DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
qrafinyadan ayrılmadı, onları təqib etdi... Hər üçü böyük qonaq
salonunun ortasında toplaşdı. Tələbə nifrət bəslədiyi Maksimə maneə
olduğunu gözəlcəsinə başa düşürdü. Bununla belə, qrafinyanın
məmnun qalmamasına səbəb olmaqdan qorxmayaraq, bu şıq gəncə
mane olmağa qərar verdi. Ejen bu gənci madam de Boseanın balında
gördüyünü xatırlayaraq, bir an içində, Maksimin qrafinya de
Restonun yanında nə rol oynadığını dərhal duymuşdu. O, böyük
axmaqlıqlara, yaxud böyük müvəffəqiyyətlərə səbəb olan bir gənclik
cəsarəti ilə özünə dedi ki: bax bu, mənim rəqibimdir, mən onun
üzərində qələbə çalmaq istəyirəm!
Düşüncəsiz gənc! O, qraf Maksim de Trayın, təhqir edildiyi
zaman, birinci atəş açdığını və düşmənini öldürdüyünü bilmirdi. Ejen
təcrübəli ovçu olsa da, hələ tirdəki iyirmi iki hədəfdən iyirmisini
vurmaq iqtidarında deyildi.
Gənc qraf buxarının yanındakı dərin kresloda əyləşərək, elə bir
hiddət və təəssüflə maşanı götürüb kömürü qarışdırmağa başladı ki,
Anastazinin gözəl üzünü dərhal duman bürüdü. Gənc qadın üzünü
Ejenə çevirib, təəccüb dolu soyuq nəzərlə ona baxdı. Bu baxış
tamamilə aydın şəkildə yalnız bunu ifadə edirdi: “Bəs siz nə üçün
çıxıb getmirsiniz?” Bu baxışın mənası o qədər aydın idi ki, yaxşı
tərbiyə görmüş adamlar dərhal vidalaşmaq üçün söylənilə biləcək
ifadələri düşünməyə vadar olardı.
Ejen xoş təbəssümlə gülümsəyərək, cavab verdi:
-
Madam, mən sizi görmək arzusunda idim, çünki...
Onun sözləri yarımçıq qaldı. Qapı açıldı. Birdən-birə içəri til-
bürini sürən şlyapasız cənab daxil oldu. O, qrafinyaya salam belə
vermədən, qəmli nəzərlə tələbəyə baxdı və əlini Maksimə uzadaraq,
Rastinyakı heyrətləndirən bir qardaşlıq ədası ilə “Hər vaxtınız xeyir!”
dedi. Əyalət gəncləri üçlük həyatının bütün gözəlliklərindən bixə-
bərdirlər.
Qrafinya ərini Ejenə təqdim edərək:
-
Müsyö de Resto, - dedi.
Ejen ehtiramlı bir təzimlə ona cavab verdi.
Qrafinya, Ejeni qraf de Restoya təqdimlə, sözünə davam edərək:
-
Müsyö de Rastinyak, - dedi. - O, Marsiyyaklar vasitəsilə
vikon- tessa de Boseanın qohumlarından sayılır. Mən onunla son
balda görüşmək şərəfinə nail oldum.
68
downloaded from KitabYurdu.org
Qrafinya bu sözləri yalnız seçmə adamları qəbul etdiyini sübut
etmək istəyən ev sahibinə məxsus bir vüqarla, demək olar ki, təm-
təraqla söyləmişdi. “Marsiyyaklar vasitəsilə vikontessa Boseanın
qohumu” sözləri sehrkar təsir göstərdi: qraf rəsmi, soyuq ədasını tərk
edərək, Ejeni salamladı və:
-
Sizinlə tanış olmağıma çox şadam, - dedi.
Qraf Maksim de Tray belə təşvişli bir nəzərlə Rastinyaka baxdı
və dərhal həyasız görünüşü dəyişdi. Amiranə bir şəxsin adının çəkil-
məsi sayəsində sehrbaz əlinin təması ilə cənublu gəncin beynindəki
otuz qutunun hamısı birdən-birə açılaraq, hazırlanmış mahiranə söz-
ləri yenə Ejenə qaytardı. Onun üçün hələ məchul olan yüksək Paris
cəmiyyətinin havasını, sanki, birdən-birə günəş işıqlandırdı.
“Vokenin evi”, Qorio ata onun fikirlərindən çəkilərək, uzaqlarda
gözdən itdi.
Qraf de Resto:
-
Mən Marsiyyaklar nəslinin sona çatdığını zənn edirdim, -
dedi.
Ejen:
-
Bəli, - deyə cavab verdi. - Mənim babamın qardaşı şevalye de
Rastinyak, de Marsiyyak nəslinin son nümayəndəsi ilə evlənmişdi.
Onun ancaq bir qızı olmuşdu ki, o da madam de Boseanın ana
tərəfindən babası sayılan marşal de Kleramboya ərə getmişdi. Biz bu
nəslin kiçik xəttindən, yoxsul xəttindənik, çünki babamın qardaşı olan
vitse-admiral kral qulluğunda hər şeyini itirmiş oldu. İnqilabi
hökumət Şərqi Hindistan kompaniyasını* ləğv etdiyi zaman, bizim bu
kompaniyadan alacağımız borcları tanımaq istəməmişdi.
-
Babanızın qardaşı 1789-cu ilə qədər “İntiqamçı” gəmisində
komandanlıq etmirdi ki?
-
Tamamilə doğru buyurursunuz
-
Elə isə o, mənim babamı tanıyarmış: babam “Varvik” gəmi-
sinə komandanlıq edərdi.
Maksim qrafinya de Restonun üzünə baxdı və xəfifcə çiyinlərini
çəkərək, sanki, bu sözləri söyləmək istədi: “O, bu cənabla donan-
madan söhbət açarsa, bizim üçün hər şey məhv olar”. Anastazi onun
baxışındakı mənanı sezdi. Öz qüvvəsini bilən bir qadın hökmü ilə
gülümsəyərək söylədi:
-
Biz gedək, Maksim, mənim sizdən bir xahişim var. Ağalar, biz
sizi “İntiqamçı” və “Varvik” gəmilərində sərbəst üzə bilmək üçün
buraxıb getməyə məcburuq.
69
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Qrafinya ayağa qalxdı, irişərək Maksimə hiyləgər bir işarə elədi,
ikisi də durub buduara doğru getdi. Fransız dilində münasib qarşılığı
olmayan gözəl bir alman ifadəsi ilə söyləsək, bu bir cüt mor- qanatik
adam qapıya çatar-çatmaz, qraf, Ejenlə söhbətini kəsərək, qeyri-
məmnun halda:
-
Anastazi! - dedi. - Əzizim, burada qalsanız, yaxşı olardı. Siz
özünüz bilirsiniz ki...
Qrafinya onun sözünü yarımçıq qoyaraq:
-
Bu saat qayıdıram, - deyə cavab verdi. - Mənim ancaq bir
dəqiqəlik işim var: Maksimə bir tapşırıq vermək niyyətindəyəm.
Qrafinya, doğrudan da, tez qayıtdı. Arzu etdikləri kimi yaşamaq
üçün ərlərinin xasiyyətləri ilə hesablaşmağa məcbur olan bütün qadın-
lar, ərlərinin qiymətli etimadını itirmədən hansı hüduda qədər getmək
mümkün olduğunu yaxşıca bilirlər və ona görə də heç zaman həyatın
cüzi məsələləri üstündə ərləri ilə toqquşmaq istəmirlər. Qrafinya da
qraf de Restonun səsini dəyişməsindən buduarda çox qalmağın
təhlükəsiz olmadığını başa düşmüşdü. Bu maneələrin yaranmasına
müqəssir Ejen idi. istər görünüşü və istərsə hərəkətləri acıqlı oldu-
ğunu göstərən qrafinya, Maksimə tələbəni işarə etdi, qraf de Tray isə
qrafa, onun arvadına və Rastinyaka üz tutaraq kinayə ilə dedi:
-
Siz ciddi işlərlə məşğulsunuz, mən sizə mane olmaq istəmi-
rəm, əlvida.
O, bu sözləri deyib tələsik çıxdı.
Qraf onun arxasınca bağırdı:
-
Maksim, qalınız!
Qrafinya isə əlavə etdi:
-
Nahar yeməyə gələrsiniz.
Qrafinya Ejenlə qrafı ikinci dəfə tərk edərək, Maksimin arxasınca
birinci qonaq otağına keçdi. O, bu otaqda xeyli qaldı; o, de Restonun
Ejeni başından rədd edə biləcəyi ümidində idi.
Rastinyak qrafinya ilə Maksimin gah qəhqəhə çəkib güldüyünü,
gah danışdığını, gah da susduğunu eşidirdi. Lakin hiyləgər tələbə qraf
de Resto ilə şirin söhbət açaraq, ona mədhlər söyləyir və qrafinyanı
yenə görmək və onun Qorio ata ilə münasibətini aydınlaşdırmaq
məqsədi ilə qrafla mübahisəyə girişirdi. Açıqdan-açığa Maksimə
vurulmuş olan bu qadın, ərinin başını tovlayan və qoca vermişel
fabrikantı ilə gizli əlaqə saxlayan bu arvad, Rastinyakın nəzərində
70
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |