Ii hiSSƏ torpaq tiPLƏRİNİn coğrafi İcmali



Yüklə 132,54 Kb.
Pdf görüntüsü
səhifə4/68
tarix26.01.2018
ölçüsü132,54 Kb.
#22476
1   2   3   4   5   6   7   8   9   ...   68

olmayan qalınlığa malikdir. A
T   
qatından aşağı "B" qatına
tədricən   keçən,   morfoloji   cəhətdən   torpaqəmələgətirən
süxurlardan  çox zəif fərqlənən qəhvəyi-qonur rəngli nazik
humus qatı yerləşir. 
 
 
  
Şəkil 11.3. Tundra landşaftlarının torpaqları.
Torpaq-qrunt kütləsinin vaxtaşırı donma və açılma
prosesləri və bu halda onun dəfələrlə  bir-birinə qarışması
aydın qatlı profilin əmələ gəlməsinə mane olur. 
Torflu qat, adından göründüyü kimi, əsas etibarilə
üzvi   maddələrdən   ibarətdir.   A
2
  qatında   (torfsuz   qatda)
humusun miqdarı azdır, adətən 1-3%-dən  artıq  deyildir.
13


Humusun   tərkibində   asan   həll   olan   sulfat   birləşmələri
daha   çoxdur.   Bunun   nəticəsi   olaraq   turş   qonur   tundra
torpaqları aydın ifadə edilən turş reaksiyaya malikdir. Bu
torpaqların üst qatının sulu çəkimində pH-ın qiyməti 5-ə
yaxındır. Profilin aşağı qatlarında    pH-ın qiyməti 5,5-6-ya
kimi arta bilir.
Kimyəvi   analizin   nəticələri     turş   qonur   tundra
torpaqlarının   profili   boyu   maddələrin   yenidən
paylanmasını   təsdiq   edir.   Udulmuş   kationların   miqdarı
bütünlükdə çox deyil, torflu qatda onlar daha çoxdur. Bu,
kationların   biogen   yolla   toplanması   və   onların   məhv
olmuş   üzvi   maddələrin     parçalanması   zamanı   əmələ
gəlməsilə   izah   edilir.   Mütəhərrik   humus   birləşmələri   A
T
qatından  yuyulurlar.  Bu  halda  onlar  dəmir,  alminium  və
bəzi   seyrək   yayılmış   kimyəvi   elementlərlə   birləşmələr
əmələ   gətirərək   A
T
  qatından   yuyulur   və     "B"   qatında
toplanırlar.Qeyd etmək lazımdır ki, bu elementlərin gözlə
görülə bilən toplantısı tamamilə nəzərə çarpmır. 
Qleyli-tundra   torpaqları    turş   qonur   tundra
torpaqlarından   fərqli   olaraq   torpaq-qrunt   sularının   çətin
drenaj olunduğu və oksigenin çatışmadığı şəraitdə əmələ
gəlir.   Bu   topaqların   formalaşması   pis   drenaj   olunan
düzənliklərdə suların uzun  müddət  durğun fonunda zəif
parçalanmış   suayrıcılarında,   çox   zaman   çox   illik
donuşluğun   səthində gedir. Bu torpaqlar mamırlı-şibyəli
və   kollu   tundra   yarımzonalarının   alçaq   düzənliklərində
geniş   yayılmışdır.   Bu   torpaqların   profili   üçün   torpaq
qatının   su   ilə   doyma   şəraitinə   reaksia   prosesləri
nəticəsində əmələ gələn qleyli qatın olması səciyyəvidir.
Burada dəmirin, dəmir iki oksid formasında toplanması,
14


qleyli qatın göyümtül-boz rəng almasına səbəb olur. Bu
qat   bilavasitə   humus   qatının   altında   yerləşir   və   çoxillik
donuşlu   qatın   üst   səthinə   qədər   davam   edir.   Bəzən
humus   qatı   ilə     torpaqların   profilinin   qleyləşmiş   hissəsi
arasında boz-paslı ləkələrlə növbələşən nazik ləkəli qat
yerləşir.  Qleyli-tundra torpaqlarında humusun miqdarı 1-
3%-ə qədərdir. Reaksiyası isə neytrala yaxındır.
Nisbətən   yumşaq   iqlim   şəraiti   ilə   fərqlənən
tundranın   cənub   yarımzonası   torpaqarında   yaxşı   ifadə
olunan torf qatı formalaşır. Bu halda  torflu-qleyli-tundra
torpaqları  ayrılır. 
Çoxillik   donuşluğun   dərində   yerləşdiyi   şəraitdə
qleyli-tundra   torpaqları   daha  çox  yuyulmuş   olur   və   turş
reaksiyaya malikdir. 
Tundranın       cənub   yarımzonasının   mənfi   relyef
elementlərində    bataqlı–tundra   torpaqları  əmələ   gəlir.
Onların formalaşması  qleyli-tundra torpaqlarının yayıldığı
sahələrdən   axıb   gələn     suların   təsiri   altında   baş   verir.
Yamaclarda,   daha   kontinental   şəraitlərdə  tundra-
şoranları formalaşa bilir(J. A.Liveroski, 1965).
Çimli   turş   torpaqlar  tundrada   ot   bitkiləri   (çimli-
taxıl) altında, yaxşı drenaj olunma şəraitində əmələ gəlir.
Onlar   qida   elementlərinin   nisbətən   yüksək   miqdarı   ilə
fərqlənirlər   (ana   süxurların   kalsiumla   zəngin   olması
hesabına,   yaxud   çayların   subasarında   yerləşməsi
nəticəsində),   yaxşı   ifadə   edilmiş,   çim   və   humus   qatları
vardır. Tərkibində yüksək miqdarda humusa (5-10%) və
zəif turş, demək olar ki, neytral reaksiyaya malikdir.
Tundranın   cənub   hissəsində   4-5   m-ə   qədər
qalınlığı   olan   poliqonal   torfluqlara   rast   gəlinir   ki,   buda
15


tundranın   müasir   şəraiti   üçün   qeyri   adi   dərəcədə
böyükdür.
Torfluqlarda ağac gövdələri kötüklərinin qalıqlarına
rast   gəlinir.   Torfluqların   aşağı   hissəsi   daimi   donmuş
vəziyyətdə   olur,   səthi   isə   adətən   şaxta   vuran   çatlara
parçalanmış   və   qabarmışdır.   Bu   torfluqlara   holotsenin
ortasında   az   sərt   iqlim   şəraitində,   müasir   tundranın
yerində tayqa və meşə tundra landşaftı yayıldığı zaman
meydana gəlmiş çox qədim (relikt) törəmə kimi baxılır.
11.4. Arktika və tundra landşaftı torpaqlarının
kənd təsərrüfat istifadəsi
Tundra şimal maralçılığının yem bazası kimi böyük
əhəmiyyətə   malikdir.   Əsas   otlaqlar   mamırlı-şibyəli   və
kolluqlu   tundralar,   həmçinin   holofit
3
 
sahil
çəmənliklərindədir. Arktika tundra isə maralçılıq üçün az
yararlıdır.
Tundra   zonasında   əkinçilik   yalnız   son   dövrlərdə
inkişaf etməyə başlamışdır. Qütb dairəsindən şimala kənd
təsərrüfatı   bitkilərinin  yayılmasında  keçmiş  SSRİ   Elmlər
Akademiyası   Qütb   botanika   bağı   əməkdaşlarının
tədqiqatları   və   Xibində   olan   Ümumittifaq   bitkiçilik
institutunun   qütb   təcrübə   stansiyası,   həm   də   Naryan
Mardakı   kənd   təsərrüfatı   təcrübə   stansiyası   mühüm   rol
oynamışdır.
Hal-hazırda tundra zonasının bir sıra rayonlarında,
xüsusilə   iri   sənaye   mərkəzlərinin   (Noril,   İqarka   və   b.)
holofitlər şoranlıqda bitən bitkilərə deyilir.
16


Yüklə 132,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə