Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə26/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   22   23   24   25   26   27   28   29   ...   68

prosesləri  nəticəsində  də  şoranlıq  yaranır.  Bu  prosesə
impulverizasiya  – yəni duzların külək vasitəsilə yayılıb
toplanması   deyilir.   Klarkın   məlumatına   görə
impulverizasiya nəticəsində hər km
2
 sahəyə 2,0-dən 20,0
tona qədər duz daxil olur.
6.   Kənd   təsərrüfat   təcrübəsində   torpaqların
suvarma zamanı şorlaşması da çox yayılmış bir hadisədir.
Müşahidə   edilmişdir   ki,   bir   çox   şirin   sahələr,   yəni
şorlaşma   olmayan   torpaqlar   düzgün   suvarılmadıqda
müəyyən müddət suvarmadan sonra şorlaşmaya məruz
qalırlar. Belə yolla əmələ gələn şoranlara təkrar şoranlar,
bu hadisəyə isə təkrar şorlaşma  adı verilir. 
Ümumiyyətlə,  V.A.Kovda keçmiş SSRİ  ərazisində
torpaqda   duzların   müasir   toplanmasında   4  əyalət
(provinsiya) ayırır:
1. Sulfatlı-sodalı   əyalət  (buraya   Dneprsahili,
Oka-Don,   Qərbi   Sibirin   cənub   hissəsi,   Amur   və   Lena-
Vilyuy ovalığı, Orta Volqaboyu aiddir).
2. Xloridli-sulfatlı   əyalət  (Cənubi   Volqaboyu,
Xəzərsahili   ovalığın   şərqi,   Turan   ovalığı,   Fərqanə,
Amudərya çayının deltası aiddir).
3. Sulfatlı-xloridli  (buraya Turan və Qara dəniz
sahili ovalığı daxildir).
4. Xloridli   əyalət  (buraya   Xəzərsahili   ovalıq
daxildir).
Hər   bir   zonanın,   yaxud   əyalətin   torpaqlarında
duzların toplanmasına relyef şəraiti və ərazinin drenləşmə
vəziyyəti böyük təsir göstərir. Şiddətli şorlaşmış torpaqlar
qrunt   suyu   səthə   yaxın   olan   müxtəlif   növ   çökəkliklərdə
(depressiyalarda)   yayılmışdır.   Belə   iri   depressiyalara
105


Qərbi   Sibir,   Turan,   Xəzərsahili   ovalıq,   Dnepr   və   Lena-
Vilyuy ovalıqlarını göstərmək olar.
Şoran torpaqlar iri çayların, məsələn, Volqa, Don,
Dnepr, İrtış, Amudərya, Kür və s. allüvial düzənliklərində,
həm də gölsahili çökəkliklərdə, qədim allüvial terraslarda
və mənfi relyef formaları da yayılmışdır.
17.4. Şoranların təsnifatı və diaqnostikası
Şoranlar 2 tipə bölünür: 1) hidromorf şoranlar; 2)
avtomorf şoranlar. 
Hidromorf   şoranlar
 özlüyündə   aşağıdakı
yarımtiplərə   bölünür:  tipik   hidromorf,   çəmən,   bataqlı,
şorlar,   dənizsahili,   donuşlu,   təkrar   (вторичные),
sazovıe və takırlaşmış səhra şoranlar. 
Onlar   minerallaşmış   qrunt   sularının   dayazda
olduğu şəraitdə inkişaf edirlər. 
Avtomorf   şoranlar   –   litogen,   qalıq   və   eol-
təpəcikli  şoranlara   bölünür.   Bunlar   dərində   yerləşən
qrunt   suları   şəraitində   duzlu   (şor)   torpaqəmələgətirən
süxurlar üzərində inkişaf edir. Bu şoranların ana süxuru
əksər  hallarda  üçüncü  dövrün,   təbaşir  və   başqa   qədim
çöküntülərin elüvisi və delüvisi, həm də dördüncü dövrün
şorlaşmış   süxurlarından   (məsələn,   Xəzər   sahilinin
“şokoladlı” gillərindən) ibarətdir.
Tipik   hidromorf   şoranlar  yüksək   minerallaşmış
qrunt   suları  dayazda   yerləşən   şəraitdə  formalaşır.
Bunların   profili   genetik   qatlara   zəif   ayrılmışdır.
Sudahəllolunan   duzlar   maksimal   miqdarda   üst   hissədə
toplanmaqla bütün profil boyu yüksəkdir. 
106


Çəmən   şoranlar   da   qrunt   sularının  dayazda
olduğu, lakin xeyli zəif minerallaşdığı şəraitdə inkişaf edir.
Belə şoranların profili genetik qatlara aydın ayrılır. 
Çəmən   şoranların   içərisində   karbonatlı-kalsiumlu
şoranlar   xüsusilə   fərqlənir.   Belə   ki,   başqa   şoranlardan
fərqli   olaraq  az  sudahəllolan   duzlara  malikdir,  özləri  də
xeyli karbonatlı və humusludur. Belə şoranların üzərində
çəmən bitkiləri yaxşı bitir. Çəmən şoranların arasında çox
zaman   sodalı   şoranlar   da   rast   gəlinir.   Soda   bitkilərin
inkişafını   güclü   məhv   edir   və   məhsuldarlıq   belə
torpaqlarda çox azdır.
Şorlu   şoranlar  dayaz   göllərdən   və   qədim   çay
yataqlarından   səth   sularının   buxarlanması   nəticəsində
inkişaf edir. Bəzən quruyan göllərin dibi bir neçə santimetr
duz   təbəqəsi   ilə   örtülür.   Belə   şoranlar   bitkilərdən
məhrumdurlar.
Vulkanlardan   çirklənmiş   şoranlar  vulkanların
püskürməsindən səthə çıxmış duz çirklənməsindən əmələ
gəlir.
Dənizsahili   şoranlar  dəniz   çöküntülərinin   ən
cavan törəmələridir. Nəm, yumşaq duz qabığına malikdir,
alt hissəsində çoxlu miqdarda balıqqulaqları olan qumlu,
yaxud qumsal təbəqə yerləşir. Torpağın profili xloridlərlə
güclü   şorlaşmışdır.   1-2m   dərinlikdə   acı-duzlu   su
müşahidə olunur. 
Təkrar   şoranlar  düzgün   aparılmayan   suvarma
nəticəsində  qrunt   sularının   səviyyəsinin   qalxması,
buxarlanaraq asanhəllolan duzların torpağın üst qatında
toplanmasından əmələ gəlir.
107


Təkrar   şorlaşma   minerallaşmış   qrunt   suları   1,5-
2,0m dərinlikdə yerləşdikdə daha intensiv şəkildə inkişaf
edir,   qrunt   suları   3-4m   olduqda   daha   intensiv   sürətdə
şorlaşma   baş   verə   bilər;   6m-dən   dərində   olduqda
şorlaşma müşahidə olunmur.
Donuşlu   şoranlarda  az   dərində  suya   davamlı
donuşlu qat  mövcuddur. Belə şoranlarda üst qat, yaxud
bütün   profil   güclü   şorlaşmış   olur.   Duzların   tərkibi
müxtəlifdir.   Çox   zaman   xloridli   sulfatlı,   yaxud   sulfatlı-
xloridli şoranlar müşahidə edilir.
Bataqlı   şoranlar  qrunt   sularının   çox   dayazda
yerləşməsindən inkişaf edir. Bütün profil boyu qleyləşmə
və   güclü  şorlaşma,   bəzən   isə   üst   qatın   torflaşması
nəzərə çarpır.
Takırlaşmış   (səhra)   şoranları  səhra   zonasında
xüsusi hidrotermik şəraitdə əmələ gəlməklə əlaqədar olub
səthinin özünəməxsus çatlılığı (həndəsi fiqurlar şəklində)
ilə fərqlənir.
Qalıq   yaxud   relikt   şoranlar  qalın   hidromorf
stadiya ilə əlaqədar şorlaşmış çöküntülər üzərində inkişaf
tapmışdır.
Eol-təpəcikli   şoranlar    küləklər   vasitəsilə
gətirilmiş   duzların   şoran   düzənliklərin   ətrafında
toplanması nəticəsində təpəciklərin əmələ gəlməsi ilə baş
verir.   Yarımsəhra   və   səhra   zonasının   hidromorf
torpaqlarının   dərk   edilməsində,   bu   torpaqların
öyrənilməsinin   nəzəri   əsasını   yaratmış   K.K.Hedroysın
işləri görkəmli əhəmiyyətə malikdir. Onun nəzəriyyəsinin
davamı kimi şorakət və solod torpaqların morfoloji-genetik
xüsusiyyətlərindən bəhs edirik.
108


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə