Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə6/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   2   3   4   5   6   7   8   9   ...   68

Mərkəzi   və   Şərqi   Sibirin   tayqa   landşaftında   baş   verən
proseslər xeyli fərqlənir.
12.2. Tayqa meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Tayqa   meşələri   altında   yaxşı   su   keçirən
torpaqəmələgətirən süxurlar üzərində illüvial – humus və
illüvial – dəmirli podzol torpaqlar əmələ gəlir. Bu torpaqlar
Baltik kristallik qalxanında xüsusilə geniş yayılmışdır.
Bu torpaqların profilinin qalınlığı şimaldan cənuba
doğru tədricən artır. Cənubu tayqa zonasında qumlu və
qumsal   çöküntülər   üzərindəki   torpaqlar   prinsip   etibarilə
belə  quruluşa  malikdir, lakin  qatların  qalınlığı  böyükdür.
Xüsusilə podzol qatının qalınlığı 10 – 15 sm-dək nəzərə
çarpacaq dərəcədə artır. İllüvial qat daha paslı rəng alır
və   qalınlığı   40   sm-ə   çatır.   Profilin   böyüməsi
torpaqəmələgətirən süxurların gillicəliyinə şərait yaradır.
Şərqi   Avropa   və   Sibir   tayqalarında   hidromorf
torpaqların   əmlə   gəlməsi   bataqlaşma   prosesi   ilə
əlaqədardır.   Relyefin   çökək   elementlərində   yerləşən
bataqlıqlarda bataqlı torflu – qleyli torpaqlar əmələ gəlir.
Bu torpaq üçün 30 sm və daha çox olan qalın torf qatının
olması   və   ondan   altda   da   göyümtül   qleyləşmə
təbəqəsinin yerləşməsi səciyyəvidir.
Gillicəli   buzlaq   –   dəniz   yaxud   buzlaq   –   göl
çöküntülərindən   təşkil   olunmuş   pis   drenajlı   alçaq   tayqa
düzənliklərində torpağın üst qatında səth suları toplanır.
Torpağın   su   ilə   doyması   zamanı   oksidləşmə   şəraitinin
vaxtaşırı   reduksiya   ilə   (torpaq   quruduqda   və   atmosfer
havası ilə ona oksigen daxil olduqda) əvəz edilməsi çoxlu
21


miqdarda  xırda  konkresiyaların  əmələ  gəlməsinə  səbəb
olur.
Səthi qleyli podzol torpaqlar Şərqi Avropa və Qərbi
Sibir düzənliyinin şimalında geniş yayılmışdır (şəkil 12.1).
Şəkil  12.1.  Tayqa   meşə   landşaftı  torpaqlarının  coğrafi  yayılma
arealları:   1   -   podzol;   2   -   çimli-podzol;   3   –   podzollaşmış   boz-
qonur; 4 – podzollaşmış qırmızı və sarı torpaqlar.       
        
12.3. Podzol torpaqların genetik xüsusiyyətləri
Podzol   torpaqlar   qumlu   və   qumsal
torpaqəmələgətirən   süxurlar   üzərində   əmələ   gəlirlər.
Torpaq   profilinin   əmələ   gəlməsi   prosesində   mineral
hissələrin   lazımınca   paylanması   baş   vermir.   Belə   ki,
burada narın dispers hissəciklər ya heç yoxdur və ya  az
miqdardadır,   daha   iri   hissəciklər   isə   aqreqatlararası
məsamələrdə hərəkət edə bilmir. Bunun nəticəsində əsas
22


kimyəvi   elementlərin   miqdarı   podzol   torpaqların   genetik
qatları boyu zəif dəyişir. Kimyəvi analiz
rəqəmlərinə   çox   diqqətlə   baxdıqda
aydın olur ki, A
2
  podzol qatında dəmir
oksidinin   miqdarı   azalır,   illüvial   B
qatında   isə   artır.   Mütləq   halda   bu
miqdar çox deyil, lakin A
2
  qatına   görə
dəmir oksidinin miqdarı iki dəfə çoxalır.
Görünür,   podzol   torpaqların   profilinin
kəskin   differensiasiyası   mineral
komponentlərlə   deyil,   torpağın   üzvi
maddələrinin
 
paylanması
 
ilə
əlaqədardır (şəkil 12.2).
Podzol   torpaqlarda   humusun
tərkib   və   miqdarının   öyrənilməsi   ilə
müəyyən   edilmişdir   ki,   onun   xeyli
hissəsi mütəhərrik formalardan, humin
və fulvoturşularından ibarətdir.
Aparılan tədqiqatlar göstərir ki, çox mütəhərrik və
aqressiv  humus   birləşmələri,     xüsusilə   -       fulvoturşular
meşə döşənəcəyində daha çoxdur. Doğrudur, iynəyarpaq
bitki   qalıqlarının   mikrobioloji   proseslər   nəticəsində
dəyişməsindən humin turşuları da əmələ gəlir, lakin onlar
fulvoturşularla   müqayisədə   meşə   döşənəcəyindən   zəif
yuyulur və  torpağın profili  boyu  alt hissələrinə  çətinliklə
aparılır.
Meşə   döşənəcəyində   fulvoturşunun   miqdarı   çox
olduğundan A
0
  qatının reaksiyası çox turşdur, pH – 3,5-
4,0.
     Şəkil 12.2
23


Fulvoturşuların   torpaq   profilinin   alt   qatlarına
yuyulması   prosesində   onların   neytrallaşması   və
fulvoturşuların çökməsi baş verir. Eyni zamanda bununla
əlaqədar  pH – 5,5-6,0-ya kimi artır.
Mikroskop  altında   baxılan  şəffaf   şlifdə,   tərkibində
dəmir   olan   qonur   üzvi   maddə,   podzolların   mineral
dənələrinin   səthində   nazik   pərdə   əmələ   gətirdiyi   yaxşı
görünür.   Beləliklə,   podzol   torpaqların   illüvial   qatındakı
qonur   rəng   üzvi   birləşmələrin   və   dəmir   oksidinin
yuyulması   ilə   əlaqədardır.   Darçını   –   qəhvəyi   rəng   B
qatında xeyli miqdarda üzvi maddələrin, paslı- qonur rəng
isə dəmir oksidinin toplandığını göstərir.
Podzoləmələgəlmə   prosesinin  uzun   müddət
öyrənilməsinə   baxmayaraq   çox   şey   hələ
aydınlaşdırılmamış   qalmışdır.   Alimlərin   əksər   hissəsi
podzoləmələgəlməyə   A
2
 
qatında   olan   mineralların
fulvoturşularla   parçalanmasının   nəticəsi   kimi   baxır.   Bu
fikrə   görə   süzülən   torpaq   məhlulu   A
2
 
  qatından
parçalanma   məhsullarını   aparır,   B   qatında   çökdürür,
nəticədə   A
2
  qatı   rəngsizləşir,   yəni   açıq   (kül)   rəng   alır.
Deməli, illüvial qatda bütün hər nə toplanmışdırsa, podzol
qatından   yuyulub   gətirilmişdir.   Qeyd   etmək   lazımdır   ki,
podzol   torpaqların   mikroskopik   tədqiqatı   zamanı
mineralların aydın aşınma əlamətləri müəyyən edilmişdir.
A
2
  qatında  həm  də  ondan  altda  yerləşən  qatlarda təzə
kiçik mineral qırıntıları, o cümlədən aşınmaya davamsız
olan piroksenlər, amfibollar iştirak edir. Bu onu göstərir ki,
ümumiyyətlə podzol torpaqlarda, o cümlədən A
2
  qatında
mineralların sürətlə yenidən törəməsi baş vermir.
24


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə