Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə12/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   8   9   10   11   12   13   14   15   ...   68

qalxması subasar torpaqların əmələ gəlməsində səciyyəvi
xüsusiyyətlərdir.   Hər   iki   cəhət   subasar   torpaqların,   su
mənbələri   sahələrindən   gətirilmiş,   torpaqəmələgətirən
məhsullarla   zənginləşməsinə   səbəb  olur.  İri   çayların   su
mənbələri   çox   geniş   olduğu   üçün   torpaqəmələgəlməyə
həmin   yerin   çaylararası   sahələrində   torpaqəmələgəlmə
xarakteri   deyil,   sutoplayıcı   sahələrdə   avtomorf
torpaqəmələgəlmə   proseslər   cəminin   effektliyi   təsir
göstərir.
Çay subasarlarında mərkəzi, yataqyanı və terrasboy
hissələr ayrılır. Q.V.Dobrovolskiyə görə,
onlara  subasar-çəmən, subasar-çimli
  subasar-bataqlıq   torpaqlar  uyğun
gəlir.
Mərkəzi   subasar   səthlərinin
hamarlılığı   və   adətən   orta   hissədə
alçaqlığı   ilə   səciyyələnir.   Daşqın   vaxtı
suyun əsas axımı bu istiqamətdə gedir.
Mərkəzi subasar zəngin qida maddələri
davamlı su rejiminə malik olur. Torpaq
profilinin qrunt sularında çoxlu miqdarda
olan   elemntlərlə   zənginləşməsinin
səbəbi   torpaqdan   qrunt   sularının   daim
buxarlanmasıdır.   Burada   sıxsubasar
çəmən   bitkiləri   inkişaf   edir,   xırda
topavari   struktura   malik   çəmən
torpaqları   əmələ   gəlir   (şəkil   13.3).
Çəmən   torpaqlarında   çürüntü   qatı   cox
qalın   olur   və   profil   boyu   dərinlik   istiqamətində   humus
tədricən   azalır.   Narın   dispersli   kütlə   sutoplayan   torpaq
Şəkil 13.3.
45


sahəsindən gətirilmiş kalsiumla doymuşdur. Bəzi hallarda
dəmirli, manqanlı, karbonatlı yeni törəmələrə rast gəlinir.
Çəmən   torpaqları   üçün   yüksək   dərəcədə   münbitlik   və
profilin   aşağı   hissəsinin   qleyləşmə   əlamətlərinə   malik
olması ilə səciyyələnir. Əvvəllər çəmən subasar torpaqları
allüvial dənəvər torpaqlar adlanırdılar.
Yataqyanı sahə alçaq sahələrlə bölünmüş bir və bir
neçə tirədən ibarət olur və əsasən çimərliyin arxasında
yerləşir.   Bir   qayda   olaraq   qumlu   çöküntülərdən   təşkil
olunmuşdur.   Daşqın   çəkilən   kimi   bitki   örtüyü   ilə   qrunt
suları   ilə   əlaqəsi   kəsilməsi   bununla   əlaqədardır.  Yayda
burada bitkilər üçün su çatışmamazlığı yarana bilir. Çay
yatağı   boyu   yataqyanı   sahədə   zəif   inkişaf   etmiş   çimli
torpaqlar formalaşır. Bu torpaqların üzərində yerləşən ot
bitkiləri   tərkibində   taxıllar   və   bəzən   paxlalılar   üstünlük
təşkil edirlər. Bu torpaqlar bir qayda olaraq cavandırlar,
tam inkişaf etməmiş torpaq əmələ gətirən amillər yetgin
səviyyəyə   çatmışdır.   Bu   torpaqların   profili   2-4   sm
qalınlığnda,   2-4   %   humusa   malik   çim   və   humus
qatlarında     0,5   -   2   sm   qalınlığında   zəif   nəzərə   çarpan
keçid qatından, dərində torpaqəmələgətirən süxurlardan
ibarətdir.   Tirənin   səthində   vaxtaşırı   qum   çöküntülərinin
yığılması   nəticəsində,   müasir   çimli   torpaqlar   altında,
müasir   torpaqlara   oxşar   basdırılmış   torpaqlar   seriyası
yerləşir. Çay yatağı boyu sədd torpaqlarını əvvəllər laylı
allüvial   –laylı   subasar   torpaqlar   adlanması   da   bununla
əlaqədardır. 
Mərkəzi   subasarlarda   səth   hamardır,   adətən   orta
hissədə   alçaqdır,   daşqın   vaxtı   suyun   əsas   axımı   bu
istiqamətdə   gedir.   Mərkəzi   subasar   ya   gilli   lildən
46


(meşələşən   sutoplayıcı   olduqda),   ya   da   tozvari   lildən
(meşəsiz sutoplayıcı olduqda) əmələ gəlir.
Mərkəzi subasar zəngin qida maddələri və davamlı
su rejimi olması ilə səciyyələnir. Torpaqdan qrunt sularının
daim buxarlanması torpaq profilinin qrunt sularında çoxlu
miqdarda olan elementlərlə zənginləşməsinə səbəb olur.
Burada   sıx   subasar   çəmən   bitkiləri   inkişaf   edir,   xırda
topavari struktura malik subasar çəmən torpaqlar-dənəvər
strukturlu subasarlar əmələ gəlir. Çəmən torpaqları üçün
çürüntü   qatının   böyük   qalınlığı   (1   m-ə   qədər)   və   profil
boyu   dərinlik   istiqamətində   humusun   tədricən   azalması
səciyyəvidir.   Narındispersli   kütlə,   sutoplayan   torpaq
sahəsindən   gətirilmiş   kalsiumla   doymuşdur.   Bəzən,
dəmirli,   manqanlı,   seyrək   hallarda   karbonatlı
yenitörəmələrə   rast   gəlinir.   Profilin   ən   aşağı   hissəsi
qleyləşmə   əlamətlərinə   malikdir.   Bu   torpaqlar   yüksək
dərəcədə münbitdirlər. Əvvəllər çəmən subasar torpaqları
allüvial dənəvər torpaqlar adlandırırdılar.
Terrasyanı subasarlar, subasarların başqa hissələri
ilə   müqayisədə   xeyli   alçaq   olması,   suyun   axını   daşqın
vaxtı   burada   daha   yavaşdır   və   narın   asılı   hissəciklərin
burada   çökməsi   onun   səciyyəvi   xüsusiyətləridir.
Terrassboyu subasarları həmişə az və ya çox dərəcədə
bataqlıqlaşmış   olurlar.   Buda   qrunt   sularının   terrassdan
sızması nəticəsində baş verir. Bununla yanaşı bu alçaq
yerlərə   səth   suları   axır   və   burada   qar   suları   tutulub
saxlanılır.  Son   zaman   qızılağaclı   alt   çəmən   bataqlıqları
əmələ gəlir. 
Alt   bataqlıq   tipli   gilli   torpaqlara   malik   olması   ilə
terrasboyu   subasarları   səciyyələnir.   Belə   ki,
47


torpaqəmələgəlmə   izafi   rütubətlənmə   və   zəif   aerasiya
şəraitində gedir. Bunun nəticəsində zəif parçalanmış üzvi
qalıqların toplanması müşahidə edilir. Çox zaman burada
subasar bataqlıqlar əmələ gəlir. Terrassboyu subasarların
qleyli   bataqlıq   torpaqlarında   qrunt   sularının   səthə
qalxması   nəticəsində   bəzi   kimyəvi   elementlər   toplanır.
Beləliklə,   yaxında   yerləşən   suayrıcı   sahələrindən   bütün
nə   yuyulursa,   terrasyanı   subasarlarından   keçir   və   xeyli
dərəcədə   dəmir,   kalsium,   manqan   və   fosfor
yenitörəmələri şəklində burada çökür. 
 13.5. Qarışıq meşələr zonasında torpaq
coğrafiyasının xüsusiyyətləri
Qarışıq   meşələr   zonası   torpaq   örtüyünə   görə   olduqca
müxtəlifdir.   Bunların   içərisində   çimli-podzol   lösləşmiş
torpaqlar   daha   çox   yayılmışdır.   İynəyarpaqlı   meşələr
zonasına yaxınlaşdıqca torpaq profili üzrə narındispersli
hissəciklərin   paylanması   intensivliyi   azalır.   Enliyarpaqlı
meşələr zonasına doğru çimli-podzol torpaqlar boz-meşə
torpaqları ilə əvəz olunur. Onu da qeyd etmək lazımdır ki,
çimli-podzol   torpaqlar   müəyyən   torpaqəmələgətirən
süxurlar–xüsusilə   karbonatsız   gillicəli   süxurlar   üzərində
əmələ gəlirlər.
48


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə