DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
sonra siz danışarsınız. Mən keçmiş həyatımı üç kəlmə ilə başa sala
bilərəm. Mən kiməm? Votren. Nə ilə məşğulam? Xoşuma gələn işlə.
Vəssalam. Xasiyyətimi bilmək istəyirsinizmi? Kim mənimlə yaxşı
rəftar edərsə, yaxud xoşuma gələrsə, mən də ona yaxşılıq edərəm.
Mən ona hər şeyə icazə verərəm, ayağımı bassa belə, dinmərəm.
Lənət şeytana! Zəhləmi tökənlərlə, yaxud xoşuma gəlməyənlərlə mən
iblis kimi kinli oluram. Etiraf etməliyəm: mənim üçün adam
öldürmək tüpürmək kimi bir şeydir. Lakin mən ancaq məcburiyyət
qarşısında adam öldürərəm, havayı yerə öldürmərəm, həm də
öldürəndə işimi tərtəmiz başa çatdıraram. Mən də artist kimi bir
şeyəm. Mən Benvenuto Çellininin “Xatirələrfni* oxumuşam, özü də
italyanca! Çellini başkəsən, yolkəsən bir adam idi, mən ondan dərs
almışam, hər addımda fələk kimi adam öldürməyi ondan öyrənmişəm.
Lakin bundan başqa, o, mənə hər yerdə gözəlliyi sevməyi
öyrətmişdir. Bundan da gözəl rol ola bilərmi? Hamı bir tərəfdə, sən
də bir tərəfdə, amma yenə müvəffəqiyyət qazanmağa şansın var! Mən
ictimai intizamsızlığınızın müasir quruluşu ətrafında çox
fikirləşmişəm. Duel, oğlum, uşaq oyunudur, sarsaqlıqdır. Əgər iki
nəfər canlı adamın biri məhv olmalıdırsa, təsadüfə qurban getmək
üçün, doğrudan da, axmaq olmaq lazımdır. Bəs duel nədir? Bəxtəbəxt
şeydir. Vəssalam. Mən beş gülləni dalbadal qaratoxmaq tuza
vuraram, həm də otuz beş addımdan! Belə bir istedad sahibi, düşməni
yerə sərə biləcəyinə əmin ola bilər. Buna baxmayaraq, mən bir dəfə
iyirmi addımdan birinə güllə atmışdım, dəymədi. Halbuki bu oyunbaz
ömründə bir dəfə belə əlinə tapança götürməmişdi. Əlinizdə
yoxlayın! - deyə bu xariqüla- də adam jiletini açdı və ayı beli kimi
qıllı, iyrənc tünd-sarı tüklərlə örtülü döşünü Rastinyaka göstərdi.
Sonra Rastinyakın barmağını döşündəki dəliyin içinə qoyaraq, əlavə
etdi: - Mənim xəzimi həmin südəmər uşaq dəlmişdi, lakin mən o
zaman sizin kimi iyirmi bir yaşlı uşaq idim. Hələ bəzi şeylərə, qadın
məhəbbətinə, hələ sizin inandığınız bir çox axmaq şeylərə inanırdım.
Çox ola bilsin ki, mən sizinlə döyüşəcəkdim, ola bilər! Çox
mümkündür ki, siz məni öldürərdiniz. Belə fərz edək ki, mən qəbirdə
yatmışam, bəs siz hara qaçacaqdınız? Əlbəttə, İsveçrəyə qaçmağa
məcbur olacaqdınız, atanızın pullarını yeyib dolanacaqsınız. Halbuki
atanızın pulu da yoxdur! Mən sizin vəziyyətinizi, dayandığım təpənin
yüksəkliyindən
110
downloaded from KitabYurdu.org
bu saat sizin üçün aydın edə bilərəm, çünki mən dünya işlərinə
bələdəm və dünyada ancaq iki yol bilirəm: küt bir itaət, yaxud üsyan.
Mən şəxsən heç bir şeyə tabe olmaq istəmirəm, aydındırmı? Bəs sizə,
bugünkü həvəsinizə görə nə qədər pul lazım olduğunu bilirsinizmi?
Bir milyon, özü də lap bu saat, lakin bu olmasa, Allahın varlığına
inanmaq üçün öz başımızla Sen-Klu torlarına* qədər səyahət etməyə
məcbur olardıq. Bir milyonu sizə mən verəcəyəm. - Votren sükut etdi,
Ejenə baxdı. - Aha! Siz Votren əmiyə daha mehriban nəzərlə
baxırsınız. “Milyon” sözünü eşitcək siz “bu axşam” sözünü eşidib,
pişiyin ağzı südə sulanan kimi, özünə zinət verməyə başlayan gənc
qıza oxşadınız. Çox gözəl. Onda gəlin açıq danışaq. Əlinizi əlimə
verin! Bu saat sizin var-yoxunuzu bir-bir yoxlayaq. Əyalətdə sizin
atanız, ananız, qoca xalanız, on səkkiz və on yeddi yaşlı iki bacınız,
on beş və on yaşlı iki qardaşınız var. Bütün komandanın siyahısı
bundan ibarətdir. Xalanız bacılarınıza tərbiyə verir. Küre
qardaşlarınıza latın dərsi verir. Ailəniz ağ çörəkdən çox, şabalıd
qovurması yeyir, atanız şalvarı dağılmasın deyə, onu ehtiyatla geyir,
ananızın isə olsa-olsa bir yay paltan, bir də qış paltarı var, bacılarınıza
gəlincə, əllərinə düşəni geyinirlər. Mən hər şeyi bilirəm; mən cənubda
yaşamışam. Mən sizin vəziyyətinizin də belə olduğunu bilirəm. Əgər
sizə ildə min iki yüz frank pul göndərirlərsə, demək, torpağınızın
mədaxili üç mindən artıq deyildir. Aşpaz da lazımdır, nökər də
lazımdır, hər halda, atanız barondur, ədəb qaydalarını pozmaq olmaz.
Özümüzə gəlincə, bizim də şöh- rətpərəstliyimiz var, Bosean adlı
qohumumuz var: amma həmişə piyada gəzərik; sərvət arzusunda
olanq, cibimizdə isə bir su pul tapılmaz; Voke cicinin biş-düşünü
yeyərik, amma sevdiyimiz Sen- Jermen qəsəbəsindəki gözəl
xörəklərdir; cındır yatağın üstündə yatırıq, amma mülk sahibi olmağı
arzu edirik! Sizin meyillərinizi mən inkar etmirəm. Şöhrətpərəstlik,
dostum, hər kəsin işi deyil. Qadınların hansı kişilərdən xoşlandıqlarını
soruşsanız, görərsiniz ki, ən çox şöhrətpərəstləri sevirlər.
Şöhrətpərəstin bel sümüyü möhkəm olar, qanında dəmir çox olar,
ürəyi başqa kişilərin ürəyindən qızğın olar. Yetişmiş bir qadın isə
xoşbəxt olar, gözəl olar; odur ki qüvvətli kişiləri üstün tutar, belini
sındıra biləcəyindən qorxmaz. Sizin arzularınızı bir-bir saymaqda
məqsədim sizə bir sual verməkdir. Sualım budur: iştahamız qurd
iştahası, dişimiz də iti, bəs indi
111
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
biz nə edək ki, qazanımız boş olmasın? Hər şeydən əvvəl, biz gərək
“Qanun məcəlləsi”ni həzm edək. Bu, o qədər də ləzzətli şey deyil,
adama heç bir şey öyrətməz, ancaq yenə də lazımdır. Tutaq ki,
belədir. Nəhayət, biz məhkəmə üzvü oluruq, sonra cinayət məhkə-
məsinin sədri oluruq - bizdən daha yaxşı adam olan bədbəxtlərin
çiyinlərinə
S.K.
1
damğasını basmağa başlayırıq, varlıların sakit yata
bilməsi üçün bu adamları katorqaya göndəririk. Bu, o qədər də
əyləncəli bir şey deyil, lakin çox gözləmək lazım gəlir. Bunun üçün
bir-iki il Parisdə sürünməli, nə qədər çox xoşumuza gəlsə də, şeylərə
əl vurmadan tamaşa etməklə kifayətlənməliyik. Hər şey arzu etmək
və heç şeyə nail olmaqdan da ağır hal ola bilərmi? Əgər vücudunuz
zəif, təbiətiniz soxulcan təbiəti olsaydı, siz heç nədən qorxmaya
bilərdiniz; halbuki qanınız aslan qanı kimi coşqundur ki, gündə iyirmi
dəfə axmaq iş tutsanız da çatar. Allahın yaratdığı cəhənnəmdəki
məşəqqətlərin ən dəhşətlisi budur ki, siz bu məşəqqətə dözə
bilməzsiniz. Fərz edək ki, siz ağlınızı itirmisiniz, süd içib elegiya
yazırsınız. O zaman iti belə hiddətləndirəcək məhrumiyyətdən və
uğursuzluqdan sonra siz uzaq qəsəbələrin birində alçaq bir
prokurorun müavini vəzifəsinə təyin ediləcəksiniz. Hökumətin
üzərinizə çilədiyi ildə min franklıq bir maaşla dolanacaqsınız, bu isə
qəssabın itinə atılan sümük kimi bir şeydir. Oğruların üzərinə hür,
varlıları müdafiə et, cəsur adamları gilyotinə göndər. Çox sağ olun!
Sizə himayə göstərən bir şəxs tapılmasa, əyalət tribunallarında
çürüyüb məhv olacaqsınız. Otuz yaşına çatdığınız zaman, hələ hakim
mantiyasını cəhənnəmə atmamış olsanız, sizi min yüz frank maaşla
hakim vəzifəsinə təyin edəcəklər. Qırx yaşında bir dəyirmançının
qızını alacaqsınız, özünüzü altı min livr maaşla təmin edəcəksiniz.
Çox sağ olun, bəd deyil! Halbuki himayəçiniz olsaydı, otuz yaşında
əyalət prokuroru olub, min ekü maaş alardınız, şəhər bələdiyyə
rəisinin qızı ilə evlənərdiniz. Səsvermə vərəqəsində Villel əvəzində
Manuel* oxumaq kimi xırda-xırda siyasi alçaqlıqlara yol versəniz (bu
iki familiya həmqafiyədir, odur ki vicdan əzabı çəkməyə bilərsiniz),
qırx yaşında general-prokuror olarsınız, sizi deputat seçə bilərlər.
Mehriban oğlum, bir şeyi unutmayın: biz artıq vicdanımıza rəxnə
vurmuşuq, iyirmi il ərzində çox əziyyətlər çəkmişik, gizli ehtiyaclara
dözmüşük, bacılarımız isə evdə qarıyıb qalmışlar.
1
S.K. -
sürgün, katorqalı
112
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |