Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə18/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   14   15   16   17   18   19   20   21   ...   68

Rusiyanın əsas sərvəti adlandırıb qeyd etmişdir ki, elə bir
rəqəm   yoxdur   ki,   onunla   bizim     qara   torpağın   gücünü,
qüvvəsini   təyin   edib   qiymətləndirmək   mümkün   olsun.
Dokuçayev     qara   torpağı   bütün   “torpaqların   şahı”,
“təbiətin   4-cü   səltənəti”   adlandırmışdır.   O,   hətta   qara
torpağı “çaparda heç kim tərəfindən ötülməyən ərəb atına
bənzədir”   və   təsdiq   edir   ki,   “qara   torpaq   Rusiya   üçün
qızıldan,   daş   kömürdən   və   neftdən   qiymətlidir”.
V.V.Dokuçayev   qara torpaq haqqında ehtirasla danışıb
onu   tərifləyərkən   heç   də   səhv   etməmişdi.   Onun   bu
təriflərini   rus   elminin   başqa   korifeyləri   də   V.İ.Vernadski,
P.A.Kostıçev, N.M.Sibirtsev, V.R.Vilyams, L.İ.Prasolov və
başqaları  da  təsdiq  və  təkrar  etmişlər.  Məsələn,  torpaq
coğrafiyası elminin böyük sərrafı L.İ.Prasolov qara torpağı
“bəşəriyyətin   əsas   taxıl   ambarı”   adlandırmışdır.
Dokuçayevin   tələbəsi,   akademik     V.İ.Vernadski   qara
torpaqları qiymətləndirərək obrazlı ifadələrlə göstərmişdir
ki,   “qurbağa   fiziologiyanın,   kalsit   kristalloqrafiyanın,
benzol üzvi kimyanın tarixində böyük rol oynadıqları kimi,
qara torpaq da torpaqşünaslığın tarixində elə bir görkəmli
rol oynamışdır”
6
. Buna görə rus xalq sözü   “чернозем”
elmi   termin   kimi   dünya   miqyasında   beynəlxalq   hüquq
almış, bütün dünya  xalqlarının dillərinə daxil olmuşdur.
15.2. Torpaqəmələgəlmənin ümumi şəraiti
Qaratorpaqların     əmələgəlmə   şəraiti   qərbdən
şərqə   doğru   iqlimin   kontinentallığının   artması   ilə
В.И.Вернадский. Страница из истории почвоведения, // Научное 
слово, кн. 6, 1904, стр.13
70


səciyyələnir. Şərqi Avropa hissəsinin cənub-qərbində orta
illik temperatur 8-10
0
C təşkil edir, Uralın şərqində mənfi 2-
3
0
C   qədər   aşağı   düşür.   Qərb   rayonları   zonasında   qış
nisbətən   isti   və   mülayimdir,   şərq   vilayətlərində   sərt   və
azqarlıdır. Moldaviyada yanvarın orta temperatur cəmi -
2÷ -4
0
C–dir, Baykaldan şərqə isə - 25÷ -28
0
C-yə  qədər
aşağı enir. Qərbdən şərqə tərəf şaxtasız   günlərin (300-
dən 110-a qədər) və illik yağıntıların miqdarı (qərbdə 500-
600 mm-dən, şərqdə 250-350 mm-ə qədər) azalır. 
Lakin isti vaxtlarda müxtəlif  vilayətlərin kontrastları
aradan qalxır. Məsələn, isti dövrdə bütün zona boyu 200-
300mm yağıntı düşür. Şərqi Avropa hissəsi bozqırlarında
iyun ayında orta temperatura 19-24
0
C-dir. Uraldan şərqə
tərəf isə 17-20
0
C təşkil edir. Yanvarın orta temperaturası
4
0
C-dən - 25-27
0
C-dək dəyişir. İyulun orta temperaturası il
boyu   qərbdə   23-25
0
C,   şərqdə   isə   19-21
0
C   arasında
dəyişir. 10
0
C-dən yüksək temperaturun davamiyyəti meşə
bozqırın qərb rayonlarında 150-180 gün, şərqdə isə 90-
120 gün təşkil edir. 10
0
C-dən yuxarı temperaturların cəmi
zonanın   meşə-bozqır   hissəsində   2400-3200
0
C,   şərqdə
isə   1400-1600
0
C   arasında   dəyişir.   Yağıntıların   miqdarı
qərbdə və Ön Qafqaz hissəsində 500-600mm, şərqə tərəf
azalıb 300-400mm, Qərbi  Sibir və Şimali  Qazaxıstanda
isə 300-350mm təşkil edir. Bütövlükdə qaratorpaq yayılan
ərazilərdə   rütubətlənmə   qənaətləndirici   deyildir.   Bozqır
zonasında rütubət defisiti daha çoxdur. Onun nisbəti 0,50-
0,66  arasında  dəyişir. Yağıntıların  böyük  hissəsi  yayda,
çox zaman leysan yağışlar şəklində düşür ki, bu da səthi
axını gücləndirir və suyun torpağa daxil olmasını azaldır.
Yay dövründə torpaq quruyur, buna səbəb tez-tez əmələ
71


gələn qara yellər - quru və isti küləklərdir ki, bu zaman
havanın   nisbi   rütubəti   15-20%     aşağı   düşür.   Relyefin
müsbət elementindəki torpaqlar, qurumaya xüsusilə daha
çox   məruz   qalırlar,   belə   ki,   qışda   nazik   qar   təbəqəsi
hündür   yerlərdən   xeyli   dərəcədə   sovrulur,   yayda   isə
küləklərin qurutma təsiri bu yerlərdə özünü daha kəskin
biruzə verir.
Torpaq   səthindən   illik   buxarlanmanın   miqdarı   illik
yağıntıların   miqdarına   bərabər   və   ya   ondan   azdır.
Yağıntıların mühüm hissəsi torpağa hopmadan səthi axın
şəklində axıb getdiyindən, qara torpaqlar üçün yumayan
su   rejimi   səciyyəvidir.   Şimal   meşə-bozqır   rayonları
müstəsnalıq   təşkil   edir   ki,   burada   torpaqlar   vaxtaşırı
yuyulur.
Qaratorpaqlar  ot   bitkiləri  altında   əmələ   gəlir,
onların   arasında   çoxillik   taxıllar   üstünlük   təşkil   edir.
Hazırda   qaratorpaqların   böyük   hissəsi   şumlanmışdır   və
təbii otlar məhv edilmişdir. Şimaldan cənuba tərəf   təbii
otların tərkibində müxtəlif ot növləri azalır, yaz efemer və
efemeroidlərin miqdarı çoxalır.
E.M.Lavrenko   qaratorpaq   bozqırlarının   bitki
örtüyünü   aşağıdakı   yarımzonalara   (şimaldan   cənuba
doğru)   bölür:   meşə-bozqır   zonasına   daxil   olan
bozqırlaşmış çəmənliklər və çəmən bozqırları və xüsusi
bozqır zonasına daxil olan müxtəlifotlu – çobantopuzlu –
şiyavlı və çobantopuzlu – şiyavlı bozqırlar.
Bu   bozqırların   şimal   hissəsində   sıx   və   müxtəlif
bitkilərin   60-65%-i   taxıllardan   və   cillərdən,   30-35%-i
müxtəlif   otlardan   və   5-10%-i   paxlalılardan   ibarətdir.
Burada   torpağın   bitki   ilə   örtülmə   dərəcəsi   80-90%-dir.
72


Cənuba tərəf bitki   örtüyü müxtəlifotlu – çobantopuzlu –
şiyavlı   tərkibdə   olmaqla,   60-90%   şiyavdan   ibarətdir.
Torpağın   bitki   ilə   örtülmə   dərəcəsi   70%-ə   qədər   aşağı
düşür.   Daha   cənubda   çobantopuzlu   –   şiyav   bozqırı
yerləşir, burada bitki örtüyü 60-40%-ə qədər azalır.
Qaratorpaqların
 
yayıldığı
 
ərazidə
torpaqəmələgətirən   süxur 
əsasən   lösşəkilli
çöküntülərədən   ibarətdir.   Löslərin   yayıldığı   vilayətlərdə
qara   torpaqların   coğrafi   əlaqəsi   o   qədər   sıxdır   ki,   bəzi
geoloqlar qara torpağa çürüntü ilə zənginləşmiş lös kimi
baxırdılar. Lakin V.V.Dokuçayev Asiyada aparılan coğrafi
ekspedisiyasının   məlumatlarına   istinad   edərək,   göstərir
ki,   Orta   Asiya   və   Çinin   geniş   lös   massivləri   qara
torpaqlarla   müşayiət   edilmir.   Beləliklə,   lös   və   lösşəkilli
çöküntülər   qara   torpaqların   əmələgəlməsində   çox
əhəmiyyətli   amil   olmasına   baxmayaraq,   bununla   belə
yalnız   lösün   mövcud   olması   qara   torpaqların   əmələ
gəlməsinə səbəb ola bilməz. Bunun üçün müəyyən iqlim,
bitki   və   başqa   landşaft   şəraitləri   tələb   olunur.   Bununla
yanaşı V.V.Dokuçayev qeyd edirdi ki, “dağ   süxurlarının
əlverişli tərkibi çox vacib şəraitlərdən biri kimi bizim qara
torpaqların   əmələ   gəlməsinə   xidmət   etməlidir”
7
.   Buna
görə qara torpağın  (həm də hər  hansı başqa torpağın)
istənilən   dağ   süxuru   üzərində   əmələ   gələ   bilməsi
haqqındakı   fikir   düz   deyildir   və   ana   süxur   kimi   vacib
torpaqəmələgətirən   amili   qiymətləndirməsinə   əsaslanır.
Hələ   F.Ruprext   qeyd   etmişdir   ki,   qara   torpaqlar   qumlar
üzərində   əmələ   gəlmir.   V.V.Dokuçayev   göstərmişdir   ki,
В.В.Докучаев. Русский чернозем. Изб.соч.,Т.I, М.Госсельхозиздат, 
1948, стр.382
73


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə