DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
alver etmədən sizin üçün qabağa getmək mümkündürmü? Yaxşılıq,
mənim əzizim, hissəyə bölünməz: yaxşılıq ya var, ya yox - ikisindən
biri. Bizə təklif edirlər ki, gərək tövbə edib, günahlarımızı təmizləyək.
Niyə, bəd deyil! Bu sistemlə peşmançılıq günahı təmizləyə bilər.
İctimai nərdivanın müəyyən pilləsinə qalxmaq üçün qadını aldatmaq,
ailədə uşaqlar arasında nifaq doğurmaq, bir sözlə, şəxsi mənfəət və
nəşə naminə üstüörtülü bir çox əclaflıqlara yol vermək, sonra isə
tövbə etmək! Sizcə, buna nə deyərlər? Budurmu din, ümid və
məhəbbət yolunda sərf edilən səylər? Nə üçün uşaqlara çatacaq
sərvətin yarısını bir gecədə mənimsəyən bir hoqqabaza iki ay həbs
cəzası kəsildiyi halda, “təqsiri daha da ağırlaşdıracaq vəziyyətdə” min
franklıq kağız parçasını oğurlamış bir yoxsulu katorqaya göndərirlər?
Budur qanun. “Qanunlar məcəlləsfndə bir maddə tapılmaz ki,
axmaqcasına olmasın. Əlində modalı əlcəklər, qəlbində isə yalan
daşıyan bir şəxs, qan tökmədən, ancaq yalanla insanı öldürür. Qatil
isə qapını gizli açarla açır. Bunların nə fərqi var? Hər ikisi gecə vaxtı
icra edilən cinayət deyilmi? Halbuki sizin etdiyinizlə mənim sizə
təklif etdiyim arasında qandan başqa heç bir fərq yoxdur. Hələ siz bu
dünyada sarsılmaz qanunlara inanırsınız! Bəs nə üçün siz insanlara
nifrət bəsləmirsiniz? Qanunlar məcəlləsinin torlarından keçmək üçün
dəlik yerləri axtarırsınız? Haradan əmələ gəldiyi məlum olmayan bir
çox böyük sərvətlərin sirri cinayətlə bağlıdır; bu cinayətin
unudulmağına səbəb məharətlə edilməsidir.
-
Susunuz, rica edirəm, susunuz, mən sizi daha dinləmək istə-
mirəm, siz məni o dərəcəyə gətirərsiniz ki, artıq özümə belə inan-
maram. Mən bu saat ancaq hisslərin dediyi şeyləri bilirəm.
-
Özünüz bilərsiniz, gözəl oğlan. Mən sizi daha mətin zənn
edirdim. Daha sizə heç bir şey söyləməyəcəyəm. Ancaq son bir
sözüm var, - Votren tələbənin gözlərinin içinə baxdı və dedi: - Mən
öz sirrimi sizə vermişəm.
-
Sizin təklifinizi rədd edən gənc, sirrinizi unuda da bilər.
-
Yaxşı sözdür, bu, mənim xoşuma gəlir. Başqası olsaydı, bu
qədər əngəlli olmazdı. Mənim sizin üçün etmək istədiyimi unut-
mayın: ya hə, ya yox, öz ixtiyarınızdadır.
Rastinyak, əsasını qoltuğuna vurub sakit addımlarla gedən
Votrenin arxasınca baxaraq: “Bu adamın dəmir kimi möhkəm məntiqi
var! - deyə düşünürdü. - O, madam de Boseanın ədəblə
120
downloaded from KitabYurdu.org
dediklərini açıqdan-açığa, kobud şəkildə mənim üçün təkrar etdi. O,
polad caynaqları ilə bağrımı yardı. Mən Delfina Nusingenin yanına nə
üçün getmək istəyirəm? O, mənim niyyətlərimi hələ yenicə
doğulduğu zaman duya bilmişdir. Bu quldur iki kəlmə ilə yaxşılığın
nə olduğunu mənə başa saldı, halbuki mən bunu kitablardan və
insanlardan hələ öyrənə bilməmişdim. Əgər xoş əməl vicdanla sazişə
girməyə yol vermirsə, demək, mən, doğrudan da, öz bacılarımı qarət
etmişəm?”
Rastinyak pul kisəsini stolun üstünə atdı. Oturub, başgicəllən-
dirən fikirlərə daldı.
“Xoş əmələ sadiq qalmaq ülvi bir iztirabdır! Bəli! Hamı xoş
əmələ inanır, lakin buna riayət edənlər çox azdır! Xalqlar azadlığa
pərəstiş edirlər, lakin yer üzündə azad xalq varmı? Mənim gəncliyim
hələ buludsuz səma kimi təmizdir, lakin sən böyük bir şəxs, yaxud
varlı bir adam olmaq fikrindəsən, halbuki bu, şüurlu olaraq yalan
satmaq, əyilmək, sürünmək, yenə ayağa durmaq, yaltaqlıq etmək,
saxtakarlıq göstərmək demək deyildirmi? Məgər bu, vaxtilə əyilən,
sürünən, yalan satanların qarşısında könüllü surətdə lakey olmaq
demək deyildirmi? Onlara yoldaş olmaq üçün əvvəlcə onlara xidmət
göstərmək lazımdır. Yox, yox! Mən namusla, inamla çalışmaq
istəyirəm. Mən gecəni gündüzə qatıb işləməyə hazıram, mən öz
sərvətimlə yalnız öz zəhmətimə borclu olmaq istəyirəm. Bu yol
varlanmaq üçün ən uzun yol olsa da, hər axşam başımı yastığa sakit
qoyacağam, heç bir pis niyyətlə beynimi yükləməyəcəyəm. Öz
həyatına baxdığın zaman, onu zanbaq çiçəyi kimi təmiz və pak
görməkdən də gözəl şey ola bilərmi?! Həyat - nişanlım, mən də onun
adaxlısıyam. Votren on il ailə həyatından sonra nələr baş verdiyini
mənə göstərdi. Lənət şeytana! Başım gicəllənir. Mən heç nə
düşünmək istəmirəm. Mənim ən ağıllı rəhbərim qəlbimdir”.
Ejenin dalğınlığını dərzinin gəldiyini xəbər verən yoğun Silviya-
nın səsi pozdu. Rastinyak, əlində iki pul kisəsi dərzinin qabağına
çıxdı, o, bu hadisəyə heç də təəssüf etmirdi. Axşam paltarını bədəninə
ölçdükdən sonra təzə gündüz paltannı geyindi, görünüşü tamam
dəyişdi.
Öz-özünə:
“Mən qraf de Traydan geri qalmayacağam, nəhayət, mən də
zadəgana oxşadım!”
121
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Bu vaxt Qorio ata Ejenin otağına daxil olaraq:
-
Cənab Ejen, - dedi, - siz madam Nusingenin hansı evlərdə
olduğunu bilib-bilmədiyimi məndən soruşurdunuz.
-
Bəli!
-
Elə isə sizə söyləyə bilərəm: gələn bazar ertəsi günü o, marşal
Karilyanonun evində təşkil edilən balda iştirak edəcək. Əgər siz oraya
getməyə imkan tapa bilsəniz, qızlarımın necə şənləndiklərini, necə
geyindiklərini, bir sözlə, hamısını mənə söylərsiniz.
Ejen Qorionu buxarının yanında əyləşdirərək:
-
Siz bunu haradan öyrəndiniz, əzizim Qorio ata? - deyə
soruşdu.
Qorio şad halda:
-
Bunu mənə qulluqçusu söylədi. Qızlarımın nə etdiklərini mən
Konstansa ilə Terezadan öyrənirəm, - dedi.
Qoca, heç bir şübhə doğurmadan, öz məşuqəsinin həyatına daxil
olmaq üçün mahir bir vasitə tapan gənc aşiqə bənzəyirdi.
Sadədilliklə:
-
Siz onları görəcəksiniz! - dedi. Onun sözlərində kədərli qibtə
hiss olunurdu.
Ejen cavab verdi:
-
Bilirəm. Mən bu saat madam de Boseanın yanına getmək
istəyirəm. Məni marşalın arvadına təqdim etməsini xahiş edəcəyəm.
Ejen vikontessanın yanına hər zaman geyəcəyi paltarda getməyi
daxili bir fərəhlə arzulayırdı. Moralistlərin “insan qəlbinin uçurum-
ları” adlandırdığı şey həqiqətdə aldadıcı fikirlərdən, biixtiyar şəxsi
mənfəət meyillərindən başqa bir şey deyildi. Bir çox cümləpərdaz
mülahizələrə səbəb olan bu ürək sərgüzəştləri, insan qəlbində baş
verən bu gözlənilməz dəyişikliklərin əsas məqsədi daha çox
nəşələnmək, həzz almaqdır. Əynində yaxşı paltar, əllərində modalı
əlcək, ayağında qəşəng çəkmələri görən Ejen yaxşılıq niyyətində
olduğunu unutdu. Həqiqətə arxasını çevirən gənclər vicdan güz-
güsündə özünə baxmağa cəsarət etməz, halbuki yetkin yaşlarında
artıq bu güzgüyə baxarlar. İnsan həyatının bu iki dövrü arasındakı
fərq də ancaq bundan ibarətdir.
İki qonşu - Ejen və Qorio ata son bir neçə gün ərzində dost-
laşmışdı. Bu gizli dostluğun psixoloji səbəbləri Votrenlə Ejen
arasında doğan ədavətin psixoloji səbəblərinin eyni idi. Cəsur bir
filosof hisslərimizin fiziki aləmə təsirini təyin etmək fikrinə düşərsə,
122
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |