İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə21/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   17   18   19   20   21   22   23   24   ...   231

Nəhayət, Rastinyak Elder küçəsinə çatdı, qrafinya de Res- tonun 

harada yaşadığını soruşdu. Ejen, son nöqtədə qalibiyyət qazanacağına 

inanan  bir  adam  kimi,  onun  həyətdən  piyada  keçdiyini  görən  və 

darvazanın  yanında  belə  ekipaj  gurultusunu  eşitməyən  nökərlərin 

nifrət  dolu  baxışlarına  dilsiz  bir  hiddətlə  dözməyə  məcbur  oldu.  Bu 

baxışların  təsirli  olmasına  səbəb  var  idi.  Ejen  vəziyyətinin 

miskinliyini hələ həyətə daxil olmamışdan əvvəl duymuşdu. Həyətdə 

varlı  bir  həyatdan  xəbər  verən  və  Parisin  bütün  nemətlərindən  zövq 

almağa  öyrənmiş  bir  həyatı  andıran  bəzəkli  kabrioletə  qoşulmuş  və 

qiymətli  qoşqu ləvazimatı  olan  gözəl  bir  at  ayaqlarını  yerə  döyürdü. 

Ejen tamamilə yalqız olduğunu hiss etdiyindən kədərləndi. Beynində 

açılan  və  fikirlə  dolu  olduğunu  zənn  etdiyi  qutular  bağlandı  - 

axmaqlığını hiss etdi. Lakey gələn qonağı qrafinyaya xəbər verməyə 

getdiyi  zaman,  Ejen  dəhlizdəki  pəncərənin  yanında  bir  ayağının 

üstündə dayanıb, rəzəyə söykənmiş halda cavab gözləyir və biixtiyar 

həyəti  seyr  edirdi.  Vaxt  çox  uzandı,  cənublulara  məxsus  inadı 

olmasaydı, bəlkə də, çıxıb gedərdi. Bu inad, qorxmadan hərəkət etdiyi 

zaman, xariqələr yarada bilərdi. 

Lakey qayıdıb gəldi. 

-

 



Cənab,  -  dedi,  -  qrafinya  buduardadır  və  çox  məşğuldur,  o, 

mənə bir cavab vermədi. Əgər arzu edirsinizsə, qonaq salonuna keçə 

bilərsiniz: orada artıq başqa bir qonaq da var. 

Rastinyak öz sahiblərini ancaq bir sözlə mühakimə etməyə qadir 

olan  bu  nökərlərin  dəhşətli  hökmünə  heyrətlənərək,  ehtimal  ki,  evin 

quruluşuna  bələd  olduğunu  bu  arsız  lakeylərə  göstərmək  niyyəti  ilə, 

lakeyin  yenicə  çıxdığı  qapını  cəsarətlə  açdı,  lakin  yanılaraq,  bufetə, 

içərisində  çıraq  olan  və  hamam  mələfələrini  qurudan  cihazın 

qoyulduğu  otağa  keçdi.  Bu  otaqdan  qaranlıq  bir  dəhlizə  və  içəri 

pilləkənə  yol  gedirdi.  Ejen  arxasında  boğuq  qəhqəhə  səsi  eşitdi;  o, 

özünü lap itirmişdi. 

Lakey yeni istehza kimi səslənən qondarma bir ehtiramla... 

-

 

Cənab, - dedi, - qonaq otağı bu tərəfdədir, buyura bilərsiniz. 



Ejen  tez  geri  döndükdə  ayağı  vannaya  ilişsə  də,  xoşbəxtlikdən, 

şlyapasını  suya  düşməyə  qoymadı.  Bu  halda  kiçicik  çıraqla 

işıqlandırılmış dəhlizin sonunda bir qapı açıldı. Rastinyak qrafinya de 

Resto ilə Qorio atanın səsini və eyni zamanda öpüş marçıltısını eşitdi. 

Ejen yemək otağına daxil olaraq lakeylə birlikdə bu otaqdan 

65 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

keçdi  və  birinci  qonaq  salonuna  çatdı.  Bu  otaqdan  həyətin  görün-



düyünü duyub, pəncərənin yanında dayandı. O, Qorio ataya baxmaq 

istəyirdi;  doğrudanmı  o,  həmin  Qorio  ata  idi?  O,  Votrenin  dəhşətli 

mülahizələrini  yadına  saldı.  Ejenin  ürəyi  şiddətlə  döyünürdü.  Lakey 

Rastinyakı ikinci qonaq salonunun qapısında gözləməkdə idi. Birdən 

salondan qəşəng geyimli bir gənc çıxaraq, səbirsizliklə dedi: 

-

 



Moris, mən gedirəm, qrafinyaya deyərsiniz ki, mən onu yarım 

saatdan artıq gözləməyə məcbur oldum. 

Həyasız olmağa, şübhəsiz, haqqı olan bu arsız adam, astadan bir 

italyan ruladasını oxuya-oxuya, tələbənin kimliyini aydınlaşdırmaq və 

həyətə baxmaq üçün Ejenin dayandığı yerə doğru irəlilədi. 

Moris yenə dəhlizə qayıdaraq: 

-

 

Xeyr,  cənab  qraf,  -  dedi,  -  bir  dəqiqə  də  gözləsəniz,  yaxşı 



olardı, qrafinya işlərini qurtarmışdır. 

Elə bu zaman Qorio ata həyət pilləkəni ilə darvazaya doğru endi. 

Qoca  darvaza  qapılarının  taybatay  açıq  olduğunu  sezmədən,  çətirini 

düzəldib,  yenicə  açmaq  istəyirdi  ki,  birdən  içəriyə  bir  tilbüri  daxil 

oldu. Tilbürini sürən yaxası ordenli bir gənc idi. Qorio ata atın altında 

qalmamaq  üçün  tez  kənara  çəkildi.  At  çətirdən  ürkərək,  yan  tərəfə 

atıldı və alaqapıya doğru çapdı. Tilbüridəki gənc boylanıb Qorio atanı 

gördü,  gərəkli  sələmçilərə  bəslənilən  məcburi  hörmət,  yaxud  ləkəli 

bir  adama  hadisələrin  məcburiyyəti  altında  göstərilən,  lakin  sonra 

qızarmağa səbəb olan bir ehtiramla Qorio atanı salamladı. Qorio ata 

xeyirxahlıqla  dolu  dostyana  bir  tövrlə  onun  salamına  cavab  verdi. 

Bütün  bu  hadisə  ildırım  sürəti  ilə  baş  vermişdi.  Bütün  diqqəti  bu 

hadisədə  olan  Ejen  salonda  tək  olmadığını  belə  unutmuşdu.  Birdən 

qrafinya de Restonun səsi eşidildi. 

Qrafinya məzəmmət və yüngül bir narazılıq ifadə edən tövrlə: 

-

 



Maksim, necə, siz gedirsiniz? - dedi. 

Qrafinya  tilbürinin  gəldiyini  görməmişdi.  Rastinyak  kəskin  bir 

hərəkətlə  dönərək,  qrafinyanı  gördü:  o,  əyninə  ağ  kəşmiri  şaldan 

tikilmiş,  açıq-qırmızı  rəngli  bantları  olan  bir  penüar  geymiş  halda, 

səhərlər Paris qadınlarına məxsus bir ehtiyatsızlıqla daranmış saçları 

ilə  Rastinyakın  qarşısında  dayanmışdı.  Onun  vücudundan  ətir 

yayılırdı. Yenicə vanna qəbul etmiş olduğu görünürdü. Onun, sanki, 

yumşalmış gözəlliyində daha həssas bir təbiət duyulurdu. 

66 

downloaded from KitabYurdu.org




Gözləri nəm görünürdü. Gənclərin gözləri hər şeyi görməyə qadirdir, 

bir  bitki  özünə  lazım  olan  dirilik  maddələrini  havadan  çəkdiyi  kimi, 

gənclərin  hissləri  də  qadının  saçdığı  nurla  birləşir.  Odur  ki  Ejen  bu 

qadının  əllərinə  toxunmasa  da,  bu  əllərin  gənclik  təravətini  hiss  edə 

bilərdi.  Kəşmiri  penüarın  arasından  açıq-cəhrayı  döşünün  gözəlliyi 

hiss olunurdu. Penüar xəfifcə açıldığı zaman döşü də açıq görünürdü. 

Ejen  sərsəm  baxışlarla  bunu  bir  an  seyr  etdi.  Qrafinyanın  korsetə 

ehtiyacı  yox  idi:  onun  belinin  incəliyini  kəmərin  taxıl-  masından 

anlamaq  olurdu.  Boynu  məhəbbətə  çağırırdı,  ayaqqabılı  ayaqlarında 

ayrı  gözəllik  vardı.  Maksim  onun  əlini  öpmək  istədiyi  zaman  Ejen 

Maksimi, qrafinya isə Ejeni görmüş oldu. 

Qrafinya ağıllı adamların ibrət aldıqları bir tövrlə: 

-  Sizmisiniz, müsyö  de Rastinyak,  -  dedi,  -  mən sizi  gördüyümə 

çox şadam. 

De  Tray  çağırılmamış  qonağı  getməyə  məcbur  edə  biləcək 

mənalı bir nəzərlə gah Ejenə, gah da qrafinyaya baxırdı. 

“Bu  nədir!  Əzizim,  mən  ümidvaram  ki,  sən  bu  həyasızı  bayıra 

atacaqsan!” Bu fikir qrafinya Anastazinin Maksim adlandırdığı məğ-

rur  və  arsız  gəncin  baxışındakı  mənanı  aydın,  dəqiq  ifadə  edirdi. 

Qrafinya Maksimə, qadının bütün sirlərini özündən asılı olmadan üzə 

çıxaran bir itaətkarlıqla baxırdı. 

Rastinyakın qəlbində bu gəncə qarşı dərin nifrət hissi oyandı. Hər 

şeydən əvvəl, Maksimin sanşın, qəşəng qıvırcıq saçlanndan Rastinyak 

başa  düşdü  ki,  öz  saçları  nə  qədər  iyrənc  şəkildə  daranmışdır. 

Maksimin  ayaqlarında  zərif,  təmiz  çəkmələri  vardı,  halbuki  Ejenin 

çəkmələrində,  bütün  səyinə  baxmayaraq,  nazik  toz  təbəqəsi 

görünürdü. Bundan başqa, bu şıq gəncin əynindəki sürtük vücudunu 

zərif  şəkildə  sarıyaraq,  onu  gözəl  qadına  oxşatdığı  halda,  Ejenin 

əynində  gündüz  vaxtı,  saat üçün  yarısında,  qara  frak  vardı.  Şaranta* 

sahillərindən  gəlmiş  olan  bu  ağıllı  gənc,  yetimləri  belə  soya  biləcək 

insanların  mühitinə  mənsub  olan  bu  ucaboylu,  nazik  bədənli,  aydın 

baxışlı,  solğun  bənizli  şıq  gəncin  kostyumunun  nə  qədər  böyük 

üstünlük yaratdığını təsəvvürünə gətirə bilərdi. 

Qrafinya  de  Resto  Rastinyakın  cavabını  gözləmədən,  penüarı- 

nın  ətəklərini  sallaya-sallaya,  quş  kimi  ikinci  qonaq  otağına  uçdu. 

Penüarın  ətəkləri  büzülür,  dalğalanır,  qrafinyanı  kəpənəyə  oxşadırdı. 

Maksim də onun arxasınca getdi. Hiddətlənən Ejen Maksimlə 

67 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə