Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə15/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   11   12   13   14   15   16   17   18   ...   68

alt   qatlarda   isə   onun   miqdarı   azalır   və   bütün   başqa
komponentlərin miqdarı artır.
Boz   meşə   torpaqlarında   adətən   3%-dən   8%-ə
qədər humus vardır. Onun mənbəyi meşə və ot bitkilərinin
töküntüləridir.   Yuxarıda   enliyarpaqlı   meşələrin
töküntülərinin   səciyyəvi   xüsusiyyətləri   qeyd   edilmişdir   -
kül   elementlərinin,   xüsusilə   kalsiumun   miqdarı   çoxdur.
Əlverişli   iqlim   şəraiti   torpaq   faunasının   və   mikrob
kütlələrinin, xüsusilə kalsiumun miqdarı çoxdur. Əlverişli
iqlim   şəraiti   torpaq   faunasının   və   mikrob   kütləsinin
inkişafına səbəb olur. Onların fəaliyyəti nəticəsində bitki
qalıqlarının dəyişilməsi, çimli-podzol torpaqlara nisbətən,
xeyli   intensiv   gedir.   Lakin   çöküntülərin   bir   hissəsi
parçalanmayaraq,   meşə   döşənəcəyi   şəklində   toplanır.
Döşənəcəyinin   miqdarı   150-300   c/h   təşkil   edir,
çöküntülərin   meşə   döşənəcəyinə   olan   nisbəti   4:7
bərabərdir. 
Meşə   döşənəcəyində   kalsiumun   miqdarı   o   qədər
çoxdur   ki,   onun   hamısı   yuyulmağa   macal   tapmır   və
burada   vavellit   mineralının   yeni   törəməsi   (oksalat
turşusunun kalsium duzu) əmələ gəlir. 
Bitki qalıqlarının dəyişilməsi nəticəsində boz-meşə
torpaqlarında   kobud   humusla   mull   humus   arasında
müxtəlif  keçid  formalar əmələ  gəlir. Mull formalı  humus
yuyularaq,   B   qatının   yuxarı   hissəsində   narın-dispersli
minerallarla birlikdə, pərdə və axıntı əmələ gətirir. Humus
törəmələrinin   bir   hissəsi   kalsium   humatları   şəklində   A
qatında   qalır,   fulvoturşular   tipli   daha   mütəhərrik
birləşmələr   torpaq   suları   ilə   aşağı   qatlara   miqrasiya
edirlər. Buna görə boz meşə torpaqlarının humus qatında
57


A
2
  və   B   qatlarına   nisbətən   pH-ın   qiyməti   çox   vaxt   bir
qədər   artıqdır   ki,   burada   fulvoturşular   yuyulduğu   üçün,
torpaq   məhlulu   daha   turşdur.   Alta   getdikcə,   torpaqda,
yenitörəmiş   süxurların   təsiri   altında   fulvoturşuların
neytrallaşması nəticəsində pH-ın qiyməti yenidən yüksəlir.
Humus   birləşmələri   və   narındispersli   mineralların
miqdarı   münasib   olaraq   dəyişdiyi   üçün   udulmuş
kationların   tərkibi   qanunauyğun   dəyişilir.   Bitki
qalıqlarından   kalsiumun   çıxarılması   nəticəsində   humus
qatında onun miqdarı çoxalır. Burada, uducu kompleksin
əsaslarla   zənginlik   dərəcəsi   99%-ə   yaxındır.   Yuyulma
qatında  kalsiumun  miqdarı   azalır,  toplanma  qatında   isə
narındispersli mineralların çoxalması nəticəsində miqdar
yenidən artır. Belə halda fulvo məhlullarının təsiri altında
əsaslarla   zənginləşmə   dərəcəsi   humus   qatına   nisbətən
aşağıdır. 
Boz   torpaqlarda   profil   boyu   dəmir   və   başqa
metalların   paylanması,   çimli-podzol   torpaqlara   nisbətən
xeyli   zəif     ifadə   olunmuşdur.   Lessivaj   olunma,
narındispersli   hissəciklərin   hərəkəti   bu   torpaqların
profilinin   formalaşmasında   xüsusilə   mühüm   əhəmiyyət
kəsb   edir.   Boz   meşə   torpaqlarının   profili   boyu   seyrək
yayılmış   kimyəvi   elementlərin   paylanması   podzol
torpaqlara   nisbətən   zəif   ifadə   olunmuşdur,   lakin   yuxarı
qatlardan  elementlərin  çıxarılması   və   onların   B  qatında
toplanması yaxşı nəzərə çarpır.
14.4. Boz meşə torpaqlarının coğrafi xüsusiyyətləri və
kənd təsərrüfatında istifadəsi
58


Boz   meşə   torpaqlarının   yarım   tiplərinin   əmələ
gəlməsi bioiqlim şəraitindən asılıdır. Buna görə açıq-boz
meşə torpaqları boz torpaqlar zolağının şimal rayonlarına,
boz  meşə  torpaqları-orta,  tünd  boz  meşə  torpaqları  isə
cənub rayonlarına tərəf yayılmışdır. Eyni zamanda, boz
meşə   torpaqlarının   əyalət   xüsusiyyətləri   də   mövcuddur.
Hazırda   boz   meşə   torpaqlarının   Ukrayna,   Orta   Rus,
Kama boyu, Qərbi-Sibir və Baltik boyu əyalətləri ayrılır.
Hər   bir   rayonda,   yerli   şəraitə   uyğun   olaraq,   boz
meşə   torpaqları   müəyyən   fərqə   malikdir.   Məsələn,
Ukrayna   əyaləti   torpaqları   yağıntıların   yüksək   olması,
daha isti iqlimi və torpaqəmələgətirən süxurların (löslərin)
yüksək   sukeçirmə   qabiliyyətinin   olması   daha   dərin
islanmasi   ilə   səciyyələnirlər.   Burada   qalın-humus   qatı
(açıq-boz   torpaqlarda   25sm-ə   qədər   və   tünd-boz
torpaqlarda 35sm-ə qədər) olan boz torpaqlar əmələ gəlir.
Kamaboyu əyalətdə humus qatının qalınlığı azalır (açıq-
boz 20sm-ə yaxın, tünd bozlarda  45sm), lakin humusun
miqdarı artır.
Boz   meşə   torpaqlarının   mənşəyi   uzun   zaman
tədqiqatçıların   diqqətini   cəlb   etmişdir.   Bu   məsələ
barəsində   bir-birinin   diametral   əksi   olan   fikirlər
söylənilmişdir.  Korjinski-Tanfilyevin   -   meşənin   bozqırlara
(stepə)   doğru   inkişafı   zamanı   qara   torpaqların
deqradasiyası   və   Vilyamsın–bozqırların   meşələrə   tərəf
basqını   zamanı   meşə   torpaqlarının   proqradasiyası
nəticəsində   boz   torpaqların   əmələgəlmə   fərziyyələri
məlumdur.   Hazırda   boz   meşə   torpaqlarına   zəif
rütubətlənən enliyarpaqlı meşələrin landşaftları şəraitində
əmələ gələn torpaqlar tipi kimi baxmaq lazımdır.
59


Boz   meşə   torpaqlarının   yayılması   kontinental
şəraitilə   məhdudlaşır.   Rusiya   ərazisindən   Avropa
istiqamətində bu torpaqların sahəsi sürətlə azalır; Uzaq
Şərqdə   isə   bu   torpaqlar   yoxdur.  Şimali  Amerikada   boz
meşə torpaqları kontinental ərazidən kənara çıxmır.
Boz   meşə   torpaqları   çimli-podzol   torpaqlara
nisbətən xeyli münbitdirlər.
Kənd təsərrüfat strukturasına görə bu torpaqların
11,8%-i   əkin,   5,2%-i   biçənək,   0,6%   örüş   və   otlaq   kimi
istifadə olunur.
Əsas etibarı ilə dənli bitkilər, çovdar, buğda (qənd
çuğunduru   ,qarğıdalı,   kartof)   bağ-bostan   bitkilərin
becərilməsi   üçün   əlverişlidir.   Avropa   hissəsində   bu
torpaqlar bağçılıqda geniş istifadə edilir.
Bu   torpaqların   əsas   çatışmamazlığı–onların
çoxəsrlik   istifadəsi   nəticəsində   münbitliyinin   xeyli
azalması   və   yüksək   dərəcədə   eroziyaya   uğramasıdır.
Münbitliyin   yüksəlməsi   üçün   gübrələrin–üzvi   və   mineral
gübrələrin     tətbiq   edilməsi   vacibdir.   Turş   açıq-boz
torpaqları istifadə üçün əhəngləyirlər. Bu torpaqların fiziki
xassələrini   yaxşılaşdırmaq   üçün   oraya     peyin   gübrəsi
vermək, sistematik tərzdə əhəngləmə, tədriclə əkin qatını
dərinləşdirmək,   mikrobioloji   fəaliyyəti   gücləndirmək,
torpaqda   rütubət   ehtiyatı   toplamaq,   eroziyaya   qarşı
mübarizə,   növbəli   əkin   zolaqları   salmaq   və   aqrotexniki
tədbirlərə ciddi riayət etmək lazımdır.
14.5. Qonur meşə torpaqları
60


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə