Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə30/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

Bu torpaqlar Yer Kürəsinin əksər ərazilərində geniş
yayılmışdır.   Coğrafi   ərazi   cəhətdən   ən   çox   Afrika
qitəsində   təxminən   10-15-ci   paralellərdən   şimala,
Ərəbistan yarımadasında, Avstraliya materikinin mərkəzi
rayonlarında,   Hindistan   yarımadasında,   Hind-Qanq
ovalığında,   Çinin   40-cı   paraleldən   şimala   olan
hissələrində onun böyük massivləri yayılmışdır.
Səhra   torpaqlarının   öyrənilməsi   hələ   köçürmə
idarəsinin torpaq ekspedisiyaları tərəfindən başlanan bir
sıra   tədqiqatçılar   tərəfindən   aparılmışdır.   Səhra
torpaqlarının
 
öyrənilməsində
 
S.S.Neustruyevin,
N.A.Dimonun,
 
L.İ.Prasolovun,
 
V.V.Nikitinin,
Şəkil 18.1.Yarımsəhra və səhraların qonur, boz-qonur və qırmızımtraq
qonur torpaqlarının coğrafi yayılma arealları: 1) qonur və boz-qonur
torpaqlar; 2) subtropik yarımsəhraların boz və boz-qəhvəyi torpaqları;
3)   səhraların   ibtidai   duzlu,   qumlu   torpaqları;   4)   qütb   səhralarının
karbonatlı və şoranlı torpaqları
121


İ.P.Gerasimovun, A.N.Rozanovun və başqalarının böyük
xidmətləri olmuşdur. Səhra zonasının avtomorf torpaqları
boz-qonur   torpaqlar   haqqındakı   müasir   anlayış
E.V.Lobova   (1960)   tərəfindən   əsaslandırılmışdır.
Səhraların boz-qonur torpaqları boreal qurşağın avtomorf
torpaqlarının   ən   iri   arid   nümayəndəsidir.  Səhralar   üçün
hidromorf   torpaqlardan   şoranlar   və   takırlar   xüsusilə
səciyyəvidir.
18.1. Səhraların torpaqəmələgəlmə  şəraiti
Səhraların iqlimi isti yayı və soyuq qışı ilə fərqlənir.
Orta   illik   temperatur,  zonanın   şimal   hissəsində   16
0
C-yə
qədər dəyişir. Yayda zonanın qərb və şərq hissələrində
temperatur çox da fərqlənmir, 26-30°C təşkil edir.
Adətən   il   ərzində   düşən   atmosfer   yağıntılarının
miqdarı 100-200mm-dən çox deyildir. Yağıntılar aylar üzrə
qeyri-bərabər   paylanır:   qış-yaz   aylarında   maksimuma
çatır.   Cənubdan   şimala   və   qərbdən   şərqə   doğru
istiqamətlərdə   mövsümlər   üzrə   yağıntıların   paylanması
bərabərləşir. Səhra torpaqları 0,5m dərinliyə qədər islanır.
Səhraların bitki örtüyü əsasən şoran-kol və efemer
bitkilərindən   ibarətdir.   Sonuncular   qumlar   üzərində
xüsusilə geniş yayılmışlar, orada saksaul cəngəllikləri də
inkişaf etmişdir. Səhra torpaqlarında,  xüsusilə takırlarda
çoxlu miqdarda yosunların olduğu müəyyən edilmişdir.
Yarımkol   səhralarının   biokütləsi   çox   da   böyük
deyildir   -   cəmisi   43   s/h-dır   (Rodin   və   Bazileviç,   1965).
Səthdə   parçalanmayan   töküntülər   yoxdur.   Səhra
bitkilərində   efemerlərin   sıx   inkişafı   ilə   əlaqədar   olaraq
122


yazda şiddətli vegetasiya gedir. İlin quru vaxtlarında o, isti
şəraitə uyğunlaşaraq “dayanır”.
Torpaqəmələgətirən   süxurlar  arasında   küləyin
təsirinə   məruz   qalmış   lösşəkilli   və   qədimallüvial
çöküntülər   üstünlük   təşkil   edir.   Turan   ovalığında   onlar
geniş yayılmışdır. Burada geniş qumlu səhralar yerləşir.
Bu   ovalıqların   düzənlikləri   fonunda   üçüncü   dövrün
çöküntü süxurlarından ibarət, yayşəkilli neogen təpəlikləri
nəzərə çarpır. Neogen təpəliklərinin səthi nazik lösşəkilli
çöküntülərlə   örtülüdür.   Püskürmə   və   metamorfik
süxurlardan   ibarət   belə   çöküntülər   Betpak-Dalı,   Çu-İliy
dağlarının   və Qızılqumun mərkəzi hissəsində paleozoy
qayıqlarının səthində yayılmışdır.
Bu   rayonlarda   lösşəkilli   çöküntülər   çox   vaxt   yerli
süxurların kobud qırıntılı hissələri ilə zəngindirlər. Qumlu
toz   hissəciklərin   küləklər   tərəfindən   sovrulması
nəticəsində   belə   sahələrin   səthi   daşlı   zirehlə   örtülür
(məsələn, konqlomeratların daşları ilə) və landşaft, daşlı
səhra-qammadlar görkəmi alır.
Dağətəyi sahələrdə löslərin qalın yığıntıları inkişaf
etmişdir. Onların qalınlığı on metrlərlə ölçülür və çox vaxt
100m-i örtür.
Səhranın   torpaq   örtüyünün   əmələ   gəlməsində
relyef   şəraiti  mühüm   rol   oynayır.   Yaylalarda   və   çapıq
təpələrin səthində boz-qonur torpaqlar, alçaq terraslarda-
ibtidai boz-qonur torpaqlar üstünlük təşkil edirlər, dağətəyi
rayonlar üçün takırlar səciyyəvidir.
Səhra   torpaq   komplekslərinin   əmələ   gəlməsində
mikrorelyef formaları mühüm əhəmiyyətə malikdir.
123


18.2. Səhra torpaqlarının morfoloji xüsusiyyətləri
Tam inkişaf etmiş profilə malik boz-qonur torpaqlar
relyefin   düzənlik   sahələrinin   nisbətən   hündür   yerlərində
əmələ gəlir. Boz-qonur torpaqların  səciyyəvi xüsusiyyəti
üst qatın məsaməli qabığı, çox zəif ifadə olunan humus
qatına malik olması və tədricən səpələnən yumşaq qata
keçməsi, həm də onun dispers yaxud çox pis ifadə olunan
karbonatlı   çöküntülərdən   ibarət   bərk   qatla   əvəz
olunmasıdır.
Üstyurtun   mərkəzi   hissəsində  tipik   boz-qonur
torpaqların profili aşağıdakı quruluşa malikdir:
A
k
 qatı-poliqonal elementlər şəklində çatlar verən,
səciyyəvi   dairəvi   məsamələri   olan   qaysaqlı   qabıqdır.
Qalınlığı 3-6 sm-dir.
A qatı  boz-qonur   rəngdə   humuslu   qatdır.  Yuxarı
hissədə   köklərlə   zəif   bitişmişdir,   aşağıda   yumşaqdır,
küləklə asan sovrulur. Qalınlığı 10-15sm-dir.
B   qatı-qonur   rəngli   bərkimiş   qat,   prizma   şəkilli-
kəltənli   struktura,   pis   nəzərə   çarpan   seyrək   ağgözcük
ləkələri 10-15sm qalınlığa malikdir.
C qatı-yumşaq, lössəbənzər gillicəli qatdır. Bu qat
bəzən yumşaq çöküntü əmələ gətirən gipsin xırda (0,5-
1,0mm) izotermik kristalları ilə həddindən artıq dolmuşdur.
Lösşəkilli   gillicələrin   qalınlığı   olduqca   dəyişkəndir.   Çox
zaman   1,5m   dərinlikdə   və   daha   aşağıda   gipsin   şaquli
istiqamətli iynəşəkilli kristallarından ibarət, özünəməxsus
sütunvari gips qatı yerləşir. Bu qat boz-qonur torpaqların
əmələgəlməsi ilə əlaqədar deyildir. Onun qalınlığı da sabit
deyil (10-20sm-dən 2m-ə qədər və daha çox) və əksər
124


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə