Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə10/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   6   7   8   9   10   11   12   13   ...   68

xüsusiyyəti, ilk podzol qatı qalıqlarını saxlamaqla podzol
səthidə qley qatının inkişaf etməsidir.
Çimli-karbonatlı torpaqların və ya
rendzinlərin   profili   qeyd   olunan
profillərdən
 
kəskin
 
fərqlənir.
Sonuncular,   avtomorf   şəraitlərdə
kalsium   karbonatla   zəngin   olan,
torpaqəmələgətirən   süxurlar   üzərində
əmələ   gəlir.   Bu   torpaqlar,   Leninqrad
vilayəti,   Latviya   və   Estoniya
respublikaları   daxilində   ordovik
karbonat   çöküntülərinin   inkişaf   etdiyi
sahələr üçün xüsusilə səciyyəvidir. Bu
yaylanın   özülünün   tərkibində   çoxlu
miqdarda   yerli   karbonatlı   süxurların
daşları   olan,   səthidən   nazik   moren
gillicələri   ilə   örtülmüş,   karbonatlı
süxurlar təşkil edirlər. Estoniyada belə
gillicələr rixk adlanır.
Meşə   altında,   yerli   karbonatlı   süxurların   qırıntılı
materialları   ilə   zənginləşmiş   belə   nazik   gillicələr
üzərindəki çimli-karbonatlı torpaqların profili inkişaf edir.
13.3. Qarışıq meşə torpaqlarının genetik 
xüsusiyyətləri.
Qarışıq   meşələrin   avtomorf   torpaqları   yaxşı   ifadə
edilmiş yuyan su rejimi şəraitində inkişaf edir. Atmosfer
yağıntıları   torpağa   daxil   olaraq   və   həll   olan   humus
birləşmələri   ilə   zənginləşərək   hər   il   torpaq–qrunt   qatını
      Şəkil 13.2
37


böyük   dərinlikdə   yuyur.   Humus   birləşmələri   torpağın
səthində   olan   cansız   üzvi   maddələrin   parçalanması
hesabına   əmələ   gəlir.   Qarışıq   meşələrdə   mikrobioloji
fəaliyyətin   intensivliyi   sayəsində   tayqaya   nisbətən
töküntülər sürətlə dəyişilir və qarışıq meşələrin döşənəyi
daha çox parçalanır. Döşənəyin miqdarı meşənin tərkibi
ilə   əlaqədardır.   İynəyarpaqlı   ağacların   nisbət   miqdarı
artdıqca   cansız   üzvi   maddələrin   də   miqdarı   yüksəlir.
Məsələn, Belorusiyada küknarlıqda döşənək ehtiyatı  500
s/h-dan   çoxdur,   iynəyarpaqlı-enliyarpaqlı   meşələrdə   isə
200 s/h yaxındır. Bu,  iynə  və  enliyarpaqlıların    müxtəlif
tərkibə   və   müxtəlif   davamlılığa   malik   olmalarından   irəli
gəlir.
A
0  
və A
1  
qatlarında demək olar ki, üzvi maddələrin
bütöv   kütləsi   cəmlənmişdir   və   canlı   orqanizmlər
tərəfindən   seçmə   yolu   ilə   udulan   kimyəvi   elementlər
toplanmışdır. 
Qarışıq   meşələr   zonası   şəraitində   cansız   üzvi
maddələrin  parçalanması  zamanı  xeyli  miqdarda  humin
və   fulvoturşular   əmələ   gəlir.   Humin   turşularının   olması
sayəsində o, boz rəng alır. Fulvoturşuların çoxluğu turş
reaksiyanın əmələ gəlməsinə səbəb olur. Suda yaxşı həll
olan bu turşu bütün profil boyu su ilə paylanır.
Humus turşuları ilə zənginləşmiş süzülən turş torpaq
suyunun, torpaqların profilinə çox güclü təsir göstərməsi
şübhə doğurmur. Lakin bu prosesin mexanizmi haqqında
vahid fikir yoxdur. Bir sıra alimlər belə hesab edir ki, bu
torpaqların   profilinin   əmələ   gəlməsində   silikatların
parçalanması və azad olmuş silisium, alüminium, dəmir
oksidlərinin   profilin   üst   hissəsindən   çıxarılıb   onların   bir
38


