Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə21/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

qatları, sm-lə
miqdarı, %-lə
qatları, sm-lə
miqdarı, %-lə
A 1-5
9,82
A 0-30
4,5
A 40-45
7,35
A 35- 45
3,1
B 80-85
5,85
B 60-70
2,3
B 100-105
3,35
B 85-95
1,1
C 120-125
1,72
C 125-135
0,4
Sonralar,   yüksək   mikrobioloji   və   vegetasiya
fəaliyyəti ilə əlaqədar olaraq aprel-may aylarında torpaq
havasına böyük miqdarda karbon qazı daxil olur, münasib
olaraq   torpaq   məhlulunda   biokarbonatların   miqdarı   da
artır.   Eyni   zamanda   intensiv   transpirasiya   və   torpağın
quruması nəticəsində yuxarıya doğru torpaq məhlulunun
hərəkəti başlayır və onlarla birlikdə toplanmış karbonatlar
da yuxarı qalxırlar. Müəyyən dərinlikdə A qatının köklərlə
zənginliyindən   və   hidrotermik   şəraitlərindən   asılı   olaraq
torpaq məhlulunda bikarbonatların qatılığı son həddə çatır
və karbonatlar çökməyə başlayır. Torpaq profilinin yuxarı
qatında   qaynama     belə   əmələ   gəlir.   Landşaft
şəraitlərindən asılı olaraq karbonatların toplanma qatının
səviyyəsi humus qatına qədər qalxa bilər və hətta səthə
çıxa   bilər   (məsələn,   səthi-mitselli   qara   torpaqda)   və   ya
yuyulmuş qaratorpaqlarda olduğu kimi torpaq profilindən
kənara çıxa bilər.
Nisbətən   yüksək   miqdarda   çöküntü   zamanı,
yumayan   su   rejimi,   qaratorpaqların   profilinin   aşağı
hissəsində bəzi zəif həll olan maddələrin, əsasən gipsin
toplanmasına   səbəb   olur.  Gips,   daha   quraqlıq   şəraitdə
əmələ   gələn   qaratorpaqların   yarım   tipləri   üçün
səciyyəvidir.
Narın   dispersli   hissəciklərin   yuyulması   və   xeyli
miqdarda   humus   helləri     qaratorpaqların   yüksək   udma
83


tutumunu müəyyən edir. Narın dispersli mineralların eyni
miqdarında,  başqa  torpaqlara  nisbətən,  qaratorpaqlarda
udma   tutumu   daha   böyük   olacaqdır.   Narın   dispersli
hissəciklərin   miqdarından   asılı   olaraq   qaratorpaqların
udma   tutumu   100q   torpağa   görə   20-dən   80   mq-ekv-ə
qədərdir.
Udulmuş   kationlar   içərisində   əsas   yeri     kalsium,
xeyli   az   isə   maqnezium   tutur.   Qaratorpaqlar   zonasının
cənubunda   udulmuş   kationlar   arasında   az   miqdarda
natrium da müşahidə edilir. Udulmuş ionların maksimum
miqdarı humus qatında toplanmışdır.
Qaratorpaqların   profilinin   üst   hissəsində   sulu
çəkintinin reaksiyası neytraldır. Bu məhlulda həm kəskin
üzvi   turşuların,   həm   də   hidrogen   kationunun   qatılığını
azaldan birləşmələrin olmamasından irəli gəlir.
15.5. Qaratorpaqların zonal və regional xüsusiyyətləri.
          
Qaratorpaq   zonası   Avrasiyanın   daxili   kontinental
hissəsində   xeyli   məsafədə  yayılaraq,   okean   sahili
rayonlarına   çatmır.  Qaratorpaqların     kontinental   iqlimdə
əmələ   gəlməsinə   baxmayaraq,   bu   geniş   ərazinin   bəzi
vilayətlərinin   bioiqlim   şəraiti   eyni   deyildir.   Buna   görə
keçmiş SSRİ ərazisi daxilində qaratorpaq qurşağını dörd
vilayətə ( fatsiyaya) bolürlər: Cənub-qərb, Mərkəzi, Sibir
və Şərqi Sibir.
Cənub-qərb   fatsiyası   Moldaviya,   Cənubi
Ukraynanın   bəzi   rayonlarını   və   Ön   Qafqazın   ərazilərini
birləşdirir.  Mərkəzi   fatsiyaya   cənub-qərb     fatsiyası   Ural
arasında   olan   qaratorpaqlar   daxildir.   Sibir   fatsiyasına
84


qaratorpaq zonasının Qərbi Sibir və Qazaxıstan hissəsi
həm də Orta Sibirdə qaratorpaqlar yayıldığı rayonlar daxil
edilir. Şərqi Sibir fatsiyasına Baykalarxası qaratorpaqları
daxil edirlər. 
Qeyd   olunan   hər   bir   qaratorpaq   fatsiyası   öz
daxilində   yarımzonalara   bölünür.   Qaratorpaq   torpaq
yarımzonaları   meşə-bozqır   və   bozqır   yarımzonalarının
bitki örtüyü ilə yaxşı uyğunlaşırlar.
Hər bir qaratorpaq  fatsiyasının və yarımzonasının
özunəməxsus xüsusiyyətləri vardır.
Cənub-qərb fatsiyası üçün isti və mülayim iqlimlə
əlaqədar olaraq bioloji dövriyyənin intensivliyi və torpaq
profilinin   vaxtaşırı   yuyulması   səciyyəvidir.   Nəticədə   bu
fatsiyasının qaratorpaqları tərkibində humusun az miqdarı
(3-6%),   humus   qatının   yüksək   qalınlığı,   asan   həllolan
duzların   və   gipsin   olmaması   və   yalançı   mitsel  şəklində
karbonatların   zənginliyi   ilə   fərqlənirlər.   Buna   görə
qaratorpaqların həmin fatsiyasının yarımtiplərinə “mitselli-
karbonatlı”   ifadəsini   (tipik     mitselli-karbonatlı,   cənub
mitselli-karbonatlı ) əlavə edirlər.
Qaratorpağın mərkəzi fatsiyası üçün daha quru və
soyuq   iqlim     şəraiti   səciyyəvidir.   Torpaq   3-4   ay   donur.
Yalnız       meşə-bozqır rayonlarında asan həllolan  duzlar
torpaqların   profilindən   yuyulur,  bozqırlarda   isə   2   m-dən
aşağı   dərinlikdə   gipsin   yenitörəmələri     yerləşir.   Bu
fatsiyanın qaratorpaqlarında humus qatının qalınlığı azdır,
lakin   cənub-qərb   fatsiyalarının   münasib     yarımtipləri
nisbətən daha çox (6-12%) humusa malikdirlər. Mərkəzi
fatsiyanın   tipik   və   yuyulmuş   qaratorpaqları   humus
85


ehtiyatına   görə   bütün   dünya   qaratorpaqları   sırasında
birinci yeri tuturlar.
Sibir   fatsiyası   torpağın   dərin   donması   (1-2m)   və
aşağı   qatların   donunun   gec   açılması   ilə   fərqlənirlər.
Torpağın   donmuş   hissəsi   yaz   sularını   tutub   saxlayırlar.
Buna   görə   profilin   aşağı     hissəsi   çox   vaxt   qleyləşmə
əlamətlərinə malik olur. Şimal rayonlarının qaratorpaqların
qleyləşməsinə   keçmişdə   və   ya   hazırda   qrunt   sularının
yüksək   səviyyəsi   də   səbəb   ola   bilir.     Qərbi   Sibir
qaratorpaq   zonasının   şimalında   çəmən   qaratorpaqları
yayılmışdır. Bu fatsiyanın qaratorpaqları üçün çatlar boyu
humusun   dərinə   axını   səciyyəvidir   ki,   onlar   torpaq
donduqda əmələ gəlir. Sibir qaratorpaqlarında humusun
miqdarı   (5-14%)   çoxdur.   Lakin   dərinliyə   getdikcə
humusun   miqdarı   azalır.   Bozqır   sahələrdəki
qaratorpaqların   profilinin   aşağı   hissəsində   adətən   gips
olur. Sibir fatsiyası qaratorpaqlarının yarımtiplərinin adına
“dərindonan”  ifadəsi  əlavə  edirlər  (məsələn,   dərindonan
adı, dərindonan cənub qaratorpaqları və s.)
Şərqi - Sibir fatsiyası üçün sərt, az qarlı və torpaq
qatını   yuyan,   əsasən   yay   çoküntülərinin   düşməsi
səciyyəvidir.   Nəticədə   Şərqi   Sibir   qaratorpaqlarında
vaxtaşırı   yuyan   su   rejimi   mövcuddur. Alçaq   temperatur
bioloji   dövranı   zəiflədir.   Buna   görə   də   Zabaykalye
qaratorpaqlarında   humusun   miqdarı   yüksək   deyildir   (4-
9%)   və   humus   qatının   qalınlığı   da   azdır.  Karbonatların
miqdarı  olduqca azdır və ya heç yoxdur. Buna görə Şərqi
-   Sibir   fatsiyasının   qaratorpaqlarını   az   karbonatlı   və
karbonatsız (məsələn,   az karbonatlı və   ya karbonatsız
86


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə