Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə11/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

1972) və ya azdır (Qlazovskaya, 1974). Görünür ki, bu
çöküntülərin   toplanma   prosesi   torpaqəmələgətirən
süxurların   qranulometrik   qanunauyğun   dəyişilməsi   ilə
əlaqədardır. Bir halda örtük gillicələrdə aşağıdan yuxarıya
doğru 0,001mm-dən kiçik ölçülü hissəciklərin miqdarının
artması, digər halda isə bunun əksi müşahidə edilir. Az və
ya   çox   dərəcədə   bərabər   paylanmaya   dair   misallar   da
məlumdur. 
Qeyd   olunan   məlumatlardan   görünür   ki,   təsvir
olunan torpaqlara verilən çimli-podzol adı onların genetik
xüsusiyyətlərini   dəqiq   əks   etdirmir.   Onlar   qarışıq
meşələrin   dəyişən   profilə   malik   turş   lessivaj  
5
torpaqlarıdır. Bununla bərabər, hələlik onların ənənəvi adı
saxlanılır.   FAO-YUNESKO-nun   dünyanın   beynəlxalq
torpaq   xəritəsinin   legendasında  
  bu   torpaqlar
podzoluvisoli   (rus   sözündən   podzol,   latıncadan   luvi   –
yuma   və   fransızcadan   sol   –   torpaq),   lessivaj   olunmuş
neytral torpaqlar isə luvisoli adlandırılır. 
Silisiumun,   dəmirin,   alüminiumun   və   başqa
elementlərin   suda   həll   olan   birləşmələrinin   torpaq
sularında   daim   olması,   müəyyən   dərəcədə   çoxlu
miqdarda   cansız   üzvi   maddələr   kütləsinin   olması   ilə
əlaqədardır. 
Qarışıq   meşələr   zonasında   kimyəvi   elementlər
balansının   öyrənilməsi   göstərir   ki,   bütün   biokütləyə
nisbətən meşə döşənəyinin kütləsi 5-7 dəfə azdır, lakin
kül elementləri o qədər az deyil. İl ərzində meşə bitkiləri
5 Lessivaj – fransızca yuyulma deməkdir.
41


tərəfindən   mənimsənilən   bu   elementlərin   miqdarı,   xeyli
dərəcədə töküntülərin tərkibində geri qaytarılmaqla bərpa
olunur.
Meşə   biosenozlarında   kül   elementlərinin   əsas
mənbəyi   meşə   döşənəyidir.   Cansız   üzvi   maddələr,
mikroorqanizmlər tərəfindən tədriclə parçalanaraq, bitkilər
üçün   mənimsənilə   bilən   formada   vacib   elementlər
verməklə, bitkilərin boy və inkişafını tənzim edir.
Hesablamalar   göstərir   ki,   silisiumun,   dəmirin,
alüminiumun,   manqanın     miqdarı   döşənəkdə   o   qədər
çoxdur   ki,   bitkiləri   on   illər   müddətində   təmin   edə   bilər.
Döşənəkdən   kənar   edilən   bu   elementlərin   yalnız   bir
hissəsi bitkilər tərəfindən   mənimsənilir və buna görə su
miqrasiyasına cəlb edilir. Azot və kalium kimi elementlər
cansız   üzvi   maddələrdən   azad   olduqda   demək   olar   ki,
bütünlüklə bitkilər tərəfindən  udulur.
Beləliklə, təsvir olunan torpaqlar, birincisi, A
0
 qatında
kimyəvi elementlərin möhkəm birləşməsi, ikincisi, yuxarı
qatlardan   mineral   kütlənin   daha   aktiv   komponentlərinin
yüksək   enerji   ilə   yuyulub   onların   aşağıda   qalın   qatda
toplanması ilə səciyyələnir. Nəticədə üst qatın tərkibində
bir çox kimyəvi elementlərin, xüsusilə mikroelementlərin
miqdarı azalır. 
  
13.4. Qarışıq meşə zonasının hidromorf torpaqları.
Tayqa meşə landşaftlarının avtomorf torpaqlarından
yuyan   su   rejimi   tipi   sayəsində   yuyulan   kimyəvi
elementlərin   xeyli   hissəsi   qrunt   sularına   daxil   olur.
Kimyəvi elementlər qrunt suları ilə suayrıcılarından alçaq
42


yerlərə   doğru   miqrasiya   edərək   alçaq   sahələrin
torpaqlarında proqressiv sürətdə toplanır.
Çay   aralarında   iynəyarpaqlı   meşələrin   və   şiddətli
yuyan su rejiminin uzun müddət üstünlüyü qalır. Torpaq
qatının   yuxarı   hissəsinin   yuyulması   prosesi   bilavasitə
meşə döşənəyinin qatı altında, qalın podzol qatının əmələ
gəlməsi   torpaq   qatının   əmələ   gəlməsinə   səbəb   olur.
Meşələrdə   ot   bitkiləri   deyil   mamırlar   inkişaf   etməsi
meşənin   qırılmış   və   digər   seyrək   sahələrində
bataqlıqlaşma   və   bir   sıra   kimyəvi   elementlərin
çatışmaması ilə bağlıdır. Belə ki, ot bitkilərinin özlərinin
inkişafı   üçün   burada   əlverişli   şərait   tapa   bilməməsinin
əsas   səbəbi   onun   kül   elementlərinə   olduqca   yüksək
tələbkar olmasıdır.
Torpaqəmələgəlmə
 
şəraiti
 
suayrıcıların
yamaclarında tamamilə  dəyişir. Suayrıcıların sahələrində
yuyulan   kimyəvi   elementlərin   bir   hissəsi   torpaq   qrunt
qatının   yuxarı   hissəsinə   daxil   olaraq   kül   elementləri   ilə
qidalanmayan   tələbkar   olan   bitkilərin   –   enliyarpaqlı
meşələrin və kül elementləri ilə daha zəngin  ot bitkilərinin
sürətli inkişafına səbəb olur. Kimyəvi elementlərin böyük
hissəsi   relyefin   alçaq   hissələrinə   daxil   olaraq   orada
bataqlıqlaşma   və   alt   bataqlıq   formasını   əmələ   gətirir.
Alçaq bataqlıqların  bitki örtüyünün  səciyyəvi xüsusiyyəti
tərkibində   kül   elementləri   xeyli   aşağı   olan   üst   bataqlıq
bitki   örtüyünə   nisbətən   kül   elementləri   ilə   zəngin
olmasıdır.   Üst   bataqlıq   torfunun   tərkibində   1-5   %   kül
vardır,   alçaq   bataqlıq   torfunun   tərkibində   isə   kül
elementlərinin miqdarı isə onlarla faizdir.
43


Alçaq bataqlıqların torpaq profilində torf qatı (A
T
) və
humus qatı (A
1
) ayrılır ki, onlardan aşağıda göyümtül-boz
qleyli qat yerləşir. Qleyli qatdan yuxarıda dəmir iki oksidin
və   manqanın   yenitörəmələrinin   əmələ   gəlməsi
suayrıcılarında   torpaq   əmələ   gəlmə   nəticəsində   qrunt
sularının dəmir və manqanla zəngin olması ilə bağlıdır.
Keçmiş zamanlardan bu yenitörəmələr dəmir almaq üçün
istifadə edilir. Bundan başqa bəzi halarda filizli və qleyli
qatların   sərhəddində   dəmir   fosfatların   toplantısına   rast
gəlinir. Bu torpaqlar alçaq bataqlıqların  torflu-çürüntülü
torpaqları adlanır. 
Bəzi hallarda,  torflu-çürüntülü torpaqların tərkibində,
yeraltı (lay) sularla əlaqədə olan qrunt suları təsir göstərir.
Bunlarla yanaşı Şərqi Avropa ovalığının mərkəzi rayonları
şəraitində   onların   tərkibində   xeyli   miqdarda   kalsium
vardır. Bu zaman qalın çürüntü qatı, bəzən də əhəng tufu
şəklində kalsium karbonatın yığıntıları, bataqlıq mergelləri
və s. əmələ gəlir.
Beləliklə,   tayqa-podzol   zonasının   qapalı,   çökək
mezo   və   mikrorelyefində   hidromorf   torpaqların   kimyəvi
tərkibi   mühüm   dərəcədə   suayrıcı   sahələrində   torpaq
əmələgəlmənin xarakteri ilə müəyyən edilir. Başqa sözlə,
suayrıcı   qapalı   depressiya   sistemində   bilavasitə
geokimyəvi   tabelilik   vardır.   Avtomorf   və   hidromorf
torpaqəmələgəlmənin   daha   mürəkkəb   qarşılıqlı
münasibəti çay subasarlarında əmələ gəlir. 
Subasar   torpaqlar  tayqa-podzol   zonasının   8%-ə
yaxın sahəsinin tutur (N.R.Remezova görə, 1963). Hər il
baş   verən   yaz   daşqınları   və   qrunt   suları   səviyyəsinin
44


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə