yerləşən bütün hipergen təbəqə müasir
torpaqəmələgəlmənin və aşınmanın nəticəsidir. Bu qatı
təşkil edən müxtəlif törəmələr vahid torpaq profilinin tərkib
hissəsi kimi nəzərdən keçirilirdi.
Bu fikir, tropik torpaqların profilinin, tropik qurşağın
zonal-coğrafi şəraitlərinin təsiri altında, silisium,
alüminium və dəmir oksidləri kalloidlərinin təkamülü
nəticəsində əmələ gəldiyi haqqında anlayış sistemini
işləyib hazırlamış alman alimləri P.Fagelerin (1930) və
xüsusilə Q.Qarrasovitsin (1930) işlərində nəzəri surətdə
əsaslandırılmışdır. Zol kolloidlərinin kaoqulyasiyasını və
sabitləşməsini Qarrasovits müasir biokimyəvi şəraitlərlə
əlaqələndirmiş və nəzəri olaraq profil qurmuşdur ki,
burada hər bir təbii zonaya müəyyən torpaq tipi uyğun
gəlirdi. Məsələn, savanna zonasında torpağın profili
aşağıdakı quruluşa (yuxarıdan aşağıya doğru) malikdir:
dəmirli bərk qabıq, dərinə getdikcə ilkin süxurların
hesabına əmələ gəlmiş, qalın allit qatı ilə döşənmiş,
tərkibində alüminium oksidi olan eyni bərk qabıqla əvəz
olunur. Güman edilir ki, muson meşələri zonasında torpaq
mütləq qırmızı gil qatı ilə başlanır, aşağıda pozulmuş
siallit qatına keçir. Kolloidal kimyanın müddəalarının zonal
torpaq-coğrafi şəraitlə əlaqələndirilməsi məntiqidir və
buna görə də qeyd olunan fikirlər, geniş yayıla bilmişdir.
Lakin, sonrakı tədqiqatlar bu fikirlərin yalnış
olduğunu göstərdi. Müəyyən edildi ki, Qarrosovitsin və
Fagelerin vahid profil qatı kimi baxdıqları müxtəlif
törəmələr, çox vaxt ayrı-ayrılıqda mövcuddurlar və
görünür ki, eyni vaxtda əmələ gəlməmişlər. Avstraliya
torpaqşünasları (C.Preskott, S.Stifens və b.) müxtəlif
156
hipergen törəmələrin və müasir torpaqların eyni yaşda
olmadıqlarını inandırıcı surətdə göstərmişlər. Sonradan
Afrikanın aşınma məhsulları dəqiq öyrənildi və bu
materikdə bir neçə hipergenez mərhələsinin olduğu və
onlara uyğun, müasir torpaqların əmələ gəlmələrindən
çox əvvəl formalaşmış qabıqlar müəyyən edilmişdir
(V.V.Dobrovolskiy, 1971).
Törəmələri, qədim qurunun bir çox rayonlarında
geniş yayılmış, daha qədim hipergenez mərhələsinin
izləri olduqca yaxşı saxlanılmışdır ki, onların ilk kristal
süxurları əsasən qneyslərdən, kristal şistlərdən,
amfibolitlərdən təşkil olunduğu üçün, adətən kaolinit qatı
ilə qurtaran yaxşı differensasiya olunmuş profilə malik,
qalın avtomorf aşınma qabığından ibarətdir. Bu aşınma
qabıqları əsasən üst yura dövründən başlayaraq
paleogenin axırınadək əmələ gəlmişlər. Ola bilsin ki,
müxtəlif rayonlarda qədim avtomorf qabıqların yaşı
müxtəlifdir. Lakin, onların hamısı, milyon illərlə
hesablanan, olduqca uzun dövr ərzində əmələ gəlmişlər.
Qranit və qneyslər üzərindəki qabıqların profili
aşağıdakı quruluşa malikdir. Altda, ilk kristal süxurların
dəyişilməsinin başlanğıc mərhələsi əks olunmuş qat
yerləşir. Kütlənin yumşaq olmasına və asanlıqla
dağılmasına baxmayaraq süxurların strukturu saxlanılır.
Mikroskop altında görünür ki, torpaqəmələgətirən süxurlar
hipergen silikatlarla, yəni çöl şpatları ilə - nazikpulcuqlu
hidroslyudalarla, tünd rəngli minerallarla (biotit, amfibollar,
piroksenlər) – hidroxloridlə, dəmir üç oksidlə əvəz edilir.
Süxur müxtəlif rəngdədir, bəzi hallarda hipergen
mineralların tərkibindən və miqdarından asılı olaraq, açıq
157
bənövşəyi, qırmızı, sarı rəngdə olur. Qatın qalınlığı çox
böyük (20-30 m-ə qədər) ola bilir.
Bu qat yuxarı istiqamətlərdə, onların tərkibindən
yüksək mütəhərrik kimyəvi elementlər (natrium, kalium,
kalsium), eləcə də dəmirin xeyli hissəsi kənar edildiyi
üçün ağ rəngə keçir. Burada, bütün qata ağ rəng verən
yenitörəmiş əsas mineral kaolinitdir. Süxurəmələgətirən
ilk süxurlardan yalnız kvars qalır. Əgər ilk süxur
alüminium ilə zəngin olan minerallardan təşkil
edilmişdirsə, onda alüminium hidroksidi qrupunun
mineralları əmələ gəlir. Bu yuxarı qat eroziyaya məruz
qalmışdır. Bu səbəbdən onun qalınlığı əvvəlkinə nisbətən
xeyli azalmışdı. Bəzən yaxşı saxlanılmış kaolinit qatının
qalınlığı xeyli yüksək olsa da, bu qatın qalınlığı bir neçə
metrlə ölçülür. Afrikanın qədim aşınma qabığının genetik
qatlarının kimyəvi tərkiblərinin dəyişilməsinə dair belə
məlumatlar vardır.
Qədim aşınma qabıqlarının tərkibi, quruluşu və
vəziyyətinin öyrənilməsinin nəticələri göstərir ki, onlar
həllolmuş aşınma məhsullarını çıxarıb gətirən yavaş-
yavaş süzülən suların təsiri altında əmələ gəlirlər. Yuyan
rütubət rejimini və məhsuldar bitki örtüyünü müəyyən
edən yaxşı atmosfer rütubətlənməsi, çoxlu miqdarda asan
həll olan turş humus maddəsinin daxil olmasını təmin
edən və üst qatların yumşaq təbəqəsini eroziyadan
qoruyub saxlayan, olduqca sabit meşə biosenozu, qədim
aşınmanın mühüm amilləri olmuşlar. Lakin, bu prosesin
davamiyyət müddəti – aşınma qabığının qalın avtomorf
torpaqlarının əmələ gəlməsində mühüm şərtdir.
158
Dostları ilə paylaş: |