hissəsinin illüvial qatda çökməsi nəticəsində açıq rəngli A
2
qatının yaranmasıdır. Torpaq və qrunt sularında silisium,
dəmir və başqa kimyəvi elementlərin daim olması bu fikri
təsdiq edir. Başqa torpaqşünaslar açıq-boz qatın əmələ
gəlməsini torpağın yuxarı qatının mövsümü olaraq su ilə
zənginləşməsi   və   reduksiya,   oksidləşmə   şəraitlərinin
vaxtaşırı   bir-birini   əvəz   etməsinin   nəticəsi   kimi   izah
edirlər. Bu halda dəmirin bir hissəsi iki valentli formada
yuyulub aparılır, bir hissəsi yenitörəmələr şəklində birləşir
və torpağın üst hissəsində açıq rəngli qat əmələ gəlir.
Faktlar   göstərir   ki,   təsvir   edilən   torpaqların
profillərinin   əmələ   gəlməsində   süzülən   torpaq   sularının
təsiri altında dispers hissəciklərin yerdəyişmə prosesləri
mühüm rol oynayır. İlk dəfə K.A.Qlinka (1924) tərəfindən
əhəmiyyəti qeyd edilən bu proses 50 – ci illərdə Qərbi
Avropa   torpaqşünasları   tərəfindən   (F.Dyuşofur,   J.Ober,
P.Kundler   və   b.)   hərtərəfli   öyrənilmiş   və   lessivaj
 
  adını
almışdır. 
Torpaq   qatlarının   kimyəvi   analizlərinin   məlumatları
göstərir   ki,   silisium   oksidinin   miqdarı   profilin   yuxarı
hissəsində   bir   qədər   çox   olur,   suların   gətirib   topladığı
qatda isə onun miqdarı bir qədər azalır, başqa oksidlərin
miqdarı   isə   çoxalır.   Məlumdur   ki,   kimyəvi   elementlərin
əsas   hissəsi   torpaqda   oksidlər   formasında   deyil,
minerallar   şəklindədir.   Buna   görə,   torpağın   genetik
qatlarının   qanunauyğun   dəyişilməsini   anlamaq   üçün,
profil   üzrə   mineralların   paylanmasını   aydınlaşdırmaq
lazımdır. Qranulometrik analizlər tamamilə dəqiq göstərir
ki, B qatında narın dispersli hissəciklərin miqdarı kəskin
surətdə artır. A
0
  qatında fulvoturşularla zənginləşən turş
39


torpaq suları yuylmuş kationlara şiddətli təsir göstərərək
onları hidrogenlə əvəz edir. 
Narın   dispersli   kütlədə   əsas   koaqulyator   olan
udulmuş kalsium kənar edilir. Torpaq aqreqatları yumşalır,
zəifləyir,  0,001mm-dən   kiçik   dispers   hissəciklər   süzülən
sular vasitəsilə çıxarılıb aparıla bilir. Aşağı hərəkət etdikcə
və   mineral   kütlə   ilə   qarşılıqlı   təsir   nəticəsində,   turşular
neytrallaşır, bu da pH-ın qiymətinin yüksəlməsinə səbəb
olur. Eyni zamanda, narındispersli hissəciklərin udulmuş
kationlarla zənginləşməsi və bu hissəciklərin çökməsi baş
verir.
Üst   qatlardan   yuyulan   narındispersli   hissəciklər
torpaq məsamələrinin və çatlarının daxili divarlarına nazik
pərdə   şəklində   çökürlər.   Bu   pərdələrin   tərkibi
torpaqəmələgətirən   gillicələrin   tərkibinə   oxşardır.   Az
miqdarda   üzvi   maddələrin   qarışığı   da   ola   bilər.   Gilli
minerallar   yüksək dərəcədə bazal
4
  yapışqanlığına malik
olduğu   üçün,   çökmə   zamanı   məsamələri   və   çatların
divarlarına   paralel   olaraq   nümunələrdən   narındispersli
hissəciklərin   eyni   istiqamətli   yığıntıları   əmələ   gəlir.   Bu,
quruluşu   pozulmamış   torpaqdan   hazırlanmış   şliflərdə,
mikroskop altında daha yaxşı görünür. 
Torpaqda narındispersli kütlə balansının öyrənilməsi
zamanı   müəyyən   edilmişdir   ki,   profilin   yuxarı   qatından
yuyulmuş   0,001-dən   kiçik   hissəciklərin   miqdarına
nisbətən,   B   qatında   onların   miqdarı   çox   (Qlazovskaya,
4 Bazis – yunanca özül, əsas deməkdir.
40


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə