bir növ, kamillik dərəcəsinə yüksəlir və bu zaman o, öz mövqeyini
heç kəsə güzəşt etməz.
Bu surətlə Ejen, Votrenin dost, ya düşmən olduğunu aydın-
laşdırmadan, Votrenin top atəşi qarşısında uzun müddət dayana
bilməzdi. Bəzən Ejen bu xariqüladə şəxsiyyətin onun qəlbini oxu-
duğunu, ehtiraslanm duyduğunu zənn edirdi; halbuki Votren çox
qapalı idi, sanki, o, hər şeyi görən, hər şeyi bilən, lakin heç bir şey
danışmayan sfinksin sarsılmaz nüfuzuna malik idi. İndi isə cibi dolu
olduğundan, Ejen artıq cəsarətləndi. Votrenin ayağa durduğunu və
qəhvəsini içib getmək istədiyini görüb dedi:
-
Lütfən, bir az dayanın.
Bu qırx yaşlı kişi geniş kənarlı şlyapasını qoydu və dörd nəfər
oğrunun belə hücumundan qorxmadığını isbat etmək üçün, tez- tez
şpaqa döyüşünün “dəyirman” üsulunu göstərdiyi dəmir əsasını
götürərək soruşdu:
-
Nə üçün?
Rastinyak kisələrdən birini tələsik açıb, ev sahibi üçün yüz qırx
frank ayıraraq:
-
Mən öz borcumu qaytarmaq istəyirəm, - deyə cavab verdi.
Vokeyə müraciətlə: - Kisəsini açmayan dostunu itirər, - dedi. - Biz
Silvestr gününə* qədər sizinlə haqq-hesabı çürütdük. Bu yüz sunu
mənim üçün xırdalayın.
Puare dostuna baxdı və:
-
Dostuna acıyan kisəsini itirər, - dedi.
Rastinyak parikli sfinksə pul uzadaraq:
-
İyirmi sunu ala bilərsiniz, - dedi.
Votren hər şeyi görən baxışı ilə gəncin qəlbinə nüfuz edərək,
dəfələrlə Rastinyakın hirslənməyinə səbəb olan istehzalı Diogen
gülüşü ilə:
-
Elə zənn etmək olar ki, - dedi, - siz mənə borclu qalmaqdan
qorxursunuz.
Tələbə kisələrini əlində tutaraq, öz otağına çəkilmək üçün ayağa
durdu:
-
Siz... haqlısınız, - dedi.
Votren salonun qapılanna, tələbə isə pilləkənin qarşısındakı
qapılara tərəf getdi. Votren salon qapısına əsasını çırparaq, ona soyuq
nəzərlə baxan tələbəyə yaxınlaşdı:
107
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
-
Bilirsinizmi, markiz de Rastinyakorama, sizin bu saat söylədi-
yiniz sözlər o qədər də nəzakətli sözlər deyil!
Rastinyak yemək otağının qapısını örtdü və Votrenlə birlikdə
yemək otağı ilə mətbəx arasındakı pilləkən sahəsinə çıxdı. Buradan
bağçaya qapı açılırdı. Qapının üstündə isə dəmir şəbəkəli uzunsov,
alçaq bir pəncərə vardı. Bu zaman Silviya mətbəxdən çıxdı və
tələbənin Votrenə bu sözləri söylədiyini eşitdi: “Cənab Votren, əwəla,
mən markiz deyiləm, ikincisi, mənim adım Rastinyakorama deyil”.
Madmazel Mişono soyuqqanlılıqla:
-
Onlar vuruşacaqlar, - dedi.
Puare təkrar etdi:
-
Vuruşacaqlar.
Voke əli ilə bir yığın qızıl pulun üstünə sığal çəkərək:
-
Xeyr, xeyr, - deyə cavab verdi.
Madmazel Viktorina bağçaya nəzər salmaq niyyəti ilə yerindən
duraraq:
-
Bəs onların cökə ağaclarına doğru getdiklərini görmürsü-
nüzmü? - dedi. - Zavallı gənc, o tamamilə haqlıdır.
Madam Kutür Viktorinaya müraciətlə:
-
Gedək, əzizim, gedək yuxarı, - dedi, - bu, bizə aid deyil.
Madam Kutürlə Viktorina getmək üçün ayağa durdular, lakin
qapının ağzında yoğun Silviya qabaqlarını kəsdi.
-
Elə bir bu qalmışdı! - dedi.
Cənab Votren cənab Ejenə dedi:
-
Məsələni aydınlaşdırarıq! - Sonra onun qolundan tutub
ənginara doğru getdilər.
Bu zaman Votren göründü. Gülümsəyərək:
-
Voke cici, - dedi, - heç qorxuya düşməyin, bu saat cökə
ağaclarının altında mən tapançamı yoxlayacağam.
Viktorina, yalvarırmış kimi, əllərini çarpazlayaraq:
-
Amandır, cənab Votren, - dedi, - siz Ejeni nə üçün öldürmək
istəyirsiniz?
Vorten iki addım geri çəkildi və bir müddət Viktorinanın üzünə
baxdı. İstehzalı bir əda ilə:
-
Çox qəribə məsələdir, - dedi. Onun bu sözlərindən zavallı qız
qıpqırmızı qızardı. Sonra əlavə etdi:
108
downloaded from KitabYurdu.org
-
Amma bu gənc çox sevimli gəncə oxşayır, deyilmi? Mən iki-
nizi də xoşbəxt edəcəyəm.
Madam Kutür talibəsinin qolundan tutub yan tərəfə çəkdi və
qulağına pıçıldadı ki:
-
Viktorina, mən bu gün səni tanıya bilmirəm, sən çox dəyiş-
misən.
Madam Voke:
-
Mən evimdə tapança atılmağını istəmirəm, - dedi. - Belə
vaxtda güllə atmaqla qonşuların hamısını ayağa qaldırarsınız, polis
tökülər gələr.
Vorten:
-
Yavaş, Voke cici, - dedi, - hər şey düzələr. Biz tirə gedirik.
O, Rastinyakın yanına qayıtdı və saymazyana onun qolundan
tutaraq:
-
Əgər mən otuz beş addımlıqda beş dəfə dalbadal güllə ilə
qaratoxmaq tuzu vurduğumu sizə isbat etsəm, odunuz yenə
yatmayacaq? Mənə elə gəlir ki, siz bir qədər dəlisovsunuz, sizi axmaq
kimi öldürməyə məcbur olacağam.
Ejen cavab verdi:
-
Siz artıq sözünüzdən dönürsünüz!
Vorten hədə ilə:
-
Məni hirsləndirməyin, - dedi. Yaşıl rəngli skamyaları göstə-
rərək: - Bu gün soyuq deyil, gedək orada oturaq, heç kəs bizim
söhbətimizi eşitməz. Mən sizinlə bəzi şeyləri aydınlaşdırmalıyam. Siz
yaxşı oğlansınız, mən sizə pislik etmək fikrində deyiləm, and olsun
yala... (lənət şeytana) Votrenin namusu haqqı, mən sizi sevirəm. Nə
üçün sevdiyimi isə sonra sizə deyərəm. Mən sizi beş barmağım kimi
tanıyıram və bunu bu saat sizə sübut edərəm. - Sonra dəyirmi stola
işarə edərək: - Kisələrinizi buraya qoya bilərsiniz! - dedi.
Rastinyak bir az əvvəl onu öldürmək istəyən, indi isə himayə
göstərmək niyyətində olduğunu söyləyən bu adamın rəftarındakı
dəyişikliyə heyrət edərək, dərin maraqla pulu stolun üstünə qoydu.
Votren sözə başlayaraq:
-
Siz mənim kim olduğumu, keçmişdə nə ilə məşğul olduğumu,
indi nə etdiyimi bilmək istəyirsiniz, - dedi. - Siz hər şeylə
maraqlanırsınız, oğlum. Yaxşı, yaxşı, sakit olun, hələ çox şeylər
eşidəcəksiniz. Mənim bəxtim gətirmədi. Əvvəlcə mənə qulaq asın,
109
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |