Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə16/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

Bu   torpaqlar   tipi   də,boz   meşə   torpaqları   kimi
enliyarpaqlı   meşələr   altında,   lakin   rütubətli   və   mülayim
okean   iqlimi   olan   şəraitdə   əmələ   gəlir.   Buna   görə
Avrasiyanın mərkəzi vilayətlərində qonur meşə torpaqları
yoxdur, lakin onlar Qərbi Avropada geniş yayılmışdır. Bu
torpaqlar   ilk   dəfə   1905-ci   ildə   məşhur   alman   alimi
E.Ramanna   tərəfindən   öyrənilmiş   və   “burozem”
(braunerde) adlandırılmışdır. 
Lakin   torpaqşünasların   2-ci   Beynəlxalq   konqresində
(1930-cu   il)   həmin  “burozem”   terminini   “бурые   лесные
почвы”, yəni qonur meşə torpaqları termini ilə dəyişmək
üçün qərar qəbul edilmişdir. Keçmiş SSRİ-də qonur meşə
torpaqları   Xabarovski   ölkəsinin   cənubunda,   Amur
vilayətində,   Belarusiya   və   Litvanın   qərb   rayonlarında,
Karpatlarda,   Dağlıq   Krımda,   Qafqazda   və   Primorski
ölkəsinin isti və rütubətli rayonlarında inkişaf etmişdir.
Şəkil 14.2. Qonur meşə torpaqlarının coğrafiyayılma arealı
61


Şimali   Amerikada   enliyarpaqlı   meşələrin   qonur
torpaqları   kontinentin   atlantida   sahilləri   boyunda
yayılmışdır.   Onlar   şimalda   çimli-podzol   torpaqlarla   və
cənubda   qırmızı-qonur   və   qırmızı   subtropik   torpaqlar
arasında keçid vəziyyətini tuturlar.
14.6. Qonur meşə torpaqlarının genetik və morfoloji
xüsusiyyətləri
İllik   atmosfer   yağıntılarının   xeyli   olmasına   (600-
650mm) baxmayaraq, bu torpaqların profili zəif yuyulur,
belə ki, yağıntıların böyük hissəsi yayda düşür və yuma
rejimi   çox   qısa   müddət   ərzində   təsir   göstərir.   Fəal
temperatur   cəmi   2000-3000°C-dir.   Bununla   yanaşı
yumşaq   iqlim   şəraiti   və   yüksək   atmosfer   rütubəti   üzvi
maddələrin dəyişilmə proseslərini gücləndirir. Uzaq şərq
rayonlarında   iqlim   musson   xarakterlidir.   Qonur   meşə
torpaqlarının səthinə daxil olan töküntülərin xeyli kütləsini
çoxlu   miqdarda   olan   onurğasızlar   yüksək   enerji   ilə
parçalayıb   qarışdıraraq,   mull  formalı   humus   qatı   əmələ
gətirir.   Humuslaşmanın   sonrakı   prosesləri,   dəmirlə
kompleks şəkildə birləşmiş fulvoturşuların humin turşuları
birləşmələrinin əmələ gəlməsinə səbəb olur.
Bu   birləşmələr   zəif   polimerləşməyə   çevrilir   və
narındispersli   gilli   maddə   ilə   laxta   və   pərdə   əmələ
gətirərək çökür. Nəticədə zəif qozvari struktura yaranır.
Əgər   hər   hansı   bir   səbəbdən   qatılaşmış   humus
maddəsinin dağılması baş verərsə, onda gilli hissəciklər,
ayrı-ayrı   nümunələr   şəklində,   toplanma   qatına   (illüvial
62


qata)   tərəf   yavaş-yavaş   hərəkətə   başlayır.   Lessivaj
olunmuş qonur torpaqlar belə meydana gəlir.
Qonur   meşə   torpaqlarının   profili   orta   və   zəif
differensiasiya   olunması   və   o   qədər   də   tünd   olmayan
nazik   humus   qatı   ilə   səciyyələnir.   Profilin   quruluşu
aşağıdakı kimidir:
Humus qatı - qonur və boz-qonur rəngdədir, rəng
aşağı   getdikcə   açıqlaşır,   strukturu   topavaridir.   Qalınlığı
20-25sm-dir.
Yuyulub   toplama   qatı  üstdə   aydın   qəhvəyi-
qonurdur, gillidir, quruyan zaman topavari-qozvari struktur
əmələ gətirir. Alt hissədə struktur daha da iriləşir, qəhvəyi
rəng   azalaraq   ilk   süxurun   rənginə   yaxınlaşır.   Qatın
qalınlığı 50-60sm-dir.
Torpaqəmələgətirən   süxur   -  açıq   küləşi   rəngdə
lösəbənzər   gillicədir,   bəzən   karbonatlı   yenitörəmələrə
malikdir.
Qafqazın   qonur-meşə   torpaqlarının   ifadə
dərəcəsinə görə yaxşı defferensiasiyalıdır (cədvəl 14.1).
Qonur meşə torpaqlarında humusun miqdarı xeyli
yüksəkdir:   4-8%   və   daha   artıqdır.   Xəzəl   qatı   nisbətən
qalın   olub   yaxşı   ifadə   olunmuşdur.   Bununla   belə
fulvoturşuların miqdarı bu torpaqlarda humin turşularına
nisbətən bir qədər üstündür. Belə hal humus qatının aşağı
hissəsində xüsusilə nəzərə çarpır. Su çəkimi zəif turş və
neytral reaksiyaya malikdir, pH-ın ən aşağı qiyməti, boz
meşə  torpaqlarında  olduğu  kimi,  humus  qatından  keçid
qata   keçdiyi   yerdə   müşahidə   edilir.   Çox   güman   ki,   bu
profilin   həmin   sahəsində   fulvoturşuların   hərəkəti   ilə
əlaqədardır.
63


Cədvəl 14.1. Qafqazın qonur meşə torpaqlarında profil boyu
humusun, narındispersli hissəciklərin, pH miqdarının və
udulmuş kalsiumun paylanması
Genetik
qatlar
Miqdarı, %-lə
Sulu
çəkintinin
pH-ı
Udulmuş
Ca
(kationların
cəminə
görə, %-lə)
humus
0,001mm-
dən kiçik
hissəciklər
A 2-7 sm
5,02
19
6,9
88
A/B 22-27
sm
2,94
20
7,0
84
B/C 70-75
sm
0,53
21
6,5
65
C 105-110
sm
0,33
19
5,7
45
         
Lessivaj  olunmuş  meşə  torpaqlarının   illüvial  qatı
narındispersli  hissəciklərin  miqdarının  çoxalması   ilə
nəzəri   cəlb   edir.   Bu   torpaqların   profilində   mütəhərrik
narındispersli   hissəciklərin   zəngin   toplantıları   da
müşahidə olunur. Gilin miqdarının profil boyu çoxluğu da
tutumunun yüksəlməsinə səbəb olur, bu halda udulmuş
kationlar   sırasında   kalsium   üstünlük   təşkil   edir.   Boz
torpaqlarda   olduğu   kimi   udulmuş   kalsiumun   miqdarı
humus qatı üzrə yuxarıya doğru artır. Karbonatla zəngin
torpaqəmələgətirən   süxurlar   (məsələn,   löslər)   üzərində
əmələ   gələn   qonur   meşə   torpaqlarının   profilinin   aşağı
hissəsində   xeyli   miqdarda   karbonatlar   olur   və   pH-ın
qiyməti 7-dən artıqdır. 
14.7. Qonur meşə torpaqlarının kənd təsərrüfat
istifadəsi
64


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə