Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə58/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   54   55   56   57   58   59   60   61   ...   68

Şəki   23.5.a.   Dağ   qaratorpaqlarının   analiz   göstəriciləri:   a)
yuyulmuş   qaratorpaq,   b)   karbonatlı   qaratorpaq,   c)   bərkimiş
qaratorpaq, d) adi qaratorpaq.
Bərkimiş   qara   torpaqların   üst   qatında   humusun
miqdarı 5,0-5,5%, ümumi azot isə 0,35-0,40% təşkil edir.
238


CaCO
3
-ün  miqdarı  profil boyu  15-26% arasında dəyişir.
Mühiti neytral reaksiyaya (pH – 6,5-7,0) malikdir. Udulmuş
əsaslar kompleksi kalsiumla (35-40 mq-ekv) doymuşdur,
maqnezium 3,5-7,0 mq-ekv., udma tutumu isə 45-47 mq-
ekv. təşkil edir (Şəkil, 23.5.c).
Adi dağ – qara torpaqlar.   Bunlar məhdud sahə
təşkil   etməklə,   qonura   çalan   qara   rəngi,   dənəvari
stukturası  və zəif   şorakətliyi   ilə nəzəri cəlb edir. 
Bu torpaqlarda humusun miqdarı  üst qatda  4,0 –
4,5% (0-100 sm-də 317 T/h),  ümumi azot  0,25-0,28 %
(100   sm-də   28   T/h),   fosfor   0,12-0,15%   təşkil   edir   və
dərinlik   üzrə   tədrici   azalırlar.   Gilli   mexaniki   tərkibə
malikdir.   Fiziki   gilin   miqdarı   çox   yüksəkdir.   Udulmuş
əsaslar   içərisində   əsas   yeri   kalsium   (37   mq/ekv)   təşkil
edir.  Udulmuş   maqnezium   və   natrium   kationlarının   ana
süxur   üzərində   nisbətən   artdığı   nəzərə   çarpır   (Şəkil,
23.5.d).
Dağ–qara   torpaqları   aqronomik   nöqteyi-nəzərdən
xeyli əhəmiyyətlidir. Relyef şəraitindən asılı olaraq əksər
sahələr   dəmyə   əkinçiliyində   istifadə   olunur.   Lakin   bəzi
sahələrdə   uzun   müddət   sürülmə   nəticəsində   eroziya
prosesinə   məruz   qalma   halları   nəzərə   çarpır   ki,   buna
qarşı mübarizə tədbirləri diqqət mərkəzində olmalıdır.
Ümumiyyətlə,   dağ–qara   torpaqları   əlverişli
sahələrdə üzümçülüyü inkişaf etdirmək, dənli bitkilər əkini
sahəsini artırmaq, maldarlıq üçün yem bitkiləri (xüsusilə
qarğıdalı),   kartof   və   başqa   kənd   təsərrüfat   bitkiləri
əkinində də istifadə oluna bilər
.
9. Sarı torpaqlar zonası
239


 Azərbaycan Respublikası ərazisində sarı torpaqlar
ancaq   Lənkəran   torpaq   vilayətində   yayılmışdır.  İlk   dəfə
V.V.Akimtsev bu torpaqları müəyyən edərək onları laterit
torpaqəmələgəlmə
 
tipinə
 
mənsub
 
etmişdir.
V.V.Akimtsevdən sonra həmin torpaqlar B.A.Klopotovski,
M.N.Sabaşvili, A.A.Zavalişin, R.V.Kovalyov, B.I. Həsənov
və başqa mütəxəssislər tərəfindən tədqiq edilmişdir.
Əksər   müəlliflər   bu   torpaqların   yayıldığı   təbii-
coğrafi şəraiti, torpaqəmələgətirən amillərin xarakterini və
fiziki-kimyəvi   analiz   nəticələrini   əsas   tutaraq   onları   sarı
torpaqlara aid etmişlər. Bu torpaqların əmələ gəlməsi ən
tipik   şəkildə   alçaqdan   dağ   yamacları   və   dağətəyi
qurşaqda     nəzərə   çarpır.   Dağətəyi   düzənlikdə   sarı
torpaqların   əmələ   gəlməsi   zəifləyir   və   bu
podzoləmələgəlmə   prosesi   ilə   müşayət   olunur.   Məhz
buna   görə     də     burada     podzollu   sarı   torpaqlar   əmələ
gəlir.   Dənizkənarı   ovalıq   sahədə   sarı   torpaqların
inkişafına   qleyləşmə   prosesi   də   təsir   edir.   Qleyləşmə
prosesi   izafi   qrunt   suyunun   təsiri   altında   burada
podzoləmələgəlmə   prosesilə,   uzlaşaraq   yeni   torpaq
yarımtipinin   -   qleyli-podzollu   sarı   torpaqların   əmələ
gəlməsinə şərait yaratmışdır.
Bütün   göstərilənləri     nəzərə     alaraq     sarı
torpaqların   aşağıdakı    yarımtipləri  müəyyən edilmişdir:
a)Sarı   dağ-meşə   torpaqlar;   b)podzollu   sarı
torpaqlar; c)qleyli-podzollu sarı torpaqlar.
Sarı   torpaqlar   ərazi   cəhətincə   60m-dən   600m-ə
kimi   yüksəklikdə   rütubətli   subtropik   iqlim   şəraitində
sarımtıl aşınma qabığına malik əsas süxurlar və bəzən
həmin   süxurların   aşınma   materiallarından   ibarət   olan
240


delüvial çöküntülər üzərində inkişaf etmişdir. Bitki örtüyü
hirkan tipli enliyarpaqlı meşə bitkilərindən ibarətdir.
Bu torpaqlar morfoloji cəhətdən humus qatının az
qalınlığı   (10-20   sm),   üst   qatların   bozumtul-küləşi,   alt
qatların isə küləşi-sarımtıl rəngi ilə fərqlənir. Lakin relyefin
çökək elementlərində narın torpaq qatının qalınlığı artır,
profil   boyu   yaxşı   differensiallıq   yaranır.  Dik   yamaclarda
rast   gələn  torpaqlar   səthi  yuyulmaya   məruz    qalmaqla,
xeyli skeletlidir.
Sarı   dağ-meşə   torpaqların   profili   gilləşmə
prosesinin olması ilə nəzəri cəlb edir. Normal profilə malik
torpaqlarda fiziki gilin miqdarı 74-77% arasında dəyişir ki,
bunun da 20-50% lil fraksiyasının hesabınadır. Humusun
miqdarı   üst   qatlarda   3-8%   ,   ümumi   azot   isə   0,2-0,3%
arasında  dəyişir. C:N-in nisbəti üst qatlarda 10-14, aşağı
qatlarda   isə   5-ə   kimi   dəyişir.   Torpaq   yüksək   udma
tutumuna   (25-47   mg-ekv)   malikdir.   Udulmuş   əsaslar
içərisində   Ca   (20-30   mg-ekv.)   və   Mg   (7-12     mg-ekv.)
üstünlük təşkil edir. Al (1,0 mg-ekv.-dən az) və H (0,3-6,0
mg-ekv) kationları tabeli vəziyyət daşıyır, həm də axırıncı
profilin orta hissəsində artır.
Çox  təsadüfi  hallar  müstəsna  deyilsə  karbonatlar
yoxdur. Torpaq mühiti turş reaksiyaya (pH su məhlulunda
4,3-6,0   duz   məhlulunda   isə   1,5-2,0   vahid   az)   malikdir.
Sarı   dağ-meşə   torpaqlarının   profili   dəmir   biryarım
oksidləri   (7-12%)   və   alüminium   (20-26%)   ilə   zəngindir.
Profilin   üst   hissəsində  silisiumun  miqdarı  orta  və   aşağı
qatlara nisbətən yüksəkdir. SiO
2
-nin Al
2
O
3
-ə olan nisbəti
üst qatlarda 4,0, aşağı qatlarda isə 2,5-3,5 təşkil edir ki,
bu   da   podzoləmələgəlmə   prosesi   ilə   əlaqədar   olaraq
241


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə