Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali


Şəkil  14.1.  Boz-meşə  (1)  və  qaramtıl  (2)  torpaqlarının  coğrafi



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə14/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

 
Şəkil  14.1.  Boz-meşə  (1)  və  qaramtıl  (2)  torpaqlarının  coğrafi
yayılma arealları
Boz meşə torpaqları kontinental iqlim şəraitlərində
inkişaf   edir.   İqlimin   kəskin   xarakteri   və   kontinentallıq
dərəcəsi qərbdən şərqə doğru artır. Qərbdə havanın orta
illik temperaturu   7°C, orta yanvar - 6°C  yaxın, şaxtasız
dövrün   uzunluğu   təxminən   250   gün,   şərqdə   orta   illik
temperatura   - 4,5°C, orta yanvar temperatura   - 28°C,
qədər   aşağı   düşür,   şaxtasız   dövr   isə   180   günə   qədər
azalır.   Uraldan   qərbə   doğru   boz   meşə   torpaqlarının
formalaşdığı   vilayətlərdə   il   ərzində   500-650mm,
Baykaldan   şərqə   doğru   isə   300mm   yağıntı   düşür.
Buxarlanma   ilə   yağıntının   miqdarı   arasında   kəskin   fərq
yoxdur.   Yay   şəraiti   təxminən   eynidir,   iyul   ayında   orta
temperatura 19-dan 20°C qədər dəyişilir.
Torpaqəmələgətirən süxurları əsasən lösəbənzər
gillicələr təşkil edir. Bu çöküntülər karbonatlıdırlar. Cənubi
Sibirin dağarası çökəkliklərinin örtük gillicələri yerli qırıntı
materialları ilə xeyli zəngindir.
Boz   meşə   torpaqlarının  bitki   örtüyü,  ot   bitkiləri
olan   enliyarpaqlı   meşələrdən   ibarətdir.  Dneprdən   qərbə
53


doğru meşələr vələs-palıd, Dneprlə Volqa çayı arasında
göyrüş qarışıqları olan cökə-palıd ağaclarından ibarətdir.
Cökə və palıd meşələri Urala qədər çatır, onlardan şərqə
doğru   Qərbi-Sibir   ovalığı   ərazisində   tozağacı   və
ağcaqovaq   meşələri   üstünlük   təşkil   edir.   Şərqə   doğru
qara şam peyda olur. Yarpaqlı meşələr zəngin ot örtüyünə
malikdir.
Qaraşam meşələrinin töküntülərinin miqdarı tayqa
meşələrinin töküntüləri miqdarından xeyli çox (70-90 c/h)
təşkil   edir.   Töküntülər   kül   elementləri   ilə   xüsusən
kalsiumla   zəngindir,   bir   il   ərzində   töküntülərlə   torpağa
daxil   olan   kalsiumun   miqdarı,   N.İ.Bazileviçə   görə,   70-
100kq/h-dır.
Qrunt   sularının   dərin   səviyyəsini   nəzərə   alaraq
güman   edirlər  ki,   boz  meşə   torpaqları   böyük   dərinlikdə
islanmasına   baxmayaraq,   yuyan   su   rejimi   onlar   üçün
səciyyəvi   deyildir.  Yalnız   yüksək   dərəcədə   rütubətlənən
rayonlarda   torpaq-qrunt   qatı   qrunt   sularına   qədər
tamamilə islanır.
 
14.2. Boz-meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Boz     meşə     torpaqlarının       profili     aşağıdakı
quruluşa   malikdir:
A
0
  -ağac və bitkiləri   töküntülərindən ibarət meşə
döşənəyi, adətən çox da qalın olmur - 1-2 sm.
A
1
-boz    ya  tünd-boz  rəngdə  humus  qatı, çoxlu
miqdarda ot köklərinə malikdir, möhkəm olmayan xırda və
ya ortatopavari struktura malikdir. Qalın aşağı hissəsində
54


çox vaxt silisium oksidinin səpildiyi təbəqə olur. Humus
qatının qalınlığı 20-30 sm-ə yaxındır.
A
2
 və ya A
1
/A
2
 yuyulan qatdır. O,  boz  rəngdə  və
bəzi  hallarda  üst  hissədə  çox da aydın ifadə edilməyən
topavari,   alt   hissədə   xırda   qozvari   struktura   keçən,
vərəqvari   –   lövhəşəkilli     struktura     malikdir.   Bu     qatın
qalınlığı  20sm-ə yaxındır. Tünd boz torpaqlarda  bu  qat
yoxdur. Xırda dəmir-manqanlı  törəmələrə  rast gəlinir.
B  –   yuyulmuş     birləşmələrin   toplandığı   qatdır.
Onun üçün qəhvəyi-qonur rəng və çox yaxşı ifadə edilən
qozvari   struktur   səciyyəvidir   ki,   o   yuxarı   hissədə   xırda,
aşağı   getdikcə   tədricən     iriləşir     və     aydın     olmayan
prizma   şəklinə   keçir.  Struktur     hissələri   və   məsamələri
səthi  parıldayan  tünd-qəhvəyi   pərdə  ilə  örtülüdür.  Xırda
dəmir-manqan   çöküntülərinə   rast   gəlirik.   Yuyulmuş
birləşmələrin     toplanma   qatı     qalındır   -   80-100   sm-ə
yaxındır.
C  - lösşəkilli   gillicə örtüyü, sarımtıl-qonur rəngdə,
yaxşı ifadə edilmiş struktura malikdir. Bu gillicələrdə  çox
vaxt   karbonat törəmələri vardır ki, onlar qədim dövrün
qalıq məhsullarıdır.
Boz  meşə torpaqları  tipi üç yarım  tipə bölünür -
açıq-boz,   boz    tünd   boz.  Bu   yarımtiplərin     adları
humus     qatı     rənginin   intensivliyindən   asılıdır.   Rəngin
intensivliyi   zəiflədikcə   humus   qatının   qalınlığı,   ən
başlıcası   isə,   bu   qatın   yuyulma   intensivliyi   azalır.   B
qatının yuxarı hissəsində qozvari aqreqatların   səthində
silisium oksidinin səpgilərinin və eləcə də A
1
 qatının aşağı
hissəsində   ağımtıl   ləkələrin   olmasına   baxmayaraq
55


D.Q.Vilenskiyə  görə A
2
  qatı  yalnız  açıq-boz  torpaqlarda
ifadə olunmuşdur, tünd-boz torpaqlarda isə yoxdur.
Hazırda   bəzi   tədqiqatçılar   açıq-boz  və  çimli-
podzol       torpaqları     bir         tipə       daxil   etməyə     meyl
göstərirlər.
14.3. Boz meşə torpaqlarının genetik
xüsusiyyətləri
Boş   meşə   torpaqlar   profilinin   aydın   surətdə
differensiasiya   olunması   lessivaj   proseslərinin
intensivliyindən irəli gəlir.
Tədqiqatlar   göstərir   ki,   boz   meşə   torpaqlarının
yuxarı hissəsində narın dispersli mineralların (hidroslud-
montmorillonit) miqdarı B qatında və torpaqəmələgətirən
süxurlarda   olduğuna   nisbətən   xeyli   azdır,   strukturu
pozulmamış   torpaq   kəsimləri   qatlarının   öyrənilməsi
göstərir   ki,   narındispersli   hissəciklər   B   qatına   doğru
sürətdə   yuyularaq,   məsamələrdə   səciyyəvi   toplantılar
əmələ   gətirirlər.   Struktur   aqreqatları   üzərində   tünd-
qəhvəyi   pərdəni,   profilin   yuxarı   hissəsindən   çıxarılıb
gətirilmiş   narındispersli   hissəciklər   yaradırlar.   B   qatının
yuxarı   hissəsində   (və   A
2  
  qatının   aşağı   hissəsində   )
narındispersli hissəciklər yağıntıların tərkibində çox vaxt
tünd humus birləşmələrinin qarışığı olur. Profilinin yuxarı
hissəsində,   o   qədər   də   kəskin   ifadə   olunmamasına
baxmayaraq, çimli-podzol torpaqlarda olduğu kimi kvarsın
miqdarı   artır.  Boz   meşə   torpaqlarının   genetik   qatlarının
kimyəvi   tərkibi   münasib   olaraq   üst   qatlarda   (A
1
vəA
2
)
qanunauyğun   dəyilir,  silisium   oksidinin   miqdarı   yüksəlir,
56


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə