DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Ejen öz-özünə: “Bəli, bəli, - deyirdi, - sərvət, nə olur-olsun, sər-
vət! Heç bir cavahirat bu vəfalı məhəbbəti əvəz edə bilməz. Ah, mən
onlara bütün dünyanın səadətini birdəfəlik vermək istərdim!”
Bir az sükutdan sonra yenə dedi:
“Min beş yüz frank! Bu pulun hər biri hədəfə dəyməlidir! Lora
haqlıdır. Doğrudan da, köynəklərimin hamısı sadə kətandan tikil-
mişdir. Başqasına səadət bəxş etmək üçün qız oğru kimi hiyləgər
olur. Safürəkli bacım mənim qayğımı çəkir. O, bu dünyadakı
günahları anlamayan, lakin bağışlayan bir mələkdir”.
Artıq yüksək cəmiyyətə onun yolu açılmışdı. Dərhal dərzi çağı-
rılmış, danışdırılmış, tabe edilmişdi. Rastinyak Maksim de Trayı
görər-görməz gənclərin həyatında dərzinin necə böyük təsiri
olduğunu anlamışdı. Əfsus! Dərzi haqqındakı məfhumların arasında
orta hədd yoxdur. Dərzinin işindən məlum olur ki, o ya sənin
dostundur, ya da qatı düşmənin. Ejenin tapdığı dərzi öz sənətinin
qanun-qaydalarını bildiyindən, başa düşürdü ki, özünə, gənclərin
bugünkü həyatı ilə gələcək həyatı arasında bir halqa kimi baxmalıdır.
Minnətdar Rastinyak, sonralar məzəli sözlər söyləməkdə mahir
olduğundan, bu dərzi haqqında söylədiyi sözlə onun karyerasını təmin
etmişdi; Rastinyak demişdi:
- Onun tikdiyi iki şalvar ildə iyirmi min mədaxil verən nişanlı
tapmağa imkan vermişdi.
Min beş yüz frank və ürəyin istədiyi qədər paltar! Bu dəqiqədə
yoxsul cənublu heç nəyə şübhə etmirdi. Nahar etmək üçün aşağıya
düşərkən, bir az pulu olan gənclərə məxsus görünüşü vardı. Tələbənin
cibinə pul düşər-düşməz, dərhal kefi fantastik bir zirvəyə qalxar:
dərhal yerişi yaxşılaşar, o, öz hərəkətləri üçün bir istinadgah tapar,
hər şeyə açıq gözlə baxar, hərəkətlərində sürət əmələ gələr. Dünən o,
qorxaq, miskin, hər təhqirə dözən bir gənc idi, bu gün isə lap baş
naziri döyməyə qadirdir. O artıq fövqəladə hal keçirir: o, hər şeyi arzu
edir və hər şeyi etmək iqtidarındadır; arzuları bir- birinə qarışır, şad,
səxavətli, həyəcanlı görünür. Bir sözlə, qanadsız bir quş qanadlanıb
fəzalarda uçurdu. Pulsuz tələbə, min bir təhlükədən keçərək sümük
oğurlayan, gəmirə-gəmirə sümüyün iliyini soran və yenə yoluna
davam edən bir it kimi, nəşədən bir zərrə götürüb, atüstü istifadə edər.
Lakin cibində içi dolu kisəsi cingildəyən bir gənc nəşəni uzadar,
özündən məmnun qalar, göylərdə
104
downloaded from KitabYurdu.org
uçar, “yoxsulluq” sözünü belə unudar. Bütün Paris onun ixtiyarın-
dadır. Bu elə bir dövrdür ki, bu dövrdə hər şey parlayır, qığılcım və
alov saçır. Kişilərin və arvadların bihudə sərf etdikləri coşqun bir
qüvvənin cövlan etdiyi dövr! Həyatın zövqlərini yalnız qat-qat artıran
borclar, təhlükələr! Senanın Sen-Jak küçəsi ilə Sen-Pyer küçəsi
arasındakı sol sahilini tanımayanlar insan həyatında heç şey başa
düşməzlər.
Rastinyak hərəsi bir liara olan bişmiş armudları Vokenin pan-
sionunda yediyi zaman düşünürdü:
-
Ah! Paris xanımları bilsəydilər, məhəbbət axtarmaq üçün
buraya gələrdilər!
Bu zaman “Kral poçt idarəsi”nin qasidi şəbəkəli bağ qapısının
zəngini çalıb, yemək otağına daxil oldu. O, cənab Ejen de Rastin-
yakı xəbər aldı, ona iki kisə verərək, imza atmaq üçün qəbz təqdim
etdi. Votrenin gözləri parladı: Rastinyaka elə baxdı ki, elə bil, onu
qamçı ilə vurdu.
Votren:
-
İndi sizin şpaqa döyüşü və güllə atmaq dərslərinin haqqını
vermək üçün pulunuz var, - dedi.
Madam Voke, kisələri nəzərdən keçirib:
-
Qalionlar* gəlib çıxdı! - dedi.
Madmazel Mişono hərisliyini büruzə verməmək üçün pula tərəf
baxmaqdan ehtiyat edirdi.
Madam Kutür:
-
Ananız səxavətlidir, - dedi.
Puare təkrar etdi:
-
Ananız səxavətlidir.
Votren dedi:
-
Bəli, anacığaz öz qanını vermişdir. İndi atınızı çapa bilərsiniz,
cəmiyyətdə dolaşa bilərsiniz, qarmaqla varlı nişanlı tapa bilərsiniz,
saçları şaftalı çiçəkləri ilə bəzənmiş qrafinyalarla rəqs edə bilərsiniz.
Lakin mənim məsləhətimi unutmayın, cavan oğlan: güllə atmağa tez-
tez gedin.
Votren düşməni hədəfə alan adam kimi hərəkət etdi. Rastinyak
qasidə bəxşiş vermək istədisə də, cibində bir şey tapmadı. Votren
cibini yoxlayıb qasidə iyirmi su atdı. Tələbəyə baxaraq:
-
Siz hər vaxt kredit götürə bilərsiniz, - dedi.
105
downloaded from KitabYurdu.org
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Rastinyak ona təşəkkür etməyə məcbur oldu. Halbuki Ejen,
madam de Boseanın yanından gəldiyi gün Votrenlə toqquşduqdan
sonra artıq bu adamdan zəhləsi gedirdi. Votrenlə Rastinyak bir həftə
bir-birinə rast gələndə salamlaşmaz, ancaq bir-birinin hərəkətlərini
izləyərdilər. Ejen nahaq yerə özlüyündə bunun səbəbini aydınlaş-
dırmaq istəyirdi. Şübhəsiz, düşüncələr, onları doğuran qüvvəyə uyğun
məsafədə təsir göstərir və mortiradan
1
çıxan bir mərmini idarə edən
qüvvə kimi, riyaziyyat elminin müəyyən qanununa əsasən, beyinin
göndərdiyi hədəfə vurur. Bunların təsiri müxtəlif ola bilər. Bəzi
yumşaq təbiətli insanlarda yad fikirlər dərinləşdikdən sonra təxribat
başlayır. Bununla belə, yaxşıca silahlanmış təbiətlərə - bürünclə
zirehlənmiş kəllələrə rast gəlmək mümkündür ki, başqa bir adamın
iradəsi onlara toxunduğu zaman əzilib məhv olur, daş divara dəyən
güllə kimi yerə düşür. Bundan başqa, zəif və xəmir kimi yumşaq
təbiətlər də var: yad fikirlər xəndəyin yumşaq torpağına girən
mərmilər kimi taqətdən düşmüş halda bu təbiətlərə sancılır.
Rastinyakın başı, içi barıtla dolu və bir qığılcımdan belə partlayacaq
başlardan idi. Onun qəlbində gənclik çılğınlığı həddən çox idi;
iradəmizdən asılı olmadan, bizi öz təsiri altına alan qəribə hadisələrlə
qaynadığı halda, fikirlərin və hisslərin təsiri altına düşməmək qeyri-
mümkün görünürdü. Rastinyakın mənalı gözləri vardı. Ağıl və hissin
qüvvəsi ilə aldığı ikiqat təəssüratında, hər hansı bir zirehin zəif
nöqtələrini bir an içində tapmaq iqtidarında olan mahir şpaqa
döyüşçüləri kimi, xüsusi qabiliyyət sahibi olan insanlarda bizi
heyrətləndirən çeviklik, genişlik duyulurdu. Son ay müddətində
Rastinyak məziyyətlərlə bərabər, bir çox nöqsanlar da mənimsəmişdi.
Nöqsanların artmağına səbəb cəmiyyətin tələbləri və getdikcə artan
arzuları təmin etmək ehtiyacı idi. Cənub qızğınlığı, hər halda, onun
məziyyətlərindən sayılırdı. Bu qızğınlıq onu Luara çayının o tayından
gəlməyə, maneəni dəf etmək üçün mübarizəyə atılmağa, bir yerdə
mütərəddid dayanmamağa vadar edirdi. Şimal əhalisi, adətən, bu
xüsusiyyətə bir nöqsan kimi baxar. Şimallıların fikrinə görə, qızğınlıq
Müratın* yüksəlişinə səbəb olsa da, onun məhvinə də səbəb olmuşdu.
Buradan belə bir nəticə çıxarmaq mümkündür: cənublu şimallıların
zirəkliyini və Luaranın o tayında yaşayan əhalinin cəsarətini özündə
birləşdirdiyi zaman,
1
Mortira -
qısa lüləli top
106
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |