Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə25/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   21   22   23   24   25   26   27   28   ...   68

şumlanması   zamanı   təbəqəli   qaysaq   bir   tərəfdən
kəltənlik, digər tərəfdən isə torpağın dağılmasına səbəb
olan tozlaşma əmələ gətirir. Yağışdan sonra bu torpaqlar
sıyıqlaşır,   quruduqda   isə   səthindən   bərkiyir,   bunun   da
nəticəsində onlar çox quruyurlar. 
Əkinçilikdə   əsasən,   daha   rütubətli   rayonlarda
yayılmış   lazımı   qədər   yüksək   münbitliyə   malik   tünd-
şabalıdı   torpaqlar   istifadə   olunur.    Bol   yağıntılı   ildə   bu
torpaqlardan     yüksək   məhsul   əldə   edirlər,   rütubətin
çatışmadığı illərdə isə əkinlər quraqlıq nəticəsində məhv
olur.   Lakin   bu   zonanın   torpaqları   ümumiyyətlə   bitkilər
üçün lazım olan miqdarda qida elementlərinə malikdirlər
və buna görə də lazımi aqrotexnika və vacib meliorasiya
şəraitində yüksək və sabit məhsul verə bilərlər.
Tibbi-coğrafi   münasibətinə   görə   şabalıdı   və
xüsusilə   qonur   torpaqlar   ara-sıra   sahələrdə   həllolan
birləşmələrlə   zəngindir   və   bəzi   seyrək   yayılmış   kimyəvi
elementlərin,   birinci   növbədə   ftorun   yüksək   miqdarına
malikdir. Bu insana mənfi təsir göstərə bilər.
Quru   bozqır   torpaqların   profili   boyu   birləşmələrin
aydın   nəzərə   çarpmayan   tərzdə   paylanması   mədən
yataqlarının   səthi-geokimyəvi   üsulla   axtarışları   üçün
əlverişlidir. Buna görə də Qazaxıstanın şabalıdı və qonur
torpaqlarının yayıldığı sahələrdə metallometrik işlər geniş
vüsət almışdır. 
 
99


XVII FƏSİL
 HİDROMORF  ŞƏRAİTDƏ ƏMƏLƏ GƏLƏN
TORPAQLAR
17.1. Hidromorf torpaqların coğrafi yayılması
Hidromorf   şəraitdə   əmələ   gələn   torpaqlara
aşağıdakılar   daxildir:   1)   şoran   torpaqlar;   2)   şorakət
torpaqlar; 3) solodlar; 4) takırlar və takırabənzər torpaqlar.
Bu torpaqların əsas yayıldığı ərazilər subboreal və
subtropik   qurşaqların   səhra   və   yarımsəhralarıdır.
Şoranların   sahəsi   yer   kürəsində   69,8   milyon   hektar
(N.N.Rozov,   M.N.Stroqanova,   1978)   təşkil   edir.   Bütün
şorlaşmış   torpaqlar   isə   yer   kürəsində   240   milyon
hektardan artıqdır (E.V.Lobova və A.V.Xabarov, 1983).
100


17.2. Şoran torpaqlar
Bitkilərin   normal   inkişafına   zərərli   (toksiki)   təsir
göstərən   miqdarda   suda   həll   olan   duzlar   olarsa   belə
torpaqlara şoranlar deyilir. Adətən tərkibində 1%-dən çox
duz   olan   torpaqları   şoran   torpaqlar   adlandırırlar.  Əksər
halda isə torpağın üst qatında asan həll olunan duzların
miqdarı   3%-dən   artıq   olduqda   belə   torpaqları   tipik
şoranlar   adlandırırlar   (9-cu   şəkil).   Şoranlarla   yanaşı
yarımsəhra   və   səhra   zonasında   şoranlı   (duzlar   üst
yarımmetrdə)   və   şoranvari   (duzlar   əsasən   ikinci
yarımmetrdə)   torpaqlar   da   geniş   yayılmışdır.   Keçmiş
SSRİ   ərazisində   belə   torpaq   kompleksləri   ən   çox
Qazaxıstanda,   Qərbi   Sibirdə,   Aşağı   Volqa   boyunda,
Cənubi   Ukraynada,   Orta  Asiya   respublikalarında,   eləcə
də Zaqafqaziya respublikalarında – xüsusilə Azərbaycan
və Ermənistanın aran rayonlarında geniş yayılmışdır.
Şorlaşmış torpaqlar Afrika kontinentində, Ərəbistan
yarımadasında, İran, Türkiyə və Avroasiya materiklərinin
hidromorf əyalətlərində də geniş sahələr tutur.
101


Şəkil 17.1.Şoran torpaqların duzluluq profili
17.3. Torpaqda duzların toplanma mənbələri
Şoran   torpaqların   əmələ   gəlməsi   bir   çox
mənbələrdən   və   amillərdən   asılıdır.   Bunlar
aşağıdakılardır:
1.
Duzların   torpaqda   toplanma   mənbəyi
duzlarla zəngin olan ana süxurların aşınma prosesi  ilə
əlaqədardır. Təcrübələr göstərir ki, ana süxurun aşınması
102


nəticəsində ildə su vasitəsilə təkcə okean və dənizlərə 2
milyard 735 milyon ton duz daxil olur. 
2.
Yer   kürəsinin   bir   sıra   rayonlarında   şoran
torpaqların   əmələ   gəlməsi  vulkan   püskürmələri  ilə
əlaqədardır.   Belə   ki,   vulkanlar   püskürərkən   onlar   yerin
dərin qatlarında olan kükürdlü, xlorlu duzları səthə çıxarır,
şoranların törəməsinə səbəb olur. 
Respublikamızın   ərazisində,   xüsusilə   Abşeron
yarımadasında, Qobustan və Xəzərsahili ərazilərdə dövrü
püskürən   palçıq   vulkanları   bu   cəhətdən   çox   səciyyəvi
misal ola bilər(10-cu şəkil, a).
Palçıq   vulkanlarına   Azərbaycandan   başqa
Türkmənistanda, Kerç və Taman yarımadasında da rast
gəlinir.
Palçıq   vulkanları   püskürən   zaman   yer   səthinə
milyonlarla kubmetr lava (məhsul) tullayır. Məsələn, 1974-
cü ildə Abşeronun qərbində yerləşən  Böyük dağ palçıq
vulkanı   böyük   qüvvə   ilə   püskürən   zaman   yer   səthinə
Şəkil 17.2.a)Abşeron yarımadasında şorlaşmaya səbəb olan palçıq 
vulkanı
103


2km
2  
  sahəni   örtən   külli   miqdar   brekçiya   və   vulkan
materialı axıtmışdır (10-cu şəkil, b).
3.
Şorlaşmanın   törəməsində   torpaq-qruntda
olan duzların sukkulent bitkilər vasitəsilə səthə çıxarılması
mühüm   rol   oynayır.  Belə   bitkilərə   şoran   otu,   sarsazan,
qarağan,   quşotu   və   s.   misal   göstərmək   olar   ki,   onlar
torpağın   alt   qatlarında   olan,   yaxud   oraya   yuyulub
toplanmış duzları səthə çıxarır, həm də bu bitkilər aerob
şəraitdə   quruyub   minerallaşdıqda   torpaqda   xeyli   duz
toplanır. Adətən belə yolla şorlaşmaya  bioloji yolla duz
toplanma (şorlaşma) deyilir.
4. Torpağın dərin qatlarında yerləşən qrunt suları
da   şoranların   əmələ   gəlməsində   mühüm   rol   oynayır.
Qrunt   sularının   şorlaşma   dərəcəsi   yüksək   olduqda   bu
proses (şorlaşma) daha şiddətli gedir.
5. Г.Н.Высотски və Н.А.Димо müəyyən etmişlər ki,
duzlu   göllər   və   şoranlıq   geniş   yayılmış   rayonlarda  eol
 Şəkil 17.3.b)Şorlaşma üçün xarakterik olan digər palçıq vulkanı
104


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə