Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə57/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   53   54   55   56   57   58   59   60   ...   68

8. Dağ qara   torpaqları
Qara torpaqlar   Azərbaycanın dağətəyi, alçaq və
orta dağlıq   zonalarında     ayrı-ayrı   massivlər şəklində
yayılmışdır. Onlar başqa torpaqlar kimi geniş qurşaq təşkil
etmir.   Ərazi cəhətincə ən çox   Böyük və Kiçik Qafqaz
torpaq   vilayətlərinin bozqır və meşə-bozqır zonalarında
yayılmışdır. Əksərən dəniz səviyyəsindən 550 – 800m və
1200-1500m   yüksəkliyə   kimi   olan   sahələri   tutur.   Meşə
zonasında   relyefin   yastı   elemtlərinin   yayılması       qara
torpaqların meşə mənşəli olmasına əsas verir.
Qara  torpaqların   yayıldığı  zonada iqlim mülayim
isti  və  az  rütubətlidir.  Burada  bəzən  buxarlanma  düşən
yağıntıların miqdarından 1,5-2,0 dəfə artıq olur.
Bitki   örtüyü   bozqır ot bitkilərindən ibarətdir. Bu
bitkilər torpağın üst qatında zəif də olsa çim qatı əmələ
gətirməklə   yüksək   humuslaşma   prosesinə   və   dənəvər
struktura yaranmasına səbəb olmuşdur. 
Qara   torpaqların  ana   süxurları,   lösəbənzər   və
karbonatlı   gillicələr,   gillər,   mergelli   əhəng   daşları   və
onların
 
aşınma
 
materiallarından
 
ibarətdir.
Torpaqəmələgətirən   süxurların   litoloji   tərkibi   əksər
hallarda   özünü   onların   karbonatlı   olması   və   mexaniki
tərkibində biruzə verir. Relyef şəraitindən, xüsusilə onun
meyillik dərəcəsindən asılı   olaraq qara torpaqların yuxa
və skeletli növlərinə təsadüf olunur.
Respublikamızda   yayılmış   qara   torpaqlar   S.A.
Zaxarov, V.V. Akimtsev, İ.Z.İmşenetski, B.A. Klopotovski,
H.Ə. Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov
və başqaları  tərəfindən öyrənilmişdir.
Son   vaxtlarda   Azərbaycanda   qara   torpaqların
coğrafi yayılması, onların bəzi morfogenetik xüsusiyyətləri
və fiziki-kimyəvi xassələri G.A.Salamov tərəfindən ətraflı
öyrənilmişdir.
235


Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda qara
torpaqların mənşəyi haqqında vahid bir fikir olmamışdır.
Bəzi   mütəxəssislər   qara   torpaqların   ilkin   bozqırlar
üzərində   əmələ   gəldiyini,   bəziləri   isə   onların   meşə
mənşəli olduğunu söyləmişlər.
Torpaqəmələgəlmə   şəraitindən     asılı   olaraq
Azərbaycanda yayılmış qara torpaqların aşağıdakı yarım
tipləri müəyyən edilmişdir:
a) yuyulmuş dağ–qara torpaqlar, b) bərkimiş dağ–
qara torpaqlar, c) karbonatlı dağ – qara  torpaqlar, d) adi
dağ–qara torpaqlar.
Yuyulmuş dağ – qara torpaqlar   humus qatının
xeyli   qalınlığı,   karbonatların   dərinə   yuyulması   və   yaxşı
strukturalılığı   (dənəvari,   torpaqvari   –   tozvari)   ilə   nəzəri
cəlb  edir.  Çürüntü  qatı qara rəngə malikdir, illiviual qat
yaxşı ifadə edilmişdir. Bəzən aşağı qatlarda (80-90 sm-
dən aşağı) ləkələr və damarcıqlar     şəklində karbonatlar
rast   gəlinir.  Humus   qatının   qalınlığı   relyef   şəraitindən   ,
yəni   meyillik dərəcələrindən asılı olaraq dəyişir.   Əksər
hallarda bu     qalınlılıq “A”   qatını əhatə edərək, 45 – 70
sm və daha çox (90sm-dək) olur (Şəkil, 23.5.a).
Yuyulmuş     dağ   –qara   torpaqlar     gilli   –   mexaniki
tərkibə malikdirlər. Fiziki gilin miqdarı 70 – 80% arasında
dəyişir.  Humusun  miqdarına  gəldikdə  bu  üst  qatda  4  –
4,5% , ümumi azot, 0,30 -   0,36% təşkil edir. CaCO
3
   –
yalnız   C   qatında   rast   gəlinməklə   23   –   27   %-ə   çatır.
Torpağın   reaksiyası   zəif   qələvi   və   qələvidir.   Udma
kompleksi   kalsium   və   maqnezium   ilə   doymuş   olub,
natrium (1,5mq-ekv) tabeli vəziyyət təşkil edir.
Bu   torpaqların   bəzi   sahələrdə   yuxa   növləri   də
vardır.   Əsas   etibarı   ilə   dənli   və   texniki   bitkilər   altında
istifadə   olunur.   Xüsusilə   bu   zonada   dəmyə   şəraitdə
qarğıdalı bitkisi yaxşı məhsul verir.
236


Karbonatlı dağ – qara torpaqlar.  Yuyulmuş dağ
qara   torpaqlardan   fərqli   olaraq,   karbonatlı   aşınma
süxurları   (əhəngdaşları,   porfiritlər,)   üzərində   inkişaf
etdiyindən onlar     səthdən     karbonatlıdırlar.   Karbonat
birləşmələri (iri ağgözcüklər şəklində) maksimum şəkildə
60 – 80 sm   dərinlikdə rast gəlir. Bu torpaqların üst qatı
qonura çalan qara rəngi, dənəvari strukturası ilə fərqlənir.
Yamacların vəziyyətindən asılı olaraq yuxa torpaqlar da
nəzərə çarpır.
G.A.Salamova   görə   bu   torpaqların   üst   qatında
humusun miqdarı 4,5%, ümumi azot 0,26% təşkil edir. Bir
metrlik   qatda   humusun   ehtiyatı   260t/h,   azot   isə   18t/h
müəyyən   edilmişdir.  CaCO
3
-ün  miqdarı   15%-dən   30%-
dək dəyişir. Ağır gillicəli və gilli mexaniki tərkibə malikdir.
Fiziki gilin miqdarı 70-73%, lil fraksiyası isə 27-30% təşkil
edir (Şəkil, 23.5.b).
Bu   torpaqlar   qida   maddələri   ilə   orta     dərəcədə
təmin   edilmişdir.   Hal–hazırda       ən   çox   dənli   bitkilər
altında       istifadə   edilir.  Dik   yamaclarda   səthi   yuyulmuş
sahələr otlaq və biçənək kimi əhəmiyətə malikdir.
 Bərkimiş dağ – qara torpaqlar. Azərbaycanda ən
çox     İsmayıllı   rayonunda           müəyyən   edilmişdir.   Bu
torpaqlar meşə altından çıxmış (bozqırlaşmış) sahələrdə
yayılmışdır.
Bu   torpaqlar     üçün   xarakter   əlamət     onların   üst
qatlarının  dənəvari  – topavari,  əkinaltı  qatın isə  kəltənli
strukturası, qəhvəyi çalan qara rəngi (lak kimi parıldayır),
ağır gilli mexaniki tərkibi, bərk kipliyi, karbonatların dərinə
yuyulması   və   onların   konkresiyalar   şəklində   ifadə
olunması  və humus ləkələrinin olmasıdır. Mexaniki tərkibi
ağır gilidir, fiziki – gilli miqdarı 80-81% təşkil edir. Gil və lil
hissələrinin       yuyulması   gilləşmə   prosesinə   səbəb
olmuşdur ki, bu da əvvəllər həmin sahələrin meşə altında
yüksək rütubətlənməsi şəraiti ilə əlaqələndirilir.
237


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə