Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə24/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

Şəkil  16.2.Quru   bozqır   zonası   torpaqlarının   morfoloji   quruluş
profilləri:   a-tünd   şabalıdı;   b-şabalıdı;   v-açıq   şabalıdı;   q-qonur
səhra-bozqır. Yenitörəmələr: 1 – ağgözcük; 2 - gips
16.3. Şabalıdı və qonur torpaqların genetik
xüsusiyyətləri
Şabalıdı   torpaqların   genetik   qatlarının   kimyəvi
analizlərindən   göründüyü   kimi,   torpaq   profili   boyu
humussuz   və   karbonatsız   közərdilmiş   kütlənin   tərkibi
mühüm   dəyişikliyə   uğramır.   Ayrı-ayrı   mineral   analizləri
göstərir ki, tünd-şabalıdı və şabalıdı torpaqların profilində
olduğu kimi əsas mineral komponentlərin paylanması baş
vermir. Bəzi hallarda narındispersli mineralların aşağıdan
yuxarıya doğru artdığı müşahidə edilir. Lakin bu hadisə
adətən torpaqəmələgətirən süxurdan irsən keçmişdir və
onların əmələgəlmə rejiminin dəyişməsi ilə əlaqədardır.
95


Bəzən   açıq   şabalıdı   torpaqların   B   qatında
narındispersli hissəciklərin toplantıları qeyd olunur. Belə
hal   qonur   səhra-bozqır   torpaqlarında   daha   aydın   ifadə
edilmişdir. Ona görə də qonur torpaqların kimyəvi analizi
zamanı kipləşmiş B qatında silisium oksidinin miqdarının
xeyli   az   aşağı   düşdüyü   və   münasib   olaraq   qalan
komponentlərin artdığı qeyd edilir.
Beləliklə,   əgər  quru  və   səhra   bozqırlarının   Şimal
hissəsinin   çoxunda,   eləcə   də   qaratorpaqlar   zonasında,
torpaqların   profil   boyu   mineralların   paylanması   baş
vermirsə,   açıq-şabalıdı   və   qonur   torpaqlarda   profilin
yuxarı   hissəsindən   B   qatına   doğru   narındispersli   gil
hissəciklərinin hərəkəti müşahidə edilir. 
Quru   və   səhra   bozqır   landşaftları   şəraitində,
qaratorpaqlara nisbətən az miqdarda üzvi maddələr daxil
olur. Quru  bozqırların  bitki  örtüyü töküntülərinin miqdarı
40  s/h  bərabərdir, yəni biokütlənin yarısından bir qədər
azdır. Töküntülərin   tərkibində  kül  elementlərinin  miqdarı
çoxdur. L.E.Rodinə və N.İ.Bazileviçə (1965) görə, onların
hər   il   torpağa   daxil   olan   miqdarı   161   kq/h   təşkil   edir.
Zonanın   şimal   hissəsində   bitki   töküntülərində   silisium,
kalsium və kaliumun miqdarı çoxdur, cənubda isə natrium
daha çox əhəmiyyət kəsb edir.
Quru   və   səhra   bozqır   landşaftlarında   humusun
miqdarı azdır – 2-5%. Tünd şabalıdı torpaqların humus
qatında humusun miqdarı 3,5-dən 5%-ə qədər, şabalıdı
torpaqlarda    3-4%,   açıq   şabalıdı   torpaqlrda   –2%-ə
yaxındır.   Profil   üzrə   humusun   miqdarı,   qaratorpaqlarda
olduğu kimi, tədricən dəyişilir. Lakin şabalıdı torpaqlarda
humusun   tərkibi,   qaratorpaqların   humus   turşularından
96


azlığı ilə fərqlənir. Quru və səhra bozqır landşaftlarında
humin   turşularının   miqdarı,   şimaldan   cənuba   doğru
çoxalır.   Qonur   torpaqlarda,   humin   turşularına   nisbətən
fulvoturşuların   miqdarı   artır.   Açıq   şabalıdı   və   qonur
torpaqlarının rənginin zəif ifadə edilmə dərəcəsi məhz bu
xüsusiyyəti ilə əlaqədardır.
Yumayan su rejimi və torpağın 50-100 sm-ə (ayrı-
ayrı   illərdə   100-180   sm-ə   qədər)   islanması   torpaq
profilinin suda həllolan, birinci növbədə, natrium duzları ilə
zənginləşməsinə səbəb olur.  
Suda həllolan duzların çoxalması ilə eyni zamanda
sulu çöküntünün pH-ı da yüksəlir.
Natrium duzlarının çoxluğu həmin kimyəvi elementi
udulmuş kationların tərkibinə daxil olmasına səbəb olur.
Narındispersli hissəciklər tərəfindən natriumun udulması
torpaq   aqreqatlarının   dağılmasına   və   torpaq   kütləsinin
narınlaşmasına   səbəb   olur   ki,   bu   da   narındispersli
hissəciklərin hərəkəti üçün imkan yaradır.
Natrium   duzlarının   torpaqda   miqdarı   şimaldan
cənuba   doğru   yüksəlir.  Ona   görə   də   qonur   torpaqların
inkişaf etdiyi vilayətlərdə quru və səhra bozqırlarına xas
olan   ən   az   miqdar   çöküntülərinin   əmələ   gəlməsinə
baxmayaraq,   narındispersli   hissəciklər   zəif   olsa   da
hərəkət edərək kipləşmiş B qatını əmələ gətirir. Bununla
yanaşı,   natriumun   təsiri   üzündən   suya   davamlı
aqreqatların   olması   şorlaşmış   səthi   qabığın   əmələ
gəlməsinə səbəb olur.
Şabalıdı   torpaqların   profili   boyu   kimyəvi
elementlərin   paylanması   qaratorpaqları   xatırladır.   Lakin
şabalıdı   torpaqların   humus   qatında   onların   toplanması
97


daha zəif ifadə edilmişdir, bəzən isə şorlaşma ilə əlaqədar
olaraq   bu   elementlərin   B   qatında   toplandığı   müşahidə
edilir.
16.4. Quru bozqır torpaqlarının coğrafi xüsusiyyətləri
və kənd təsərrüfatında istifadəsi
Quru   bozqırların   torpaq   örtüyünün   səciyyəvi
xüsusiyyəti onun yüksək dərəcədə müxtəlif olmasıdır. Bu,
mezo  və  mikrorelyef  üzrə istiliyin   və  xüsusilə  rütubətin,
bunula   yanaşı   isə   suda   həllolan   birləşmələrin
paylanmasının   nəticəsidir.   Relyef   formaları   üzrə
hidrotermik   və   bəzi   kimyəvi   elementlərin   qatılığının
dəyişməsi   bitki   örtüyünün   kompleksliyində   əks   olunur.
Rütubətin çatışmaması, bitkilərin çox hassas reaksiyasına
və torpaqəmələgəlmə proseslərinin gedişinə olduqca təsir
göstərir.
D.Q.Vilenskinin   (1961)   məlumatına   görə   quru   və
səhra bozqırları zonası daxilində avtomorf torpaqlar bütün
ərazinin   yalnız   70%-ni   tutur,   qalan   hissə   şoran   və
şorakətlərin payına düşür. Torpaqların icmal xəritələrində
göstərilmiş   şabalıdı   torpaqların   yayıldığı   vilayətlər,   bir
qayda   olaraq,   müxtəlif   dərəcədə   şorlaşmış,   şabalıdı
torpaqların,   şoranların,   müxtəlif   səviyyədə   şorlaşmış
çəmən-şabalıdı   torpaqların   və   şorakətlərin   mürəkkəb
kompleksindən ibarətdir.
Quru   bozqır   torpaqların   əkinçilikdə   istifadəyə
verilməsi   və   istifadəsinin   mürəkkəbliyi   bu   torpaqların
tərkibində həm çürüntünün azlığı, həm də çox əlverişsiz
fiziki   xassələrə   malik   olması   ilə   izah   olunur.   Səthin
98


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə