Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali


 Hidromorf torpaqların morfoloji



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə27/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   23   24   25   26   27   28   29   30   ...   68

17.5. Hidromorf torpaqların morfoloji
 xüsusiyyətləri
Bu   torpaqlardan   şorakətlər   və   solodlar   daha   çox
özünəməxsusluq   təşkil   edir,   bununla   bərabər   solodlar
meşə bozqır və şimal-bozqır landşaftlarına, şorakətlər isə
cənub-bozqır   və   yarımsəhra   landşaftlarına   xas   olan
torpaqlardır.
Şorakət   torpaqların  profilinin   özünəməxsus
xarakterik xüsusiyyətləri vardır ki, bu da birinci növbədə
bərk   və   yuyulub   toplanma   qatına   malik   olmasıdır.   Bu
torpaqların   morfoloji   quruluşu   aşağıdakı   əlamətləri   ilə
fərqlənir:
A
1
  qatı  boz   rəngdə,   yumşaq   kipliyə   malik   olub
qalınlığı 1-2sm-dən 10sm-ə qədərdir. Üst hissəsi bəzən
yuxa çim qatı ilə fərqlənir.
A
2
 qatı şorakətüstü qatdır. O, açıq-boz rəngə, çox
davamsız   vərəqvari-təbəqəli   struktura   və   5-10sm
qalınlığa   malikdir.  Çox   vaxt   A
1
  və   A
2
  qatlarını   ayırmaq
çətindir,   bütünlükdə   o,   3-5sm-dən   20-30sm-ə   qədər
qalınlıqda yumşaq qonurumtul-boz qatdır.
B qatı şorakət qatdır, çox bərk olması, tünd-qonur
rəngi və sütunvari strukturu ilə fərqlənir. Yumşaq A qatı
kənar edildikdən sonra B qatına keçid çox vaxt  qırıntılı
mineralların silisium oksidi səpintisindən ibarət nazik ərp
olur. Şorakət qatının aşağı hissəsində karbonatlı və gipsli
yenitörəmələr toplanmış yarımqatlar ayrılır. 
109


B qatının yerləşdiyi dərinlik üzrə qaysaqlı (7 sm-
dən az), orta sütunvari (7-15sm) və dərin sütunvari (15
sm-dən çox) şorakət qatlar ayrılır. 
Şabalıdı torpaqlar zonasının şorakətləri qaratorpaq
zonasının   şorakətlərinə   nisbətən   daha   az   qalınlığa   və
açıq   rəngə   malikdirlər.   Şorakətlərlə   yanaşı   şorakətvari
torpaqlar da ayrılır ki, bunlar humus qatının təbəqəliliyi və
B   qatının   zəif   bərkiməsi   nəzəri   cəlb   edir.  Şorakətvarilik
quru bozqır və səhra zonaları üçün səciyyəvidir.
Solodlar  relyefin   qapalı   çökəkliklərində,   adətən
tozağacı-ağcaqovaq   meşəcikləri   altında   əmələ   gəlir.
Solodların profilinin quruluşu aşağıdakı kimidir:
A
1
  qatı  qonurumtul   rəngdə   humus   qatıdır,   ot
bitkilərinin kökləri ilə zəngin və çox vaxt torflaşmış qatdır.
Qalınlığı 3-10sm-dir.
A
2
  qatı  ağımtıl   unabənzər,   aydın   olmayan
vərəqvari strukturlu, yuyulan qatdır. Qalınlığı 10-20 sm-ə
yaxındır.   Çox   vaxt   çoxlu   miqdarda   dəmirmanqanlı
törəmələrə (konkresiyalara) malikdir.
B   qatı  olduqca   bərkdir,   tünd-qonur   rəngdə,
aşağıya doğru kəltənlə əvəz edilən sütunvari-prizmaşəkilli
struktura malik bərk toplama qatıdır. Qalınlığı 50 sm və
daha   çoxdur.   Qatın   aşağı   hissəsində   aydın   ifadə
edilməyən karbonat çöküntülərinə rast gəlinir.
Solodların aşağı hissəsi çox vaxt qleyləşmiş olur.
Dayaz çökəkliklərdə və hündür subasar sahələrdə yüksək
rütubətlənmə   şəraiti   yaranır.   Burada,   ətraf   suayrıcı
sahələrinə nisbətən, xeyli miqdarda bitki qalıqlarına malik
çəmən-bozqır bitkiləri inkişaf edir.
110


Torpağın   vaxtaşırı   subasmaya   məruz   qalması
torpaqda   üzvi   qalıqların   parçalanmasını   çətinləşdirir.
Nəticədə,   qalın   A  qatı   və   zəif   duzluluğu   ilə   fərqlənən
çəmən-qara   torpaqlar  və  çəmən-şabalıdı   torpaqlar
əmələ gəlir. 
Bozqır   və   meşə-bozqır   zonaları   çökəklərinin
mərkəzi sahələrində qrunt suları səthə çox yaxın yerləşir.
Belə   şəraitdə   çürüntülü-qleyli   torpaqlar   əmələ   gəlir.   Bu
torpaqların profili üçün, çimli-çürüntülü, zəif torflaşmış qat
səciyyəvidir   ki,   ondan   aşağıda,   üst   hissədə   çoxlu
miqdarda   dəmir   və   dəmir-manqan   yenitörəmələri   olan
göyümtül-boz qleyli qat yerləşir.
17.6. Şorakət və solodların genetik
xüsusiyyətləri
Şorakətlərin   kimyəvi   analizlərini   nəzərdən
keçirdikdə torpaq profilinin yuxarı hissəsində silisium və
toplanma   qatında   (illüvial   qatda)   biryarım   oksidlərin
yüksək miqdarı diqqəti cəlb edir.
Məlum   olduğu   kimi,   torpağın   genetik   qatlarının
kimyəvi   tərkibinin   dəyişməsi   mineralların   profili   boyu
paylanması ilə əlaqədardır. Mineroloji analizlərin nəticələri
göstərir   ki,   şorakət   qatda   A   qatına   nisbətən   qırıntılı
mineralların   –   həm   kvarsın,   həm   də   silikatların  miqdarı
kəskin azalır.
Güman   etmək   olar   ki,   qırıntı   mineralların
miqdarının   dəyişməsi   narındispersli   hissəciklərin
hərəkətindən irəli gəlir. Qranulometrik analizlərin nəticəsi
də bu fikri təsdiq edir. 
111


Narındispersli   hissəciklər   A   qatından   yuyularaq
şorakət qatda toplanır. Buna görə onların miqdarı şorakət
qatda,   nəinki   təkcə   A   qatına   nisbətən,   eləcə   də   ilk
torpaqəmələgətirən süxura nisbətən çoxdur.
Narındispersli   mineralların   paylanması   ilə   eyni
vaxtda   B   qatında   humusun   toplanması,   aşağıda   isə   -
karbonatlar toplanan yarımqat əmələ gəlir.
K.K.Hedroysin   klassik   tədqiqatları   (1912-1926)
şorakətlərin   əmələgəlmə   proseslərini   aydınlaşdırmağa
imkan   verdi.   Müəyyən   edildi   ki,   şorakətlərin   əmələ
gəlməsi   torpaqların   narındispersli   hissələrinin   (torpağın
uducu kompleksinin) natrium kationları ilə zənginləşməsi
ilə   əlaqədardır.   Bu,   humuslu   –   gilli   aqreqatların
dağılmasına,   humus   birləşmələrinin   və   narındispersli
mineralların incə süzüntülər şəklində ayrılmasına səbəb
olur ki, onlar süzülən sular vasitəsilə torpaq profilinin üst
hissəsindən yuyulub aparılır. Sərbəst hissəciklər duzların
yerləşdiyi   sahəyə   çatdıqda   koaqulyasiyaya   uğrayırlar.
Narındispersli hissəciklərlə zənginləşmiş bərk şorakət qat
belə əmələ gəlir.
Xeyli   miqdarda   udulmuş   natrium   kationunun
olması   şorakət   torpaqlar   üçün   səciyyəvi   xüsusiyyətdir.
Udulmuş   natrium   kationunun   miqdarı   şorakət   qatda
xüsusilə çoxdur, aşağıda bu miqdar tədricən azalır.
Şorakətlərin   profili   boyu   karbonatların,   udulmuş
natriumun   və   bəzi   başqa   komponentlərin   paylanması
sxemi 11-ci şəkildə verilmişdir.
Udulmuş   natrium   kationunun   çoxluğu   torpaq
kütləsinin   xüsusi   xassəsinin   meydana   çıxmasına   səbəb
olur;   o,   aqreqatlığını   itirir,   onda   məsaməlilik   azalır   və
112


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə