Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə9/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   5   6   7   8   9   10   11   12   ...   68

tayqasının   cənub   rayonlarında   və   Yakutiyanın   cənub-
bozqır   rayonlarında   bir   neçə   əsrlər   boyu   torpaqların
mənimsənilməsi  işi    səylə   aparılır. Əkinçilik  üçün  tayqa
torpaqlarının gillicəli növ müxtəliflikləri daha əlverişlidir. 
Tayqa landşaftları torpaqlarından səmərəli istifadə
etmək   üçün   böyük   dozada   mineral   və   üzvi   gübrələrin
verilməsi,   yüksək   turşuluğun   neytrallaşdırılması,   bəzi
sahələrdə   daşların   kənar   edilməsi   tələb   olunur.
Yakutiyanın   cənub-bozqır   torpaqlarının   mənimsənilməsi
üçün   təkrar   şorlaşmanın   qarşısını   alan   tədbirlərin
görülməsi vacibdir.
Tayqa   –   meşə   torpaqları   zonası   tibbi-gigiyena
cəhətdən   az   əlverişlidir,   çünki   bu   zona   torpaqlarının
intensiv yuyulması nəticəsində bir çox kimyəvi elementlər,
o   cümlədən   insan   və   heyvanların   normal   inkişafı   üçün
vacib olan – elementlər itirilir. Buna görə də bu zonada bir
sıra kimyəvi elementlərin – birinci növbədə - yodun, misin,
kalsiumun   və   s.   qismən   çatışmamazlığına   şərait
yaradırlar (Kovalski 1964). 
Tayqa   zonası   torpaqlarının   geokimyasının
öyrənilməsini   Sibir   üçün   və   ərazidə   faydalı   qazıntı
yataqlarının çox böyük miqyasda geokimyəvi axtarışı ilə
əlaqədar olaraq mühüm əhəmiyyəti vardır.  
33


XIII FƏSİL
QARIŞIQ MEŞƏLƏRİN TORPAQLARI
13.1. Torpaqəmələgəlmənin ümumi şərati
Tayqa   meşə   zonasından   cənuba   iynəyarpaqlı-
enliyarpaqlı   tərkibdə   meşələr   yayılmışdır.   Bu   meşələr
Şərqi Avropa ovalığı ərazisində xüsusilə böyük sahə tutur,
orada  geniş  zona  əmələ  gətirirlər.  Ural  arxasında  onlar
bütöv   zona   şəklində   olmasa   da,   şərqə   doğru,   Amur
sahillərinə   qədər   uzanıb   gedir  (şəkil   13.1).  Avropa
hissəsində   bu   landşaftın   daha   səciyyəvi   torpaqları
yayılmışdır.   Ona   görə   də   bu   torpaqların   təsviri   həmin
əraziyə görə verilir.
Şəkil   13.1.   Çimli-podzol   torpaqların   coğrafi   yayılma   arealları
(keçmiş SSRİ ərazisində).
34


Avropa   hissəsində   yayılmış   qarışıq   meşələr
zonasının   iqlimi,   tayqa   meşələr   zonası   ilə   müqayisədə,
daha   isti   və   uzun   yayı   ilə   səciyyələnir.   İllik   atmosfer
yağıntılarının   miqdarı   500-600mm-ə   yaxındır.   Qərbə
doğru bu miqdar artır. Asiya hissəsində isə iqlim şəraiti
daha   kontinentaldır,   lakin   hər   yerdə   yağıntının   miqdarı
buxarlanmadan çoxdur. 
Avropa   hissəsində   qarışıq   meşələrin   bitki   örtüyü
küknardan, tozağacından, ağcaqovaqdan ibarətdir, bəzən
enliyarpaqlı   ağac   cinslərinə   də   rast   gəlinir.   Asiya
hissəsində   -   Ural   yaxınlığında   ağ   şam   inkişaf   etmişdir.
Qərbi Sibirdə tozağacı və ağcaqovaq üstünlük təşkil edir.
Az   və   ya   çox   yaxşı   inkişaf   etmiş   ot   örtüyü   qarışıq
meşələrin   xarakter   xüsusiyyətidir.   Qarışıq   meşələrin
biokütləsi tayqaya nisbətən yüksəkdir və 2000-3000s/h-a
çatır. Töküntülərin miqdarı da tayqa meşələrinə nisbətən
üstündür,   lakin   qarışıq   meşələrdə   məhv   olmuş   üzvi
maddələrin parçalanma prosesləri daha yüksək enerji ilə
getdiyi   üçün   tayqa   meşələrinə   nisbətən   burada   meşə
döşənəyinin qalınlığı azdır.
Torpaqəmələgətirən   süxurlar  Avropa   hissəsində
valday   buzlaşma   dövrünün  valunlu-gillicə   və   qumsal
çöküntülərindən ibarətdir. Valunlar arasında Baltika sipəri
kristallarının qırıntıları üstünlük təşkil edir. Bəzi yerlərdə
moren   çöküntüləri   karbonatlı   süxurların   qırıntıları   ilə
zəngindir. Bir neçə min il ərzində karbonat materiallarının
bir hissəsi yuyulmuş, yalnız bəzən buzlaq çöküntülərində
həddindən   artıq   olan   daşlar   qorunub   saxlanılmışdır.
Torpaqəmələgətirən   süxurlarda,   daşlı   materialların
çoxluğu,   onların   üzərində   əmələ   gəlmiş   torpaqlarda
35


əkinçiliyi çətinləşdirir. Qarışıq meşələrin torpaqlarında göl-
buzlaq,   su-buzlağı   çöküntüləri   də   yayılmışdır.   Valday
dövrünün   buzlaq   törəmələrinin   sərhəddində   suayrıcı
sahələri lösşəkilli örtüklərə malikdir, geniş qədim vadilərdə
isə qədim allüvial qumsal çöküntülər toplanmışdır. Geniş
ovalıqları əhatə edən su-buzlaq və qədim allüvial qumlar
kvarsla   zəngin   olmaları   və   silikat   qırıntılarının   azlığı   ilə
fərqlənirlər.
     
13.2. Qarışıq meşə torpaqlarının morfoloji
xüsusiyyətləri
Avropa ovalığında tayqa meşələrinin ən səciyyəvi
avtomorf   torpaqları   çimli-podzol   adlanan   torpaqlardır.
Onlar yalnız gillicəli torpaqəmələgətirən süxurlar üzərində
əmələ gəlirlər. Bu torpaqlar örtük gillicələr üzərində əmələ
gəldikdə onların quruluşu daha aydın ifadə edilir. 
Torpaqəmələgətirən lösşəkilli gillicəli süxurlar üçün
xas olan prizmavari strukturun meydana çıxması ilə qatın
aşağı sərhəddini inamla müəyyən etmək olur. Qat bütün
qalınlığı boyu, A
2
  qatından gətirilmiş materialın pazşəkilli
ağımtıl dilləri və çatların qleyli göyümtraq-ağımtıl divarları
ilə kəsilir. 
Qarışıq   meşələr   zonasının   çay   aralarındakı
torpaqların səthində bataqlıqlaşma prosesi baş verə bilir.
Bu da öz növbəsində anaerob proseslərin inkişafına və ot
bitkilərinin   məhv   olmasına   səbəb   olur,   həmin   yerlərdə
sfaqnum   mamırları   inkişaf   etməyə   başlayır.   Üst
bataqlıqların   landşaftlarında  torflu-qleyli-podzol  (qleyli-
qalıq-podzol)  torpaqlar  əmələ   gəlir.  Onların   profillərinin
36


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə