Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə61/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

Ana süxurların yaşı və xarakterindən, həm də səth
və   yeraltı   sularının   rütubətləndirmə   dərəcəsindən   asılı
olaraq çəmən torpaqları morfoloji xüsusiyyətlərinə, asan
həllolan   duzların   və   karbonatların   miqdarına   görə   xeyli
fərqlənir.
Çəmən   və   çəmən-çala   torpaqlarında   qrunt   suları
səthə xeyli yaxın olur və bəzən həmin sular kapillyarlarla
səthə çıxır. Bunun nəticəsi olaraq karbonatlı birləşmələr
və   asan   həllolunan   duzların   üst   qatlarda   toplanması
nəzərə   çarpır.     Digər   tərəfdən,   yüksək   rütubətlənmə
şəraiti   ilə   əlaqədar   olaraq   çəmən   formasiyası   bitkiləri
inkişaf   edir,   nəticədə   sıx   çim   qatı   yaranır   ki,   bu   da
torpağın   üst   qatında   çoxlu   humus   toplanmasına   səbəb
olur.   Həmin   torpaqlarda   rütubətlənmə   şəraiti   yüksək
olduğundan   toplanan   bitki   qalıqları   anaerob   şəraitində
parçalanır   və   humuslaşma   prosesinə   məruz   qalan
maddələrin hamısı son məhsullara qədər  parçalanmayıb
mul   şəklində   torpaqda   toplanır.   Yüksək   rütubətlənən
qatlarda   dəmir   birləşmələrinin   təsirindən   paslı   və
göyümtül ləkələr yaranmışdır.
Çəmən   və   çəmən-çala   torpaqlar   üçün   digər
xarakter əlamət humus qatının qalınlığı, qaramtul və tünd
boz   rəngin   olması,   dənavari,   topavari-dənəvari
strukturalılıqdır. Torpaqəmələgəlmə şəraiti və humusluluq
dərəcəsindən asılı olaraq Azərbaycan ərazisində yayılmış
çəmən   torpaqlarını   tünd   çəmən,   adi   çəmən   və   açıq
çəmən  torpaq yarımtiplərinə ayırırlar.
Tünd çəmən torpaqlar çəmən torpaqlarının başqa
yarımtiplərindən   yüksək   humusluluğu,   üst   qatın   tünd
rəngli   olması   ilə   fərqlənir.   Tünd   rəng   torpağın   bərk
250


quruması   nəticəsində   boz-göyümtül   kül   rəngə   keçir.
Burada karbonat ağgözcüklərinə də rast gəlinir. Mexaniki
tərkibləri gillicədən ağır gilə kimi dəyişir. Çala sahələrdə
struktura   topavari-kəltənli,   bəzən   kəltənli   olur.   Humus
qatının qalınlığı çox olduğu kimi (75 sm), miqdarı da üst
qatda   xeyli   yüksəkdir   (3,0-5,0%   kimi).   Humusun   profil
boyu düşməsi tədrici daşıyır, hətta  60-70 sm dərinlikdə
miqdarı 1,0%  təşkil edir.
Adi   çəmən   torpaqlar   tünd   çəmən   torpaqlara
nisbətən   relyef   şəraitinə   görə   yüksəkdir.   Buna   görə
burada qrunt suyu da xeyli dərində olur. Humus qatı az
qalınlığa   (30-40sm)   malikdir.   Strukturası   zəif   ifadə
edilmişdir. Mexaniki təkibi xeyli yüngüldür.
Açıq  çəmən  torpaqlar,  yaxud  az  humuslu çəmən
torpaqları   əksər  hallarda  cavan  allüvi   yığınları   üzərində
rast gəlir. Burada torpaqəmələgəlmə prosesi demək olar
ki, ilk mərhələdədir. Relyef şəraiti çay terrasları, təpəciklər
və   qismən   çalalardan   ibarətdir.  Humus   qatının   qalınlığı
10-20   sm   ancaq   təşkil   edir.   Strukturası   zəif   ifadə
edilməklə,   karbonat   qatı   məlum   deyildir.  Bu   torpaqların
mexaniki   tərkibi   çayın   canlı   yatağından   uzaqlaşdıqca
ağırlaşır.
Çəmən torpaqları respublika ərazisində tutduqları
coğrafi   mövqelərinə   görə   də   bir-birlərindən   fərqlənirlər.
Misal   üçün   Qarabağ   düzünün   çəmən   torpaqları
Azərbaycanın başqa çəmən torpaqlarından dərin qatların
yüksək humusluluğu və yüksək karbonatlılığı ilə fərqlənir.
Şirvan   düzündə   yayılmış   çəmən   torpaqları   şimal
yamacdan   axan   çayların   gətirmə   konuslarında   allüvial
yığımlar   üzərində   əmələ   gəlmişdir.   Bu   torpaqlar   üçün
251


xarakter   əlamət   onların   çox   bərk   kipliyə   malik   olması,
suvarmadan və güclü yağışdan sonra səthində möhkəm
qaysaq   əmələ   gəlməsidir.   Bəzən   uzun   müddət   çəltik
əkilmiş sahələrdə şumaltı qatın bərkiməsi müşahidə edilir
ki,   belə   torpaqları   “qoruq”     torpaqlar   kimi   adlandırırlar.
Şirvanda   yayılmış   çəmən   torpaqları   içərisində   onların
şorlaşmış növləri də vardır. Ümumiyyətlə, burada çəmən
torpaqların kanalyanı  sahələrdə  yüksək humuslu qoruq,
bərkimiş açıq-çəmən, qleyləşmiş tünd-çəmən və bataqlı-
çəmən torpaqları növü müəyyən edilmişdir.
Çəmən   torpaqları   ehtiyat   qida   maddələrindən
zəngin torpaqlarıdır. Burada müasir aqrotexniki üsulların
tətbiq edilməsi ilə pambıq, taxıl, qarğıdalı və başqa kənd
təsərrüfat bitkilərindən daha da yüksək məhsul alına bilər.
13. Bataqlı torpaqlar
Bataqlı   torpaqlar   depressiya   formalı   çökək   relyef
elementlərində   yayılmışdır.   Lakin   bununla   belə   bataqlı
torpaqlara   insanların   təsərrüfat   fəaliyyətlərinin   nəticəsi
olaraq təkcə çökək sahələrdə deyil, düzən sahələrdə də
ləkələr   şəklində   rast   gəlmək   olur.   Bataqlı   torpaqların
əmələ gəlməsi əsas etibarilə qrunt sularının səviyyəsinin
qalxması,   səth   və   irriqasiya   sularının   qaydaya
salınmaması, həmçinin çəltik ləklərinin suya basdırılması
nəticəsində   baş   verir.   Qrunt   sularının   səviyyəsinin
qalxması, ilin fəsillərindən də çox aslıdır. Bataqlı torpaqlar
Azərbaycanda   çox   da   böyük   olmayan   ləkələr   şəklində
Lənkəran  ovalığında    dənizkənarı  sahədə,  Kür  və  Araz
252


çaylarının   alçaq   terraslarında   yayılmışdır.   Bitki   örtüyü
rütubət sevən, bataqlıq bitkilərindən ibarətdir.
Azərbaycanda bataqlı torpaqların çürüntülü-bataqlı
və lilli-bataqlı yarımtipləri müəyyən edilmişdir.
Çürüntülü-bataqlı   torpaqlar  morfololi   cəhətdən
üst   qatda   yarımçürümüş   bitki   qalıqlarının   olması   ilə
xarakterizə olunur. Lilli-bataqlı torpaqlarda üzvi qalıqların
parçalanması   daha   yüksək   dərəcədə   gedir.   Bataqlı
torpaqların   hər   iki   yarımtipində   qleyləşmə   əlamətləri
nəzərə   çarpır   ki,   bu   da   ən   çox   mexaniki   tərkibdən,
qruntdan və səthdən rütubətlənmə dərəcəsindən asılıdır.
Adətən bataqlı  torpaqların çürüntü qatı göyümtül yaxud
mavi-yaşıl rəngli qleyli qata keçir ki, bu da allüvial gillicəli-
qumsal ana suxuruna malikdir. Bataqlı torpaqlar yaşına,
mexaniki   tərkibinə,   kimyəvi   və   fiziki-kimyəvi   xassələrinə
görə çox müxtəlif olur. Bu torpaqların profilində çox vaxt
yaxşı   çürüməmiş   üzvü   qalıqlarla   zəngin   basdırılmış
qatlara   təsadüf   edilir,   Lənkəran   zonasında   bataqlı
torpaqların səthi əksər hallarda lillənmiş olur. 
Bataqlı   torpaqların   tam   inkişaf   etmiş   növlərində
mexaniki   tərkib   nisbətən   ağır   olur.   Bəzən   burada   fiziki
gilin miqdarı 50%-dən artıq olur ki, bunun da 25%-i lilin
hesabınadır. Humus qatının qalınlığı bu torpaqlarda 30-50
sm olub, ümumi miqdarı üst qatda 3-5%, hətta çürüntülü-
bataqlı   yarımtiplərində   10-12%-ə   çatır.   Ümumi   azota
gəldikdə isə bu üst qatda 0,2-0,3 % və daha artıq olur.
Əksər hallarda bataqlı torpaqlar karbonatlardan yuyulmuş
olur.   Lakin   bunların   karbonatlı   növləri   də   rast   gəlir.
Karbonatlar ən çox dərin qatlarda yayılmaqla torpaq profili
253


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə