Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə28/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   24   25   26   27   28   29   30   31   ...   68

suyun kapilyarlarla qalxması dayanır, nəm vəziyyətdə o
şişir və suyu keçirmir. Buna görə şorakətlər üzərində səth
suları   durur   və   vaxtaşırı   xırda   göllər   –   limanlar   əmələ
gəlir.
Torpağın   şorakətliyi   udulmuş   kationlar   cəmində
natriumun   miqdarı   5-10%-ə   çatdıqda   biruzə   verir.  Tipik
şorakətlərin yuyulma qatında natriumun miqdarı udulmuş
kationlar cəmindən 20% və daha artıq olur.
Şorakətləşmə torpağın kənd təsərrüfat yararlılığına
mənfi   təsir   göstərir.   Udulmuş   natriumun   zərərli   təsirini
aradan   qaldırmaq   üçün   şorakət   torpaqlarda   aşağıdakı
sxem üzrə gipsləmə aparılır:
2 Na

+CaSO

→ Ca
++ 
+Na
2
SO
4
 udulmuş             udulmuş
 
Əmələ gəlmiş natrium sulfat suda yaxşı həll olur və
torpaq yuyulduqda xaric olunur.
Beləliklə,   natrium   şorakət   torpaqların
xüsusiyyətlərini   müəyyən   edən   kimyəvi   elemntdir.  Buna
görə,   həmin   elementin   hansı   proseslər   nəticəsində
müəyyən   sahələrdə   toplandığını   aydınlaşdırmaq   çox
vacibdir.
K.K.Hedroys   güman   edirdi   ki,   şorakətlərin   əmələ
gəlməsi iki mərhələdə başa çatır. Birinci mərhələdə qrunt
suları   ilə   gələn   natrium   duzları   torpağı   şorlaşdırır,
nəticədə şoranlar meydana çıxır. Belə xloridli və natrium
sulfatlı   şoranlarda   çoxlu   miqdarda   natrium   olur,   lakin
bununla
 
yanaşı
 
narındispersli
 
hissəciklərin
peptizasiyasına mane olan xlor və sulfat anionları da olur.
113


Şəkil  17.4.Şorakət (I) və solod (II) torpaq profillərinin quruluşu
və genetik qatlar üzrə mühüm komponentlərin paylanması
İkinci  mərhələ,  qrunt  sularının  səviyyəsinin  aşağı
düşməsi   ilə   əlaqədardır.   Bu   halda,   atmosfer   sularının
enən   cərəyanla   aşağı   süzülməsinin   təsiri   altında
şoranların yuyulmağa başlamasıdır. Birinci növbədə suda
asan   həll   olunan   duzlar   həll   edilir   və   yuyulub   çıxarılır,
sonra   isə   tərkibində   udulmuş   natrium   olan   narın
hissəciklər aşağıya doğru hərəkət etməyə başlayır. Səth
suları ilə kalsium hidrokarbonat daxil olur ki, o da udulmuş
natriuma təsir edərək onu sıxışdırıb çıxarır. Bu hadisənin
təsir   nəticəsi  olaraq   məhlulda   natrium   karbonat   –  soda
meydana   çıxır,   o   da   torpağın   yuxarı   hissəsindən
narındispersli   hissəciklərin   yuyulub   aparılma   prosesini
114


kəskin   surətdə   gücləndirir.   Duzların   toplandığı   qata
çataraq, bu hissəciklər koaqulyasiyaya uğrayır və çökür,
bərk şorakət qat əmələ gətirir. 
Öz   nəzəriyyəsinə   əsaslanaraq   K.K.Hedroys
şorakətlərin   yayıldığı   vilayətlərə   hidromorf   duz
toplanmaları kimi baxır, sonra qrunt sularının səviyyəsinin
aşağı düşməsi nəticəsində duzsuzlaşma başlayır.
K.D.Qlinka   (1926,   1932),   xüsusi   halda   belə
prosesin mümkün olduğunu qeyd edərək, hesab edirdi ki,
şorakətlər   əsasən   qədim   şorlaşan   vilayətlərin
duzsuzlaşmasının   nəticəsi   deyil,   tərkibində   natrium
kationları olan qrunt sularının təsiri altında əmələ gəlir. Bu
alimin fukrinə görə tərkibində natrium olan qrunt sularının
hər   il   yazda   yuxarı   qalxması   torpaqların   narındispersli
hissəciklərinin bu elementlə zənginləşməsinə səbəb olur.
Sonra süzülən sularla yuyulması torpaq profilinin tədricən
differensiasiyasına səbəb olur. 
Qeyd   etmək   lazımdır   ki,   şorakətləşmə   prosesi
məhlulda natrium karbonat (soda) olduqda şiddətli gedir.
Udulmuş   kalsium   soda   məhlulunun   natriumunu   yüksək
enerji ilə sıxışdırıb çıxararaq, aşağıdakı sxem üzrə çətin
həll olan kalsium karbonat şəklində birləşdirir:
УKCa
2+
 + Na
2
CO
3
 → УK2Na
+
 + 2CaCO
3
                (УK – uducu kompleksdir) 
Narındispersli   hissəciklər   kütləsinin   natrium
sulfatlar və ya xlorid məhlullarının təsiri altında natriumla
zənginləşməsi olduqca zəif gedir, belə ki, reaksiya dönən
olduğu   üçün   və   onun   sağa-sola   getməsi   üçün
sıxlaşdırılmış   kalsiumun   suda   həll   olan   birləşmələri   ilə
birlikdə qrunt sularının daima kənar edilməsi vacibdir. 
115


УKCa
2+ 
+ 2NaCl → УK2Na
+
 + CaCl
2
İ.N.Antipov – Karatayev göstərir ki, sodanın qrunt
sularında   toplanması   su   ilə   doymuş   qruntlar   şəraitində
sulfatları   reduksiya   edən   bakteriyaların   fəaliyyəti   ilə
əlaqədardır. Bu bakteriyalar natrium sulfatı parçalayır və
kükürdü   kükürd   birləşmələrinə   (hidrogen   –   silfid,   dəmir
sulfidlərə) çevirirlər. Azad olunmuş natrium soda məhlulu
şəklində,   yazda   qrunt   sularının   səviyyəsi   ilə   yuxarı
qalxaraq   torpaqlara   aktiv   təsir   göstərir,   onların
şorakətləşməsinə   səbəb   olur.   Şorakətlərin   əmələgəlmə
prosesi   50-60   ilə   başa   çatır.   Görünür,   çəmən   –
müxtəlifotlu   bozqırların   qrunt   sularının   nisbətən   zəif
minerallaşması   ilə   əlaqədar   olaraq,   onlar   üçün   sodalı
şorakətlər,   qrunt   sularının   minerallaşması   xeyli   yüksək
olan qrunt və səhra bozqırları üçün isə xloridli – sulfatlı
şorakətlər səciyyəvidir. 
17.7.Solodlar
Öz xassələrinə görə solodların şorakətlərlə ümumi
cəhətləri çoxdur, bu cəhət onların profil boyu quruluşunun
ümumi görünüşündə və genetik qatlarının xüsusiyyətində
nəzərə çarpır. 
Kimyəvi   tərkibinə   görə,   silisium   oksidinin   yüksək
miqdarı ilə fərqlənən yuyulmuş (duzdan yarı azad olmuş)
qat solodlardan, şorakətlərə nisbətən, daha kəskin (kvars
qatlarının toplanması hesabına) ifadə edilmişdir. 
Solodların kimyəvi tərkibində şorakətlərə nisbətən
yuyulma   qatı   (solodlaşma)   daha   kəskin   ayrılır   və
116


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə