materiallarını   özündə   birləşdirir.   Bu   dövr   üçün
səciyyəvi   cəhət   kimi   bir   sıra   metodiki   təlimat   və
göstərişlərin hazırlanması, yeni istiqamət olaraq ayrı-ayrı
rayonlarda   müxtəlif   bitkilər   altında   olan   torpaqlar   üçün
münbitlik   modelinin   işlənməsi   (S.Məmmədova,
M.Əsgərova, A.Cəfərov və b.) olmuşdur.
Torpağın   bonitet   balları   tapılarkən   torpaq-ekoloji
indeks  və digər riyazi düsturlardan istifadə olunması, ən
vacibi   isə   torpaq   örtüyünün   ekoloji   cəhətdən
qiymətləndirməklə   bonitirovka     aparmaq   daha   düzgün
hesab oluna bilər.
272


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə