Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

yuyulmuş qaratorpaqlar, az karbonatlı adi qaratorpaqlar)
adlandırırlar.
Hər   fatsiyanın   yarımzonalarının   sərhəddində
əyalətlər   qeyd   edilir.   Əyalət   xüsusiyyətləri   çox   vaxt
torpaqəmələgətirən   süxurların   tərkibi   ilə   müəyyən   edilir.
Belə ki, löslər və ya ağır örtük gillicələri üzərində əmələ
gəlmiş   eyni   qaratorpaqlar   yarım   tipi   humus   qatının
qalınlığı  və humusun miqdarına görə fərqlənirlər.
Qaratorpaqlar   Rusiyadan   kənarda,   Moldaviya,
Ukrayna   respublikalarında,   Mərkəzi   Avropa   qaratorpaq
ölkələrində   -   Macarıstanın,   Rumıniyanın,   Bolqarıstanın
bəzi rayonlarında yayılmışdır. Alp və Karpat dağlarından
şərqdə   yerləşən   bu   rayonlar   dağ   sistemləri   ilə   rütübətli
qərb   küləklərinin   təsirindən   qorunur,   buna   görə   də,
burada   iqlim   şəraiti   Şərqi   Avropa   düzənliyinin   cənub
hissəsinin şəraitinə yaxındır.
Rumıniyanın   Aşağı   Dunay   ovalığı   qaratorpaqları
Ukrayna qaratorpaqlarına yaxın xassəyə malikdir. Şimali
Bolqarıstanın   qaratorpaqları   isə   cənub   qaratorpaqlarına
oxşardır.   Mərkəzi   Avropada   qaratorpaqların   ən   iri
massivləri   Orta   Dunay   ovalığında   yerləşir.   Burada
torpaqəmələgətirən süxurlar gillicəli allüvial çöküntülərdən
ibarətdir, buna görə qaratorpaqlar az humusludurlar. Bu
torpaq   əyalətləri     üçün   torpaqların   şoranlaşması
səciyyəvidir.
Şimali   Amerikada,   eləcə   də   Avrasiyada,
qaratorpaqlar   daxili   kontinental     vilayətlərdə   yerləşir   və
dəniz sahillərinə çıxmır. 
           
15.6. Qaratorpaqların kənd təsərrüfatında istifadəsi
87


         
Qaratorpaqlar   öz   münbitliyi   ilə   şöhrət   tapmışdır,
onların   yayıldığı   rayonlar   -əsasən   dənli   bitkilər,   birinci
növbədə buğda, arpa, qarabaşaq, həm də bir sıra qiymətli
texniki bitkilərin (şəkər çuğunduru, günəbaxan, qarğıdalı)
əsas   istehsal   bazasıdır.   Qaratorpaqlarda   məhsulun
miqdarı əsasən  bitkilər üçün istifadə edilən formada olan
suyun   miqdarından   çox   asılıdır.   Rusiya   ərazisində
qaratorpaq     vilayətləri   üçün   quraqlıq   nəticəsində
məhsulun azalması səciyyəvi hal idi. Son zamanlar bozqır
zona torpaqlarının su rejimini yaxşılaşdırmaq sahəsində
tədbirlər görülmüşdür: qobu və dərələr boyu süni göllər və
su   anbarları   sistemi   yaradılmış,   onlar     kənd   təsərrüfat
sahələrini  yerli  mənbələr  hesabına  su ilə  təmin  edir  və
eyni   zamanda   eroziyaya   qarşı   mübarizə   tədbirlərinin
mühüm   hissəsinə   çevrilmişdir;   qarın   qorunub
saxlanmasında, səthi axının qismən tənzim olunmasında
və   quru   küləklərdən   qorunmasında   xüsusi   əhəmiyyətə
malik   olan,   dövlət   və   tarlaqoruyucu   meşə   zolaqları   və
meşə əkinləri sistemi yaradılmışdır. 
Əsas aqrotexniki tədbirlər – kövşənlərin üzlənməsi,
dərin   payız   şumu,   hündür   gövdəli   bitkilər   (günəbaxan,
qarğıdalı)   əkini,   qar   saxlamaq   və   bənd   çəkmək   üçün
sipərlərin   qoyulması,   torpaqda   rütubətin   qorunub
saxlanmasına doğru yönəldilmişdir.
Tipik qaratorpaqların gübrələrə o qədər də ehtiyacı
yoxdur,   lakin   torpaqların   uzun   müddət   istifadəsi   onları
zəiflədir. Buna görə, xüsusilə yuyulmuş qaratorpaqlarda,
birinci   növbədə   üzvi   azot   gübrələrinin     və   bəzi   mineral
(kaliumlu, fosforlu)  gübrələrin tətbiqi vacibdir.
88


Qaratorpaqların   tibbi-coğrafi   xarakteri   olduqca
əlverişlidir.   Qaratorpaqlar,   insan   üçün   kimyəvi
elementlərin   optimal   miqdarının   toplanma   etalonudur.
Orta dərəcədə rütubətlənmə, neytrala yaxın reaksiya, üzvi
maddələrin zənginliyi, nadir və seyrək yayılmış   kimyəvi
elementlərin lazımi   miqdarının əmələ gəlməsinə səbəb
olur.   Kimyəvi   elementlərin   artıqlığından   irəli   gələn
endemik   (yerli)   xəstəliklər   qaratorpaqların   yayıldığı
rayonlar üçün xas deyildir
XVI FƏSİL
QURU  BOZQIR  VƏ  SƏHRA BOZQIRLARININ
TORPAQLARI
16.1. Torpaqəmələgəlmənin ümumi şəraiti
Quru   və   səhra   bozqırlarının   quraqlıq   və
ekstrakontinental   şəraitində   şabalıdı   və   qonur   torpaqlar
əmələ   gəlir.    Asiya   qitəsi   ərazisində   onlar   daha   geniş
yayılmışdır.
89


Şabalıdı   torpaqlar   Qara   və   Azov   dənizlərinin
sahilləri boyu dar zolaq şəklində uzanır. Rusiyanın Avropa
hissəsinin   cənub-şərqində   bu   torpaqlar   sahəcə   çoxalır
(aşağı   Volqaboyu,   Xəzər   sahillərininn   qərb   hissəsi).
Qazaxıstan ərazisində quru bozqırların torpaqları olduqca
geniş   yayılmışdır.   Mərkəzi   və   Şərqi   Sibir   ərazisində
şabalıdı torpaqlara ayrı-ayrı regionlar şəklində rast gəlinir.
Şabalıdı   torpaqların   yayıldığı   ən   ucqar   şərq   rayonu
Zabaykalenin   cənub-şərq   bozqırlarıdır.   Qonur   səhra
torpaqlarının   yayılması  daha  məhdudur   –  onlar  əsasən
Qazaxıstanın yarımsəhra rayonlarında inkişaf tapmışdır.
Quru və səhra bozqırlarının torpaqları keçmiş SSRİ
ərazisinin  9%-ni  tutur.
Şabalıdı   torpaqlar   MDB   ərazisindən   kənarda,
Avropada,   Rumıniya   ərazisində   və   daha   geniş   sahədə
İspaniyanın mərkəzi arid rayonlarında yayılmışdır.
Şabalıdı   torpaqların   bütöv   zolağı   Qazaxıstandan
Monqolustana və sonra Şərqi Çinə keçərək, Monqolustan
ərazisinin   böyük   hissəsini   və   Çinin   mərkəzi   əyalətlərini
tutur.
Şabalıdı   və   qonur   torpaqlar   mülayim-isti   daxili-
kontinental   quraqlıq   şəraitində   əmələ   gəldiyi   üçün   bu
torpaq tipləri Şimali Amerikanın Mərkəzi rayonlarında da
özünə yer tapır. Beləliklə, Şimali Amerikanın quraqlıq və
yarımsəhra bozqırlarının torpaqları Qərbdə Qayalı dağlar
və Şərqdə prerilər arasında yerləşmişlər. Cənuba doğru
şabalıdı və qonur torpaqların yayıldığı vilayətlər Meksika
yaylaları ilə məhdudlaşır (şəkil 16.1).
90


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə