Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə8/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   ...   4   5   6   7   8   9   10   11   ...   68

yaxud   qeyri-düzgün   çevrəli   mikroskopik   laxtalar   əmələ
gətirir. Nəticədə bütün torpaq qonur, bəzən paslı – qonur
rəng   alır.   Mütəhərrik   formalı   dəmirin   və   qismən   gilli
hissəciklərin   yuyulması   ilə   ağımsov   qat   əmələ   gələn
podzol   torpaqlardan   fərqli   olaraq,   qonur   tayqa
torpaqlarından   toplanan   dəmir-   humus   birləşmələri   ilə
birlikdə bütün profil boyu paylanır. Buna görə də bəzən
tədqiqatçılar   qonur   tayqa   torpaqlarını   dəmirləşmiş
torpaqlar adlandırırlar.
Humus   maddələrinin   və   dəmirin   metal   –   üzvi
birləşmələrinin   çökməsi   bilavasitə   döşənəcəkdən   sonra
başlayır, profil boyu aşağıya doğru rəngin parlaqlığı azalır.
Humusun və dəmirin belə yayılma səbəbi kifayət qədər
aydın  deyildir.    Belə   güman   edilir  ki,   daimi  donuşluğun
ekranlı   təsiri   altında   podzollaşma   prosesi   pozulur   və
torpaqəmələgətirən   məhsulların   profildən   kənara
aparılması   çətinləşir.   Bəzi   xəritələrdə   qonur   tayqa
torpaqları  dəmirləşmiş   donmuş   –   tayqa   torpaqları
adlanır.  Belə   görünür   ki,   bu   torpaqların   xüsusiyyətlərini
müasir torpaqəmələgəlmə şəraitinin bütün yekunu ilə izah
etmək lazımdır.
Fulvoturşuların   çoxlu   miqdarda   əmələgəlməsi
nəticəsində qonur tayqa torpaqları şiddətli turş reaksiyaya
malikdir, su çəkimində pH-ın  qiyməti  adətən            4-5-ə
bərabərdir,   həm   də   bunun   ən   az   miqdarı   töküntülər
altında humus qatında nəzərə çarpır. Belə ki, bu torpaqlar
adətən   qumsal   yaxud   qumsal-iriqumlu   tərkibə   malik
yumşaq   çöküntülər   üzərində   əmələ   gəldiklərindən   gilli
mineralların   miqdarı   adətən   böyük   deyil.   Bununla
əlaqədar olaraq udma tutumu böyük deyil. Üst qatlarda
29


üzvi   maddələrin   miqdarı   artdıqda   udma   tutumu   da
yüksəlir. 
Qeyd etmək lazımdır ki, turş qonur tayqa torpaqları
təkcə   Mərkəzi   və   Şərqi   Sibirdə   deyil,   həm   də   başqa
regionlarda   da,   xüsusilə   Şimali   Amerikada   geniş
yayılmışdır. Orada bu torpaqlar böyük qruplar təşkil edir
və   onların   daxilində   nəinki   yarımtiplər,   həm   də   tiplər
ayrılırlar.
Turş   qonur   tayqa   torpaqlarının   Şərqi   Sibirin
hidromorf   (bataqlı)   torpaqlar   ilə   geokimyəvi   əlaqəsi
lazımınca öyrənilməmişdir. 
Soyuq humid şəraitdə vulkan gilləri üzərində baş
verən  torpaqəmələgəlmə prosesləri  xüsusi torpaqların
əmələ   gəlməsinə   gətirib   çıxarır.   Belə   torpaqlar
Kamçatkada yayılmışdır. Onlar üst kobud humus qatına
malikdir ki, bu qatdan fulvoturşular yuyularaq turş mühitin
yaranmasına səbəb olur. Bu torpaqların   xüsusiyyətləri–
onların   narın   dispers   hissəsində   amorf   allofonoidlərin
üstünlük təşkil etməsidir. 
Yakutiya–Vilyuy   ovalığının   torpaq   örtüyü   xeyli
orijinaldır.   Burada   torpaqəmələgətirən   süxurlar
lösəbənzər gilicələrdən ibarətdir. Relyef əsasən en kəsiyi
1-3km olan termokarst çökəklikləri olan maili dalğavaridir.
Yakutiya–   Vilyuy   ovalıqlarının   bitki   örtüyü   tayqa   zonası
fonunda   qara   şam   meşələri,   mamırlı-otlu   bataqlıqlar  və
toz   ağacı   sahələri   ilə   qarışan   taxıl   və   taxıllı–yovşanlı
bozqırların yayılması ilə fərqlənir. Çoxillik donuşluq 1m-yə
yaxın dərinlikdə yerləşir.  
Burada  donmuş   açıq   küləşi   rəngli   torpaqlar
yayılmışdır.  Onlar 3-4% humusu,   zəif  qələvi  reaksiyası,
30


udulmuş   kationlar   arasında   natrium   olan   çim   qatına
malikdirlər. Bu element torpaq aqreqatlarının dağılmasına
və narın dispersli hissəciklərin yuyulmasına şərait yaradır.
Bozqır bitkiləri altında tərkibində  6-10%-ə qədər humus
olan   qaratorpağabənzər     bozqır   torpaqları   yayılmışdır.
Udulmuş   natriumun   olması   narın   dispersli   hissəciklərin
torpaq profilinin üst qatlarından toplanma qatlarına (illüvial
qata) aparılmasına səbəb olur. 
Geokimyəvi   əlaqələnmə   prosesi   nəticəsində
Yakutiyanın   hidromorf   torpaqlarında   natrium   toplanır.
Buna   iqlimin   ekstrakontinentallığı   və   donuşluq   üzərində
duzların   toplanması   əlverişli   şərait   yaradır.   Bir   sıra
rayonlarda,   xüsusilə   Lena   və   Vilyuy   çaylarında
subasarların üst terraslarında şoranlar nəzərə çarpır. 
12.5. Tayqa-meşə zonası torpaqlarının bəzi
coğrafi xüsusiyyətləri
Nəhəng   tayqa   meşə   qurşağı   bir   neçə   iri   torpaq
vilayətlərinə   bölünür.   Məsələn,   təkcə   keçmiş   SSRİ
ərazisində torpaq – coğrafi rayonlaşma sxemi üzrə tayaq
- meşə qurşağını bioiqlim xüsusiyyətlərinə görə aşağıdakı
üç vilayətə ayırırlar:
1) Şərqi   Avropa   və   Qərbi   Sibir   tayqasını
birləşdirən Mərkəzi tayaq  - meşə vilayəti.
2) Yeniseydən   şərq   tərəf   yerləşən   Şərqi   Sibir
donuşlu – tayqa vilayəti.
3) Kamçatka, Saxalin və Amurun aşağı rayonlarını
əhatə edən Uzaq – Şərq tayqa - çəmən – meşə vilayəti.
31


M.A.Qlazovskaya   bir   qədər   daha   məhdud   torpaq
vilayətlərini  ayırır.  Məsələn,   o,  vahid   Mərkəzi   tayaqa     -
meşə   vilayəti   əvəzinə   Baltik-kristallik   qalxanı   ərazisində
yerləşən   Şimali-Avropa   (Fennoskandinav)   və   Şərqi-
Avropa düzənliyinin isə Şimal yarısını əhatə edən Avropa-
Sibir torpaq vilayətlərini ayırır. M.A.Qlazovskaya, Mərkəzi
Yakutiya   tayqa   –   çəmən   bozqırlarını   da   sərbəst   torpaq
vilayəti   kimi   ayırır.   Bu   vilayətlərin   daxilində   torpağın
quruluş   və   tərkib   xüsusiyyətlərinə   görə   fərqlənən
yarımzonalar və rayonlar vardır.
Keçmiş   Sovet   İttifaqından   kənarda   da   tayaq     -
meşə zonasının torpaq örtüyü eyni deyildir. Qərbi Avropa
Fennoskandinaviyadan   şimala  səthi   qleyli-podzollu  və
illuvial-humusu   podzollu   torpaqlar   yerləşir.   İllüvial
dəmirli   podzollar   və   podzollu   torpaqlar  isə   cənubda
yerləşir. Kanadanın Şimal hissəsində və Alyaskada  turş
qonur tayqa torpaqları yayılmışdır.
12.6. Tayqa meşə zonası torpaqlarının kənd
təsərrüfat istifadəsi
Tayqa   meşə   zonası   torpaqlarının   kənd
təsərrüfatında   istifadəsi   çox   böyük   çətinliklərlə
əlaqədardır.   Bütün   zona   ərazisində   kənd   təsərrüfat
bitkiləri üçün qeyri əlverişli iqlim şəraiti, Avropa hissəsinin
şimalında torpaqların daşla zənginliyi, hər yerdə, xüsusilə
Qərbi-Sibir   düzənliyi   daxilində   sahələrin   bataqlaşması,
Yeniseydən   şərqə   tərəf   qruntun   çoxillik   donuşluğunun
mövcud   olması   –   bütün   bunlar   əkinçiliyin   inkişaf
etdirilməsinə çox mane olur. Bununla belə Şərqi Avropa
32


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə