Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə17/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

Qonur   meşə   torpaqları   əkin,   biçənək,   otlaq   və
meşə   təsərrüfatında   geniş   istifadə   edilir.   Avropa
kontinentinin   alçaq   dağətəyi   hissələrində   qonur   meşə
torpaqlarında   böyük   çeşiddə   dənli   və   texniki   bitkilər
becərilir.  Bu   rayon   həm   də   inkişaf   etmiş   meyvəçilik   və
tərəvəzçilik   rayonudur.  Almaniyanın   cənub   rayonlarında
və   Fransada  qonur  meşə   torpaqları   əsasən  üzümlüklər
altında istifadə edilir.
Qərbi   Avropanın   iqlim   şəraitində   böyük   dozada
gübrələr  tətbiq  etdikdə  və  səmərəli  aqrotexniki  tədbirlər
apardıqda  bu torpaqlarda əkilən müxtəlif kənd təsərrüfat
bitkiləri çox yüksək məhsul verirlər.
Düzən  ərazilərdə  yayılmış  qonur  meşə  torpaqları
əksərən   səthi   qleyli,   yaxud   podzollaşma   proseslərinə
məruz   qalmış   olurlar.   Belə   torpaqların   münbitliyini
yüksəltmək üçün bir sıra tədbirlər, xüsusilə dərin mədəni
əkin qatı yaratmaq, sistemtik olaraq üzvi-mineral gübrələr
və   əhəngləmə   tətbiq   etmək   lazımdır.   Bu   torpaqların
yaxşılaşdırılması     üçün   digər   səmərəli   təklif   orada   ot
əkmək,   meyilli   relyef   formalarında,   xüsusilə   əkinaltı
sahələrdə   eroziyaya   qarşı   mübarizə   tədbirləri   aparmaq,
otarmanı tənzim etmək, meşə sərvətlərinin qorunmasına
ciddi diqqət yetirməkdir.
65


XV FƏSİL
MEŞƏ-BOZQIR VƏ BOZQIR ZONASININ QARA
TORPAQLARI
15.1. Qaratorpaqların öyrənilmə tarixinə dair
Meşə-bozqır   və   müxtəlifotlu-çəmən   –   bozqır
landşaftlarının   avtomorf     torpaqları   qaratorpaqlar   adını
almışdır. Avtomorf   rejimdə əmələ gələn bu torpaqlar ən
çox   Rusiya   ərazisində   yayılmışdır.   Yer   kürəsi
qaratorpaqlarının   50%-ə   yaxını   keçmiş   SSRİ-nin
ərazisində yayılmışdır (şəkil 15.1).
66


     
Bu torpaqların əsas massivləri Moldaviya, Ukrayna
respublikalarında,   Şimali   Qafqazda,   Şərqi   Avropanın
mərkəzi   hissələrində,   Voronej,   Kursk,   Tambov
vilayətlərində, Volqa boyunda, Qərbi Sibirdə, Qazaxıstan
respublikasının   şimal   rayonlarında   və   Altay   ölkəsində
yayılmışdır.   Həmin   ərazilərdə   qaratorpaqlarla   yanaşı
çəmən qaratorpaqlar, boz-meşə, şoran, şorakət, solod və
bataqlı torpaqlar da kompleks şəkildə rast gəlir.
Bütün bunlardan əlavə, qaratorpaqlar ABŞ-ın qərb
hissəsində,   Almaniya   ərazisində   (Maqdeburq   r-da),
Çexiya   və   Slovakiyada,   Macarıstanın   cənubunda,
Yuqoslaviya ərazisində xeyli sahə tutur. 
Qaratorpaqlar   Azərbaycan   Respublikasının
ərazisində   də   yayılmışdır.   Lakin   respublikamızın
ərazisində bu torpaqlar geniş zona təşkil etmir, ayrı-ayrı,
qırıq-qırıq ləkələr şəklində orta dağlıq zonada 800-1200,
Şəkil 15.1.Qaratorpaqların keçmiş SSRİ ərazisində coğrafi yayılma 
arealları
67


hətta   1500m   yüksəkliklərdə   yayılmışdır.   Qaratorpaqlar
respublika   ərazisinin   0,7%-ni   təşkil   edir.   Ərazi   ən   çox
Xızı-Altıağac,   Gədəbəy,   Laçın,   Kəlbəcər,   Şamaxı,
İsmayıllı rayonları və qismən Dağlıq Qarabağda – Ağdərə
ərazilərində yayılmışdır.  
Qaratorpaqların öyrənilməsində böyük rus alimləri
M.V.Lomonosov, akademik P.S.Pallas, akademik-botanik
F.Ruprext,   E.İ.Eyxonvald   və   başqalarının   böyük   xidməti
olmuşdur.   M.B.Lomonosova   görə   qara   torpaq   təbii
cisimdir. O, biosfer ünsürlərinin, bitkilərin və heyvanların
təsiri ilə əmələ gəlmiş və inkişaf etmişdir.
Qaratorpaqların   əmələ   gəlməsi   barədə   müxtəlif
fərziyyələr   irəli   sürülmüşdür.   Bütün   bu   fərziyyələri   üç
qrupda   birləşdirmək   olar:   1)   qara   torpaqların   dəniz
mənşəli   olması   fərziyyəsi;   2)   qara   torpaqların
bataqlıqlardan   əmələ   gəlməsi   nəzəriyyəsi;   3)   qara
torpaqların   yerüstü   bitkilərdən   (quru   mənşəli,   dənizlə
əlaqəsi olmayan ərazilərdə)  əmələgəlmə nəzəriyyəsi.
Qaratorpaqların
 dəniz   mənşəli   olması
fərziyyəsinə görə onlar guya Qara və Xəzər dənizlərinin
çəkilməsindən qalan dəniz lilindən, yaxud Yura dövrünün
qara   rəngli   gilli   şistlərinin   buzlaq   suları   ilə   yuyulma
məhsullarından   əmələ   gəlmişdir.   Bu   nəzəriyyənin
tərəfdarları Pallas (1779), Petsold (1851) olmuşdur.
Keçən   əsrin   40-cı   illərində   rus   çarı   I   Nikolay
tərəfindən   Rusiyanın   geoloji   tədqiqatları   üçün   dəvət
olunmuş məşhur ingilis alim-geoloqu R.Murçison (1842)
da   qaratorpaqların  buzlaq   mənşəli  olması   haqqında
fərziyyə irəli sürmüşdür. Bu fərziyyəyə görə qaratorpaqlar
68


buzlaq   dənizi   və   aysberqlərin   gətirdiyi   qara   yura
gillərindən törəmişdir.
Qaratorpaqların  bataqlıqlardan   əmələ   gəlməsi
nəzəriyyəsinin   tərəfdarları   belə   hesab   edirdilər   ki,
keçmişdə   qaratorpaq   zonasının   yerində   şiddətli
bataqlaşmış tundra ərazisi olmuşdur. Sonradan isti iqlim
şəraitində   ərazinin   tədrici   drenləşməsi   ilə   əlaqədar
bataqlıq   və   tundra   bitkilərinin   sürətlə   çürüməsi   prosesi
baş   vermiş,   bataqlıq   lili   və   yerüstü   bitkilərin   bitməsi   ilə
qaratorpaqların əmələ gəlməsinə şərait yaranmışdır. Bu
nəzəriyyənin   tərəfdarları   E.İ.Eyxonvald   (1850)   və
N.D.Borisyak (1852) olmuşdur. 
Üçüncü fərziyyəyə görə  qaratorpaqlar  yerüstü ot
bitkilərindən  əmələ gəlmişdir. Yəni onun əmələ gəlməsi
botaniki   təməl   üzərində   qurulmuş   başqa
torpaqəmələgətirən amillərə əhəmiyyət verilməmişdir. Bu
nəzəriyyənin irəli sürülməsi akademik F.Ruprextin (1866)
adı ilə bağlıdır.
Lakin söylənilən bütün fərziyyələrin hər birinin öz
çatışmayan cəhətləri olduğundan bu mürəkkəb məsələnin
həllinin demək olar ki, üstü açıq qalmışdır. 
Bu   problemi   torpaqşünaslıq   elminin   banisi   hesab
olunan V.V.Dokuçayev özünün qara torpaq zonasında 5 il
(1876-1881) apardığı tədqiqatları ilə parlaq surətdə həll
etmişdir.
V.V.Dokuçayevin   1883-cü   ildə   çap   olunmuş   650
səhifəlik   böyük   həcmli       “Rus   qaratorpağı”   (“Русский
чернозем”)   adlı   elmi   əsəri   çapdan   çıxmışdır.   Bu   əsər
onun   doktorluq   dissertasiyası   olmuş,   Dokuçayevə   çox
böyük   elmi   şöhrət   qazandırmışdır.   O,   qaratorpaqları
69


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə